Gülsüm Hüseynova. Tat dilinin leksikası
217
217
və s.
Başdığ//başdüğ «başlıq». Toy ərəfəsində qız evinin
oğlan evindən aldığı pul, heyvan.
Xırş «ağuz (doğmuş inəyin ilk südü)» (Lah.). Mərəgö
bizəndəni xırşirə bədi-şündənim. «İnək doğanda ağuzunu
qaynadırıq». Talış dilində hış formasında işlənir.
Övərə «evdə çimmək üçün istifadə edilən yer». Bu sözü
təşkil edən komponentlərdən birincisi -ö İran dillərində olan
ab «su» sözünün fonetik variantı, ikincisi vərə isə «yer»
mənasını verən leksik vahiddir. Göstərilən mənada övərə
sözünə digər İran dillərində təsadüf olunmamışdır. Bə
qədimiyə xunahona bə həmmeyi övərə bire. «Qədimi evlərin
hamısında çimmək yeri olmuşdur» və s.
Xiş barundan «yer şumlamaq». Bə marta mohi bə Löyic
xori xiş barundənund, gəndim başundənund. «Mart ayında
Lahıcda yeri xışla əkirlər, buğda səpirlər».
Dağar/dəğər «dağar, dağarcıq». Həm tat, həm də
Azərbaycan
dialektlərində
eyni
mənada
«qoyun-keçi
dərisindən hazırlanmış taxıl qabı» mənasında işlənir.
Vəçanüm «dilənçi» (Q.). Sekinə xalə bə dər amarə
vəçanumə dəst bə tihi rahə nə dərəbü «Səkinə xala qapıya
gələn dilənçini əliboş yola salmazdı» və s.
Gülsüm Hüseynova. Tat dilinin leksikası
218
218
NƏTİCƏ
Tatlar irandilli xalq olub, Xəzəryanı ərazilərdə, əsasən
İranda, Azərbaycanın şimal-şərq rayonlarında, Abşeron
yarımadasında, Dağıstanın cənub-şərqində, Dərbənd və
Mahaçqala
şəhərlərində
məskunlaşmışlar.
Azərbaycan
ərazisində tatlar, əsasən, respublikanın İsmayıllı, Xızı, Şamaxı,
Quba, Dəvəçi və Abşeron ərazilərində daha sıx şəkildə
yaşayırlar.
Yazısız dillərin tarixinin öyrənilməsi üçün başqa material
olmadığından, dialekt və şivələrin lüğət və nitq nümunələri
müstəsna
əhəmiyyət
kəsb
edir.
Dialekt
faktlarına
əsaslanmaqla, dilin öz inkişafı boyu onda baş vermiş
dəyişikliklər və ona təsirləri üzə çıxarmaq olur. Daha qədim
dövrlərdə baş vermiş dəyişikliklər haqqında təsəvvürləri isə bu
dili qohum dillərlə, xüsusən də, yazılı abidələri olan dillərlə
müqayisə etməklə, üzə çıxarmaq mümkündür.
Aparılan tədqiqatlara əsaslanmaqla, belə demək olar ki,
elmə iki tat dili məlumdur. Bunlardan btirincisi «məxsusi tat
dili», ikincisi isə dağ yəhudilərinin istifadə etdiyi «yəhudi-tat
dili» adlandırılır. Hər iki dil mənşəcə hind-Avropa dillərinin
İran qrupuna daxildir. Tarixi-dialektoloji təsnifata görə, «tat»
və «yəhudi-tat» dilləri cənub-qərbi İran dillərinə aid olub, fars
və tacik dillərinə yaxındır.
Tat dili ilə yəhudi tatlarının dili arasında quruluş
yaxınlığı ilə yanaşı, əhəmiyyətli dil fərqləri də var. Bu, həmin
dillərin daşıyıcılarının ünsiyyət prosesində bir-birini tam başa
düşməməsinə səbəb olur. Tat dili Azərbaycan, dilinin, yəhudi
tat dili isə daha çox ivritin təsirinə məruz qalmışdır.
Tat dilinin tədqiqi XIX əsrin axırları, XX əsrin
əvvəllərindən başlanmışdır.
Azərbaycanda yaşayan tatların dilindəki ləhcə fərqlərinin
Gülsüm Hüseynova. Tat dilinin leksikası
219
219
müəyyənləşdirilməsi və həmin ləhcələrin sərhədinin təyin
edilməsi üçün fonetik, leksik-qrammatik fərqlərlə yanaşı, dini
fərqlər də əsas götürülmüşdür. Tat ləhcələrinin ilkin
təsnifinina görə, bu dilin 1) şimal (sünni) şivələri – Quba,
Dəvəçi, Qonaqkənd rayonları və Xızı rayonunun Qızıl Qazma
kənd sovetliyi ərazisində yayılmış şivələr; 2) mərkəzi (şiə)
şivəsi – Xızı rayonunun Ərüsküş və Dağquşçu kənd sovetliyi
ərazisində yayılmış şivə; 3) cənub (şiə) şivələri – Xızı
rayonunun digər ərazilərində və Siyəzən rayonu ərazisində
yayılmış şivələri var. Bu təsnifata Abşeron və Lahıc şivələri
daxil edilməmişdir. Sonralar tat dilinin Azərbaycanda yayılmış
ləhcələrinin cənub qrupuna Abşeron, Balaxanı, Suraxanı,
Lahıc və Məlhəm (Şamaxı) tatlarının ləhcələri də əlavə
edilmişdir.
Azərbaycan
ərazisində
yaşayan
tatlar
dini
mənsubiyyətlərinə görə aşağıdakı 3 qrupa bölünür: 1)
müsəlman tatlar; 2) yəhudi tatlar; 3) xristian tatlar.
Dini
mənsubiyyətinə
görə
fərqlənən
qrupların
ləhcələrində oxşar cəhətlərlə yanaşı, fərqli xüsusiyyətlər də
mövcuddur.
Tat dilinin həmin bölgülər üzrə öyrənilməsinə əsas
yaradan amil tədqiqatçıların eyni qrupa mənsub dil
daşıyıcılarının kompakt şəkildə yaşadıqları ərazilərdən
materiallar toplaması olmuşdur.
Tat
dilinin
İran
dilləri
arasındakı
yerini
müəyyənləşdirilməsi, onun İran dillərinin dialekt və ləhcələri
ilə müqayisəli şəkildə öyrənilməsi üçün dəqiq elmi təsnifat
prinsiplərinə əsaslanmalıdır. Mahiyyət etibarilə geniş dil
materialını əhatə edən bu cür tədqiqatlar tat dili ləhcə və
şivələrinin hərtərəfli öyrənilməsi zəminində həyata keçirilə
bilər.
Azərbaycan ərazisində yaşayan tatların dil əlaqələri
Dostları ilə paylaş: |