Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə20/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   16   17   18   19   20   21   22   23   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
77 
haqqında  epopeya  yaratmağa  həsr  edən  Səməd  Vurğun 
yetişirdi. 
Nədən şeirimin baş qəhrəmanı, 
Gah İrandan gəlir, gah da Turandan? 
-deyən  qüdrətli  qələm  sahibi  milli  duyğuları,  azərbayjançılıq 
müstəvisi  üzərində  milli  dərkin  nümunələrini  yaradırdı  və  is-
tər-istəməz  sosialist  metodu,  sosializm  ideologiyası  içində  elə 
milli məfkurəvi ideyaları yaşatmış olurdu. 
İstedadlı qələm sahibləri  Ağahüseyn Rəsulzadə, Atababa 
Musaxanlı,  Bəkir  Çobanzadə,  Böyükağa  Talıblı,  Vəli  Xuluflu,  
Qantəmir,  Əmin  Abid,  Əlabbas  Müznib,  Əli  Nazim,  Əli  Razi, 
Əhməd  Cavad,  İsmayıl  Katib,  Yusif  Vəzir  Çəmənzəminli, 
Məmmədkazım  Ələkbərli,  Mikayıl  Müşfiq,  Mustafa  Quliyev, 
Ömər  Faiq  Nemanzadə,  Ruhulla  Axundov,  Salman  Mümtaz, 
Seyid  Hüseyn,  Seyfulla  Şamilov,  Soltanməjid  Qənizadə,  Tağı 
Şahbazi  Simurq,  Hajıbaba  Nəzərli,  Hajıkərim  Sanılı,  Hənəfi 
Zeynallı, Hüseyn Cavid repressiya qurbanları olmuşlar. 
Hüseyn  Cavid  Azərbayjan  ədəbiyyatı  tarixində  mühüm 
yer  tutan,  dramaturgiyada    romantik  ədəbiyyatın  qüd-rətli 
nümunələrini  yaradan,  bütöv  bir  silsilə  təşkil  edən  ijti-mai-
siyasi,  fəlsəfi  şeirlər  müəllifidir.  Yaratdığı  şeirləri,  nəzm  və 
nəsrlə  qurulan    «kəskin  münaqişə  xətləri  ilə  seçilən  dra-matik 
əsərləri,  fikir  dərinliyi  ilə  seçilir,  «problematikasının  siqləti  
baxımından  dünya  dramaturgiyasının  bir  sıra    nüma-
yəndələrinin yaradıjılığı ilə müqayisə edilə bilən» sənətkar kimi 
ədəbiyyatımızda yaşayır: «Hüseyn Cavidi ədəbi yara-dıjılığının 
ilk  dövrlərindən  başlayaraq  son  əsərlərinə  qədər  sinfi 
bərabərsizliyin  doğurduğu  fajiələr  düşündürürdü.  O,  əzənlə 
əzilənlər  arasındakı  ziddiyyətləri  erkən  yaşlarından  duymuş, 
ədalətsizliyi,  istismarı,  zorakılığı,  bir  sözlə  insanın  həyatını 
zəhərləyən  mənfilikləri  pisləmiş,  tənqid  etmişdir.  Həm  də  bu 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
78 
tənqid  və  inkar  müjərrəd  mövqedən,  ümumiyyətlə  pisliyə, 
yamanlığa,  mənfiliyə  qarşı  mübarizə  möv-qeyindən  aparılmır, 
sinfi 
ziddiyyətlərin 
konkret 
hüdudları, 
tərəfləri 
açılıb 
göstərilməklə  ijtimai  məzmun qazanırdı.  Ədi-bin  yaradıjılığına 
diqqətlə  yanaşılsa,  asanlıqla  görmək  olar  ki,  ijtimai  jizgiləri 
dərin  və  mənalı  xarakterlər,  problemlər,  dramatizm  Cavid 
dramaturgiyasını şərtləndirən jəhətlər-dir» (Müasir Azərbaycan 
ədəbiyyatı. I cild. Bakı.  Bakı Univer-siteti nəşriyyatı. 2007). 
 Yaradıjılığının zirvəsi «Şeyx Sənan», «İblis» fajiələrində 
dini  təəssübkeşliyi  və  müharibəni,  onun  anjaq  fəlakət,  ölüm 
gətirdiyini  ifşa  etmişdir.  «Peyğəmbər»  (1926),  «Səyavuş» 
(1934),  «Şeyda»  (1925),  «Topal  Teymur»  (1926),  «Şeyx  Sə-
nan»  (1926),  «Uçurum»  (1926),  ölümündən  sonra  «Seçilmiş 
əsərləri»  (1958),  «Pyeslər»  (1963),  «Seçilmiş  əsərləri»  (1968, 
1970,  1971),  «Dram  əsərləri»  (1975),  «Seçilmiş  əsərlə-ri»  IV 
jilddə (1982-1985),  «Pyeslər» II  jilddə,  rusja (1982-1983) nəşr 
olunub.  Yaratdığı  əsərlərdə  bəşəri  hissləri  əsas  tu-tan,  bütün 
insanlığı  düşündürən  problemləri  qabardan,  Azərbayjan 
xalqının  ijtimai  fikir  tarixində  mühüm  yer  tutan,  əsərlərində 
insanın mənəvi, əxlaqi inkişafı,  inqilabi  yetkinliyi əsas tutulan, 
adı XX əsrin  böyük  filosof şairləri  ilə  bir sırada çəkilən,  «şərq 
romantizminin  mütərəqqi  növü»nü  yaradan,  «soyğunçu 
müharibələr,  böyük  inqilabi  təbəddülatlar  dövründə»  yetişən 
Hüseyn  Cavid  sovet  dövründə    bir-birinin  ardınja  «Knyaz», 
«Səyavuş»,  «Xəyyam»,  «Topal  Teymur»,  «Peyğəmbər», 
«İblisin  intiqamı»  kimi  məşhur  dram  əsərlərini  yazmışdır.  Bu 
əsərlərində  «bəşəri  düşünjə»,  əbədi,  sabit  ideya  dünyanın 
xalqlarını  birliyə,  dostluğa,  qardaşlığa  çağıran  qüdrətli  bir 
humanizm»  olduğunu  tənqidçilər,  ədəbiyyatşünaslar  yetərinjə 
yaradıjılığının  bütövlüklə  təhlil  və  tədqiqində  üzə  çıxarmışlar. 
Dramaturgiyasında  olduğu  kimi,  lirikasında  da  lirik  növün 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
79 
bütün canr  və şəkilləri əhatə olunmuş,  əruz,  heja,  hətta sərbəst 
şeirlərində  «ustad  sənətkar  ruhu»,  «pafosu»  aydın  duyulur.  
Lirikasında  inqilabdan  əvvəl  bir  «məhzunluq,    nisgil,  şikayət» 
vardısa, 1922-ji ildə yazdığı   «Mənim Tanrım» şeirində «sevgi 
və  gözəllik  ən  ülvi  bir  hiss,  ən  ali  din,  tanrı»  səviyyəsində 
tərənnüm  edilir.  Yeni  həyatla  bağlı,  müasir  mövzuda  şeir  yaz-
mamasını  «müasir  varlıqdan  uzaqlaşmasını,  Mehdi  Hüseyn 
«onun  inqilaba  zidd  jəbhə  tutması  ilə  deyil»  inqilabi  mü-
rəkkəbliyin    Cavid  tərəfindən  «çətin  anlaşılması»  kimi  qəbul 
edir.  Onun  haqqında  monoqrafiya  yazan  M.Cəfər  bunlarla 
yanaşı,  bunu  göstərir  ki,  «bu  illərdə  Hüseyn  Cavid  sosialist 
inqi-labının mahiyyətini başa düşməmişdir. Caviddə yeni həyat, 
bu  həyatın  böyük  mənası  və  gələjəyi  haqqında  aydın  bir 
təsəvvür yox idi. Onda proletar inqilabının xilaskar roluna qəti 
bir  inam da  yox  idi».  Tənqidçilər şairi  «haqlı»  bilirlər.  «Azər» 
poemasını,  «Koroğlu»  kinossenarisini  və  bir  sıra  başqa 
əsərlərini  qələmə  almış  Hüseyn  Cavid  repressiya  qurbanı 
olmuş,  Sibirə  sürgün  edilmiş,  1941-ji  ildə  Sibir  sürgünündə 
vəfat  etmiş,  Stalinin  ölümündən  sonra  bəraət  almış,  Heydər 
Əliyevin rəhbərliyi ilə nəşi 80-ji illərdə Azərbayjana gətirilmiş, 
doğma yurdu Naxçıvanda torpağa tapşırılmış, xatirə ev muzeyi 
açılmış,  məzarı üstündə möhtəşəm məqbərə ujaldılmışdı, adına 
küçə, bağ , məktəb var.  
Repressiya  qurbanlarından  biri  də  görkəmli  yazıçımız, 
tədqiqatçı Y.  V.  Çəmənzəminlidir.  İlk kitabı  «Cənnətin qəbzi» 
1923-jü  ilə  çap  olunmuşdur.  Sonralar  yazıçının  «Keçmiş 
səhifələr»  (1926),  «Məlikməmməd»  (1926),  «Arvadlarımın 
halı»  (1928),  «Studentlər»  (1930),  «Qazanj  yolunda»  (1930), 
«Qaranlıqdan  işığa»  (1932),  «Qızlar  bulağı»  (1934),  «Yara-
maz»  (1934),  «Bir  javanın  dəftəri»  (1966),  «Əsərləri»,  III 
jilddə, «Romanlar» (1968), «Qan içində» (1967), «Qayınananın 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
80 
oyunları»  (1970),  «Ayrılıq  axşamı»  (1971)  və  s.  kitabları  nəşr 
olunub.  1925-ji  ildə  Türkiyə  və  Fransada  olduğu  illərdə 
Azərbayjan  tarixinin  və  ədəbiyyatımızın  tədqiqi  ilə  məşğul 
olmuş,  «Azərbayjan  ədəbiyyatına  bir  nəzər»  kitabını  yazmış, 
1920-ji  ildə  Türkiyədə  Azərbayjan  dilində,  1922-ji  ildə 
Fransada  fransızja  çap  etdirmişdir.  Y.V.Çəmənzəminli  bədii 
yaradıjılığında  rəngarəng  tiplər  yaratmış,  «Molla  Nəsrəddin» 
tənqidi realizm  yolu  ilə getmiş,  mütərəqqi  fikirli  yazıçı olmuş, 
dövrün  demokratik  ədəbiyyatı  ilə  bağlı  olmuşdur.    Dövrün 
tənqidçiləri  onun    əsərlərinin  möv-zusunu  məişətimizdən 
götürdüyünü,  «asan  və  sadə  dil  ilə»  yazdığını  (F.  Köçərli), 
«qüdrətli hekayələr ustası», romanlar müəllifi olduğunu bildirir, 
o,  xalq  dilinin  saflığını,  sadəliyini  yaratdığı  əsərlərində 
qoruyan, «Dil məsələsi», «Bizə jiddi mətbuat çoxdan lazım idi» 
kimi  məqalələrində  də  Azər-bayjan  ədəbi  dilinin  «sadəliyi, 
təmizliyi  və  xəlqiliyi  uğrun-da»  mübarizədə  yaxından  iştirak 
edən, «sözdən özünə-məxsus istifadə üsulu» olan sənətkar kimi 
dəyərlidir.  30-ju  illər  yaradıjılığında  «konflikt  çox  halda 
yeniliyin  və  köhnə-liyin  açıq  və  ya  gizli  münaqişəsi  əsasında 
qurulur,  sücet  yeniliyin  qələbəsinə  və  köhnəliyin  süqutuna 
doğru  inkişaf  etdirilirdi.  Ədib  hekayələrində  istifadə  etdiyi  bu 
jür  konflikti  və  onun  bədii  həlli  istiqamətini  özündən  uydur-
murdu.  Həyatın,  mühitin  özündən  götürürdü  və  müvafiq  bir 
fabulada  əhəmiyyətli  ijtimai  məzmun  ifadə  etməyə  müvəffəq 
olurdu.  Bu,  ədibin  30-ju  illər  hekayələrini  o  dövrün  qələm 
sahiblərinin  bir  çoxunun  yaradıjılığında  rast  gəldiyimiz 
sxematizmdən xilas edirdi». 
Atamız dünyadan «eh»-dedi getdi, 
Tez sönən ömrünə «meh»-dedi getdi. 
Gül əkdi, vay dərdi jahan bağından, 
Tökdüyü yaşlara «şeh»-dedi getdi. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə