Gülsüm Hüseynova tat d I l I n I n L u g ə t


Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix14.07.2018
ölçüsü1,97 Mb.
#55503
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

26

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

mosfer  daha  çox  nəzərə  alınır.  Bitkilər,  canlılar,  insanla  bağlı 

olan tematik  qrupların  özlərinin  də  leksik-semantik yarımqrup- 

lara  bölünməsi  müşahidə  olunur.  Məsələn,  canlılar  aləmi  se - 

mantik  sahəsini  quşlar,  heyvanlar,  həşarət  və  böcəklər  yarım - 

qruplarına bölmək  olar.  Ümumiyyətlə,  tematik bölgülərin  müx - 

təlif variantlarına  rast  gəlmək  olur.  Məsələn,  İ.Tahirov  dialekt 

leksikasındakı  alınma  sözləri  aşağıdakı  tematik  qruplara  böl - 

müşdür:  1)  bədən  üzvlərinin  adları;  2)  zaman  məfhumu  bil di­

rən  sözlər;  3)  təbiət  hadisələrini  bildirən  sözlər;  4)  heyvan  ad - 

ları;  5)  cücü  və  həşarət  adları;  6)  ağac  adları;  7)  bostançılıqla 

bağlı  sözlər;  8)  quş  adları;  9)  balıqçılıqla  bağlı  sözlər;  10)  gə - 

miçiliklə  bağlı  sözlər;  11)  geyim  adları;  12)  zinət  əşyalarının 

adları;  13)  meyvə  adları;  14)  bitki  adları;  15)  yemək,  içki, 

ağartı  və  s.  ilə  bağlı  sözlər;  16)  xəstəlik  adları;  17)  kənd  təsər­

rüfatında  istifadə  olunan  alətlər  və  onların  hissələrinin  adları; 

18)  ev,  digər  ti kililər  və  onların  hissələrinin  adlarını  bildirən 

sözlər;  19)  məişətdə  işlədilən  əşyaların  adları;  20)  toy  adətləri 

ilə  bağlı  sözlər;  21)  əlamət  və  keyfiyyət  bildirən  sözlər;  22) 

toponimlər  (50,  83-84).  Göründüyü  kimi,  bu  qruplar  sözlərin 

bölünə  biləcəyi  tematik  qrupların  hamısını  əhatə  edə  bilməz. 

Deyək  ki,  toponimlər  ayrıca  bir  qrup  kimi  verilirsə,  onda  hid - 

ronimlər,  antroponimlər  və  s.  də  müəyyən  qrupda  birləşdiril - 

məlidir.  Əlbəttə,  İ.Tahirovun  tədqiqatında  bölgülər  dia lektlər- 

dən  toplanmış  alınma  sözlər  əsasında  aparılmışdır.  Ola  bilsin 

ki,  qeyd  edilən  tematik  bölgülər  toplanmış  materialın  miqdarı 

ilə bağlıdır.

Q.Cəfərov Azərbaycan dilinin leksik-semantik sistemi ilə bağ­

lı  tədqiqatında  üç  əsas  semantik  sistemi  nəzərdən  keçirmişdir:  1) 

şəxs,  fərd  və  rəng bildirən  sözlərin  semantik  sistemi;  2)  cism  (var­

lıq),  məkan,  zaman və kəmiyyət adlarının  semantik  sistemi;  3)  pro- 

sessuallıq bildirən  sözlərin  semantik sistemi.  Müəllif birinci  sistem­

də  şəxs  əvəzliklərinin,  qohumluq  terminlərinin,  yaş-cins  bildirən 

sözlərin,  rəng bildirən  sözlər,  ikinci  sistemdə bədən üzvlərinin,  mə-




27

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

kan  adlarının,  zaman  adlarının,  sayların  semantik  sistemlərini  təhlil 

və  tədqiq  süzgəcindən  keçirmişdir  ki,  bunların  hər  biri  müstəqil 

mikrosistemlərdir (19, 73).

Semantik  sahələr  dilçiliyin  həm  bu  və  ya  digər  dərəcədə 

öyrənilmiş,  həm  də  kifayət  qədər  tədqiq  edilməmiş  sahələrin - 

dəndir.  Z.Verdiyevanın  qeyd  etdiyi  kimi,  ən  çox  insanla  əlaqə­

dar  olan  leksik  tərkib  öyrənilmişdir.  Bu  mövzuya  aid  40  böl - 

mədən 24-ü  öyrənilmişdir (51,  321 -323).

Nəzərə  almaq  lazımdır  ki,  dilin  lüğət  tərkibinə  daxil  olan 

vahidlər  qeydə  alındığı  kimi,  nizama  da  salınır.  Hər  bir  dilin 

orfoqrafiya,  izahlı  və  digər  lüğətləri  leksik  sistemin  elementlə - 

rinin  toplanması  ilə  yanaşı,  nizama  salınmasına  da xidmət  gös - 

tərir.  Yazısız  dillər və  lüğəti  olmayan  dillərdə  sözlərin toplanı - 

lıb  qruplaşdırılması  xüsusi  mərhələ  təşkil  edir.  Bu  mərhələdən 

sonra  toplanmış  sözlərin  tematik  bölgüsü  aparılır.  Bölgü  top - 

lanmış  materiallar  əsasında  aparıldığından  bir  sıra  tematik 

qruplar diqqətdən  kənarda  qala bilər.

Azərbaycan  tatlarının  dilindəki  sözləri  müxtəlif  leksik - 

semantik  qruplar  üzrə  qruplaşdırmaq  vacibdir.  Məsələn,  bədən 

üzvlərinin  adları,  təbiət  hadisələri,  coğrafi  obyektləri  bildirən 

sözlər,  qohumluq  terminləri,  məişət  sözləri,  ayrı-ayrı  sənət 

sahələri  üzrə  sözlər  və  s.  Bizim  verəcəyimiz  tematik  bölgü  və 

ya  sözlərin  leksik-semantik  söz  qrupları  onlara  daxil  olan  söz - 

lərin həm  sayı,  həm  də  cəlb  edilən  yeni  qruplarla  əvvəlkilərdən 

fərqlənir.  Eyni  zamanda  qeyd  etməliyik  ki,  bu  bölgüdə  ayrıca 

sənət  sahələri  və  terminoloji  qruplarda  birləşdirilən  sözlərin 

bir  qisminə  aid  tematik  bölgü  həmin  sözlərin  ayrıca  təhlil  ob - 

yekti  olmasını  istisna  etməmişdir.  Tat dilinin lüğət fonduna  da - 

xil  olan  sözlərin  aşağıdakı  leksik-semantik  söz  qrupları  var:

1. 

Ev  əşyaları  və  qab-qacaq  adları:  bilmə  «boşqab»,  bəsti 



«güyüm»,  satıl  «mis  su  qabı»,  qaqala  «saxsı  banka»  lə if «yor­

ğan»,  nolin  «döşək»,  abgərdun  «abgərdən»,  nəəlbəki  «nəlbə­

ki»,  məştəfə  «aftafa»,  aşpəlö  «aşsüzən»,  ərsin  «ərsin»  (xəmiri



28

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

kəsmək  üçün  alət),  istikon  «stəkan»,  qəməti  «ət  baltası»,  müq. 

et:  azərb.  dial.  qəməlti  «iri  bıçaq»,  korda  «bıçaq»,  müq.  et: 

azərb.  dial.  gorda  «ikiağızlı  iri  bısaq»  (4,  202),  qeyçi  «qayçı», 



qaşuğ  «qaşıq»,  qajqun  «qazan»,  bolış  «balış,  yastıq»,  xolinçə 

«xalça»,  miz  «stol»,  ustul  «stul»,  qəndob  «qənddan»,  qəfədon 

«çaynik»,  dəmkeş  «dəmkeş»,  bisg  «kabab  şişi»,  kirsin  «kətil» 

və  s.


2.  Yemək  və  xörək  adları:  nun  «çörək»,  nimik  «duz»  öü 

«su»,  şir  «süd»,  şirəvo  «südlü  sıyıq»,  vürü  «umac»,  qurqut 

«qovrulmuş yarma»,  tüvəlos  «quymaq»,  siyəhəlva  «qara halva» 

(səməmdən  hazırlanır),  tarahəlva  «un  halvası»,  duğ  «ayran», 



duvavo  «dovğa»,  həsi  «əriştə»,  kolanun  «göyərtidən  hazırlan­

mış  çörək»,  darungərgi  «zoğal  qurusundan  hazırlanmış  qiy- 

mə»,  ruğananun  «fəsəli»,  xoyəkərg  «yumurta»,  xoyəginə  «şirin 

qayğanaq»,  sərəpö  «xaş»  (baş-ayaq),  aşfutolı  «əvəlik  aşı»,  qi- 



linpiyoz  «kartof-soğan  çığırtması»,  nuntari  «kartof şiləsi»,  hə- 

lisə  «ətli  hədik»,  mixləmə  «qayğanaq» və  s.

3.  Paltar,  parça  və  ayaqqabı  adları:  şe  «köynək»,  ru  şey 

«üst  köynəyi»,  zir  şey  «alt  köynəyi»,  zir  şalvar  «alt  şalvarı», 

ostin  «köynəyin  qolu»,  püstin  «şuba»,  kisə  «cib»,  çarşö  «çar­

şab»,  çaxşür  «corab»,  olat  «paltar»,  ləçəy  «ləçək»,  şalvor  «şal­

var»,  çit  «çit»,  külmaxmar  «gülməxmər»,  qeyiş  «qayış,  toqqa», 

paltok  «palto»,  yəylığ  «yaylıq»,  dəsmol  «dəsmal»,  sədəf «düy- 

mə»,  ipəy  «ipək» və  s.

4.  Sənət  və  peşə  adları:  qəleyçi  «qalayçı»,  qərəvülçi  «qa- 

rovulçu»,  «gözətçi»,  önçi  «ovçu»,  meşəbəyi  «meşəbəyi»  və  s. 

Məlumdur  ki,  peşə-sənət  leksikası  maddi  istehsalın  səviyyəsinə 

uyğun  olaraq  daim  yeni  sözlər hesabına  zənginləşir,  digər tərəfdən 

bir mənada işlənən  sözlər başqa yeni  mənalar kəsb  edir.  Hazırda bu 

leksik  qat  dilçilikdə  müxtəlif  adlarla  verilir:  peşə-sənət  leksikası, 

sənət terminologiyası,  xalq terminoloji  leksikası,  peşə-sənət  sözləri, 

professionalizmlər,  etnoqrafizmlər,  etnoqrafiya leksikası və s.  Azər­

baycan dilçiliyində də bu qəbildən olan  sözlər ya «peşə-sənət sözlə-



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə