Gülsüm Hüseynova tat d I l I n I n L u g ə t


Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix14.07.2018
ölçüsü1,97 Mb.
#55503
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

23

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

edir. Ümumiyyətlə,  alınma ilk olaraq  sözün başqa bir dildən götürü­

lüb  işlədilməsi  ilə bağlı  olaraq meydana  çıxmışdır.  Sözün  alınması­

nın başlıca səbəbi həmin sözün adlandığı əşyanın,  predmetin, prose­

sin,  hadisənin,  anlayışın alan dildə ifadə edən müvafiq sözün yoxlu­

ğudur.  Hər bir dil  başqa bir dildən  söz  alır.  Bununla belə,  müəyyən 

dildəki  leksik  alınmaları  mənşəcə  təsnif  etdikdə  qanunauyğunluqla 

üzləşirik.  Alınma  sözlər hansı  dildən  alınmasına görə kəmiyyət xa­

rakteristikalarına  malik  olur.  Azərbaycan  dilində,  ərəb-fars  və  rus 

dillərindən  alınmalar  çoxdur.  Avropa  dillərinə  aid  alınma  sözlər 

Azərbaycan  dilinə  rus  dili  vasitəsilə  gəlmişdir.  Dillərin  bir-birini 

zənginləşdirməsi,  başqa  sözlə  desək,  dillərin  qarşılıqlı  əlaqəsi,  bir 

dilin başqa  dildən  söz  alması  əksər hallarda  dillərin təbii  ehtiyacın­

dan  doğur.  Yeni  yaranan  məfhum  və  anlayışları  ifadə  etmək üçün 

dilin  özünün  müvafiq vahidləri  olmadıqda başqa  dilə müraciət  olu­

nur, digər dilin leksik sistemindən söz və ifadələr alınır.

İnsan  cəmiyyəti  inkişaf etdikcə,  hər bir  dildə  alınma  sözlərin 

həm  miqdarı  artmış,  həm  də  mənşəyə  görə  alınma  arealı  genişlən­

mişdir.  Hazırda bir dildən  digərinə daha çox  sahə  anlayışlarının ad­

ları,  terminlər keçir.  Azərbaycan-tat  dil  əlaqələrinin indiki  mərhələ­

sində tat dilinin xüsusi  leksikası  sistemi  genişlənir,  zənginləşir.  Xü­

susi leksik qatda terminlərin sayı  sürətlə artır.

Tat  dilinin  lüğət  tərkibinin  müxtəlif  leksik-semantik  söz 

qrupları  vardır.  «Semantik  söz  qrupları  fikrin  söz  çeşidini  artı­

ran  əlvan  rəng  çalarları  yaradan  vahidlərdir.  Məna  yükünü  də­

rinləşdirən,  söz  təkrarından  yayındıran  sinonimlər,  ziddiyyətli 

dünyanın  söz  cildi  olan  antonimlər,  bir kökdən,  bir qəbildən  şa­

xələnən  bir  neçə  məna  əks  etdirən  omonimlər  bütün  dövrlərdə 

ədəbi  dilin  bədiilik-emosionallıq  yaradan  üslubi  vahidləri  ol­

muşdur»  (45,  203).

Sözün  ilkin  m ənası  onun  əşyavi  mənasıdır.  “Əşyavi  mə­

na”  termini  «real  məna»,  «maddi  məna»,  «leksik  məna»,  «əsas 

məna»,  “lüğəvi  m əna”  anlayışları  ilə  səsləşir.  «Əşyavi  məna» 

nominasiya  ilə  bağlıdır.  Adlarda  bu  məna  aşkar  hiss  olunur.




24

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

Məsəl ən,  isimlər konkret olaraq  əşyanın  adını  bildirir.

Nominativ  məna birbaşa  predmetə,  hadisə yə,  hərəkətə  is­

tiqamətlənir.  Bu  mənadan  başqa,  sözün  okkazional,  kombina- 

tiv,  ekstensional,  intensional,  uzual  v ə  s.  mənaları  ola  bilər. 

Belə  mənaların  əksəriyyəti  nitq  prosesində  sözdən  istifadə  za­

manı  meydana  çıxır.  Nominativ  mənalarına  görə  də  sözlər  mü- 

ə yyən bir sistem  daxilind ə  qruplaşa bilir.  Bu  halda onların han - 

sı  sahə,  hansı  tematika  ilə  bağlılığı  əsas  götürülür.  Dilçilikd ə 

bu məsələ uzun müddət  sözlərin tematik bölgüsü kimi  ifadəsini 

tapmışdır.  Tematik  bölgü  anlayışına  münasibətdə  fərqli  cəhət­

lər  müxtəlif  müəlliflərin  bölgü  zamanı  seçdikləri  və  ya  təyin 

etdikləri  qrupların  adlarında və bu  qruplara  daxil  edilən  sözlər­

də  özünü göstərmişdir.

Bəzi  tədqiqatçılar  dildə  sözləri  müəyyən  meyarlar  üzrə 

kateqoriyalara  bölmüşlər.  Məsələn,  N.A.Slüsareva  keyfiyyət, 

xassə,  əlamət  və  bəzi  münasibətləri  keyfiyyət  kateqoriyasına 

aid  edir.  Onun  fikrincə  keyfiyyət  kateqoriyasının  bü tün  dillər­

də  külli  miqdarda  ifadə  vasitələri  var  ki,  onlar  dilin  koqnitiv 

funksiyalarının  komponentlərini  aydınlaşdırmağa  xidmət  gös­

tərir (77,  176).

V.Z.Panfilov  belə  hesab  edir  ki,  bütün  inikas  kateqoriya - 

ları  qarşılıqlı  əlaqədə  olub,  əşya-xassə-münasibət,  keyfiyyət- 

kəmiyyət-ölçü,  məkan-zaman  və  s.  yuvalarda  qruplaşır  (66, 

131).  Əslində  söz  kateqoriyalarını  leksik-semantik  planda 

fərqləndirmək  üçün  sözün  ümumi  mənasına  əsaslanmaq  lazım 

gəlir.

Dil  vahidlərinin ümumi  semantik  əlamətə  görə  qruplaşdı- 



rılan  toplusu  semantik  sahə  yaradır.  Semantik  sahəyə  daxil 

olan  sözlər  müəyyən  ümumi  məna  tərkib  hissəsinə  malik  olur. 

Semantik  sahənin  əsas  xassələri  aşağıdakılardan  ibarətdir:  1) 

semantik  sahə dilin  daşıyıcısı  üçün intiutiv  olaraq başa  düşülən 

olur v ə  onun üçün  psixoloji  reallıqdır;  2)  semantik  sahə  muxtar 

dil  hadisəsidir  (avtonomdur)  və  dilin  alt  sistemi  kimi  fərqlən-




25

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

dirilir;  3)  semantik  sahənin  vahidləri  bir-biri  ilə  sistemli  se- 

mantik  münasibətlərə  malikdir;  4)  dilin  hər  bir  semantik  sahə­

si,  digər  semantik  sahələrlə  əlaqəli  olub,  onlarla  bir  yerdə  dil 

sistemini  ya radır.

Məsələn,  ev  və  onun  hissələri  ilə  məişət  əşyaları  arasın­

da,  kənd  təsərrüfatı  ilə  əlaqədar  sözlərlə  heyvan  və  bitkilərə 

aid  söz  qrupları  arasında  əlaqələr var.

Semantik  sahə  nəzəriyyəsinin  əsasında  dildə  müəyyən  se - 

mantik  qrup ların  mövcudluğu,  dil  vahidlərinin  bir  və  ya  bir 

neçə  belə  qrupa  daxil  olması  təsəv vürü  durur.  Xüsusi  halda  di­

lin  lüğət tərkibi  (leksika)  müxtəlif münasibətlər  əsasında birlə­

şən  (sinonim,  antonim  və  s.)  söz  qrupları  kimi  təsəvvür  oluna 

bilər.


Ayrıca  semantik  sahənin  ünsürləri  müntəzəm  və  sistemli 

münasibətlərə  malikdir.  Ona  görə  də  bütün  sahələr  qarşılıqlı 

şəkildə  bir-birinə  qarşı  qoyula  bilir.  Semantik  sahəyə  daxil 

olan  hər bir  sözün  mənası  tam  şəkildə  o  zaman  aydınlaşır.  Hə­

min  sahəyə  daxil  olan  başqa  sözlərin  mənaları  məlum  olduqda 

semantik  sahələr bir-biri  ilə  kəsişə,  yaxud  bir  sahə  digərinə  da­

xil  ola  bilir.  Bütün  bunlar  gös tərir  ki,  dildəki  leksik-semantik 

qrupların  təyin  olunması  üçün  müəyyən  meyarlardan  istifadə 

edilməlidir və  fikrimizcə,  belə  leksik-semantik  söz  qrupları  və 

ya  tematik  söz  qrupları  bütün  dillər  üçün  ümumi  plana  malik 

olacaqdır.  Yu xarıda  münasibət bildirdiyimiz  təsnifat  prinsiplə - 

rində ümumi  cəhət vardır.

«Sözlər  və  onların  mənaları  bir-birindən  ayrılıqda  yaşa­

mır,  onlar,  bizim  istədiyimizdən  asılı  olmayaraq,  müxtəlif 

qruplar təşkil  edir,  bu  qruplaşma  isə  sözlərin  ilkin  mənalarının 

bənzərliyinə  və  ya  bir-birinə  əks  olmasına  (ziddiyyətliyinə) 

əsaslanır»  (70,  82).  Sözlərin  leksik  və  məfhumi  sahələri  fərq - 

ləndirilir.  Leksik  sahə  hər  söz  və  «söz  ailəsi»  ilə  düzəlir.  M əf - 

humi  sahə  isə  bir  mərkəzi  element  ətrafında  formalaşır.  Te ma- 

tik bölgülərdə  əsas  semantik  sahələr kimi  insan,  yer,  kainat,  at -




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə