Gülsüm Hüseynova. Tat dilinin leksikası
202
202
götürən adam» mənasında qeydə alınmışdır. Tat dilinin
Abşeron ləhcəsində xiran «almaq» mənasında işlənən feldir.
Belə düşünmək olar ki, «Bəhərxır» sözünün tərkibindəki «xır»
komponenti məhz bu fellə bağlıdır.
Tatlarının məşğul olduğu sahələrdən biri də arıçılıqdır.
Ona görə də tat dilində arıçılıqla bağlı bir sıra leksik vahidlər
işlənir ki, onlar terminoloji səciyyə daşıyır. Məsələn: əng
«arı», əngdor «arıçı», soya, birin «arı səbəti», şum «şan»,
dərəmum «arının səbətin qapısını mumla örtməsi», şah «ana
arı», kələsər «erkək arı», ləşgər «işçi arı», vəçə əng «arı
balası» (vecəsi), əssəl «bal», nüne «yuva», şəhəkü «çarpaz
ağac» və s. Tat dilinin arıçılıq terminlərindən bir neçəsini
nəzərdən keçirək.
Kələsər. Tat dilində bu söz «işçi arı» mənasında qeydə
alınmışdır. Dialekt və şivələrdə «işçi arı»; «təzə əkilmiş tənək»
mənalarına rast gəlinir.
Vəcə. Tat dilində bu söz yeni əmələ gəlmiş arı ailəsi
mənasında işlənir. İ.Tahirov həmin sözü geniş təhlil etmişdir.
O göstərir ki, vəcə Quba dialektində (121, 233) və İsmayıllı
rayonu şivələrində işlənir. Bu sözün tat dilindən keçməsi
ehtimal olunur. Məlumdur ki, qədim İran dillərində sözönü «v»
səsini saxlayan dillərdən biri də tat dilidir. Qədim İran
dillərində sözönü «v» tarixi inkişaf prosesində fars, tajik və s.
dillərində «b» səsinə keçmişdir (264, 89). Sözönü «v» talış
dilində də qalmışdır (230, 228). Əyanilik xatirinə bir misala
diqqət yetirək.
Haqqında danışdığımız vəcə sözü orta fars dilində vaççağ
şəklində işlənmişdir (175, 85). Vəcə sözünün müasir fars
dilində qarşılığı bəççe-dir. Qanunauyğun olaraq, orta fars
dilindəki
«v»
müasir
fars
dilində
«b»-yə
keçmişdir.
Azərbaycan dilində beçə «cavan xoruz» sözü də işlənir. Bu
fonetik və semantik variantların tarixən bağlı olmasına heç bir
Gülsüm Hüseynova. Tat dilinin leksikası
203
203
şübhə yoxdur. Ancaq bilmək lazımdır ki, ədəbi dil və
dialektlərin yolu heç də həmişə bir-birinə uyğun gəlmir. Belə
ki, ədəbi dildə səs dəyişmələri baş verdiyi hallarda belə,
dialektlərdə köhnə «format» özünü mühafizə edə bildir. Lakin
b-v əvəzlənməsi Quba dialekti üçün və, ümumiyyətlə, şərq
qrupu dialekt və şivələri üçün xarakterik deyil.
Bu hadisə, əsasən, qərb və qismən şimal qrupu dialekt və
şivələrində aiddir (133, 86). Doğrudan da, Şəkidə və Göyçayda
«yeni əmələ gəlmiş arı ailəsi» mənasında veçe sözü işlənir (84,
199; 141, 27).
Tat dilində vəcə «bala, körpə» deməkdir (59, 103). Quba
dialektində həmin söz daha da konkretləşərək, «körpə arı»
anlamında işlənir. İsmayıllı rayonu şivələrində isə vəcə keçi
balasına deyilir. – Bu gün vəcələr yaxşı otdadı (137, 66-67).
Qeyd etmək lazımdır ki, İran dillərində vəçə təzə
pöhrələrə deyilir. Bəzən kiçik uşaqlara «vəçə» deyilir. Məsələn
talış dilində: In əğılon əçey vəçonin «Bu uşaqlar onun
balalarıdır». Talış dilində vəçə-xıçə qoşa sözu də işlədilir ki,
bu da «pöhrə – budaq», «şax – ğudaq» mənasındadır.
Oğuz və Qəbələ rayonlarında fındıq kolunun dibindən
çıxmış təzə zoğlara beçə deyirlər. Məhsul bol olsun deyə
beçələri kəsirlər. Beçələri böyüyəndən sonra çıxarıb əkmək
olur.
Coğrafiya və astronomiya ilə bağlı terminlər. Bu
qrupdan olan leksik vahidlər də tat dilində müəyyən qrup
yaradır. Onlardan bəzilərini nəzərdən keçirək.
Çırcır «şəlalə». Tat dilində ş~ç əvəzlənməsi baş
vermişdir: çırçır~çurçur~çurçura (-a şəkilçisi tat dilində
adlardan ad düzəldən şəkilçidir. Məs: çox «çax». – Çoxa
«budaq», ruz «gün» ~ ruza «orucluq», dəst «əl» ~ dəstə
«yeniyetmə uşaq» və s. (72, 67). Burada səstəqlidi sözdən
düzəltmə ad yaranmışdır.
Gülsüm Hüseynova. Tat dilinin leksikası
204
204
Cıqqırığ (güclə çıxarılan) (Lah., Məl.) «səs».
Daracağ – «keçid, dağ keçidi», «gədik», «aşırım».
Adına «cümə axşamı». Azərbaycan dili dialekt və
şivələrində geniş işlənir.
Tousdum (Ab.) «yay». Bə tousdum bağ lap pirvayı
birənü. «Yayda ora lap qiyamət olur». Müq. et: fars. tabestan.
«Yay» mənası tat ləhcələrində hamin//homin sözünə də
məxsusdur.
Tat dilində təbiət hadisələri ilə bağlı terminlər sırasına
abi-bahar//obi bohor «bahar suyu», əvvəlin bahar//əvvəlin
bohor «ilk bahar», tiri kamon «göy qurşağı» kimi söz və
terminlər də daxildir.
Tat dilində təbiət obyektlərinin adlarını bildirən bir çox
sözlər var ki, onların əksəriyyəti ümumiran mənşəli olub,
coğrafiyaya aid terminoloji leksika səciyyəsi daşıyır.
Tat dilinin onomastik leksikası.
Onomastik vahidlər alınma ola bildiyi kimi, onların
tərkibində alınma sözlər də işlənə bilir. Alınma onomastik
vahidlər və alınma sözlərin köməyi ilə düzəlmiş onomastik
vahidlər bir-birindən fərqli anlayışlardır.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra
ölkədə ciddi demokratik dəyişikliklər baş vermişdir. Həmin
dəyişikliklər ölkə ərazisində yaşayan azsaylı xalqlar və etnik
qrupların dili və mədəniyyətinə münasibətdə də açıq-aşkar
özünü göstərir.
Müasir tat-müsəlmanlarının əcdadları İranda yaşamışlar
və orada indi də tatlar yaşayır. V.İ.Savina müasir dövrdə
İranda tatların farslarla qarışaraq, assimilyasiyaya uğradığını
qeyd etmişdir (276, 143). Buna baxmayaraq, ərazidə tat adı və
tat dili ilə bağlı onomastik vahidlər, o cümlədən toponimlər az
Dostları ilə paylaş: |