GüLSÜm hüseynova



Yüklə 6,88 Kb.
Pdf görüntüsü
səhifə5/46
tarix22.11.2017
ölçüsü6,88 Kb.
#11395
1   2   3   4   5   6   7   8   9   ...   46

 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
15 
olan  söz  və  terminlər  hətta  Azərbaycan  dilində  danışmayan 
tatların gündəlik şifahi nitqlərində işlədilir və başa düşülür.  
Alınmalar,  vasitəli  və  vasitəsiz  olmaqla,  iki  yerə  ayrılır. 
Azərbaycan  tatlarının  dilinə  sözlər,  əsasən,  Azərbaycan  dili 
vasitəsi ilə keçmişdir. Bu dildə Azərbaycan dili mənşəli sözlər 
əksəriyyət  təşkil  edir.  Eyni  zamanda,  tat  dilinin  başqa  türk 
dilləri  ilə  əlaqələri  də  qədim  tarixə  malik  olmuşdur.  Ona  görə 
də  bu  dilə  keçmiş  türk  mənşəli  sözlərin  heç  də  az  olmayan  bir 
qismi ümumtürk mənşəlidir. Həmin alınmaları türkizmlər kimi 
qruplaşdırmaq  mümkündür.  Tat  dilindəki  türkizmlərin  ayrıca 
tədqiq  olunması,  həm  tat,  həm  də  türk  dillərinin  tarixi 
leksikologiyası  üçün  əhəmiyyətlidir.  Tat  dilindəki  başqa 
alınma sözləri aşağıdakı qruplara bölmək olar: 1) Müasir Azər-
baycan dilindən alınmalar; 2) Rus dilindən alınmalar; 3) Ərəb-
fars dillərindən alınmalar; 4) Başqa dillərdən (Dağıstan dilləri, 
ivrit  və  s.)  alınmalar.  Alınmalar  tat  dilinin  bilavasitə  və 
bilvasitə  təmasda  olduğu  dillərdən  aldığı  söz  və  terminlər 
hesabına yaranmış leksik layı əhatə edir.  
 
 
 
 
 
 
 
 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
16 
I  F Ə S İ L 
 
Tat dilinin spesifik və ümumiran mənşəli sözləri 
 
Tat dilinin spesifik sözləri 
 
Tat  dilinin  özünə  məxsus  leksik  layını  200-dən  bir  qədər 
çox  sadə  fellər,  bir  çox  heyvan  və  bitki  adları,  bəzi  coğrafi  və 
təbiət  hadisələri  adları,  səma  cisimləri  adları,  qohumluq 
terminləri,  bədən  üzvləri  adları,  keyfiyyət  bildirən  adlar  təşkil 
edir. 
A.A.Ufimtsevaya  görə,  hər  bir  dilin  öyrənilməsinə  onun 
fonetik və qrammatik sisteminin təsviri  ilə  başlanılır. Minlərlə 
söz  və  ifadələrə  malik  olan  lüğət  fondunun  sistemləşdirilməsi 
və  təsviri  isə  digər  sahələrə  nisbətən  çətindir.  Lakin  tarixi, 
izahlı,  etimoloji,  dialektoloji  lüğətlərin,  antonimlər  və  si-
nonimlər  lüğəti,  frazeoloji  və  s.  lüğətlərin  olması  onu  göstərir 
ki,  dilçilik  elmində  dilin  lüğət  zənginliklərini  konkret  şəkildə 
təsvir  etmək  metodları  çoxdan  mövcuddur.  Dilin  leksik 
sistemi,  hər  şeydən  öncə,  onu  təşkil  edən  dil  vahidlərinin, 
ifadələrin  təsvirini  və  tədqiqini  şərtləndirir  (120,  7-8).  Bu  ba-
xımdan tat dilinin spesifik sözlərinin toplanması, onların digər 
İran  dillərindəki  eyni  məfhumu  ifadə  edən  leksemlərlə 
müqayisəli  təhlilə  cəlb  edilməsi,  özünəməxsus  sözlərin 
müvafiq  kontekstlərdə  işlənməsinə  aid  nümunələrin  verilməsi 
leksik vahidlərin təhlil və təsvirini əhatə edir. 
Tat dilinin özünə məxsus spesifik leksik layına aid topla-
dığımız  dil  materiallarının  bir  qismini  təhlil  etmək  və  onların 
xarakterik xüsusiyyətlərini göstərməyə çalışaq. 
Hər  şeydən  əvvəl,  «spesifik  leksika»  dedikdə,  digər  İran 
dilləri  və  dialektlərində  həmin  mənada  olmayan  söz  və  ter-


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
17 
minləri  nəzərdə  tutulur.  Ona  görə  də  toplanmış  faktik  ma-
terialları  səciyyələrinə  görə  aşağıdakı  qruplara  ayırmaq  məq-
sədəuyğundur:  1) digər  İran dillərində  təsadüf olunmayan söz-
lər; 2) digər İran dillərindən bəzilərində yaxın məna və fonetik 
variantda təsadüf olunan sözlər. 
 
Tat dilinin ümumiran mənşəli sözləri  
 
Tat dilinin lüğət tərkibinin əsas hissəsini ümumiran mən-
şəli sözlər təşkil edir.  
Bu  qəbildən  olan söz və  terminlər tarixi inkişaf  prosesin-
də  dəyişikliyə  ya  heç  məruz  qalmamış,  ya  da  müəyyən  də-
rəcədə  fonetik,  morfoloji,  semantik  dəyişikliklərə  məruz  qal-
mışlar.  Bunlar  –  fel,  isim,  sifət,  say,  əvəzlik,  zərf  və  s.  kimi 
müxtəlif  nitq  hissələrinə,  eləcə  də,  köməkçi  niq  hissələrinə 
aiddir.  
Tat  dilinin  leksik  fondunu,  əsasən,  İran  mənşəli  söz  və 
terminlər  təşkil  etsə  də,  bu  dildə  xeyli  miqdarda  Azərbaycan, 
ərəb  və  fars  sözləri,  eləcə  də,  rus  dilindən  və  Dağıstan  (ləzgi, 
qrız,  buduq, xınalıq və s.) dillərindən keçmiş söz və  terminlər 
var. 
Y.Nazarova  yəhudi  tat  dilinin  leksik  sistemindən  bəhs 
edərkən  bu  dilin  lüğət  tərkibinin  əsas  hissəsinin  ümumiran 
mənşəli  olduğunu  qeyd  edir  və  bu  leksik  vahidlərə  aid  ziğis-
te(n)  «yaşamaq,  mövcud  olmaq»,  omore(n)  «gəlmək»,  menq 
«ay»,  ğov  «su»,  nu  «çörək»,  ğəsb  «at»,  duxdər  «qız»,    merd 
«kişi»,  verf  «qar»,  sər  «baş»,  raç  «gözəl»,  bülünd  «hündür», 
əki «bir», sad «yüz» kimi sözləri misal gətirir (93, 66). 
Tat  dili  tarixən  İran  dilləri  ailəsində  fəaliyyət  göstərmiş, 
həmin dil ailəsinə məxsus bir sıra fonetik, leksik-qrammatik və 
sintaktik  xüsusiyyətləri  bu  günə  kimi  mühafizə  edərək 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
18 
saxlamışdır.  Tarixi  inkişaf  prosesində  o,  müstəqil  dil  kimi 
dildaxili və dilxarici amillərin təsiri nəticəsində müəyyən dəyi-
şikliklərə  məruz  qalmışdır  ki,  bu  dəyişikliklər  leksika 
sahəsində də özünü göstərmişdir. 
Bu mənada tat dilinin ümumiran mənşəli (leksik layı) söz 
və  terminlər  dedikdə,  həm  fonetik,  qrammatik,  leksik-
semantik,  həm  də  sintaktik  (əsasən,  söz  birləşmələri,  izafət) 
cəhətdən  digər  İran  dillərindən  müəyyən  fərqli  xüsusiyyətlər 
kəsb etmiş leksik lay nəzərdə tutulur. 
Tat  dilində  təkhecalı  sözlər  V,  VC,  VCC,  CVC,  CVCC 
quruluşlarına  malikdir.  Tat  dili  üçün  hecanın  qapalılığı  səciy-
yəvidir.  Bununla  belə,  CV  tipli  təkcecalı  sözlər  də  qeydə 
alınır. Məsələn, nu «çörək».  
Dilin  bu  sahəsinə  aid  leksik  layını  nəzərdən  keçirdikdə 
aydın olur ki, burada nitq hissələrindən ən sabit və dəyişikliyə 
az  məruz  qalan  feldir.  Bunu  aşağıda  gətirdiyimiz  nümunələrin 
qədim fars, Avesta, qədim hind, orta fars və s., eləcə də müasir 
İran  dillərinin  bəziləri  ilə  apardığımız  müqayisələrdə  daha 
aydın görmək mümkündür. 
a)  Fellər: tat. bərdan//bərbən  «aparmaq»  –  av., qəd. fars. 
bar-,  qəd.  hind.  bhar-,  talış.  bard-;  tat.  bastan//bəstən  «bağ-
lamaq»  –  av.  band,  qəd.  fars.  band,  basta,  tal.  bast-,  tat. 
verıx//veruxtən  «qaçmaq»  –  av.  rack,  parf.  virixt,  tal.  vit-;  tat. 
niştan//neştən  «oturmaq»  –  av.  oşta-,  qəd.  fars.  nişadaya,  tal. 
nişt  fars.  neşt;  tat.  suxtan//soxtən  «yanmaq»  –  av.  suxta,  tal. 
süt;  tat.  çiran//çirən  «yığmaq,  toplamaq»  –  av.  kay-/çay-,  çin, 
qəd.  hind.  çinofi;  qəd.  fars.  kl.  fars.  çinad;  tac.  çidan,  müasir 
fars.  çidan,  tal.  ç  tat.  çimərdan//şümərdən  «saymaq»  –  av., 
qəd.  fars.  (ş)  maq,  əf.  şmerəl,  tac.  şumərdan,  tal.  aşmard-;  tat. 
kişf(an)/küşf(ən)/küşdən  «öldürmək»  –  av.,  qəd.  fars.  kauş-
tac.  kuştan,  tal.  kışte;  tat;  furuxtan//füruxtən  «satmaq»  –  av., 


Yüklə 6,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə