Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə9/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   5   6   7   8   9   10   11   12   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
28 
28 
ilə  ardıcıl  məşğul  olmağa  başlamışdır.  O,  1971-ci  ildə  «Tat 
dilinin  Qonaqkənd  ləhcəsi»  adlı  kitabını  nəşr  etdirmiş  (59), 
sonrakı  dillərdə  də  tat  dili  ilə  bağlı  tədqiqatlarını 
genişləndirmişdir.  Onun  elmi  araşdırmaları  «Azərbaycan 
tatlarının  dili»  (fonetika,  leksika,  morfologiya,  sintaksis) 
kitabında ümumiləşdirilmişdir (60). 
1996-cı  ildə  N.B.Cəfərova  və  M.İ.Hacıyevin  «Tat  dili» 
(Zuhun  tati)  əlifba  kitabı  nəşr  edilmişdir  (35).  2002-ci  ildə  bu 
sətirlərin  müəllifinin  tat  dilinin  Lahıc  ləhcəsinə  həsr  olunmuş 
«Lahıc  tatlarının  dili»  adlı  monoqrafiyası  çap  olunmuşdur 
(72). 
Monoqrafiyada  İsmayıllı  rayonunda  şəhər  tipli  qəsəbə 
sayılan  Lahıc  və  onun  ətrafında  yaşayan  tatların  dilinin 
fonetik,  leksik  və  qrammatik  xüsusiyyətləri  təhlil  olunur. 
Əsərdə  müqayisələrə  də  geniş  yer  verilmiş,  tat  dili  ləhcəsinə 
aid  materiallardan  geniş  istifadə  edilmişdir.  Əsərdə  ilk  dəfə 
olaraq,  Lahıc  tatlarının  dilinin  fonetik  sistemi  araşdırılmış, 
onun  distributiv  imkanları,  fonemlərin  anlaut,  inlaut  və 
auslautda 
işlənmə 
xüsusiyyətləri 
göstərilmişdir. 
Monoqrafiyada  tat  dilinin  digər  dillərlə  əlaqələri  təhlil 
olunmuş,  bu  əlaqələrin  bütövlükdə  dilə  təsiri  mexanizmi, 
alınmaların mənimsənilmə səviyyəsi araşdırılmışdır. 
B.Vs.Miller  «Tatlar,  onların  məskunlaşması  və  şivələri» 
əsərində  Lahıc  qəsəbəsi  də  daxil  olmaqla  32  tat  kəndinin 
olduğunu  qeyd  edir.  Həmin    kəndlər  aşağıdakılardır:  Lahıc, 
Ülgüc,  Zarat,  Dəmirçi  (Küpəyə),  Xeybəri,  Zarat  II,  Dərebabo, 
Haftəsiyab Ximran, Əhən Qərçəh, Voşa, Müdrü, Daxar, Zangi, 
Müdürso,  Müşkəmir  (Mişkəmir),  Duvoryan,  Pirəqonum, 
Məlhəm,  Qonaqkənd,  Mədrəsə,  Cənduvo,  Bığır,  Vələsim, 
Cülyan və s. (231, 9). 
M.Süleymanov  yazır:  «Girdiman  çayı  sahilinə  köçürülən 
irandilli  etnik  qruplar  təkcə  Lahıc  qəsəbəsində  deyil,  Zanqi, 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
29 
29 
Daxar,  Köhnə  Daxar,  Vələsin,  Yuxarı  Cülyan,  Buynuz, 
Brovdal,  Namazgah,  Gəndov,  Boəli,  Varna,  Zərnava,  Zarat, 
Müşkəmir, Dərə, Əhən, Qoydan» məskunlaşmışlar (130, 21). 
Mövcud  tədqiqatlar  göstərir  ki,  Xəzərətrafı  ərazidə 
yayılmış  tat  dili  digər  İran  dilləri  arasında  xüsusi  mövqeyə 
malikdir.  Tat  dilinin  İran  dilləri  ailəsində  yeri,  bu  dilin 
ləhcələri  arasındakı  fərqlərin  öyrənilməsi  dilçiliyimizdə  aktual 
problem olaraq qalmaqdadır. 
Bizim  fikrimizcə,  tat  dilinin  İran  dilləri  arasındakı  yerini 
müəyyənləşdirilməsi,  onun  İran  dillərinin  dialekt  və  ləhcələri 
ilə  müqayisəli  şəkildə  öyrənilməsi  üçün  dəqiq  elmi  təsnifat 
prinsiplərinə əsaslanmaq lazımdır. Mahiyyət etibarilə  geniş dil 
materialını  əhatə  edən  bu  cür  tədqiqatlar  tat  dili  ləhcə  və 
şivələrinin  hərtərəfli  öyrənilməsi  zəminində  həyata  keçirilə 
bilər. 
 
 
Azərbaycan-tat dil əlaqələri. 
 
Müxtəlif  etnoslar,  xalqlar  arasındakı  münasibətlərdə  dil 
mühüm  rol  oynayır.  İctimai,  mədəni,  sosial  və  iqtisadi 
sahələrdə  əlaqələrin  gerçəkləşməsi  üçün  dildən  istifadə  edilir. 
Buradan belə bir nəticə çıxır ki, dil əlaqələri də ictimai səciyyə 
daşıyaraq iqtisadi, siyasi, mədəni, dini və bu kimi əlaqələr çər-
çivəsində  təzahür  edir.  Dil  müxtəlif  dillərlə  təmaslı  və 
təmassız  əlaqələr  zəminində  yaşayır.  Əlaqələr  təmaslı  olduqda 
dillərin bir-birinə təsiri baş verir. Bu təsir çox zaman qarşılıqlı 
olur.  Deməli,  dilin  inkişafı  xalqın  tarixi,  onun  yaşadığı  ərazi 
və  onunla  qonşu  olan  xalqların  dili  və  tarixi  ilə  bağlıdır  və 
dilin  daşıyıcısı  olan  xalqın,  etnosun  başqa  xalqlarla 
münasibətlərindən  də  asılıdır.  A.Axundov  qeyd  edir  ki,  «dil 
xalqın malıdır və bu cəhətdən, tamamilə təbiidir ki, hər bir dil 
mənsub  olduğu  xalqın  tarixi  ilə  bağlıdır.  Dil  elə  bir  güzgüdür 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
30 
30 
ki, xalqın tarixi bu və ya digər şəkildə əksini orada tapır» (5). 
Tarixən 
təcrid 
olunmuş 
şəkildə 
yaşayan 
xalq 
olmadığından, başqa dillərdən təcrid olunmuş şəkildə fəaliyyət 
göstərən  dil  də  yoxdur.  «İnsan  cəmiyyətinin  inkişafı 
prosesində  xalqlar  və  onların  dilləri  bir-biri  ilə  daim  əlaqədə 
olur.  Dünyada  başqa  xalqlardan  tam  təcrid  olunaraq  yaşamış 
xalqı təsəvvürə gətirmək çətindir» (157, 3). Hər bir xalq, etnos 
başqa  xalqlarla  yaxın  və  çox  zaman  eyni  bir  ərazidə  yaşayır. 
Belə  yaxınlıq  məişətdə,  yaşayış  tərzində,  davranışda,  adət-
ənənələrdə, mədəniyyətdə yaxınlaşmaya səbəb olur. Ünsiyyyət 
prosesində  isə  dil  təmasları  baş  verir.  Bu  baxımdan  tat  dili  də 
müəyyən dil əlaqələri sisteminə malikdir.   
Azərbaycan  ərazisində  yaşayan  tatların  dil  əlaqələri 
sistemində  Azərbaycan-tat  dil  əlaqələri  əsas  yer  tutur.  İran 
ərazisində  bu,  başqa  İran  dilləri  ilə  olan  əlaqələri  özündə 
birləşdirir.  Dağıstan  ərazisində  yaşayan  tatların  dili  Dağıstan 
dilləri  və  rus  dili  ilə  qarşılıqlı  əlaqələr  şəraitindədir.  Şübhə 
yoxdur  ki,  Azərbaycan  tatlarının  dil  əlaqələri  Azərbaycan-tat 
dili müstəvisində araşdırılmalıdır.  
Dil əlaqələri dilin  yayılmasından asılıdır. Dil nə qədər az 
ərazidə  yayılırsa,  bir  o  qədər  də  az  əlaqə  imkanları  qazanmış 
olur.  Andre  Martine  dilin  yayılmasından  bəhs  edərkən  yazır: 
«Sinxron və diaxron aspektdə olmasından asılı olmayaraq, bizi 
sırf  təsviri  yanaşma  qane  etmirsə,  onda  hansısa  bir  dilin 
yayılması  haqqında  topladığımız  məlumat  belə  bir  nəticəyə 
gətirib  çıxaracaqdır  ki,  dilin  yayılması  xalqın  hərbi,  siyasi, 
dini, mədəni, iqtisadi və ya sadəcə demoqrafik ekspansiyasının 
kənar məhsuludur. Çünki dil xalqın ünsiyyət vasitəsidir. Dil öz 
rəqiblərini  daxili  keyfiyyətlərinə  görə  deyil,  onun  da-
şıyıcılarının  daha  döyüşkən,  fanatik,  mədəni  olması 
səbəbindən  üstələyir.  Latın,  ərəb,  ispan  və  ingilis  dillərinin 
xarakterində 
onların 
yayıldıqları 
ərazinin 
əvvəlki 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə