Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili Biz Azərbaycan deyəndə onun sərvətini, onun



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə14/44
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57066
1   ...   10   11   12   13   14   15   16   17   ...   44

44
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
Azərbaycan dilinə, sözdüzəldici morfem tat dilinə  mənsubdur; 
2)  sözün  kökü  tat  dilinə,  sözdüzəldici  morfem  Azərbaycan 
dilinə mənsubdur. 
Azərbaycan tatlarının müxtəlif ləhcə  və  şivələrində  işlə- 
nən birinci tərəfi Azərbaycan dilindən alınma, ikinci tərəfi tat 
dilinə   məxsus,   köməkçi   fel   olan   analitik   fell ərdə   maraqlı 
xüsusiyyət aşkara çıxır. Birinci t ərəf, bir qayda olaraq, -mış/- 
miş/-muş/-müş   şəkilçisi   ilə   əmələ   gəlmiş   feli   sifətlə   ifadə 
olunur. Məsələn;  alışmış birən  «alışmaq, öyrəşmək»;  allanmış 
birən  «aldanmaq»;  aldatmış  soxtən  «aldatmaq»;  axmiş  birən 
«axmaq»;     aqnamiş     birən     «ağnamaq»;     inanmış     birən 
«inanmaq»; inanmiş soxtən «inandırmaq» və s. 
Ohunçuluq  «dəmirçilik» (Məl.). Lahıc ləhcəsində «də- 
mirçilik» mənası  həngəri  sözü ilə verilir. Bu ləhcədə  həngər 
«dəmirçi» mənasındadır. «Həng» sözünün «dəmir» mənasında 
olması şübhə doğurmur. 
Tat dilindəki hibrid sözlər müxtəlif leksik-semantik söz 
qruplarında da müşahidə olunur. Bir məfhumun fərqli növlə- 
rini bildirmək üçün istifadə olunan söz birləşmələrində  tərkib 
hissələrindən   biri   alınma,   o   biri   il ə   tat   mənşəli   olur.   Bu, 
mürəkkəb sözlərdə də özünü göstərir. 
Tat  dilində  «alma»  mənası  «sib»  sözü  ilə  ifadə  olunur. 
Bununla   yanaşı,   dildə   müasir   Azərbaycan   dilindən   alınma 
«alma» sözü də işləkdir. Konkret nümunələri nəzərdən keçirək. 
Qənd alması  sözü ümumiran mənşəli  qənd  və Azərbaycan 
dilindən alınma  alma  sözü  əsasında formalaşmışdır.  Aybalma 
sözü  ayıb  və  alma  sözlərinin birləşməsindən  əmələ  gəlmişdir. 
Belə hibrid sözlər arasında Azərbaycan dilindən bilavasitə 
alınmış sözlərlə  əmələ  gələnlər də var. Məsələn:  xürdəantan, 
urusəsib (rus alması), qəndilsinaob və s. 
Tat dilindəki alınma sözlərin əksəriyyətini adlar, xüsusilə 


45
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
isimlər təşkil edir. Dilin fel hissəsi isə, demək olar ki, sabit 
qalmışdır.   Burada   hibrid   söz lərin   əmələ   gəlməsi   müşahidə 
olunmur. 
Azərbaycan dilindən tat dilinə «…cümlə daxilində konk- 
ret   olmayan   şəxsin   və  ya  başqa   əşyaların  adlarını   bil dirən 
sözlərin  əvəzində  işlənən» (71, 123) qeyri-müəyyən  əvəz- 
liklərdən aşağıdakılar daxil olmuşdur:  kimsə  «kimsə»,  nəsə/bə- 
zən bu əvəzliyin tərkibindəki  nə  tat dilinə  məxsus  çü  ilə  əvəz 
olunmaqla çüsə şəklində işlənir. 
Azərbaycan dilindəki  kimsə, nəsə  qeyri-müəyyən  əvəzlik- 
ləri sual əvəzlikləri ilə  sə  ünsürünün birləşməsi  əsasında for- 
malaşmışdır. Tat dilindəki hibrid sözdə bu dilin sual əvəzliyi  sə 
ünsürü iştirak edir: kisə «kimsə», çüsə «nəsə» və s. 
Tat dilində hibrid sözlər daha çox fellərdə özünü göstərir. 
Bu zaman mürəkkəb felin ad hissəsində alınma söz, tat dilinə 
məxsus olan köməkçi fellə işlənir. 
Əşyanın iş, hərəkət və halını bildirən alınma sözlərin he- 
sabına     yaranan    hibrid    fell əri    leksik-semantik    cəhətdən 
aşağıdakı kimi qruplaşdırmaq olar: 
1. Hərəkət felləri:  ax birən//axmiş birən  «axmaq»,  batmiş 
birən  «batmaq»,   kuç   birən//kuçmiş   birən   «köçmək»,  uçmiş 
birən  «uçmaq»,  üzmiş birən  «üzmək»,  yayilmiş birən//yoyilmiş 
birən 
«yayılmaq», 
çapmiş saxtən 
«çapmaq», 
izləmiş 
saxtən//izdəmiş saxtən  «izləmək»,  hucum saxtən  «hücum elə- 
mək»,   dulaş   birən//dulaşmiş   birən   «dolaşmaq»,   daxil   birən 
«daxil olmaq». 
2.  İş felləri:  artirmiş saxtən  «artırmaq»,  boşləmiş saxtən 
«başlamaq»,  buraz dərən  «burazlamaq»,  burmiş  dərən  «bur- 
maq»,  büzmiş saxtən  «büzmək»,  bükmiş saxtən  «bükmək», 
qazanc saxtən//qazanmiş saxtən «qazanmaq». 
3. Nitq felləri:  qarğuş saxtən  «qarğımaq»,  vidaləşmiş bi- 


46
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
rən  «vidalaşmaq»,  bağırmiş birən  «bağırmaq»,  çərənləmiş bi- 
rən  «çərənləmək»,  sızıldamiş birən  «sızıldamaq»,  pıçıldəmiş 
birən  «pıçıldamaq»,  xəbər ustarən  «xəbər almaq», sual dərən 
«sual  vermək»,  təhnə  zərən  «tənə  vurmaq»,  qinəmiş   saxtən 
«qınamaq». 
4. Hissiyyat bildirən fellər:  utanmiş birən  «utanmaq», 
qızarmiş birən  «qızarmaq»,  çəkinmiş birən  «çəkinmək»,  se- 
vinmiş birən «sevinmək», qəzəblənmiş birən «qəzəblənmək». 
5. Hal-vəziyyət bildirən fellər:  üzülmüş birən  «üzülmək», 
cırələşmiş birən «cırlaşmaş», sinixmiş birən «sınıxmaq». 
6. Təfəkkürlə bağlı olan fellər:  anləmiş birən  «anlamaq», 
qammiş birən «qanmaq», düşimiş birən «düşünmək». 
7.   Səstəqlidi   sözlərdən   düzələn   fellər:   anqirmiş   birən 
«anqırmaq»,   guruldəmiş  birən  «guruldamaq»,   mələmiş  birən 
«mələmək»,  uləmiş birən  «ulamaq»,  xırıldəmiş birən  «xırılda- 
maq». 
Azərbaycan dili tat dilinin hər sahəsinə  təsir etsə  də, dilin 
fel hissəsi, demək olar ki, sabit qalmışdır. Bel ə ki, tat dilinin 
Azərbaycan dilindən çoxlu alınmalar qəbul etməsinə 
baxmayaraq,   onların   arasında   alınma   fell ərə   rast   gəlmək 
olmur.   Lakin   Azərbaycan  dilindən  feli  sifət  formasında  və 
kökü,   ya   da   əsası   substantivləşməklə   keçən  sözlər   çoxdur. 
Bunlar dilin özünəməxsus felləri ilə  işlənərək, analitik üsulla 
fellərin yaradılmasında mühüm rol oyna yır. 
Bunlardan başqa, dildə alınma adlardan da analitik yolla 
fellərin  yaradılmasında  geniş  istifad ə  olunur.  Onların  da  fel 
kimi   formalaşmasında   tat   dilinin   h əm   köməkçi,   həm   də 
müstəqil mənalı felləri həlledici rol oynayır. Onlar ancaq ad 
formasında  keçərək,  mürəkkəb  fellərin  yaranmasında  işti rak 
edir. 
Saxtən  «etmək, eləmək» köməkçi feli ilə  işlənən alınma- 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə