Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə8/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   4   5   6   7   8   9   10   11   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
25 
25 
ixtisar bir neçə mərhələdə getmişdir. İlkin mərhələdə səslər və 
hecalar düşmüşdürsə, sonrakı mərhələlərdə sözlərin birləşib bir 
söz  təşkil  etməsi  baş  vermişdir.  Bu  zaman  hər  köməkçi  feldən 
bir  heca  və  yaxud  bir  səs  qalmışdır.  Belə  ki,  budan  «olmaq» 
felindən  qovuşma  zamanı  -ud,  ıstodan  felindən  -sos,  -sod,  -s 
qalmışdır.  Məsələn,  «raftə  istodə  büdam»  forması  «rəfsodüt» 
şəklinə  düşür.  Mürəkkəb  fel  formalarının  bir  sözə  yığılması 
felin  morfoloji  quruluşunun  yenidən  təşkilinə,  onun  bütün 
analitik  formalarının  yeni  aqlutinativ  tipli  sintaktik  forma  ilə 
əvəz  olunmasına,  köməkçi  felin  şəkilçiləşməsinə  səbəb  olur 
(260,  167).  Zənnimizcə,  tat  dilinin  bu  bölgü  üzrə  tədqiqinə 
əsas  yaradan  amillərdən  biri  də  tədqiqatçıların  eyni  qrupa 
mənsub  dil  daşıyıcılarının  kompakt  şəkildə  yaşadıqları  ərazi-
lərdən  materiallar  toplanması  olmuşdur.  Lakin  bu  cəhət 
müxtəlif  qrupların  dillərinin  ayrı-ayrılıqda  tədqiqinin  elmi 
dəyərini  azaltmır,  əksinə,  artırır.  Çünki  belə  olduqda  
müqayisəli  tədqiqat  aparmaq  üçün  daha  əlverişli  zəmin 
yaranır.  Mövcud  araşdırmalar  göstərir  ki,  bu  qrupların 
daşıdıqları dil eyni olub, ləhcə fərqlərinə malikdir. 
Tat  dilinə  aid  ilk  material  İ.N.Berezinin  1853-cü  ildə 
Kazanda  nəşr  olunan  «Resherches  sour  les  dialectes  persans» 
kitabında verilmişdir (317). 
İ.N.Berezinin tat dili haqqındakı tədqiqatı ümumi səciyyə 
daşıyır,  bu  dil  haqqında  hərtərəfli  təsəvvür  yarada  bilmir. 
Müəllif  Abşeron ləhcəsi  əsasında tat dilinin  bir  sıra  fonetik və 
qrammatik  xüsusiyyətlərini  açmağa  çalışsa  da,  ümumən  buna 
nail  olmamışdır.  İ.N.Berezinin  tat  dili  haqqında  mülahi-
zələrinin  səthi  və  nöqsanlı  xarakter  daşıması  tədqiqatçılar 
tərəfindən  qeyd  edilmişdir.  Göstərilən  qüsurlara  baxmayaraq, 
Azərbaycan  tatlarının  dilinə  aid  ilk  tədqiqat  əsəri  kimi 
İ.N.Berezinin araşdırmaları xüsusi əhəmiyyət kəsb edir. 
Rus  akademiki  B.Dorn  1860-cı  ilin  axırları,  1861-ci  ilin 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
26 
26 
əvvəllərində  Bakı, Quba və Dərbənddə olmuş  və tat dilinə  aid 
xeyli  material  toplamışlar.  O,  bu  materialları  «İran  dillərinin 
tədqiqinə  dair»  kitabında  ümumiləşdirmişdir.  B.Dorn  «Qədim 
rusların  Təbəristana  hücumları»  kitabına  mazandaran,  gilək, 
talış dilləri ilə yanaşı, tat dilinə dair mətnlər də daxil etmişdir. 
Tat  dilinə  aid  mətnlər  (3  mətn)  onun  başqa  bir  əsərində  də 
verilmişdir (192). 
B.Dornun  tat  dili  ilə  bağlı  topladığı  materiallar  və  onun 
elmi  araşdırmalarının  bir  qismi  çap  olunmamışdır.  Həmin 
materiallar  Sankt-Peterburqda  Asiya  xalqları  İnstitutunun 
arxivində saxlanılır. 
İ.N.Berezin və B.Dorndan sonra tat dilinə dair tədqiqlərin 
geniş  aspektdə  davam  etdirilməsi  Vs.Miller  və  B.Millerin 
adları ilə bağlıdır. 
Tat  dilinin  öyrənilməsində  Vs.F.Millerin  böyük  əməyi 
olmuşdur.  Onun  bu  sahədəki  ilk  tədqiqatı  yəhudi  tatlarının 
dilinə  həsr  olunmuşdur.  O,  1900-cu  ildə  «Tat  dilinin 
fonetikasına  aid  oçerklər»  kitabını  çap  etdirmişdir.  Bundan 
sonra  Vs.F.Miller  müsəlman  tatlarının  dilini  tədqiq  etmiş  və 
1905-ci ildə onun «Tat etüdləri» kitabı çapdan çıxmışdır (235). 
Kitab  tat  dilinin  Lahıc  ləhcəsinin  materialları  əsasında 
yazılmışdır. Kitaba 11 mətn və lüğət əlavə edilmişdir. 1907-ci 
ildə  Vs.Miller  «Tat  etüdləri»  əsərinin  ikinci  hissəsini  nəşr  et-
dirir. 
Vs.Miller 
İ.N.Berezin 
və 
B.Dornun 
topladığı 
materiallardan  müqayisə  məqsədilə  istifadə  etdiyini  də 
göstərir.  Vs.Miller  Azərbaycanda  işlədiyi  müddətdə,  əsasən, 
talış dilinin tədqiqi ilə məşğul olsa da, tat dilini də  yaddan çı-
xarmamışdır.  O, ilk  dəfə  olaraq tatların  Azərbaycan  ərazisində 
məskunlaşması  və  onların  ləhcələri  haqqında  məlumat  vermiş, 
ləhcələrarası 
fərqləri  geniş  şəkildə  araşdırmağa  cəhd 
göstərmişdir (231). 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
27 
27 
Tat  dilinin  tədqiqini  Vs.Millerdən  sonra  A.L.Qrünberq 
davam  etdirmişdir.  Bu  dövrdə  İ.M.Oranski  də  öz  tədqiqat 
işində tat dilindən bəhs etmişdir (246). 
A.L.Qrünberq  1954-1955-ci  illərdə  «Şimali  Azərbaycan 
tatlarının  dili»  adlı  monoqrafiyasını  yazmaq  üçün  üç  dəfə 
Azərbaycanda  ekspedisiyada olmuş  və materiallar toplamışdır. 
Müəllif  həmin  materiallar  əsasında  tat  dilinin  fonetika  və 
qrammatikasını əsaslı şəkildə araşdırmışdır (181). 
V.S.Sokolova  talış  və  tat  dillərinin  fonetikası  ilə  bağlı 
tədqiqatlar  aparmışdır.  O,  1948-ci  ildə  Bakının  Balaxanı  və 
Suraxanı  qəsəbələrində,  Dəvəçi  rayonunda  və  Qonaqkənddə 
yaşayan  tatların  ləhcələrinə  aid  materiallar  toplamış  və  bunun 
da  əsasında  tat  dilinin  fonetikasının  təsvirini  vermişdir.  Onun 
tədqiqatları ilk dəfə olaraq 1950-ci ildə çap olunmuşdur. 1953-
cü  ildə  müəllif  tat  dilinin  fonetikasına  həsr  olunmuş  «İran 
dillərinin  fonetikasına  dair  oçerklər»  adlı  əsərini  nəşr  etdirir 
(283). 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  tat  dilinin  fonetikasının 
bu  və  ya  digər  məsələlərinə  əvvəllər  də  toxunulmuşdur. 
Məsələn, E.Korş «Orta fars dilində dialekt rotasizminin izləri» 
məqaləsində  tat  dilinin  fonetikasına  müəyyən  yer  ayırmışdır 
(211). 
N.Quliyevanın yazdığı kimi, müharibədən sonrakı illərdə 
tatlar,  onların  etnoqrafiyası  və  dili  üzrə  tədqiqatlara  əsas 
etibarilə XX əsrin 50-60-cı illərində başlanmışdır (90). 
Bizim 
fikrimizcə, 
N.Quliyevanın  tatlar  və  onun 
etnoqrafiyasının öyrənilməsi ilə əlaqədar fikri doğrudur. Çünki 
50-ci  illərdə  N.Quliyevanın  apardığı  tədqiqat  məhz  həmin 
sahələrə  aid  olmuş,  tat  dili  haqqında  ümumi  məlumatları 
özündə 
əks 
etdirmişdir. 
Q.Qeybullayevin 
namizədlik 
dissertasiyasını da bu tipli tədqiqatlara aid etmək olar (173). 
M.Hacıyev  1960-cı  ildən  başlayaraq,  tat  dilinin  tədqiqi 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə