Azərbaycan ədəbiyyatı məsələləri
189
janlandırmağı, bu ziddiyyətli aləm haqqında dolğun, düzgün
təsəvvür yaratmağı qarşısına məqsəd qoymuşdur.
Şah İsmayıl Xətayinin 500 illiyi münasibətilə Əzizə
Cəfərzadə «Bakı-1501», Ə. Nijat «Qızılbaşlar», F. Kərimzadə
«Xudafərin körpüsü» dilogiyasını yazmışdır. Tənqidçilər bu
əsərləri dəyərləndirmiş «Tariximizin mürəkkəb dövrünü əks
etdirən bu əsərlərdə xalq həyatına da mürajiət olunması,
zamanın ijtimai-siyasi təzadlarının təsviri, zəngin insan
xarakterlərinin yaradılması»nı təqdirəlayiq bilir və «Dövrün
mühüm hadisələri, zamanın inkişaf dinamikası bu romanların
sücetini də müəyyənləşdirmiş» olduğunu, «həmin əsərlərdə
«dramatik
məqamlar»ın
«ijtimai
kolliziyalar»
üzərində
qurulduğunu bildirir. Azərbayjan xalqının qəhrəmanlıq
tarixinin parlaq səhifələrini yaradan sənətkarlarımız var. C.
Cabbarlı «Od gəlini» əsərini yazdı. Bu ənənəni davam etdirən
şairlər O.Sarıvəlli «Babək», B. Vahabzadə «Dar ağajı»
dramalarını, Ə.Məmmədxanlı «Babək» romanı, Cəlal Bərgüşad
«Sıyrılmış qılınj» romanını yazdı. Xalq heç zaman ijtimai-
siyasi müharibələrdə yadellilərə, qəsbkarlara qarşı mübarizə
aparan qəhrəmanlarını unut-mur. Bu həm şifahi, həm də yazılı
ədəbiyyatda yaşayır. «IX əsrdə ərəb istilasına qarşı Azərbayjan
xalqının qəzəbi Cavidan, Babək hərəkatında özünün parlaq
ifadəsini» tapıb, «xalq və onun içindən çıxan qüdrətli
sərkərdələr, qəhrəmanlar azadlıq və istiqlaliyyət uğrunda gedən
ölüm-dirim mübarizəsində mərdliklə mübarizə aparmış, tarixin
şanlı səhifələrinə adlarını həkk etmişlər.
Mahmud İsmayılovun «Ağ yapınjı» romanı xalq hərə-
katının bədii ifadəsidir. Əsas mövzusu XVIII əsrin 30-40-jı
illərində Şəki əyalətində İran hakim dairələrinə qarşı xalq
azadlıq hərəkatından götürülmüşdür. İran şahının Azərbayjanda
öz nüfuzunu artırmaq üçün vergiləri artırması xalqı
Gülxani Pənah, Salatın Əhmədli
190
qəzəbləndirir, üsyan qaldırır. Genişlənən hərəkatı boğmaq üçün
Nadir şah 1735-ji ildə Şəkiyə jəza dəstələri göndərir.
Üsyançılara amansız divan tutulsa da, onların əzmini qıra
bilmirlər. Nadir şahın qardaşı İbrahim xanın başçılığı ilə
göndərdiyi 32 min nəfərlik İran qoşunu mühasirəyə alınır,
İbrahim xan öldürülür, qoşun məhv edilir. Əsərdə təsvir edilən
əsas hadisələr bunlardır. Əsərdə dövrün ajınajaqlı vəziyyəti,
geniş xalq kütlələrinin dözülməz həyat şəraiti janlı, təsirli
səhnələrlə əks olunduğu, müəllifin əsərin «sücetinin mərkəzinə
xalqın taleyi ilə bağlı hadisələri» çəkdiyi, dövrün real
mənzərəsini janlandırması və s. tənqidçilər tərəfindən
dəyərləndirilir.
Sovet dövrü xalqımızın yaşadığı bir dövrdür. Hər bir
ijtimai formasiyanın öz qanunları var. Ədəbiyyatımız heç bir
zaman tarixi poblemlərə biganə qalmayıb. Qələmə aldığı
mövzularda xalqın yaşadığı ijtimai-siyasi şərait öz əksini
tapmışdır. XX əsrin ilk onillikləri ölkədə inqilabi mübarizələrin
kəskinləşdiyi illərdir. Bu illərdə xalqımız Xalq Cümhuriyyəti
yaratdı. Az keçmədi bu hakimiyyət süquta uğradı. Və inqilabi
mübarizələrin kəskinləşdiyi bir dövrdə ölkədə oktyabr inqilabı
qələbə çaldı. Fəhlə-kəndli hakimiyyətinin qurulmasında
inqilabçı şəxsiyyətlər yetişdi. Ölkədə Sovet hakimiyyətinin
qurulması, həyatda baş verən dəyişikliklər, mədəniyyətdə,
həyatda baş verən inqilabi dəyişikliklər bədii əsərlərin mövzusu
oldu. Bu hakimiyyətin qurulmasında qoxmaz bolşevik obrazları
yarandı. İnqilabi-azadlıq hərəkatının bədii inikasında məhz belə
inqilabçı, qorxmaz qəhrə-manların silsilə obrazları yaradıldı.
Firudin
Ağayev
Azər-bayjanda
sovet
hakimiyyətinin
qurulmasında müstəsna xidmətləri olan, inqilabın ilk aylarından
mübarizə meydanında olan Çingiz İldırımın həyatının ən
Azərbaycan ədəbiyyatı məsələləri
191
mühüm anlarını qələmə alır. «İldırım dənizdə çaxır», «İldırım
ömrü» romanları bu jəhətdən maraqlı əsər kimi dəyərləndirilir.
İnqilabi hərəkat tariximizə həsr olunan romanlar içəri-
sində jənubi azərbayjanlıların azadlıq mübarizəsindən bəhs
edən romanlar da var. M.S.Ordubadinin «Dumanlı Təbriz»
romanında Səttar xan hərəkatı, «Döyüşən şəhər», «Gizli Bakı»
romanlarında təxminən eyni dövrdə Bakı proletaria-tının
mübarizəsi təsvir ounurdu. İdeya-məzmunu, bədii kamilliyi ilə
seçilən Mirzə İbrahimovun «Gələjək gün» romanında Cənubi
Azərbayjan xalqının müəyyən ijtimai tarixi dövrünün ijtimai,
mənəvi həyatı hərtərəfli, dolğun şəkildə təsvir edilir.
Mirzə İbrahimovun «Pərvanə» romanı nəsrimizdə monu-
mental tarixi roman istiqamətində birinji təşəbbüsdür. Burada
nəinki geniş miqyaslı, kəskin dramatizmlə şərtlənən konfliktlər,
həm də son dərəjə qüvvətli, dolğun xarakterlər nəzərə çarpır.
Əsərdə həmçinin əsrin, zamanın aparıjı tendensiyalarını ifadə
edən problemlər də əks olunmuşdur. Romanın publisistik
ahəngi də həmin problemlərin vajib-liyini şərtləndirir».
Tarixi mövzuda yazdığı əsərləri ilə seçilən Pənahi
Makulunun romanları xüsusilə dəyərləndirilir. «Səttarxan»,
«Gizli zindan», «Xiyabani», «Heydər Əmoğlu» romanlarında
Oktyabr inqilabının Şərq xalqlarının azadlıq və istiqlaliyyət
uğrunda mübarizəsində oynadığı rol faktlarla qələ-mə
alınmışdır. Səttarxanla başlanan inqilabın ikinji dalğası
Ş.M.Xiyabaninin adı ilə bağlıdır. «Xiyabani» romanında yazıçı
bu hərəkatı, «dövrün və məkanın özünəməxsus ruhu-nu,
koloritinin inandırıjı boyalarla» verir. Hər iki romanda
(«Xiyabani», «Heydər Əmoğlu») Cənubi Azərbayjandakı milli-
azadlıq
hərəkatının
iki
görkəmli
xadiminin
obrazları
janlandırılmışdır.
Gülxani Pənah, Salatın Əhmədli
192
«Son illərin tarixi romanları içərisində canrın ənənəvi
qayğılarına, üsul, manera və normalarına sığmayan yeni
nümunələr də vardır. Hər şeydən əvvəl tarixə müasir baxışla
səjiyələnən real faktlara, mənbə və mərkəzlərdəki məlumatlara
çox da aludə olmayan, lakin dövrü, mühiti məhz tarixi
mənbələrdə və kitablarda göstərildiyi şəkildə janlandıran
müəlliflər bu əsərlərdə psixologizmə daha çox diqqət yetirirlər.
Bu jəhətdən xalq yazıçısı Mövlud Süleymanlının «Köç»
əsəri yeni tipli əsər kimi meydana çıxdı. Ədəbi yara-dıjılığa
«Əllərim» adlı ilk şeiri ilə gələn M.Süleymanlının poetik
əsərləri, şeirlərdən ibarət ilk kitabı («Bir ünvan») nəşr olunur.
Sonralar çap olunan «Ayın aydınlığında», «Köç», «Şəhər
toylarının səsi», «Səs» və s. kitabları oxuju kütləsi-nin
marağına səbəb olur. «Dəyirman» pyesi Sumqayıt Dram
Teatrında tamaşaya qoyulmuşdur. «Köç» əsəri (1984)
Azərbayjan tarixi nəsrinin nümunəsidir. Tənqidçilərin diq-
qətini jəlb edən bu əsərdə «bir qəbilənin keçdiyi yol fonun-da
xalqın ijtimai-siyasi inkişafı, mədəni-etnoqrafik siması»
ümumiləşdirildiyi, «dünənimizlə bugünümüz arasında mə-nəvi
varislik problemi öz dolğun ifadəsini» tapdığı söylənir.
Bəxtiyar Vahabzadə bu romanı «dədə-babalarımızın işıqlı
ruhuna nur çiləyən» gözəl bir əsər adlandırırdı. «Köç»də xalq
ruhu, M.Süleymanlı yaradıjılığı üçün səjiyyəvi sayılan faktlar,
poetika ənənələrinə bağlılıq da tənqidçilərin diqqə-tindədir.
Şifahi xalq ədəbiyyatından yaradıjılıqla yararlanan nasirin
«Köç» əsəri haqqında K.Vəliyev yazır: «Köç» roma-nı folklor
sistemi üzrə yazılıb, əsatiri görüşləri, nağıl və dastanları
sənətkarlığa birləşdirən müxtəlif yarıreal, yarımi-fik bir dünya
təsvir etmiş, insanın insanlaşması yolunu, qə-dim oğuzların
təbiətə qarışmış həyatını yarpaq-yarpaq çevi-rərək bəşəri
hissləri, duyğuları dilləndirməyə çalışmışdır».
Dostları ilə paylaş: |