GüLSÜm hüseynova



Yüklə 6,88 Kb.
Pdf görüntüsü
səhifə4/46
tarix22.11.2017
ölçüsü6,88 Kb.
#11395
1   2   3   4   5   6   7   8   9   ...   46

 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
12 
hadisələr  dillərin  tutduqları  mövqedən,  onların  dominantlıq 
dərəcələrindən  asılı  olur.  Bir  qayda  olaraq  dominant  dilin 
sözləri  onunla  təmasda  olan  dillərə  daha  çox  keçir.  Hər  bir 
alınma  isə  dilin  lüğət  tərkibinə  təsir  göstərir.  Alınma  nəinki 
sözü  qəbul  edən  dilin  leksik  sistemində  dəyişmələrə  səbəb 
olur, eyni zamanda dilin digər yaruslarına təsir üçün zəmin ya-
radır (80, 176).  
Azərbaycan  tatlarının  dilində  işlənən  alınma  sözləri  üç 
əsas  yarımqrupa  ayırmaq  məqsədəuyğundur:  1)  Azərbaycan 
dilindən alınmalar; 2) Azərbaycan dili vasitəsi ilə alınmalar; 3) 
birbaşa  alınmalar.  Bu  məsələyə  münasibətdə  bəzi  başqa  mə-
qamlar  da  üxzə  çıxır.  Azərbaycan  tatlarının  əlaqədə  olduğu 
dillər  arasında  Dağıstan  dilləri  də  var.  Belə  bir  cəhət  həmin 
dillərdən  birbaşa  sözalmaya  imkan  yaratmışdır.  Tat  dilinin 
ləhcələri  əsasında  aparılan  təhlildən  belə  bir  qənaətə  gəlmək 
olur  ki,  Dağıstan  dillərindən  birbaşa  alınmalar  Quba  və 
Xaçmaz ləhcələri üçün səciyyəvidir.  
Tat  dilinin  leksik  fondunu,  əsasən,  İran  mənşəli  söz  və  
terminlər  təşkil  etsə  də,  bu  dildə  xeyli  miqdarda  Azərbaycan, 
ərəb  və  fars  sözləri,  eləcə  də,  rus  dilindən  və  Dağıstan  (ləzgi, 
qrız,  buduq, xınalıq və s.) dillərindən keçmiş söz və  terminlər 
var. Tat dili Azərbaycan ərazisindəki başqa dillərlə də əlaqədə 
olmuşdur.  R.Heydərov  Azərbaycanda  dil  idtifaqı  məsələsinə 
münasibət  bildirərkən  ölkə  ərazisinin  əsrlər  boyu  beynəlxalq 
ticarət  yollarının  üzərində  yerləşdiyindən  və  zəngin  təbii 
sərvətlərə  malik  olduğundan  daim  qonşu  xalqların  və  işğalçı 
dövlətlərin  diqqət  mərkəzində  olmasını,  bu  ərazidə  müxtəlif 
tayfaların,  etnik  qrupların  məskunlaşmasını,  habelə  bəzi 
etnosların buraya köçürülməsinə görə dil ittifaqının  yaranması 
üçün şəraitin olmasını göstərmişdir (32, 17). 
Tat dilinin ən çox təmasda olduğu dil Azərbaycan dilidir. 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
13 
Onun  mövqeyinin  genişliyi  Azərbaycan  ərazisində  mövcud 
olan  digər  dillərlə  müqayisədə  daşıdığı  funksiyalarla  əla-
qədardır.  Bu  funksiyalardan  ən  başlıcası  onun  dövlət  dili 
olmasıdır.  Azərbaycan  dili  Azərbaycan  Respublikasının  bütün 
əhalisi üçün məcburi məktəb, radio-televiziya, mətbuat dilidir, 
məişətimizin  bütün  sahələrində  istifadə  olunan  rəsmi  dövlət 
dilidir.  Odur  ki,  tat  dilinin  yayıldığı  bütün  ərazilərdə  ana 
dilində  danışan  əhali  məişətində,  həyatın  müxtəlif  sahələrində 
ondan istifadə  etsə  də, radio-televiziyada, gündəlik mətbuatda, 
məktəbdə,  yığıncaqlarda,  idarə  və  təşkilatlarda  rəsmi  dil  kimi 
Azərbaycan  dilindən  istifadə  edir.  Bu  səbəbdən  də  tat  dilinin 
leksik fondunda həyatın müxtəlif sahələrini əhatə edən ictimai-
siyasi  və  s.  məfhumları  bildirən  söz  və  terminlər  Azərbaycan 
dili  hesabına  artır.  Bununla  əlaqədar  olaraq,  A.L.Qrünberq  və 
L.X.Davıdova  qeyd  edirlər  ki,  intensiv  ikidillilik  şəraitində 
Azərbaycan  dilinə  mənsub  olan  hər  bir  söz  tat  dilində  işlənə 
bilər və  hamı onu başa düşə bilər. Onların qənaətinə görə, türk 
mənşəli  sözlər  tat  dilinin  istər  cənub,  istərsə  də,  şimal 
dialektlərinə  daxil  olur,  dildə    aparıcı  mövqe  qazanır. 
Müəlliflər  bura  qeyinata,  yara,  bulut,  daq//doq,  qaqlovo, 
qıskac,  kazan,  yovluq,  buyruq,  yoşov  («yaşayış»),  tütün  və  s. 
sözləri aid edirlər (69, 284). 
Məlum  olduğu  kimi,  dillər  ilk  növbədə  daxili  imkanları, 
dilin  özünə  məxsus  vahidləri  hesabına  zənginləşir  və  inkişaf 
edirsə,  xarici  amillər  də  bu  prosesdə  çox  əhəmiyyətli  rol 
oynayır, onların fonetik, leksik, sintaktik və qrammatik sistem-
lərində həm kəmiyyət, həm də keyfiyyət dəyişmələri baş verir. 
Bu  baxımdan  konkret  bir  dilin  materialları  əsasında  onun 
başqa  dillərlə  qarşılıqlı  əlaqə  və  münasibətlərini  dərindən 
araşdırmaq, həmin dildəki alınmaları tarixi-xronoloji aspektdə, 
müasir elmi səviyyədə tədqiq etmək, alınmaların dil sistemində 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
14 
yerini və  funkstonal-struktur tiplərini müəyyənləşdirmək, dilin 
formalaşma və inkişafındakı rolunu açıqlamaq kimi problemlər 
xüsusi  əhəmiyyət  kəsb  edir.  Elə  buna  görədir  ki,  tat  dilinin 
Azərbaycan  və  digər  dillərlə  qarşılıqlı  əlaqələri,  bu  dillərdən 
tat  dilinə  keçmiş  sözləri  dilçilik  baxımından  araşdırmaq  daim 
dilçilərimizin  diqqət  mərkəzində  olsa  da,  bu  məsələyə 
kompleks  şəkildə  yanaşılmamışdır.  Azərbaycan  dilinin  ayrı-
ayrı 
dillərlə 
əlaqələri 
müxtəlif 
səviyyələrdə 
tədqiq 
olunmuşdur.  Azərbaycan  dilinə  daxil  olan  alınmalar  mənşəcə 
araşdırılsa  da,  bütövlükdə  Azərbaycan  dilinin  başqa  dillərlə 
tarixi  əlaqələri,  xüsusilə,  təmasda  olduğu  azsaylı  xalqların 
dillərindən  Azərbaycan  dilinə  keçən  sözlər  tədqiqat  obyekti 
olmamışdur. 
Belə  hesab  etmək  olar  ki,  İran  dilləri  ailəsində  bir  sıra 
spesifik  xüsusiyyətləri  ilə  seçilən  tat  dilinin  leksikasının  rən-
garəngliyi, zənginliyi və tarixi baxımdan mühafizəkarlığı sayə-
sində  bu  dilin  leksik  fondunu  təşkil  edən  söz  və  terminlərin 
elmi təhlilə cəlb edilməsi həm  İran dillərinin, həm də türk dil-
lərinin leksikasının öyrənilməsi üçün əhəmiyyət kəsb edir.  
Tat dilinin lüğət fonduna daxil olan sözlərin mənşəcə təs-
nifi  ilə  bağlı  apardığımız  təhlil  əsasında  belə  qənaətə  gəlmək 
olur  ki,  ilk  növbədə  dörd  əsas  qrupu  ayırmaq  düzgündür:  1) 
spesifik  sözlər;  2)  ümumiran  mənşəli  sözlər;  3)  alınma  sözlər; 
4) hibrid sözlər.  
Tat  dilinin leksik sistemindəki  alınmaların  yarımqruplara 
ayrılması  ilə  bağlı  bəzi  məsələlərin  üzərində  dayanmaq  lazım 
gəlir.  A.L.Qrünberq  tat  dilinin  leksik  sistemində  İran  layını 
önə  çəkməklə  qeyd  edir  ki,  «tat  leksikası»na  hansı  sözləri  aid 
etmək  bir  çox  hallarda  dəqiqləşdirmə  tələb  edir.  Təsadüfi 
xarakterli  alınmaları  tat  dilinin  leksik  layının  ayrılmaz  hissəsi 
olan  əsl  alınmalardan  fərqləndirmək  lazımdır.  Bu  qəbildən 


Yüklə 6,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə