Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə6/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   2   3   4   5   6   7   8   9   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
19 
19 
uzaqlaşdığını  göstərmişdir  (178,  232;  188).  Dağ  yəhudiləri 
Azərbaycanda, 
Dağıstanda, 
Kabardin-Balkarda 
məskən 
salmışlar. 
Tat  dili  ilə  yəhudi  tatlarının  dili  arasında  quruluş 
yaxınlığı  ilə  yanaşı,  əhəmiyyətli  dil  fərqləri  də  var.  Bu,  qeyd 
olunan  dillərin  daşıyıcılarının  ünsiyyət  prosesində  bir-birini 
tam  başa  düşməməsinə  səbəb  olur.  Tat  dilinin  fonetika, 
qrammatika  və  leksikasına  daha  çox  Azərbaycan  dili,  yəhudi 
tat  dilinin  fonetika,  qrammatika  və  leksikasına  isə  daha  çox 
ivrit dilinin təsiri olmuşdur. Yəhudi tat dilinin lüğət tərkibində 
ivritdən  alınmalar  xüsusi  leksik  qat  təşkil  edir,  bu  dilin 
fonemlər sistemində yuxarı farinqal samitlərin çoxluğu diqqəti 
cəlb  edir  (179,  11-23;  178,  233-234,  241;  234,  27;  233,  160-
168;  307,  127-139).  Tat  və  yəhudi  –  tat  dilləri  funksional  və 
sosial-mədəni  xüsusiyyətlərinə  görə  də  fərqlənir.  Azərbaycan 
öz  müstəqilliyini  bərpa  etdiyi  dövrə  qədər  tat  dilinin  yazısı 
olmamışdır.  Müstəqil  Azərbaycanda  azsaylı  xalqların  dilinə 
göstərilən qayğı sayəsində tat dilinin əlifbası tərtib edilmiş, bu 
dildə kitab nəşrinə başlanmışdır. Yəhudi – tat dilinin yazısı və 
ədəbi  dili  mövcuddur.  Bu  dildə  yazılmış  ədəbi  əsərlər 
ümumdağıstan ədəbi sistemində yer almışdır (239). 
Tat  dilinin  öyrənilməyə  başladığı  dövrdən,  yəni  XIX 
əsrin  axırları  –  XX  əsrin  əvvəllərindən  elmi  ədəbiyyatda 
terminoloji  anlaşılmazlıq  olmasın  deyə  tat  dilinin  adı  ənənəvi 
etnik  prinsip  üzrə  verilmişdir.  Etnik  tatların  dili  müsəlman 
tatlarının 
dili, 
şimali 
Azərbaycan 
tatlarının 
dili 
adlandırılmışdır  ki,  bu  da  tat  dili  kimi  səciyyələndirilə  bilər. 
Digər dil ortaqlığı ilə seçilən dağ  yəhudilərinin dili  yəhudi-tat 
dili  və  ya  yəhudi-tat  ləhcəsi,  tat  dilinin  yəhudi  dialekti 
adlandırılmışdır.  Ötən  əsrin  70-80-ci  illərində  nəşr  olunmuş 
əsərlərdə  tat  dilinin  coğrafi  əraziyə  görə  fərqləndirilməsi 
özünü  göstərmişdir.  Məxsusi  tat  dili  ilə  yəhudi-tat  dilinin 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
20 
20 
fərqləndirilməsi  məqsədi  ilə  tat  dilinin  cənub  dialekti  və  tat 
dilinin  şimal  dialekti  terminlərindən  də  istifadə  olunmuşdur 
(189,  122-127).  Ötən  əsrin  90-cı  illərinin  əvvələrində  İran 
dilləri  ilə  bağlı  elmi  əsərlərdə  yəhudi-tat  dili  termini 
qərarlaşmışdır (241, 15-16; 240, 65-67).  
Azərbaycan  ərazisində  yaşayan  tatların  dilində  dialekt, 
ləhcə  və  şivə  fərqləri  olduğunu  ilk  dəfə  xüsusi  qeyd  edən 
Vs.Miller  olmuşdur.  Vs.Miller  bu  dialekt  və  ləhcələrin 
təsnifatını  verməyə  cəhd  göstərməmiş,  yalnız  bu  fərqlərin 
mövcudluğunu qeyd etmişdir (234, 235). 
A.L.Qrünberq  Azərbaycanda  yaşayan  tatların  dilindəki 
ləhcə  fərqlərinin  müəyyənləşdirmək  və  həmin  ləhcələrin 
sərhədini təyin etmək üçün fonetik, leksik-qrammatik fərqlərlə 
yanaşı, dini fərqləri də əsas götürmüşdür. O, qeyd etmişdir ki, 
sünni  və  şiələrin  dili  arasında  əsaslı  dərəcədə  ləhcə  fərqləri 
var.  Bundan  sonra  müəllif  tat  ləhcələrinin  aşağıdakı  ilkin 
təsnifini  vermişdir:  1)  şimal  (sünni)  şivələri  –  Quba,  Dəvəçi, 
Qonaqkənd  rayonları  və  Xızı  rayonunun  Qızıl  Qazma  kənd 
sovetliyi  ərazisində  yayılmış  şivələr;  2)  mərkəzi  (şiə)  şivəsi  – 
Xızı rayonunun Ərüsküş və Dağ quşçu kənd sovetliyi ərazisin-
də yayılmış şivə; 3) cənub (şiə) şivələri – Xızı rayonunun digər 
ərazilərində  və  Siyəzən  rayonu  ərazisində  yayılmış  şivələr 
(177,  8).  Göründüyü  kimi,  A.Qrünberqin  təsnifində  Abşeron 
və  Lahıc  şivələrinin  adları,  ümumiyyətlə,  çəkilmir.  Halbuki, 
Lahıc  ləhcəsinin  tat  dilinin  digər  şivə  və  ləhcələrindən  fərq-
lənməsi haqqında hələ Vs.Miller qeyd etmişdir (236). 
Tat  dilinin  Azərbaycanda  yayılmış  ləhcələrindən  bəhs 
edərkən  M.Hacıyev,  demək  olar  ki,  A.Qrünberqin  təsnifatını 
qəbul  etmişdir.  Onun  təsnifat  sxemində  cənub  qrupuna 
Abşeron,  Balaxanı,  Suraxanı,  Lahıc  və  Məlhəm  (Şamaxı) 
tatlarının ləhcəsi də əlavə edilmişdir (60, 16). 
T.Əhmədov  tat  dilinin  Quba  ləhcəsində  danışan  əhalinin 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
21 
21 
Quba  rayonunun  cənub-şərqində  dağlıq  və  dağətəyi  yerlərdə, 
cənub-şərqdən  Dəvəçi  və  cənub-qərbdən  Qonaqkənd  (köhnə 
inzibati  bölgüyə  əsasən)  rayonları  ilə  həmsərhəd  zonada 
məskunlaşmasını qeyd etmişdir (47, 27). 
Dilin  dialekt,  ləhcə  və  şivələrə  bölgüsü  elmi  prinsiplər 
zəminində  aparılır.  Bu  məsələ  dialektologiyanın  tədqiqat 
dairəsindədir.  Ayırma  oxşar  və  fərqli  dil  hadisələrinin  təyini 
əsasında  aparılır.  Eyni  zamanda  müqayisə  zamanı  oxşarlığın 
və  fərqin  təsadüfi  olub-olmaması  nəzərə  alınmalıdır.  «Müqa-
yisə  edilən  oxşar  dil  hadisələrinin  təsadüfi  yaxud  qeyri-
təsadüfi  olmasının  müəyyənləşdirilməsi  zamanı  müxtəlif 
statistik-ehtimal  və  kəmiyyət  meyarı  qanunları  böyük 
əhəmiyyət kəsb edir» (249, 158). 
Məsələyə  bu  cür  yanaşdıqda  Azərbaycan  tatlarının 
dillərindəki  oxşar  və  fərqli  hadisələrin  kifayət  qədər 
öyrənilmədiyi  halda,  onun  ləhcələrə  bölünməsinin  şahidi 
oluruq.  Bizim  fikrimizcə,  Azərbaycan  tatlarının  dilinin  ləhcə-
lərə  bölgüsü  əsasında  coğrafi  prinsipin  durması  qənaətinə 
gəlmək  olur.  Çünki  tat  dilini  ləhcələrə  bölmüş  müəlliflər, 
əslində,  ləhcə  səviyyəsində  kifayət  qədər  fərqin  olub-
olmadığını açıqlamırlar. Məsələn, T.Əhmədov tat dilinin Quba 
ləhcəsini  şərti  olaraq  Rustov,  Növdün,  Şuduq,  Çiçi,  Zarqova, 
İsnov  və  Talıblı  şivələrinə  bölmüşdür.  Lakin  müəllif  qeyd 
etdiyi  kəndələrdə  yaşayan  tatların  dillərində  hansı  şivə 
fərqlərinin olmasına xüsusi diqqət yetirmir (47, 31). 
Burada  bir  məsələni  də  diqqət  mərkəzinə  çəkmək  yerinə 
düşür.  Tatların  mənşəyi,  tarixi,  etnoqrafiyası,  mədəniyyəti  və 
dilləri  haqqında  müxtəlif  tədqiqatlar  mövcuddur  (35,  36,  59, 
60,  73,  90,  153,  154,  177,  178,  181,  183,  188).  H əmin 
tədqiqatlarda  Azərbaycan  ərazisində  yaşayan  tatlar  dini 
mənsubiyyətlərinə  görə  aşağıdakı  qruplara  bölünür:  1)  müsəl-
man tatlar; 2) yəhudi tatlar; 3) xristian tatlar. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə