Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə5/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   2   3   4   5   6   7   8   9   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
16 
16 
birindən  fərqlənən  fikirlər  olduğu  kimi,  tat  sözünün  izahına 
münasibətdə də müxtəlif rəylər var. 
«Orxon-Yenisey  abidələri»  kitabının  müəllifləri  abidədə 
tat sözünün 3 dəfə işlənməsini qeyd etmiş və onu «tat, yadelli, 
türk  olmayan  xalq»  mənasında  vermişlər.  VIII  əsrdə,  daha 
doğrusu, 732-ci ildə qoyulmuş Kül Tigin abidəsində «tat» sözü 
belə  bir  kontekstdə  işlənmişdir:  «Könültəki  sabımın  u…  (on 
səkkiz  oğlın)a,  tatına  təki  bunu  görü  bilin».  Bu  kontekstin 
transkripsiyası belə verilmişdir: Ürəyimdəki sözümü .... (on ox 
oğullarına),  tatlara  təki  bunu  görərək  bilin.  Transkripsiyada 
Ə.Rəcəbov  tatlar  sözündən  sonra  mötərizədə  «yad  dildə 
danışanlara» qeydini əlavə etmişdir. Bilgə xaqan abidəsində də 
tat sözünün işləndiyini görürük: «on ox oğluna,  tatına təgi bu-
nu görərək bilin» (118; 72, 78). 
Ə.Rəcəbov  və  Y.Məmmədov  tat  sözünün  Orxon-Yenisey 
abidələrində üçüncü dəfə «BA» ixtisarı ilə verilmiş abidənin 4-
cü  sətrində  işlənməsini  göstərmişlər.  «BA»  ixtisarı  kitabda  bir 
«balbal  abidəsi»  kimi  açılır.  Lakin  kitabda  bu  adda  abidə 
qeydə alınmır. Onu da göstərmək lazımdır ki, abidədə  «tatabı» 
sözü  də  xalq  adı  kimi  işlənir  və  bu  xalqın  Kül  Tiginin  olduğu 
yerdən  şərqdə  yaşaması  aydınlaşır.  «Xalqı  yüksəldək  deyə 
şimala – oğuz xalqına qarşı, şərqə – kıtay, tatabı xalqına qarşı, 
cənuba  –  Tabğaça  qarşı  böyük  qoşunla  on  iki  (dəfə)  qoşun 
çəkdim.  …döyüşdüm»  (118,  80).  Ümumiyyətlə,  abidədə 
«tatabı» xalqıının adı çəkilən cümlələrin araşdırılması göstərir 
ki,  tatabı  və  tat  sözləri  arasında  əlaqə  yoxdur.  Tatabı  xalqının 
adı kıtay xalqının adı ilə yanaşı çəkilir.  
Tat  sözü  «Ktabi-Dədə  Qorqud»  dastanlarında  da  işlənir. 
Dastanların izahlı lüğətində bu söz etnonim kimi açıqlanır (88; 
167). «Saqalı uzun tat  əri banladıqda, bədəvi atlar issini görüb 
oğradıqda, ağlı, qaralı seçən çağda… (87; 34). 
Mahmud Kaşğaridə tat sözünün türk ləhcələrinin çoxunda 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
17 
17 
«farsi»  mənasında  olması  göstərilir.  Bununla  yanaşı,  lüğətdə 
aşağıdakı  lüğət  məqaləsi  də  var:  «Tat.  Uyğur  kafirleri.  (tuxsı 
və  yağma  ləhcələrində).  Bu  sözü  onların  ölkələrində,  onların 
ağzından  eşitdim.  Bu  sözü  tat  tavğaç:  Uyğur  və  Çini  ifadəsi 
içində də istifadə edirlər» (326; 539-540). 
XIII-XIX  əsrlərdə  Türkiyə  türkcəsi  ilə  yazılmış  əsərlər 
əsasında  hazırlanmış  lüğətdə  tat  sözü  «yabançı,  əcnəbi,  özəl 
olaraq  Əcəm»,  tatca  sözü  «yabançı  dil  və  özəl  olaraq  farsca» 
mənalarında verilmişdir (328; 205). 
A.Bakıxanov  yazmışdır:  «Tabasaranda  Ənuşirəvanın 
Dərbənd  divarları  ilə  bağlı  saldığı  şəhərin  xarabalıqları 
yanındakı  səkkiz  kəndin  –  Calkan,  Rukal,  Kamax,  Maqatir, 
Zidian,  Gümeydi, Mutaqi və  Bilxədi kəndlərinin  əhalisi qədim 
fars dilinin ləhcələrindən biri olan tat dilində  danışır.  Bu onla-
rın  şəhərin  əhalisi  olması,  şəhər  dağıldıqdan  sonra  ətraf 
kəndələrə  köçməsi  haqqında  fikir  irəli  sürməyə  imkan  verir». 
A.Bakıxanovun  əsərində  tatların  Şamaxıda,  Qubada,  Lahıcda, 
Geuz,  Qoşunlu,  Barmaq,  Şeşpara,  Buduxun  bir  hissəsində, 
Bakıda yaşaması haqqında da məlumat vardır (152; 24). 
Belə bir ehtimal var ki, e.ə. II minillikdə hind-Avropa dil 
ailəsinə  mənsub  olan  hind-İran  kök  dili  tədric  olunmuşdur. 
Həmin  minilliyin  sonunda  o,  hind  və  İran  dil  qollarına 
parçalanmışdır.  Hind-Avropa  tayfaları  Hindistana,  farsdilli 
tayfalar isə  İran, Əfqanıstan və Orta Asiyaya gələrək, məskun-
laşmışlar.  Qədim  farsdilli  tayfalar  əvvəl  İran  yaylasının 
cənubunda  və  mərkəzi  hissəsində  məskunlaşmış  və  e.ə.  I 
minilliyin birinci yarısında buranın siyasi həyatında fəal iştirak 
etmişlər.  Həmin  dövrdə  fars  dilinin  parçalanması  nəticəsində 
bir sıra ləhcələr yaranmış və bəzi farsdilli etnoslar Azərbayca-
nın  şərq  və  qərbinə  doğru  yayılaraq,  tarixin  müxtəlif 
dövrlərində 
yerlərini 
dəyişmiş 
və  müxtəlif  adlı  fars 
ləhcələrinin  bünövrəsini  qoymuşlar.  Parfiya  və  Sasani 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
18 
18 
sülalələrinin hakimiyyəti illərində  də  fars ləhcələrində  danışan 
əhali Azərbaycan və ona qonşu olan  ərazilərə gəlmiş, oralarda 
məskən  salmışdır.  Erkən  orta  əsr  qaynaqlarında  farsdilli 
ailələrin  Azərbaycana  gəlməsi,  yaxud  köçürülməsi  barədə 
məlumat  verilir.  Ərəb  qaynaqları  onların  dilini  «pəhləvi»  və 
«farsi» adlandırırdı (24; 227). 
Dilçilik tədqiqatları dərinləşdikcə, nisbətən az öyrənilmiş 
dillərə  maraq  da  artmaqdadır.  Bu    dillərin  hərtərəfli 
öyrənilməsi  dünya  dillərinin  ümumi  inkişaf  xüsusiyyətlərinin, 
habelə  dillər  arasındakı  tipoloji  uyğunluqlar  və  fərqlərin 
müəyyənləşdirilməsində müstəsna əhəmiyyət kəsb edir. 
Yazısız  dillərin  tarixi  inkişafının  öyrənilməsi  üçün  başqa 
dildaxili  material  olmadığından,  dialekt  və  şivələrin  müstəsna 
əhəmiyyəti var. Lakin nəzərə almaq lazımdır ki, yalnız dialekt 
faktlarına  əsaslanmaqla  dilin  daha  sonrakı  inkişaf  dövrünün 
müəyyən məhdud zamanında daxili çevrilmə və dəyişmələrinin 
gedişini öyrənmək mümkündür. Daha qədim dövrlərdə baş ver-
miş  dəyişikliklər  haqqında  təsəvvürləri  isə  bu  dili  qohum 
dillərlə,  xüsusən  də,  yalnız  yazılı  abidələri  olan  dillərlə 
müqayisə etməklə əldə etmək mümkündür (260; 168). 
Y.Nazarovaya görə, elmə iki tat dili məlumdur. «Məxsusi 
tat  dili»  (собственно  татский  язык)  və  dağ  yəhudilərinin 
istifadə  etdiyi  «yəhudi-tat  dili»  (еврейско-татский  язык). 
Bunların  hər  ikisi  mənşəcə,  hind-Avropa  dillərinin  İran 
qrupuna  daxildir.  Tarixi-dialektoloji  təsnifata  görə,  tat  və  yə-
hudi-tat dilləri cənub-qərbi İran dillərinə aid olub, fars və tacik 
dillərinə  yaxındır  (329).  Elmi  ədəbiyyatda  bu  dillərin  fars 
dilinə  yaxınlığının  fərqli  olması  qeyd  edilir.  Tat  dilinin  fars 
dilinə  çox  yaxın  olmasını  qeyd  edən  A.Qrünberq  (177;  114) 
yəhudi  tat  dilinin  qrammatik  quruluşunda  müasir  fars  dilində 
qalmamış  arxaik  xüsusiyyətlərin  qorunması,  yəhudi  tat  dilinin 
tat  dili  ilə  müqayisədə  leksik  cəhətdən  fars  dilindən  daha  çox 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə