Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili Biz Azərbaycan deyəndə onun sərvətini, onun



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə3/44
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57066
1   2   3   4   5   6   7   8   9   ...   44

10
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
vahidləri  əhatə edir. Buna münasibətdə mübahisəli qalan 
məsələlərdən  biri  budur  ki,  sözün  ümum iran  mənşəli  hesab 
edilməsi    üçün    onun    İran    dil lərindən    təqribən    neçəsində 
işlənməsi haqqında dəqiq məlumat yoxdur. Terminologiyada 
beynəlmiləl terminin müəyyənləşdirilməsi zamanı terminin ən 
azı üç müxtəlifsistemli dildə  işlənməsi meyarı isə  cəlb edilir. 
Əlbəttə,  burada  həm  say,  həm  də   dillərin   müxtəlifsistemli 
olması   əhəmiyyət   kəsb   edir.   İran   dilləri   isə   eyni   sistemə 
malikdir.  Əgər  üç  müxtəlif  İran  dili  meyarı  q əbul  edilərsə, 
onda sözün ümumiran mənşəli olması üçün meyar təkcə sayla 
məhdudlaşır. Bu isə, təbii ki, məqbul sayıla bilməz. Biz hesab 
edirik ki, bu məsələnin həllində dilin tarixi leksikologiyası il ə 
bağlı faktlara istinad etməklə, sözün etimoloji təhlili  əsas ola 
bilər.  Etimoloji  təhlil  prosesində  sözün  digər  İran  dillərində 
istər fonetik cildinə, istərsə semantikasına görə variantları 
araşıdırılır. Belə variantların varlığı sözün ümumiran m ənşəli 
olmasını    müəyyənləşdirməyə    imkan    verir.    Məlumdur    ki, 
«coğrafi ayrılma  şəraitində inkişaf edən dil qohum dillərlə 
müqayisədə yalnız ona mənsub olan əlamətlərin məcmusunu 
təqdim   edir.   Həmin   dil   öz   növbəsində   bölünməyə   məruz 
qalanda, ondan əmələ  gələn ayrı-ayrı dialektlər  əlamətlərinin 
ümumiliyi sayəsində, onları başqa  ərazinin dialektləri ilə deyil, 
öz   aralarında   bağlayan   daha   sıx   qohumluğa   ş əhadət   verir. 
Onlar,  doğrudan  da,  ümumi  gövd ədən  ayrılmış  xüsusi  budaq 
yaradırlar» (19, 343-344). Azərbaycanda yaşayan tatların dili 
həm qohum dillərdən, həm bu dildə danışıb, Azərbaycanda ya- 
şamayan tatların dilind ən, həm də respublikada yaşayan baş qa 
tatların  dillərindən  təcrid  olunmuş  şəkildə  inkişaf  edir.  Ona 
görə  də tat dilinin lüğət tərkibindəki ümumiran mənşəli sözlər 
tarixən bu dildə istifadə olunmuş ümumiran mənşəli sözlər ola 
bilər. Yəni, həmin sözlər qədim tarixi ilə seçilən sözlər qru- 


11
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
punu əhatə etmiş olacaqdır. 
Tat dili ilə Azərbaycan dili arasında  əlaqələr böyük tarixə 
malikdir. Azərbaycan dili ilə  sıx  əlaqələr tat dilinin leksik 
fonduna  əsaslı  təsir göstərmişdir. Nəticədə, Azərbaycan tat- 
larının dilində alınmalarla yanaşı, külli miq darda hibrid söz lər 
meydana gəlmişdir. Hibrid sözlər tərkib hissələri mənşəcə 
müxtəlif   dillərdən  olan  sözlərdir.   Belə  sözlər   dilin   özündə 
yarana bildiyi kimi, başqa dil vasit əsi ilə hazır  şəkildə alına 
bilir. Qeyd olunan cəhət nəzərə alınarsa, Azərbaycan tatlarının 
dilində Azərbaycan və tat mənşəli ünsürlərdən, morfemlərdən 
təşkil olunmuş, eləcə  də, Azərbaycan dili vasitəsi ilə alınmış 
hibrid sözləri ayırmaq mümkündür. Az ərbaycan dilinin vasitə- 
çiliyi ilə alınmış hibrid sözlərin tərkibində Azərbaycan dilinin 
və başqa dillərin (ərəb, fars, rus, Avropa mənşəli başqa dil) 
ünsürlərinin işlənməsi özünü göstərir. 
Beləliklə, Azərbaycan tatlarının dilinin lüğət tərkibini üç 
əsas qrupa bölmək olar: 1) mənşəcə dilin öz sözləri; 2) alın- 
malar;   3)   hibrid   sözlər.   Hər   qrupu   yarımqruplara   ayırmaq 
imkanı   var.   Mənşəcə   dilin   özünə   məxsus   sözlər   qrupunu 
ləhcələr üzrə  də bölmək olar. Burada ümumiran m ənşəli sözlər 
və tat dili sözləri yarımqruplarını ayırmaq da özünü doğruldur. 
Onu da qeyd etmək lazımdır ki, Az ərbaycan tatlarının dilinin 
bəzi  şivələrində ümumiran mənşəli sözlər çoxdur. Məsələn, 
Lahıc ləhcəsinin leksik tərkibini,  əsasən, ümumiran mənşəli 
sözlər təşkil edir. Qeyd etməliyik ki, həmin leksik vahidlərin 
müəyyən qisminə tat dilinin digər ləhcələrində  də rast gəlmək 
olur. 
Dillər arasındakı  əlaqələr ilk növbədə, dilin lüğət tərki- 
binə daxil olan vahidlərdə özünü göstərir.  Əlaqələr prosesində 
dil başqa dildən söz alır və yaxud ona söz verir. Lakin sözalma 
və  sözvermə  bir  dil  üçün  eyni  tərtibli  dil  hadisəsi  deyil.  Bu 


12
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
hadisələr   dillərin   tutduqları   mövqed ən,   onların   dominantlıq 
dərəcələrindən   asılı   olur.   Bir   qayda   olaraq   do minant   dilin 
sözləri onunla təmasda olan dillərə daha çox keçir. Hər bir 
alınma  isə  dilin  lüğət  tərkibinə  təsir  göstərir.  Alınma  nəinki 
sözü   qəbul   edən  dilin  leksik  sistemind ə   dəyişmələrə   səbəb 
olur, eyni zamanda dilin digər yaruslarına təsir üçün zəmin ya- 
radır (80, 176). 
Azərbaycan  tatlarının  dilind ə  işlənən  alınma  sözləri  üç 
əsas   yarımqrupa   ayırmaq   m əqsədəuyğundur:  1)  Azərbaycan 
dilindən alınmalar; 2) Azərbaycan dili vasitəsi ilə alınmalar; 3) 
birbaşa alınmalar. Bu məsələyə münasibətdə  bəzi başqa mə- 
qamlar  da  üxzə  çıxır.  Azərbaycan  tatlarının  əlaqədə  olduğu 
dillər  arasında  Dağıstan  dill əri  də  var.  Belə  bir  cəhət  həmin 
dillərdən  birbaşa  sözalmaya   imkan   yaratmışdır.   Tat   di linin 
ləhcələri  əsasında aparılan  təhlildən  belə bir  qənaətə  gəlmək 
olur   ki,   Dağıstan   dillərindən   birbaşa   alınmalar   Quba   və 
Xaçmaz ləhcələri üçün səciyyəvidir. 
Tat dilinin leksik fondunu, əsasən,  İran mənşəli söz və 
terminlər təşkil etsə  də, bu dildə xeyli miqdarda Azərbaycan, 
ərəb və fars sözləri, eləcə  də, rus dilindən və Dağıstan (ləzgi, 
qrız, buduq, xınalıq v ə s.) dillərindən keçmiş söz və terminlər 
var. Tat dili Azərbaycan  ərazisindəki başqa dillərlə  də  əlaqədə 
olmuşdur. R.Heydərov Azərbaycanda dil idtifaqı  məsələsinə 
münasibət bildirərkən ölkə  ərazisinin  əsrlər boyu beynəlxalq 
ticarət yollarının üzərində yerləşdiyindən və  zəngin təbii 
sərvətlərə malik  olduğundan  daim  qonşu  xalq ların  və  işğalçı 
dövlətlərin diqqət mərkəzində olmasını, bu ərazidə müxtəlif 
tayfaların, etnik qrupların məskunlaşmasını, habelə  bəzi 
etnosların buraya köçürülməsinə görə dil ittifaqının yaranması 
üçün şəraitin olmasını göstərmişdir (32, 17). 
Tat dilinin ən çox təmasda olduğu dil Az ərbaycan dilidir. 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə