Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə2/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   2   3   4   5   6   7   8   9   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 


bunlar  leksik-semantik  qruplara  təsnifin  çətinliyini  göstərir. 
Lakin  mürəkkəblik  təsnifatın  istənilən  şəkildə  aparılmasına 
əsas  vermir.  Leksik-semantik  təsnifat  dilin  ümumişlək  sözləri 
əsasında  aparılır.  Leksik  sistemin  vahidlərini  isə  müxtəlif 
şəkildə  qruplaşdırmaq  olar.  Monoqrafiyada  müəllif  bu 
məsələni  də  ön  plana  çəkməyə  və  həmin  məsələni 
Azərbaycanda  yaşayan  tatların  dilinə  dair  materiallar  üzrə 
öyrənməyə cəhd göstərmişdir.  
Biz  belə  hesab  edirik  ki,  tat  dilinin  bu  və  ya  digər 
ləhcəsində 
müşahidə  olunan  söz  yaradıcılığı  yolları, 
sözdüzəldici şəkilçilər bütövlükdə tat dilinin söz  yaradıcılığını 
tam  əhatə  edə  bilməz.  Bu  baxımdan  da  tat  dilinin  müxtəlif 
ləhcələrində söz  yaradıcılığı xüsusiyyətləri həm ayrı-ayrılıqda, 
həm  də  müqayisəli  şəkildə  tədqiq  edilməlidir.  Tat-Azərbaycan 
dil  əlaqələrinin  intensivliyi  fonunda  tat  dilinin  bütün 
ləhcələrində 
Azərbaycan 
dilinə 
məxsus 
sözdüzəltmə 
vasitələrindən  istifadə  imkanları  artır.  Dominant  dilin 
məhsuldar sözdüzəldici şəkilçiləri  qarşılıqlı əlaqədə olan dildə 
də  özünə  yer  alır.  Monoqrafiyada  bu  məsələlərə  də 
toxunulmuşdur.    Şübhə  yoxdur  ki,  leksikologiya  geniş 
tədqiqatlar  tələb  edən  bir  sahədir.  Müəllif  bu  monoqrafiyada 
tat  dilinin  leksikologiyasına  dair  bütün  məqamların  əhatə 
olunmadığını  nəzərə  alır.  Güman  edirik  ki,  oxucuların  və 
mütəxəsislərin rəy və təklifləri bu sahədə gələcək tədqiqatların 
hansı istiqamətlərdə aparılmasında yardımçı olacaqdır.  
 
AMEA Nəsimi adına Dilçilik İnstitutu 
 Dil əlaqələri şöbəsinin müdiri  
filologiya üzrə elmlər doktoru, 
 professor R.H.Eyvazova 
 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 


GİRİŞ 
 
 Azərbaycanda  dilçiliyin  ümumi  nəzəri,  praktik  mə-
sələləri ilə yanaşı, ayrı-ayrı dillərin hərtərəfli öyrənilməsinə də 
xüsusi  diqqət  yetirilir.  Burada  dilçilik  sahəsində  aparılmış 
elmi-tədqiqat  işləri  həm  sanbalına,  həm  seçilmiş  mövzuların 
rəngarəngliyinə, 
həm 
də 
əhatə  olunan  problemlərin 
çoxşaxəliliyinə görə seçilir. Azərbaycanda dilçiliyin həm ümu-
mi  nəzəri  problemləri,  həm  də  müxtəlifsistemli  dillərin  ayrı-
ayrılıqda  və  müqayisəli  şəkildə  öyrənilməsinə  xüsusi  diqqət 
verilir. Türkologiya, o cümlədən ayrı-ayrı türk dilləri, xüsusən 
də,  Azərbaycan  dilinin  tədqiqi  ilə  bağlı  böyük  işlər 
görülmüşdür.  Bununla  yanaşı,  respublikanın  ərazisində 
mövcud olan dillər sahəsində də bir çox uğurlar qazanılmışdır. 
Azərbaycan  öz  müstəqilliyini  bərpa  etdikdən  sonra  burada 
yaşayan azsaylı xalqlara qayğı artmışdır. İndi azsaylı xalqların 
adət-ənənələrinin,  mədəniyyətinin,  ədəbiyyatının,  eləcə  də 
dilinin öyrənilməsinə böyük əhəmiyyət verilir.  
Müasir  dövrümüzdə  dil  əlaqələrinin  daha  çox  dilin 
fəaliyyət  göstərdiyi  ərazilərdə  faktlar  əsasında  öyrənilməsinə 
böyük  əhəmiyyət  verilir.  Dünya  miqyasında  çoxsaylı  dillərin 
fəaliyyət  göstərdiyi,  işləndiyi  ərazilərdən  biri  Qafqazdırsa, 
həmin  ərazidə  dillərin  qarşılıqlı  əlaqələrinin  geniş  vüsət 
tapdığı  regionlardan  biri  Azərbaycandır.  Respublikamızda 
vahid  qardaşlıq  ailəsində  müxtəlif  xalqlar,  o  cümlədən  tatlar 
yaşayır. 
Tatlar 
Azərbaycanın 
bir 
sıra 
ərazilərində 
yayıldığından,  tat  dilinin  müxtəlif  ləhcələri  meydana 
çıxmışdır. 
Hazırda dilçilik tədqiqatlarının bir istiqaməti də müəyyən 
arealda  fəaliyyət  göstərən  dillərin  həm  müxtəlif  aspektlərdən, 
həm  də  kompleks  şəkildə  öyrənilməsidir.  Müxtəlif  dillərin 
yayıldığı  ərazilər  dil  əlaqələrinin,  dillərin  qarşılıqlı  təsirinin 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 


öyrənilməsi  üçün  geniş  imkanlar  açır.  Bu  cür  tədqiqatlar  in-
terferensiya,  divergensiya,  alınmalar  və  innovasiyalar  kimi 
məsələlərə  işıq  salmaq  baxımından  elmi  dəlillərin  aşkara 
çıxarılması  üçün  yeni  materiallar  verir.  Tat  dili  və  onun 
şivələrinin  tədqiqi  göstərilən  cəhətlərə  görə  xüsusi  aktuallıq 
kəsb edir.  
Azərbaycanın  müxtəlif  ərazilərində  yayılmış  tat  dilinin 
bəzi  ləhcələri  ümumi  şəkildə  tədqiq  olunmuş,  tat  dilinin  bir 
sıra  məsələlərinə  dair  ayrı-ayrı  elmi  məqalə  və  tezislər 
yazılmışdır.  Lakin bu  dilin leksikası sistemli şəkildə, müxtəlif 
ləhcələrdəki  leksikanın  müqayisəsi  əsasında  bugünədək  komp-
leks  şəkildə  öyrənilməmişdir.  Tat  dili  sözlərinin  mənşəcə 
təsnifi,  strukturu,  leksik-semantik  xüsusiyyətləri,  dil  əlaqələri 
prosesində 
tat 
dilində 
yer  almış  alınmalar,  onların 
mənimsənilməsi,  tat  dilinin  başqa  dillərlə  əlaqələrinin  ümumi 
mənzərəsi  və  bu  əlaqələrin  onun  leksik  sisteminə  təsiri  kimi 
məsələlər  lazımi  səviyyədə  araşdırılmamışdır.  Tat  dilinin 
ləhcələri üzrə toplanmış sözlərin sistemə salınması, bu dilə aid 
lüğətlərin  hazırlanması  ilə  bağlı  işlər  də  qaneedici  səviyyədə 
deyil.  
Tat  dili  əsrlər  boyu  Azərbaycan  dili,  xüsusən  də,  onun 
ayrı-ayrı  dialektləri  ilə  qarşılıqlı  təmasda  olmuşdur.  Nəticədə 
hər  iki  dil  bir-birinə  təsir  göstərmiş,  bu  təsir  həmin  dillərin 
leksik  sistemində  əhəmiyyətli  iz  buraxmışdır.  Tat  dili  ilə 
Azərbaycan dili arasında  əlaqələrin qədimliyi tat dilində Azər-
baycan  dilinin  qədim  leksik  layına  aid  olan  sözlərin  mühafizə 
olunmasında  öz  əksini  tapır.  Azərbaycan  tatlarının  dilində 
işlənən  türkizmlər  türk  dillərinin  tarixi  leksikologiyasının 
öyrənilməsi  üçün  xüsusi  əhəmiyyət  daşıyır.  Maraqlıdır  ki, 
hazırda  tat  dilində  işlənən  türkizmlərin  az  olmayan  bir  hissəsi 
qədim  dövrə  xas  semantik  xüsusiyyətlərini  saxlamışdır. 
Azərbaycan  dilində  belə  sözlərin  semantikasında  əsaslı 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə