Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili Biz Azərbaycan deyəndə onun sərvətini, onun



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə9/44
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57066
1   ...   5   6   7   8   9   10   11   12   ...   44

29
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
Dezirən  «sancmaq» (Ab.). Firağıstan «sancmaq» (Lah.). 
Ənqə dezirəni xub nə əbirən «Arının sancmağı yaxşı olmur». 
Dirağundan  «basdırmaq» (Xaç.). Camaət kürə bi, şüş- 
tünd ürə  və  kəfən güftund urə, bardind ki, dirağunund.  «Ca - 
maat    yığışıb    onu    yudular,    k əfənə    bükdülər,    basdırmağa 
apardılar». 
Dülə qoğal  «iç qoğal» (Ab.). Hərfən: «iç» dülə  («ürək») 
sözünün məcazi mənasıdır. Bə id Noruz dülə qoğal boş  həmsi- 
ya impezim «Novruz bayramında qonşularla birlikdə içli qoğal 
(şorqogal) bişiririk». 
Dəlnə (yə) «qadın» (Qon. k.). İ  ətür bərey dəlnəyü «Bu 
ətir qadın üçündür». 
Ərusəmi   «əmidostu».   Mənşəcə   izafət   birləşməsindən 
əmələ  gəlmişdir  (əris-e  əmu).  Tat  dilində  əris/örüs,  «gəlin», 
amu  «əmi» deməkdir.  Əris/Ərüs/  Ərsəmi/Ərsamu  adları  qız adı 
kimi də işlənir. 
Futolı   «əvəlik»  (Lah.).   Vaxsim   ye   oş   futolı   bürjünim 
«Duraq bir əvəlik aşı bişirək». 
Füdərən   «söymək»   (Kil.).   Baqqal   hürsi   birə,   füdərə 
dəbrişə. «Baqqal hirslənib dərvişi söyür». 
Fərzənd  «övlad», «oğul» (Q.). Xub ə  əyal çü bəxastən  ə 
mal piyər (Atalar sözü) «Yaxşı oğul neynər ata malını?!». 
Hodağa  «elə» (Ab.). Sarə lap hodağa nə minü. «Sara lap 
elə eləməz». 
Hənd  «daxma, koma» (Xaç.). Müq.et: Bu hənddən  o biri 
həndə.  Bu  kənddən  o  biri  kəndə.  Rahat  yollar  çəkilir 
(M.Müşfiq). Müq.et: azərb. hin «toyuq damı». 
Həvardən  «yaymaq» (Q.). Bəre arsi zənun lavaş havar- 
dənund. «Qadınlar toy üçün lavaş yayırdılar». 
Hərşəfin  «qızılı» (<əşrəfi) (Kil.). Bi rav yeki rast ima rən 
ki,  niştə  əşrəfin  stola  bə  səri  «Bu  vaxt  birinə  rast  gəlir  ki, 


30
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
oturub əşrəfi stolun üstündə». 
Həfsər  «yeddibaşlı» (div barəsində) (Kil.). Mürəkkəb söz 
olub,  həf (t) «yeddi» və  sər  «baş» sözlərinin birləşməsindən 
əmələ  gəlmişdir.  Ə pişe anu  ye d ər  bu,  dərə  vakart  vind  ki, 
incə  ye  həfsəri  döü  nişte.  «Qarşısında bir qapı var idi, açdı, 
gördü ki, bir yeddibaşlı div oturub . 
İnqarçu   «çəngəl»   (Q.).   Bərey   arsi   inqarçu-kardəhanə 
xub-xub şustim «Toy üçün çəngəl-bıçağı yaxşı-yaxşı yuduq». 
Kutirən  «demək» (Ab.). Mola Nesrəddin  kuti ki, sahar 
miye qazqunə imbəri «Molla Nəsrəddin  dedi ki, səhər gəlib 
qazanı apararsan». 
Küpəz  «varlı» (Q.). Əlişirə  bə dih ən  küpəzə  ədəmi çu- 
naxtənund. «Əlişir kəndin varlı adamlarından sayılır». 
Voçir «varlı» (Ab.). 
Küfarə  «beşik» (Q.). Ə  küfarə  tə  bə qabr elm vamurind 
(Həzrəti-Əlinin kəlamı). «Beşikdən qəbrədək elm öyrənin». 
Borley (yə) «beşik» (İb.) (Ab.). 
Künd  «dost».  Bu  söz  tat  dilinin  spesifik  leksik  layına 
aiddir. 
Künd  biran   «yaxınlaşmaq»  (Kil.).  Bu,  mürəkkəb  söz 
olub,  kund  «yaxın» və  biran  «olmaq» felinin birləşməsindən 
əmələ gəlmişdir. Əz una bə də balca kuk rəxtə düzd künd birən 
kinə, xancal iştənə  kənd. «Bundan sonra kiçik oğul ge dir, oğru 
yaxınlaşan kimi, xəncərini çıxarır». 
Qall zərən  «çağırmaq» (Ab.). Zərən «vurmaq» köməkçi 
felinin  köməyi  ilə  yaranan  mürəkkəb  feldir.  Məs:  Əziz  tünə 
qall  zə,  tü  nə  şiniri.  Əziz  səni  çağırdı,  sən  eşitmədin».  Tat 
dilinin Lahıc ləhcəsində bu söz «qiyə  zərən» formasında qeydə 
alınmışdır. 
Qartxundum  «borc verən» (Xızı). Yə ruz Malla Nasra- 
din fikir naha ki: Mi ki, ba xun ə niştən, heizim qartxundum mi 


31
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
miyayind ki, «pul mənə bidi!» – «Bir gün Molla Nəsrəddin 
fikirləşdi  ki:  «Mən  ki,  evdə  oturmuşam,  borc  yiyələri  gəlib 
mənə deyərlər ki, pulumu ver!» 
Qorag birən  «geyinmək» (birən  «olmaq») (Ab.). Bə 
məktəb  hamə  nuqə  alat  qorağ  birəbirund.  «Məktəbdə  hamı 
təzə paltar geyinmişdi». Burada əsas mətləb mürəkkəb sözün 
birinci tərkib hissəsinin (qoraq) üzərinə düşür. Bizim topla dı- 
ğımız materiallar içərisində belə bir sözə müstəqil bir söz kimi 
rast gəlməmişik. Bizə belə  gəlir ki, bu məqamda Azər baycan 
dili bizim köməyimizə  gələ bilər. Azərbaycan danışıq dilində 
qıvraq  (qısıqıvraq  derivatı da var) məhz geyimlə bağlı olan bir 
təsəvvürlə bağlıdır. Hətta onun qoraq  formasında işlənməsi də 
istisna   olunmur.   Dialektoloji   lüğətdə    qıvraq   sözünün   bu 
mənası   əksini   tapmayıb.   Nəzərdə   tutulan   mə na   aşağıdakı 
cümlədə müşahidə olunur: o, qısıqıvraq  geyinmişdi. Ola bilsin 
ki,  qoraq  sözü  qıvraq  sözünün başqa dil mühitində qazandığı 
formadır. 
Qələbə  «çox» (Ab.). Ə mü qələbə  razü büründ. «Məndən 
çox razı qalldılar». Digər tat ləhcələrində bu sözə  qe, qəy 
şəklində  rast  gəlirik.  Azərbaycan  dilində  bu  sözün  qələbəlik 
«tünlük», «basabas» törəməsi mövcuddur. 
Qolay  qolay-qolay/qulay-qulay;   «yaxşıca»,   «yaxşı -yax- 
şı». Müq.et: Haydı, fikrim kimi qalınlaş, orman, Ruzgar, duy- 
ğum kimi əs qolay-qolay
Gal  şəndən  «əmr etmək» (Ab.). Hadütü dürüst əst, amma 
key  ki   mü   kağaz   bnöyştənüm,   bədə   münə  gal   bşəndənund. 
«Sözün düzdür, amma nə vaxt mən kağız yazıram, mənə  əmr 
edirlər». 
Gödə/ködək  «gödək».  Tat  dilinin  müxtəlif  ləhcələrində 
gudə, güdə, gedə, küti, gutə variantları var. 
Ləbbadə   «plaş»   (Ab.).   Bil   ləbbadə   xaştənə   dəkünü. 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə