Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə3/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   2   3   4   5   6   7   8   9   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 


dəyişikliklər  baş  vermişdirsə,  tat  dilində  bu  sözlər  ilkin 
mənalarını  qoruyub  saxlamışdır.  Bu  həm  dil  əlaqələri  proble-
minin, həm də dilin leksik sistemində baş verən dəyişikliklərin 
öyrənilməsi  baxımından  xüsusi  əhəmiyyət  kəsb  edir.  Bu  isə 
seçilmiş  mövzunun  aktuallığını  göstərir.  Tat  dilinin 
Azərbaycan  dilinə  təsiri  Azərbaycan  dilinin  dialekt  və 
şivələrində  müşahidə  olunur.  Bir  çox  tat  mənşəli  sözlər 
Azərbaycan  dilinin  dialekt  və  şivələrində  fəal  surətdə 
işlənməkdədir.  Bu,  tatların  kompakt  şəkildə  yaşadıqları 
ərazilərdə daha çox müşahidə olunur.   
Dialekt,  ləhcə  və  şivələrdə  işlənən  sözlərdə  aşkara  çıxan 
leksik-semantik  fərqlər,  leksik  sistemdəki  diferensiasiya,  bu 
sistemin  inkişaf  təmayülləri  leksik  sistemin  zənginləşməsi  və 
təkmilləşməsi  təzahürləri  dilin  qədim  qatlarına  aid  vahidlərin 
işlənməsi,  onların  qohum  dillərin  materialları  üzrə  müqayisəli 
təhlili  yalnız  tat  dili  üçün  deyil,  həm  də  dil  əlaqələri  və  dil 
tarixinə  aid  müxtəlif  problemlərin  həlli  baxımından  aktuallıq 
kəsb edir. 
Tat  dilinin  lüğət  tərkibinə  daxil  olan  sözlərin  semantik 
sahələr  və  ya  tematika  üzrə  qruplaşdırılması  ilə  bağlı  tədqiqat 
işləri  aparılmadığından,  bu  dildə  müəyyən  semantik  sahələrdə 
sözlərin  leksik  xüsusiyyətləri  də 
aydınlaşdırılmamışdır. 
Yazısız dillərdə xüsusi leksik qatın təyini, belə bir qatın təşək-
kül  və  formalaşma  səbəbləri  ayrılıqda  götürülmüş  bir  dil  üçün 
deyil,  ümumiyyətlə,  xüsusi  leksikanın  öyrənilməsi  üçün 
əhəmiyyətlidir.  Tarixən  müxtəlif  sənət  sahələri  ilə  məşğul 
olmuş  tatların  dilində  sənət-peşə  leksikası  işləkliyi  ilə  seçilir. 
Tat dilində terminlərin işlənmə xüsusiyyətləri, yeni terminlərin 
bu dilə keçərək, onun ümumişlək leksik qatında yer tutması sə-
bəbləri 
və 
yollarının  açılması,  tat  dilinin  etnoqrfik 
leksikasının,  qohumluq  terminlərinin  araşdırılması  elmi-
praktik  və  elmi-nəzəri  əhəmiyyət  kəsb  edir.  Tədqiqat  işinin 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
10 
10 
aktuallığını  şərtləndirən  əsas  cəhətlərdən  biri  də  bununla  bağ-
lıdır. 
Azərbaycan  tatlarının  dilinin  leksik  sisteminin  kompleks 
şəkildə  araşdırılması,  bu  dilin  lüğət  fonduna  daxil  olan  söz-
lərin  təsnifi,  onların  leksik  xüsusiyyətlərinin  öyrənilməsi 
dissertasiya  işinin  əsas  məqsədini  təşkil  edir.  Bu  məqsədin 
həyata 
keçirilməsi 
üçün  aşağıdakı  vəzifələrin  yerinə 
yetirilməsi nəzərdə tutulmuşdur: 
–  Azərbaycan  tatlarının  ayrı-ayrı  ləhcə  və  şivələrinin 
leksikasının  əsas  xüsusiyyətlərini  aydınlaşdırmaq,  onların 
oxşar və fərqli cəhətlərini təyin etmək; 
– tat dili əsasında dillərarası əlaqələrin yaranma şəraiti və 
səbəblərini, bu əlaqələrin fəaliyyət mexanizmini öyrənmək; 
–  Azərbaycan-tat  dil  əlaqələrini  araşdırmaq,  bu  dillərin 
leksik səviyyədə qarşılıqlı təsir xüsusiyyətlərini öyrənmək; 
–  Azərbaycan  dialekt  və  şivələrində  işlənən  tat  dili 
mənşəli  sözləri  aşkar  etmək,  bu  sözlərin  semantikasında  baş 
verən 
dəyişiklikləri 
üzə 
çıxarıb,  onların  səbəblərini 
aydınlaşdırmaq; 
– Azərbaycan tatlarının dilinin lüğət tərkibini bu sözlərin 
mənşəyinə görə təsnif etmək; 
– tat dilində sözalma məsələlərini aydınlaşdırmaq, alınma 
sözləri mənşəyinə görə qruplaşdırmaq; 
–  tat  dilinin  lüğət  tərkibinin  zənginləşmə  yollarını 
aydınlaşdırmaq, yeni yaranan sözlərdə özünü göstərən spesifik 
cəhətləri göstərmək; 
–  tat  dilində  baş  verən  semantik  prosesləri  –  sinonimlik, 
omonimlik, antonimlik və sözlərin çoxmənalılığını öyrənmək; 
–  tat  dilinin  lüğət  tərkibinə  daxil  olan  sözləri  leksik-
semantik söz qrupları üzrə ayırmaq; 
–  tat  dilinin  müxtəlif  peşə-sənət  sahələri  ilə  bağlı  olan 
leksikasını araşdırmaq; 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
11 
11 
–  tat  dilində  terminləri  mənsub  olduqları  sahələr  üzrə 
qruplaşdırmaq, onların işlənmə xüsusiyyətlərini öyrənmək; 
– tat dilinin etnoqrafik leksikasını öyrənmək; 
– tat dilində işlənən qohumluq terminlərini tədqiq etmək. 
Tədqiqatın  obyektini  Azərbaycan  tatlarının  dilində 
işlənən leksik vahidlər təşkil edir. Tədqiqatın predmetini leksi-
kologiyaya,  o  cümlədən  İran  dillərinin  leksikasına  aid  elmi-
nəzəri biliklər təşkil edir. 
Tədqiqat  işi  tat  dilinin  leksikası  ilə  bağlı  olduğundan, 
əsas  mənbəni  müəllifin  tat  dilinin  daşıyıcıları  ilə  apardığı 
söhbətlər  zamanı  topladığı  materiallar  təşkil  edir.  Bununla 
yanaşı,  tat  dili  materialları  əsasında  yazılmış  dissertasiya  və 
monoqrafiyalar,  müxtəlif  tədqiqat  işləri  tat  dilinə  aid  sözlərin 
toplanıb  qruplaşdırılması  üçün  mənbə  rolunu    oynamışdır. 
Tədqiqat  prosesində  tat  dilində  nəşr  olunmuş  kitabların  lüğət 
fondundan  da  istifadə  edilmişdir.  Əsas  mənbələr  sırasında 
aşağıdakı  əsərləri  qeyd  etmək  lazım  gəlir:  Hacıyev  M.  Tat 
dilinin  Qonaqkənd  ləhcəsi,  Bakı,  Elm,  1971;  Hacıyev  M. 
Azərbaycan  tatlarının  dili,  Bakı,  1995;  Əhmədov  T.  Azərbay-
can və tat  dillərinin leksik  əlaqələri (Azərbaycan dilinin  Quba 
dialekti  və  tat  dilinin  Quba  ləhcəsi  materialları  əsasındə). 
Bakı,  1969;  Hüseynova  G.  Lahıc  tatlarının  dili,  Bakı,  Nurlan, 
2002. 
Tat dilinə  aid ilk işlər XIX əsrdə aparılmışdır. Bu işlərdə 
əsas diqqət dilə aid materialların toplanmasına və dilin ümumi 
səviyyədə  şərhinə  həsr  olunmuşdur.  V.Dorn  Bakı,  Quba  və 
Dərbənddə tat dilinə aid materiallar toplamış və bu materialları 
«İran  dillərinin  tədqiqinə  dair»  kitabına  daxil  etmişdir.  Onun 
tat  dilinə  aid  topladığı  daha  üç  mətn  başqa  bir  əsərinə  daxil 
edilmişdir (192). 
Vs.F.Miller  1900-cu  ildə  «Tat  dilinin  fonetikasına  aid 
oçerklər»,  1905-ci  ildə  isə  «Tat  etüdləri»  kitablarını  çap 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə