Gülsüm Hüseynova tat d I l I n I n L u g ə t


Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix14.07.2018
ölçüsü1,97 Mb.
#55503
1   2   3   4   5   6   7   8   9   ...   30

14

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

ləhcəsində  “çolpa-çülpə  fonetik variantındadır.  Azərbaycan  di - 

linin  izahlı  lüğətində  «çolma-çocuq  -   övladlar,  uşaqlar,  oğul - 

uşaq;  çolpa  -   1)  Toyuq,  qartal,  qırqovul  və  bəzi  başqa  quşların 

bir  və  ya  ikiillik  xoruzu;  2)  Həmin  xoruzun  bütöv  şəkildə  qı - 

zardılmışı;  3)  Məcazi  mənada  «uşaq»;  çolpalanmaq  -   çolpa 

yaşına  çatmaq;  çolpalı  -   «çolpadan  bişirilmiş,  içərisində  çolpa 

olan»  sözləri  var  (7,  446-447).  Çolpa  sözü  Azərbaycan  dilinin 

dialekt  və  şivələrində  də  eyni  mənalarda  işlənir.  Çolpa  sö zü- 

nün  türk  lüğətindəki  mənası  bu  sözün  Azərbaycan  dilindəki 

mənası  ilə  səsləşir.  «Balacalıq»,  «acizlik»,  «uşaqlıq»  semanti- 

kasının  çolpa  sözündən  alınması  şübhə  doğurmur.  Çünki  başqa 

İran  dillərində  də  bu  mənada  başqa  leksemdən  istifadə  edilir. 

Məsələn,  fars  dilində  ^

j j

^  (xoruşək)  sözü  «çolpa»  mə nasın­



dadır  (67,  550).  Tacik  dilində  çolpa  sözünün  qarşılığı  xurus- 

ça/xurusçak  fars  dili  ilə  eyni  kök  əsasında  formalaşır  (75, 

484).  Bu  dillərin  heç  birində  eyni  anlamda  olan,  «çolpa»  sözü 

işlənmir.  Ayrı-ayrı  İran  və  türk  dilləri  əsasında  aparılmış  bu 

təhlilə  istinadla  demək  olar ki,  «çolpa»  sözü türk  mənşəlidir və 

onu  ləhcənin  özünə  aid  spesifik  söz  saymaq  olmaz.  Aydındır 

ki,  dillərarası  əlaqə  nəticəsində  tat  dilinin  müxtəlif ləhcələrinə 

xeyli  miqdarda  qədim  türk  sözləri  keçmişdir.  Bu  sözlər  tat - 

türk,  tat-Azərbaycan  dil  əlaqələrinin  qədim  tarixə  malik  ol du- 

ğunu təsdiq  edir.

Dilin  ayrı-ayrı  ləhcələrinin  leksik tərkibini  mənşəcə  növ - 

lərə  ayırmaq  olar.  Məsələ,  tat  dilinin  Quba  ləhcəsinin  alınma 

sözlərinin  aşağıdakı  dillərə  aid  ol ması  göstərilir:  1)  Azərbay­

can  dili  mənşəli  sözlər:  qurxmezi  «qorxmazı  -   armud  növü), 

balduz«baldız»;  quzi«quzu»,  süzmə  «süzmə»  və  s.;  2)  ərəb 

mənşəli  sözlər:  ruh,  şərəət  «şəriət»;  musulmun  «müsəlman»; 

sahat «saat»,  cəsus«casus»  və  s;  3)  rus  dilindən alınmalar:  qar- 

nizun  «qarnizon»;  pulk  «polk»;  rumkə  «rumka»;  çuxutkə  «və­

rəm»;  zoud  «zavod»  və  s;  4)  fars  mənşəli  sözlər:  hərəmzodə 

«haramzada»;  aşbazxana  «aşxana»,  «yeməkxana»,  şirmoyi



15

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

«şirmayi», yadigar  «yadigar»  və  s.  (24,  49-53).

Tat  dilinin  Ərüsküş  ləhcəsindəki  sözlərə  də bu  cür yanaş­

maq  olar.  Ləhcədə  yuxarıda  verilmiş  nümunələrə  fonetik  tər - 

kibcə  yaxın  alınmalar  işlənir.  Eyni  zamanda,  bu  sözlərin 

ümum iran  mənşəli  qarşılıqları  da  vardır.  Məsələn,  qorxmaq - 

tərsirən,  qorxaq-tərsəgün,  qorxu-tərsi;  baldız-balduz;  hambacu; 

açar-açar;  qilin və  s.

Ərüsküş  ləhcəsindəki  alınma  sözlərdən bəhs  edərkən  bəzi 

məsələlərə  diqqət  yetirmək  lazım  gəlir.  Birincisi,  ərəb  və  rus 

dillərindən  alınma ların  birbaşa və  ya  vasitəli  olması  maraq  do - 

ğurur.  T.Əhmədovun  fikrincə,  ərəb  di lindən  tat  dilinə  bir  sıra 

sözlər,  o  cümlədən  xollu  «dayı»,  amu  «uzaq  əmi»,  gal  «çığır­

maq»,  da  «pis»,    «xırda  balıq»,  ləhə  «palçıq»,  çəh  «çirk», 



həsü  «xəşil»  və  s.  sözləri  Quba  ləhcəsinə  birbaşa  keçmiş  söz - 

lərdir.  Müəllif bu  sözlərin  ərəb  dilindən  tat  dilinə  birbaşa  keç­

məsini  onlara  nə  Azərbaycan  ədəbi  dilində,  nə  də  dialekt  və 

şivələrində,  demək  olar  ki,  təsadüf  olunmaması  ilə  bağlayır. 

Zən nimizcə,  bu  cür əsaslandırma  özünü  doğruldur.  Lakin bu və 

ya  digər ləhcədə  müxtəlif alınmaların  olması  ərəb  və tat  dilləri 

arasındakı  əlaqələrin  müxtəlif  ərazilərdə  başqa-başqa  şəkildə 

getməsini  iddia  etməyə  imkan  verir.  Birbaşa  alınmaların  daha 

əvvəlki  dövrə  təsadüf etməsi,  onların  fars  dili  vasitəsi  ilə  alın­

ması  ehtimalı,  zənnimizcə  daha  düzgündür.  Ərüsküş  ləhcəsin- 

dəki  alınma  sözlərin  bir  qisminin  fars,  digər,  demək  olar  ki, 

əsas  qisminin  Azərbaycan  dili  vasitəsi  ilə  keçməsini  düzgün 

sayırıq.  Ərüsküş  ləhcəsinə  keçən  alınma  sözlərin,  əsasən, 

Azərbaycan  dili  vasitəsi  ilə  keçməsi  danılmazdır.

Ərüsküş  ləhcəsində  də  yeni  sözlər  əsasən  iki  yolla  leksik 

və  morfoloji  üsulla  əmələ  gəlir.  Lek sik üsulla  söz  yara dıcılığı- 

na  misal  olaraq  bu  ləhcədə  sözlərin  heç  bir  qrammatik  forma 

qəbul  etmədən  bir-birinə  yanaşması  ilə  yeni  sözlərin  əmələ 

gəlməsidir.  Yeni  sözlərin  əsas  hissəsini  isə  alınmalar  təşkil 

edir.  Bu  də  ləhcənin  son  dövrlərdə  daha  çox  alınmalarla  zən-




16

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili 

ginləşdiyini  göstərir.

Ərüsküş  ləhcəsində  qoşa  sözlər  də  qeydə  alınmışdır.  Mə - 

lumdur  ki,  söz  yaradıcılığında  qoşa  sözlər  də  müəyyən  yer  tu - 

tur.  Bunların bir qismi  eyni  sözün təkrarı  yolu  ilə  düzəlir.  Mə - 

sələn: piltə-piltə  -  lopa-lopa; piltə-piltə kulak maristən -   lopa- 



lopa  qar yağır;  nimə -nimə  -  yarı-yarı  və s.  Onu  da  qeyd  etmək 

lazımdır ki,  bu  sözlər ləhcənin müasir dövrünə  aid  sözlər  deyil. 

Yəni,  onlar  elə  ümumişlək  sözlərdir  ki,  dilin  tarixi  inkişafının 

daha  əvvəlki  dövrlərin  istifadə  edilmişdir.

Ərüsküş  ləhcəsindəki  bəzi  qoşa  sözlər  müxtəlif  sözlərin 

birləşməsi  ilə  düzəlir.  Məsələn,  kuk-piyər  -   ata-oğul;  kisnə- 

təşnə -   ac-cucuz;  kərg-gijə -  toyuq-cücə və  s.

Ərəsküş  ləhcəsində  leksik  yolla  əmələ  gələn  sözlərin  bir 

qismində  qrammatik  vasitələrdən  is tifadə  olunur.  Qrammatik 

vasitə  iki  sözü  bir-birinə  bağlamaq  vəzifəsini  yerinə  yetirir. 

Belə  bir  məqamda    şəkilçisi  birinci  komponentə  artırılır. 

Başqa hallarda  sözə  -i  şəkilçisi  artırılır.

Ərüsküş  ləhcəsində  və  ümumiyyətlə  tat  dilinin  ləhcələ - 

rin də  söz  yaradıcılığında  T.Əhmədovun  qeyd  etdiyi  üç  model 

əsasında  söz  yaradıcılığı  özünü  göstərir.  Onun  qeyd  etdiyi  di - 

gər üç  forma bu  üç üsulu,  demək olar ki,  təkrar  edir.  Tədqiqat­

çının  quruluşca  mürəkkəb  söz  kimi  formalaşmadan  istifadə 

edərək,  tərkib  hissələrinin  hansı  nitq  hissəsinə  aid  olmasına 

görə təsnifatı  başqa meyara  söykənir (24,  41).

Tat  dilinin  Ərəsküş -Dağ  Quşçu  ləhcəsində  qeydə  alınan 

spesifik  leksika  ləhcənin  yalnız  özünə  aiddir.  Lüğət  üzrə  apar­

dığımız  təhlil  aşagıdakı  sözləri  əhatə  edir:  ajarin  -   səliqəli;  aj- 

qahan  -   geniş;  alij  -   çalpaşıq;  amuj  -   qarışıq;  amuj  səxtən  -  

qarışdırmaq;  ataşbəkun  -   atəşböcəyi,  işıldaquş;  basüm  (ara 

söz)  -   görəsən  (sual  cümlələrində  işlənir);  bərq  -   1)  ildırım, 

şimşək;  2)  pırıltı;  bizdələ  -   xırda,  bapbalaca;  bizənbu  -   keçi 

tükü;  bö  -   əqrəb;  çəğər  -   qovurma;  cılla  -   qığılcım;  çiğit  kək­

liyin  bir  növü;  cum  -   zirinc;  cüdənə  tibb.  -   itdirsəyi;  çangul  -




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə