Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə14/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   10   11   12   13   14   15   16   17   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
43 
43 
ərazilərdə  bu  xalqların  nümayəndələri  ilə  də  dil  əlaqələri  baş 
vermişdir. Məsələn, tat-qrız dil əlaqələri nəticəsində bir sıra tat 
sözləri  qrız  dilinə  keçmişdir.  Qrız  dilini  tədqiq  etmiş 
Ş.Sədiyev bu dildə tat sözlərinin işlənməsini qanunauyğun hal 
saymışdır.  O  göstərir  ki,  Qonaqkənd  rayonu  ərazisində 
qrızların,  haput  və  jeklərin  yaşadığı  kəndlər  olmuşdur.  Bu 
kəndlərdə  yaşayanlar  XX  əsrin  ortalarınadək  tat  dilində 
danışmışlar.  Hazırda  onlar  Azərbaycan  dilində  danışırlar. 
Beləliklə,  qrızlar  tatlarla,  o  cümlədən  də  dağ  yəhudiləri  ilə 
təmaslı  dil  əlaqələrində  olmuşlar.  Nəticədə  qrız  dilinə 
ğəbağ//qabaq, «alın», mijə «kirpik», jijə «kirpi», ənəğ «beşinci 
gün»;  suğra  «piyalə»,  xeyra  «piyalə»;  qurz  «gürz»,  sum  «sa-
man»,  kaç  «buynuz»,  kovçə  «su  qabı»;  kaşu  «kəndir»;  dağar 
«qaya»,  taqar  «dolu»;  adami  «adam»  kimi  tat  sözləri  qrız 
dilinə keçmişdir (275). 
 
Tat dilinin Quba ləhcəsinin leksik xüsusiyyətləri. 
 
Tat  dilinin  Quba  ləhcəsinə  bu  dilin  digər  ləhcələri  ilə 
müqayisədə  daha  çox  tədqiqatçı  müraciət  etmişdir.  Quba 
ləhcəsi  haqqında  bir  sıra  əsərlərdə  məlumat  və  materiallar 
verilmiş, ləhcənin müxtəlif məsələləri haqqında məqalələr dərc 
olunmuş, leksikası ayrıca tədqiqat obyekti olmuşdur (235). 
Tat dilinin Quba ləhcəsi haqqında ilk məlumatı Vs.Miller 
vermişdir.  O,  B.Dornun  arxivində  saxlanılan  və  tat  dilinə  aid 
olan dörd dəftərdən ikisinin Quba ləhcəsinə aid olduğunu qeyd 
etmişdir.  Dəftərlərdə  həm  mətnlər,  həm  lüğət,  həm  də  nitq 
hissələri,  fellərin  təsnifi,  hallanma  cədvəli  verilmişdir.  Dəf-
tərlərdən ikincisi 3400 sözü əhatə edən lüğətdir.  
B.Miller  1928-ci  ildə  Azərbaycanda  şəxsən  özü  Abşeron, 
Şamaxı,  Qubada  olmuş,  tat  dilinə  aid  material  toplamışdır. 
Onun  Quba  rayonunun  Rustov  kəndində  topladığı  materiallar, 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
44 
44 
Quba  ləhcəsinin  fonetik,  qrammatik  və  leksik  xüsusiyyətləri 
haqqında  qeydləri  1929-cu  ildə  nəşr  etdirdiyi  kitaba  daxil 
edilmişdir  (231,  3-7).  Tədqiqatçı  sonralar  Qubada  topladığı 
materialları (nağıl, tapmaca, lətifə və s.) başqa bir topluda nəşr 
etdirmişdir. 
Tat  dilinin  Quba  ləhcəsini  tədqiq  etmiş  T.Əhmədov 
B.Millerin  işlərində  müşahidə  edilən  bəzi  çatışmazlıqlar 
üzərində  dayanmışdır.  O  göstərir  ki,  «B.Millerin  yol  verdiyi 
qüsurlar  mətnlərin  düzgün  oxunuşunu  çətinləşdirir  (məs:  nüş 
əvəzinə  nuş,    əvəzinə  tu,  ən  əvəzinə  en,  conü  əvəzinə  conö 
və  s.).  Mətnlərdəki  bəzi  söz  və  cümlələrin  tərcüməsində 
müəyyən 
qüsurlar 
hiss 
olunur. 
Belə 
ki, 
müəllif 
çenax//çanax//çanaq sözünü «taxta boşqab»  əvəzinə «boşqab», 
qəri  sözünü  «qoca  qadın»  əvəzinə  «qadın»,  çerdəq//çərdək 
sözünü çardaq əvəzinə  «koma» kimi tərcümə etmişdir (47, 10-
12). 
T.Əhmədovun  tat  dilinin  Quba  ləhcəsinə  aid  tədqiqatları 
xüsusi  əhəmiyyət  kəsb  edir.  O,  tat  dilinin  Quba  ləhcəsini 
Azərbaycan dili ilə qarşılıqlı  əlaqədə  araşdırmışdır (48, 64-69; 
49, 81-89). 
Qeyd etmək lazımdır ki, tat dilinin başqa ləhcələrinə  dair 
tədqiqat  işlərində  də  Quba  ləhcəsinə  aid  məlumatlar, 
müqayisəli  araşdırmalar  özünə  yer  tapır.  M.Hacıyevin  tat  dili 
ilə  bağlı  tədqiqatlarında  yeri  gəldikcə  Quba  ləhcəsi  də 
öyrənilmişdir (59, 57). 
T.Əhmədov tat dilinin Quba ləhcəsinin lüğət tərkibini iki 
yerə  bölmüşdür:  1)  ləhcənin  özünə  məxsus  olan  sözlər;  2) 
alınma  sözlər.  Birinci  qisim  sözlərdən  bəhs  edərkən  müəllif 
göstərir  ki,  həmin  sözlər  qohum  dillərdə  (fars,  tacik,  əfqan  və 
s.)  bu  və  ya  digər  fonetik  tərkibdə  işlənməkdədir  (47,  22). 
Buradan belə qənaətə gəlmək olur ki, tədqiqatçı «özünəməxsus 
sözlər»  termini  altında  tat  və  ya  İran  dilləri  mənşəli  sözləri 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
45 
45 
birləşdirir.  O  həmin  sözlərin  34  leksik-semantik  qrupunu 
ayırmışdır:  1)  ev  və  çöl  quşları:  kərg  «toyuq»  müq.et:  az. 
qarğaxuruz «xoruz»; 2) quşların bədən üzvlərinin adları: çüm 
«göz»;  zühun  «dil»;  vini  «burun»;  3)  xırda  həşəratların  adları: 
kür  «qurd»;  əng  «arı»;  mucnə  «qarışqa»;  4)  ot  və  bitki  adları: 
vonçüm  «sarmaşıq»;  mərcimək  «mərcimək»;  piyaz  «soğan»; 5) 
meyvə  adları:  sib  «alma»;  ənbürü/əmru  «armud»;  nar  «nar»; 
əlçə  «alça»;  tüt  «tut»;  angur  «üzüm»;  6)  ağac  və  onun 
hissələrinin adları: dar «ağac»; rag «kök», lügo//lüvə «budaq»; 
7) 
bostan 
bitkilərinin 
adları:  şəkərpara  «şəkərpara»; 
zumustuni//qarpuz  «qarpız»;  küdü  «küdü»;  8)  çörək  və  xörək 
adları: küngürö «soğan suyu»;  vürü  «umac»; cigər  «qovurğa»; 
sərəpoço  «xaş»; müq.et: azərb. kəllə-paça; 9) ağartı növlərinin 
adı: şir «süd»; pənir «pendir»; duğ «ayran»; ruğan «yağ»; 10) 
ev  heyvanlarının  adı:  əs  «at»;  kou  «öküz»;  goumış  «camış»; 
büz  «keçi»;  11)  çöl  heyvanlarının  adı:  xüg  «donuz»;  xürs 
«ayı»;  xərguş  «dovşan»;  12)  başqa  heyvanların  adı:  mar 
«ilan»;  kuramar  «koramal»;  bəğ  «qurbağa»;  13)  xəstəlik 
adları: sərədər  «baş ağrısı»,  şiğəmədərd  «qarın ağrısı»; 14) ev 
əşyalarının  adları:  şirəng  «səhəng»;  nümük  «duz»;  kasə 
«kasa»,  şirdüş  «sərnic»;  15)  ev  və  onun  hissələrinin  adları: 
xunə  «ev»;  duvar  «divar»;  təxtə  «taxta»;  şiləsər  «eyvan, 
artırma»;  16) qapı, pəncərə və onların hissələrinin adları:  dər-
pəncərə  «pəncərə  qapısı»,  pəncərə  «pəncərə»;  17)  çarıq  və 
onun  hissələrinin  adları:  tirax  «çarıq»;  pinə  «çarığın  yırtıldığı 
hissəyə  qoyulan  gön  parçası»;  müq.et:  azərb.  pinəçi  «çarıq 
yamayan»;  18)  dəmirçilik  və  dülgərliklə  bağlı  olan  söz  və 
terminlər:  ambur  «sıxac»;  məngənə  «məngənə»;  zuval 
«kömür»;  çərx  «çarx»;  gürz  «gürz»;  19)  geyim  və  bəzək 
şeylərinin  adları:  çüst  «çust»;  çüvek  «çüvək»;  şal  «şal»; 
qilində 
«boyunbağı»; 
zirqurdi 
«boğazaltı»; 
sinəbənd 
«sinəbənd»;  çutxun  «çutqu»;  20) od  və  onunla  əlaqədar söz və 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə