Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili Biz Azərbaycan deyəndə onun sərvətini, onun



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə2/44
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57066
1   2   3   4   5   6   7   8   9   ...   44

6
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
tədqiq və  təhlilə  cəlb olunmuşdur. Azərbaycanın müxtəlif bölgələ- 
rində yaşayan tatların dilindəki alınmalar qruplaşdırılmış, onların 
işləklik dərəcələrinin aydınlaşdırlılmasına cəhd göstərilmişdir. 
Genealoji mənzərənin tədqiq edilməsi prosesində vasitələi və 
vasitəsiz alınmalar məsələsinə də baxılmışdır. 
Monoqrafiyada tat dili, eləcə  də tat və Azərbaycan dillərinin 
qarşılıqlı  əlaqələri ilə bağlı  tədqiqat işlərinə  də müraciət edilmiş
onlardakı materiallardan, dil faktlarından istifadə edilmiş, həmçinin, 
tat dilinin genealoji mənzərəsinə dair əldə edilmiş  nəticələrin 
müqayisəli təhlili aparılmışdır. 
 
 
 
AMEA Nəsimi adına Dilçilik İnstitutu 
Dil əlaqələri şöbəsinin müdiri 
filologiya üzrə elmlər doktoru, 
professor R.H.Eyvazova 


7
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
GİRİŞ 
 
Dilin lüğət fondunun ənənəvi təsnif formalarından biri 
genealoji təsnifatdır. Belə bir təsnif zamanı sözlər mənşəyinə 
görə qruplara bölünür. Belə bölgü sözlərin iki əsas qrupunu 
fərqləndirməyi   vacib   edir:   1)   dilin   mənşəcə  öz   sözləri;   2) 
alınma sözlər. 
Dilin mənşəcə öz sözləri hər bir dilin lüğət fondunun əsas 
hissəsini təşkil edir. Dil müəyyən dillər ailəsinə daxil olur. 
Müəyyən dil ailəsinə daxil olan dillər tarixin müəyyən dövr- 
lərində  təşəkkül tapıb formalaşdığından, qohum dil lərin qədim 
dövrünə aid leksik vahidlərə münasibətdə ortaqlıq özünü gös- 
tərir. Yəni, pradil səviyyəsinə aid leksik fonda daxil olan vahid 
qohum dillərin hamısına məxsusdur. Yazısı olan dill ərin lüğət 
tərkibinə   daxil   olan   sözləri   müəyyən   etmək   üçün   yazılı 
abidələr müstəsna rol oynayır. Lüğət tərkibi, ilk növbədə, bu 
abidələr  əsasında formalaşır. Yazılı abidələrdə  işlənmiş sözlə- 
rin mənşəcə qruplaşdırılması isə etimoloji və  təsviri təhlillər 
əsasında aparılır. Yazısı olmayan dill ərin leksik fonduna daxil 
olan   vahidlərin   ayırd   edilməsi   isə   müəyyən   çətinliklərlə 
bağlıdır.  Bu  zaman  dilin  daşıyıcı larının  nitqi  üzrə  toplanmış 
materialların öyrənilməsi tələbi meydana çıxır. Yalnız h əmin 
materiallar  əsasında dilin lüğət tərkibini müəyyən etmək, onun 
leksikasını öyrənmək mümkün olur. Dilin leksik sisteminin 
hərtərəfli   araşdırılması   bu   dilə   aid   sözlərin   başqa   dillərdə 
işlənməsi ilə bağlı axtarışlara yol açır. 
Qohum dillər də bir-birinə yaxınlıq və uzaqlıq baxımın- 
dan fərqləndirilir. Bu baxımdan bir-birinə yaxın olan qohum 
dillərin  leksik  fondunda  eyni  v ə  ya  kiçik  fonetik  dəyişməyə 
məruz  qalmış  sözlər aşkara çıxır.  Qeyd  olunan  cəhət  yazısız 
dildə işlənən sözün derivatlarının yaxın qohum dild ə tapılması 


8
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
nəticəsində leksik fondun üzdə olmayan vahidlərini 
müəyyənləşdirməyə imkan verir. Belə araşdırmalar lüğət 
fondunun  əsas kütləsini  əhatə edə biləcək lüğətin forma- 
laşdırılması, hazırlanması üçün xüsusi əhəmiyyət kəsb edir. 
Dilin  əsas  lüğət  fondu  daim  dəyişikliklərə  məruz  qalır. 
Bu dəyişikliklər bilavasitə  cəmiyyətin həyatında baş verən ha- 
disələrlə bağlı olur. Eyni zamanda lüğət fondunda dəyişikliklər 
dil  daşıyıcılarının  ictimai,  siyasi,  iqti sadi,  mədəni  həyatında 
baş verən hadisələrdən asılı olur. 
Q.Cəfərov lüğət tərkibinin dəyişməsini dinamik proses 
kimi   səciyyələndirərək   yazır:   «Lüğət  tərkibi   qeyri-sabit   və 
daim dəyişkəndir, dilin hər bir halında yeni sözlər meydana 
gəlməklə  yanaşı, köhnə sözlər də  sıradan çıxır. Ona görə  də 
lüğət tərkibi sabitlik vəziyyətinin inkarı  təsiri bağışlayır. Lüğət 
tərkibində   baş   verən   bütün   dəyişikliklərə   baxmayaraq,   o, 
sistemli tədqiqatdan kənarda qala bilməz» (17, 17). Şübhəsiz 
ki,  bütün  dillərin,  o  cümlədən  Azərbaycan  tatlarının  dilinin 
lüğət tərkibində  də belə proseslər daim gedir, lüğət tərkibi 
dəyişir.  Dildə  yeni  sözlər  yaranır,  yeni  alınmalar  lüğət  tər- 
kibinə daxil olur. Bununla yanaşı, dilin bir çox sözləri 
arxaikləşir, passiv lüğət fonduna keçir. Passiv lüğət fondu 
anlayışı yazısı olan dillərə  şamil olunur. Arxaikləşmiş  və ya 
köhnəlmiş sözlər yazılı abidələrdə,  ədəbi  əsərlərdə, nəhayət, 
lüğətlərdə qalır, onlar dil daşyıcılarının nitq fəaliyyətində üzə 
çıxmır.   Lüğət   tərkibinin   dil   daşıyıcılarının   nitq   mate rialları 
əsasında formalaşdırılması zamanı materialın toplandığı dövrə 
aid söz və ifadələri aşkara çıxarmaq mümkündür. Deməli, bu 
zaman arxaikləşməyə, köhnəlməyə  məruz qalmış sözlərin 
müəyyənləşdirilməsi mümkün olmur. 
Azərbaycanda tat dilinin yayılma arealları  əsas götürülər- 
sə,  bu  dilin  lüğət  fondunu  müxtəlif  ləhcələrin  leksikası  əsa- 


9
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
sında formalaşdırmaq olar. Bel ə olan halda, tat dilin ə  mənsub 
olan  beş  ləhcənin  leksikası  üzrə  materiallar  toplamaq  lazım 
gəlir. 
Tat dili qismən yazısı olan dil kimi qiymətləndirilir. Yazı 
yəhudi tatlarının dilində qeydə alınır. Dağ  yəhudi lərinin tatları 
üçün müxtəlif dövrlərdə müxtəlif qrafik sis temlərdən istifadə 
olunmuşdur.  Birinci  tat  əlifbası  rus  in qilabından  əvvəl  (XX 
əsrin  əvvəlləri) yəhudi dilinin qrafik sistemi üzrə bu di lin səs 
sisteminə  uyğunlaşdırılmış  şəkildə  hazır lanmışdır.  XX  əsrin 
birinci onilliyində bu əlifba  əsasında iv ritdən tərcümələr nəşr 
edilmişdir.   Ötən   əsrin   20 -ci   illərində   yəhudi   tat   dilində 
müxtəlif dərsliklər və  əlifbalar nəşr olun muşdur. 1928-1938-ci 
illərdə  dağ  yəhudiləri  latın  əsaslı  əlif badan    istifadə  etmişlər. 
1938-ci   ildə   bu   əlifba   da   dəyiş dirilmiş   və   rus   qrafikalı 
əlifbadan istifadə olunmağa başlan mışdır.  Yazının  yəhudi tat 
dilinə aid olmasına baxmayaraq, yəhudi tat dili ilə tat dilinin 
yaxınlığı  ümumi  sözlərin  bir  his səsini  qeydə  almağa  imkan 
yaratmışdır. Azərbaycan tat larının dilinin lüğət tərkibi,  əsasən, 
bu    dilin    ləhcə    və    şivələri    əsa sında    aparılmış    tədqiqat 
prosesində toplanmış materialları  əhatə edir. Bu tipli işlər 
haqqında    yuxarıda    tat    dili nin    tədqiqat    tarixindən    bəhs 
edilərkən məlumat verilmişdir. 
Azərbaycan tatlarının l əhcə  və  şivələrinin leksikası üzrə 
aparılmış  tədqiqatlarda ləhcələrin lüğət tərkibini təşkil edən 
sözlər mənşəcə üç əsas qrupa bölünür: 1) ümumiran m ənşəli 
sözlər;  2)  spesifik  leksika;  3)  alınma   sözl ər.   Tədqiqatçılar 
«ümumiran mənşəli sözlər» və «spesifik sözlər» anlayışlarını 
təyin  etmədən  birbaşa  bu  qruplara  daxil  olan  söz lərdən  bəhs 
edirlər. Bu qruplar haqqında verilmiş m əlumatlardan, sözlərin 
təhlilindən aydın olur ki, ümumiran m ənşəli sözlər  əksər və ya 
bir   çox   İran   dillərinin   lüğət   tərkibində   yer   tutan   leksik 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə