GüLÜMSƏr qadin



Yüklə 60,57 Kb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü60,57 Kb.
#73447


GÜLÜMSƏR       QADIN

Yarımca   saatın   ərzində   Fəxrəndə   aləmi   bir-birinə   qarışdırdı.   Telefonla   zəng

vurub anasını, qayınatasını, baldızını, qayınanasını təcili evlərinə çağırdı.  Heç kimə

də bu həyəcanın sirrini açmadı:  “Gələrsiz, bilərsiz” – dedi.

Bir   azdan   qapı   dalbadal   döyülməyə   başladı.   Əvvəlcə   anası   özünü   yetirdi.

Astanada ürəyini tutub nəfəsini dərdikdən sonra zarıltı ilə soruşdu:

- Ay qız, nə bədbəxt hadisə üz verib?!

Onun dalınca qaça-qaça baldızı gəldi. Rəngi qaçmış halda xəbər aldi:

- Sən allah, məndən gizlətmə, qardaşıma nə olub?

Üçüncü qayınatası çəliyini yerə döyəcləyə-döyəcləyə içəri girdi:

- Desənə, nə məsələdir, Fəxrəndə?

Axırda qayınanası qapıdaca yaxasını cırıb, ikiəlli sinəsini şappıldatdı:

-   Tez   danış   görüm,   oğlumun   başında   nə   qəzavü-qədər   var?   Bizi   niyə

çağırmısan?

Fəxrəndənin hamıya cavabı bir oldu:

- Hər halda xeyir deyil!..

Əri   Zahidin   evin   ortasında   döşəməyə   atılmış   pencək-şalvarını,   köynəyini,

qalstukunu görəndə birə-beş təşvişə düşdülər. 

Qayınata dözmədi:

- Tez ol, ay qız başa sal bizi nə faciə baş verib? Bu pal-paltar nədir?!

Ev sahibəsi stol arxasında onlara yer göstərdi:

- Əyləşin, hamısını danışacağam.

Anası,   qayınatası, baldızı,  qayınanası oturdu. Fəxrəndə özü ayaq üstə durdu.

Vahiməli baxışlar onun sifətinə dikildi. Qadın dil –dodağı əsə-əsə  iclasın sədri kimi

sözə başladı:

- Səhər Zahid evdən çıxanda tapşırdı ki, kostyumu ütüləyib hazırlayım axşam

gedəsi yeri var. Mən hardan biləydim o hansı cəhənnəmə, kimin görüşünə can atır?!

Bayaq elə pencəyi götürüb çırpanda ... cibindən bir fotoşəkil düşdü. Baxam, adama

oxşamaz bir arvad! O dəqiqə başım gicəlləndi... özümdən getdim...mətbəxdə tir-tap

yerə   sərələndim...-   Fəxrəndə   stolun   süfrəsinin   altından   çıxartdığı   rəngli   fotoşəkli

ortaya atdı. -   Buyurun, tamaşa eləyin, görün Zahid gözəl- göyçək, namuslu cavan

arvadını evdə qoyub, kiminlə gəzir!.. yenə bir vid-fasonu ola, dərd yarıdır. Əntər

ondan   yaxşıdır!..   indi   deyin,   mən   neyləməliyəm?!   Başıma   haranın   daşını

tökməliyəm?!

Fotoşəkli ötürə-ötürə bir-bir baxdılar. 

Anası dodaq büzdü:

- Bu külbaşın heç qaşları da yoxdur ki!..

- Elə onu de!

1



Qayınata eynəyini taxıb fotoya çox zəndlə diqqət yetirdi:

- Milləti nədir bu cavanəzənin?

- Nə bilim! Moltanı!

Baldız boynunu yana əyib qaşlarını oynatdı:

- Ancaq yaxşı gülüşü var, əndamı yanmışın...

- Sənə xoş gələr də... Qardaşınınkıdır axı!

Qaynana qanrılıb şəkli üzü aşağı tutdu:

- Zahiddən çıxmayan iş! Bunun nəyinə aşiq olub?

Fəxrəndə yanıb-yaxıldı:

  - Bir mənə   də   baxın, onun mürdəşir yumuş sir-sifətinə də diqqət yetirin.

Görün, hansımız gözəlik! Eləsini mən evimdə qulluqçu da saxlamaram!

Anası qızına tahmar çıxdı:

- Aaa, nə danışırsan!  Sən onun yanında malaikəsən!

Fəxrəndə yenə yana-yana donquldandı:

- Heç insafdır? Sən ərinin kostyumunu, köynəyini ütüləyəsən, o da geyinib-

kecinib   başqa   arvadın   görüşünə   gedə?   Yox,   mən   buna   dözmərəm.   Günü   sabah

məhkəməyə   ərizə   verib   ayrılacağam.  Arada   sədaqət   pozulandan   sonra   cəhənnəm

olsun hər şey!..

Otağa qəmgin bir sükut çökdü. Anası köksünü ötürdü. Qayınatası fikirli-fikirli

bığlarını sığalladı. Baldızı barmaqlarını şaqqıldatdı. Qayınanası buxağının tərini sildi.

Sonra Fəxrəndənin çağırdığı referendumda növbə ilə hərə öz münasibətini söylədi:

- Ayrılacağam, demək asandır... Bəs ev-eşik... uşaqlar...

Qoy gəlsin, görün mən o qırışmalın dərsini necə verəcəyəm.

- Aralarında məhəbbət varsa, onların işinə qarışmaq çətindir!..

- İnana bilmirəm! Zahid dünyasında öz ailəsinə xəyanət edə bilməz!..

Fəxrəndə qayınanasının sözlərindən cin atına mindi:

- Ay arvad tərəfkeşlik eləmə” Bəs o şəkil nədir? Kişi də cibində başqasının

arvadını gəzdirər?! Elə onun üçün də axır vaxtlar özünə bəzək-düzək verir. Axşamlar

evə gec gəlir...

Gündəlikdə qoyulan məsələ ətrafında referendum çox uzun çəkdi. Adı, kimliyi

naməlum gülümsər xanımın fotoşəkli xeyli müddət stolun üstdə əldən - ələ gəzdi.

Baxdılar... düşündülər... Biri Zahidi məzəmmət etdi,       digəri   onun məşuqəsinin

ünvanına söyləndi...

Zahidin işdən gələn vaxtı idi. Qapı qəflətən açıldı. Pərtlikdən heç kəs yerindən

tərpənmədi.   Haçandan-haçana   Fəxrəndənin   qayınatası   şəkli   götürüb  cəld   yerindən

qalxdı  pencəyin sağ  qolunu azacıq yuxarı çəkərək dəhlizə keçdi. 

- Ata, salam! – deyə onu görən oğlu şən və gümrah səslə dilləndi. Cavabında

kişi  Zahidin qulağının dibinə bir şapalaq ilişdirdi:

2



- Köpəyoğlu! Evdə arvad-uşağın ola-ola cibində gəzdirdiyin bu qadın şəkli

kiminkidir?    

Zahid atasının əlində fotonu görüncə ağzını göyə açaraq ucadan, lap ucadan

şaqqanaq çəkdi:

- Bu yaxınlarda Fəxrəndəni boşayıb onu alacağam! – dedi.

Sonra halını dəyişmədən içəri keçdi

Anası da onu qınadı:

- Oğul, atanın sözünü qəribliyə salma. Cavab ver, bizi nigarançılıqdan qurtar.

Kimdir o  şəkildəki qadın?..

Zahid evdəkiləri istehza ilə süzüb qımışdı:

-   O   dünya   gözəlini   kim   tanımır   ki!   On   beşinci   əsr   böyük   İtaliya   rəssamı

Lionardo Da Vinçinin məşhur “Cokonda”sı! Keçən ay rəsm qalereyasında olanda

onun rəngli fotosunu orijinalından özüm çəkib çıxartdırmışam...           

     


3

Yüklə 60,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə