Gülsüm Hüseynova. Tat dilinin leksikası
82
82
ikinci tərkib hissəsi qodun formasındakının eynidir. Çeydun və
qodun sözlərində ikinci tərkib hissəsi (dun) eynidir: Ev
heyvanlarının adlarında «c» və «ç» fonemləri üzrə fərqlənmə
özünü göstərir. Çisband-cisband (Məl.) – «qoyun»; cisola-
çisola (Məl.) – «buzov» və s.
Cey və qo formalarını eyni sözün iki müxtəlif variantları
hesab etmək olar. Müq.et: azərb. əd. camış – azərb. dial.
gamış.
Məlhəm şivəsində qeydə alınan bəzi sözlər digər
şivələrdə tam fərqli fonetik cilddə işlənir. Belə sözlərdən
bəzilərini nəzərdən keçirək.
Umaş birən «qarışmaq» (Məl.). Bu fel Abşeron və Lahıc
ləhcələrində «amuc birən» formasında işlənir.
Giryə «ağlaşma» (Məl.). Abşeron ləhcəsində «aqlaş,
ağlaş» kimi işlənən bu söz Azərbaycan dilindən alınmadır.
Məlhəm şivəsindəki «giryə» sözü tat dilinə məxsus spesifik
sözdür. Bu sözün digər İran dillərində işlənən variantları ilə
müqayisəli təhlil əsasında sözün spesifik və ya ümumiran
mənşəli olması haqqında nəticə çıxarmaq mümkündür. Lahıc
ləhcəsində hərey zərən birləşməsi «ağlamaq» mənasındadır.
Məlhəm şivəsində isə bu məna giresdən sözü ilə ifadə olunur.
Məlhəm ləhcəsindəki giryə və giresdən sözləri eyni kök
əsasında düzəlmişdir. Hərey forması girey sözünün başqa
fonetik variantıdır.
Firmundə soxtən «aldatmaq». Məlhəm şivəsində işlənən
bu söz Abşeron və Lahıc şivələrində istifadə olunan aldatmış
soxtən sözündə hansı dəyişikliklərin baş verdiyini çox gözəl
nümayiş etdirir.
Azərbaycan tatlarının müxtəlif ləhcə və şivələrində
işlənən birinci tərəfi Azərbaycan dilindən alınma feli sifət,
ikinci tərəfi isə tat dilinə məxsus köməkçi fellə ifadə olunan
analitik fellərdə maraqlı xüsusiyyətlər aşkara çıxır. Birinci
Gülsüm Hüseynova. Tat dilinin leksikası
83
83
tərəf, bir qayda olaraq, -mış, -miş, -muş, -müş şəkilçisi ilə
əmələ gəlmiş feli sifətlə ifadə olunur. Məsələn: alışmış birən
«alışmaq, öyrəşmək»; allanmış birən «aldanmaq»; aldatmış
soxtən «aldatmaq»; axmiş birən «axmaq»; aqnamiş birən
«ağnamaq»; inanmış birən «inanmaq»; inanmiş soxtən
«inandırmaq» və s.
Ohunçuluq
«dəmirçilik»
(Məl.).
Lahıc şivəsində
«dəmirçilik» mənası həngəri sözü ilə verilir. Nəzərə alsaq ki,
bu ləhcədə həngər sözü «dəmir» mənasındadır, deyə bilərik ki,
bu sözlərdə də g~ç əvəzlənməsi baş vermişdir.
Qeyd etmək lazımdır ki, həm ohunçuluq, həm də həngəri
sözləri qəd. İran ahəngər «dəmirçi» sözü ilə bağlıdır.
Tat dilinin Məlhəm şivəsində işlənən spesifik sözlərdən
bir qismi söz birləşməsi əsasında formalaşmışdır. Bunlar
quruluşca mürəkkəb sözlərdir. Onlardan bəzilərini nəzərdən
keçirək.
Aftəniş – «günbatan». İki tərkib hissəsindən ibarətdir:
aftə – «günəş» + niş «oturmaq», «batmaq».
Aftəxis – «günçıxan, gündoğan». Eyni model əsasında
formalaşmışdır (xis – «qalxmaq, doğmaq»).
Kuştoy – «bozbaş». Kuşt «ət» və oy «su» tərkib hissələri
əsasında təşəkkül tapmış mürəkkəb sözdür.
Sərmizi – «süfrə», hərfən: «stolüstü». İzafət birləşməsi
əsasında formalaşmış (sər «baş» burada: «üst», miz «stol»)
mürəkkəb sözdür.
Kuştəncin – «qiyməkeş». Birinci tərkib hissəsi barəsində
biz artıq danışmışıq (bax: kuştoy). İkinci tərkib hissəsi ənci
«doğramaq» felindən ibarətdir.
Ancaq qeyd etməliyik ki, həmin alətdən əti döyməkdən
ötrü istifadə edirlər.
Ardəvic – «ələk». Ardə «un» və vic «ələmək» sözlərinin
birləşməsi əsasında formalaşmışdır.
Gülsüm Hüseynova. Tat dilinin leksikası
84
84
Vəlq – «yarpaq» (Abş., Lah.). Müq.et: fars., dəri. barq;
kürd. belq (KRS, 300); tal. livə (TRAL, 237).
Sonuncu sözün tat. vəlq sözü ilə ümumi və yaxud səs
əvəzlənməsi kimi yozula bilən səsləri var. Amma bu
formaların eyni mənşəli sözlər olduğunu tam qətiyyətlə demək
olmur.
Talış dilində daha bir söz var: palqə. O, formaca vəlq
sözünə yaxındır, amma başqa mənadadır («yaşıl budaq»,
«pöhrə»). Fonetik cəhətdən ona yaxın olan sözü puştu dilində
tapırıq: pəna «yarpaq».
Rusmu – «sap» (Abş., Lah.). Müq.et: rusmə «ip», tal.
«sap, ip, kəndir».
Varə – «sap» (Abş., Lah.). Başqa iran dillərində məlum
deyil.
Riştə – «sap» (Məl.). Müq.et: dəri. riştə (RPDS, 385).
Beləliklə, aparılan axtarış və müqayisələr göstərir ki, tat
dilinin lüğət tərkibində dil mənsubiyyəti baxımından müxtəlif
mənşəli sözlərə rast gəlmək olur.
Gülsüm Hüseynova. Tat dilinin leksikası
85
85
II FƏSİL
TAT DİLİNDƏ SÖZLƏRİN LEKSİK-SEMANTİK
VƏ STRUKTUR XÜSUSİYYƏTLƏRİ
Tat dilində çoxmənalı sözlər.
Polisemiya və ya çoxmənalılıq sözün bir neçə mənanı
ifadə etməsi hadisəsidir. Sözün həmin mənalardan hansını
bildirməsi onun başqa sözlərlə əlaqəyə girməsi nəticəsində
təyin edilir. Çoxmənalı sözün mənaları arasında müəyyən
semantik əlaqə olur. Bu semantik əlaqə həmin mənalar
arasında əsas olur və müxtəlif mənalara müvafiqliyi ilə
səciyyələnir. Çoxmənalı sözlərin mətndə işlədilməsi imkanları
onların ifadə etdiyi müxtəlif mənalarla şərtlənir.
Çoxmənalı sözlər müəyyən cəhətdən bir-birinə oxşar
əşya, əlamət və hərəkətləri bildirən söz qruplarıdır. Bu halda
eyni bir söz müxtəlif mənaları ifadə etmiş olur. S.Cəfərov
sözün ilkin mənasından əmələ gələn yeni mənaları onun məna
çalarlığı adlandıraraq yazır: «Müxtəlif məna çalarlığına malik
olan sözlərə çoxmənalı (polisemantik) sözlər deyilir» (33, 18).
Sözün çoxmənalılığı onun mətndə müxtəlif mənalarda
işlənməsində təzahür edir.
Çoxmənalılıq dilin tarixi inkişafı prosesində yaranmışdır.
«Müəyyən denotatı adlandırmaq üçün işlədilən söz işarəni
fonomorfoloji qabığını dəyişmədən başqa bir məfhumla da
əlaqələnməsi olduqca mürəkkəb psixoloji və qnoseoloji aktdır
ki, dilin öz təbiətində var olan xüsusiyyəti üzə çıxaran bu
proses insanın müəyyən intellektual səviyyədə dayanmasını
tələb edir» (132, 153).
M.Falkoviç qeyd edir ki, «Çoxmənalı sözlər bu və ya
digər sözün müxtəlif mənalarının bir əsas məna ətrafında
Dostları ilə paylaş: |