Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə54/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   50   51   52   53   54   55   56   57   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
213 
Fikrət  Qocanın  şeirlərində  müasirlik  güclüdür.  Onun  insan, 
təbiət  gözəlliklərini  tərənnüm  edən  lirik  şeirləri  ilə  yanaşı, 
həyat  həqiqətlərini,  olum,  ölüm,  ömür  yükü,  ehtiyac 
üzüntülərinin zərif insan qəlbində yaratdığı qüssə, kədər motivli 
şeirləri yaşadığı bir ömrün anlarıdır. Onun poeziyası məhz buna 
görə bizə  xoş təsir bağışlayır ki,  qələmə aldığı  hadisələr bizim 
gündəlik  rastlaşdığımız,  gördüyümüz  reallıqlardır.  "Ömründən 
anlar"  insanları  bir-birinə  bağlayan  duyğuların  şair  qəlbində 
poetik ifadəsidir. Ömrün enişli-yoxuşlu yollarında şairin gözləri 
qarşısında  şöhrət  dənizində  üzənlər  də  var,  ehtiyac  içərsində 
yaşayıb,  gündə  yüz  yol  üzü  danlanan  insanlar,  sıxıntılar 
içərisində  göynəyən  qəlblər  də  var,  hər  cür  çətinliklər 
qarşısında  dağ  vüqarını  ayaqlar  altına  atmayan,  şəxsiyyətini, 
ləyaqətini  dünya  varından  uca  tutan  da  var,  yaltaqlıq  edib  öz 
şəxsi  mənafeyi  naminə ayaqlar altında öz mənliyini əzənlər də 
var,  övlad  yolunda,  onun  xoşbəxt,  sağlam  böyüməsi  naminə 
şam  kimi  əriyən  valideyn  də  var,  torpağı  yolunda  canından 
keçən  əsl  vətəndaş,  əksinə  onu  satan  vətən  xaini  də  var.  Və 
bütün bu reallıqları biz insanlar yaşayırıq, görürük. Fikrət Qoca 
qələmində  bu  reallıqlar  poetikləşərək  bizə  qaytarılır,  insanı  öz 
əməlləri qarşısında düşünməyə, təmizlənməyə, özünütərbiyəyə, 
əməllərini  yenidən  götür-qoy  etməyə,  gələcək  nəsillərə  örnək 
olmaq  üçün  özünüdərkə  çağırır.  O,  insanları  düşünməyə,  bir-
birinin  qədrini  bilməyə,  vətənpərvərliyə,  saflığa,  səmimiyyətə, 
bütünlüklə  bəşəri  duyğularla,  nəcib  əməllərlə  köklənməyə 
səsləyir. 
Fikrət  Qoca  müasir  Azərbaycan  poeziyası  60-cılar 
nəslinin ən ləyaqətli sənətkarlarından biridir. Çox zəngin ədəbi 
irsin  sahibi  olan  sənətkarımızın  dərin  məzmunlu  əsərləri 
haqqında  ədəbiyyatşünaslarımız,  tənqidçilərimiz,  şairin  qələm 
dostları  onun  poeziyasının,  böyük  ictimai  məzmunlu  nəsr 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
214 
əsərlərinin, dərin fəlsəfi estetik görüşlərinin təsir gücü haqqında 
yazmış,  yaradıcılığının  müxtəlif  sahələri  haqqında  qiymətli 
fikirlər söyləmişlər. 
Anar  yazır:  «Mən  və  mənimlə  bir  dövrdə  60-cı  illərin 
əvvəllərində  ədəbiyyata  gəlmiş  şair  və  nasirlər  bir  məsələdən 
hələ də razı qala bilmirik ki, bizim 60-cı illər nəslinin içərisində 
«öz  tənqidçilərimiz»  yetişmədi.  Bizim  yaşıdlarımız  içərisində 
istedadı  ilə  seçilən  60-70-ci  illər  Azərbaycan  poeziyası  və 
nəsrində  yeni  ictimai şüurun,  ədəbi zövqün,  əxlaqi prinsiplərin 
tənqiddə ifadəçiləri olmaq istəmədilər və ya ola bilmədilər». 
60-cılar  kimi  tanınan  şair  və  yazıçılarımız  60-cı  illər 
ədəbiyyatının,  ondan əvvəlki dövrün  böyük qələm sahiblərinin 
təcrübələrindən 
yararlanmaqla, 
onları 
təkrar 
etmədən, 
ədəbiyyata  yeni  mövzular,  ideyalar  gətirməklə  ədəbiyyatımızı 
zənginləşdirdilər.  60-cı  illərdə  də  20-30,  40-50-ci  illərin 
nəslindən  olan  Osman  Sarıvəlli,  Məmməd  Rahim,  Nigar 
Rəfibəyli,  Rəsul  Rza,  sonralar  B.Vahabzadə,  Nəbi  Xəzri,  Əli 
Kərim, Xəlil Rza və b. yazıb-yaradır, Azərbaycan ədəbiyyatına 
xidmət  edirdi.  Lakin  hər  gələn  nəsil  öz  fərdi  üslub 
keyfiyyətləri,  öz  poetik  axtarışları  ilə  ədəbiyyata  yeni  ab-hava 
gətirməkdə  idi. 60-cılar ədəbiyyat aləmində özlərindən əvvəlki 
sənətkarlardan  öyrənməklə  bərabər  ədəbiyyatımızda  yeni  bir 
nəsil  kimi  formalaşmaqda  idilər.  Onlar  şeirlərində  zaman, 
təbiət, 
dünya, 
kainat, 
elmi-texniki 
nailiyyətlər, 
insan 
problemlərini  qoyurdular.  İnsan  və  zaman  vəhdətində  60-cılar 
insan  düşüncəsini,  idrakını,  təfəkkürünü,  onun  mürəkkəb 
aləmini  əsas  götürürdülər.  Onların  söhbət  açdığı,  düşündükləri 
insan  dünyası  bu  günü,  sabahı,  gələcəyi  üçün  narahat 
insanlardır. Üzərilərinə bir insan kimi düşən məsuliyyəti duyan 
müasir  dünyagörüşə  malik  insanlardır.  Onlar  vətənpərvər 
olmaqla yanaşı bəşəri amal sahibidirlər. 


 
Sənət, sənətkar və zaman
 
 
 
215 
Bu  gün  Fikrət  Qocanın  müraciət  etdiyi  mövzuların 
bəşəriliyinə  nəzər  saldıqda  inanırsan  ki,  o,  zamanın  şairidir. 
İkinci  Dünya  müharibəsinin  qanlı-qadalı,  faciəvi  illəri-o 
müharibənin getdiyi torpaqların sinəsində açdığı yaraları Fikrət 
Qoca  «Xatın  kəndi»  şeirində  daha  təsirli  şəkildə,  müharibəyə 
nifrət  hissilə  qələmə  alır.  Gördüyü  «dəhşətlərdən  daşa  dönüb 
zaman» «yatmış bu torpaqda». 
Viranələr bayquşunun 
Ən möhtəşəm sarayıdır 
Yandırılmış Xatın kəndi. 
O,  Xatın  kəndində  öldürülmüş,  yandırılmış  insanların 
xatirəsini  əbədiləşdirmək  üçün  məzarlar  üzərinə  qoyulan 
mərmərləri günahsız qurbanların «daşa dönmüş harayı» bilir. 
Fikrət  Qoca  «Telefonla  söhbət»  şeirində  Yer  kürəsini 
«xəstə» kimi oxucu qarşısına çıxarır: 
Alo! Təcili yardım, 
Kömək eləyin! 
Bu  misradakı  təlaşı,  həyəcan  təbilini  çalan  şair  onun 
xəstəliyini  «Nüvə  silahı»nın  başının  üstdən  asılmasında,  «bir 
ayağı qəbirdə» olmasında görür. O, həyəcan təbilini çalan, onu 
qurtarmağa çalışan «günahlı-günahsız bütün canlıların yaşamaq 
həvəsi»dir.  
Zamanın  gərgin,  psixoloci  portreti  qarşımızdadır.  Yer 
kürəsinin simasında, çaldığı həyəcan təbilində insan var. 
Yer  kürəsi  də  yaşamaq  istəyir.  O  da  fırlanır.  Başına 
gətiriləcək  müsibətlərdən  xəbərsiz  «fırlanır».  Özünü  «günə 
verən» Yer kürəsinin taleyinə yanım var şairin bu misralarında.  
«Dünyadan bir Araz axır» şeirində dünya mövzusunda öz 
millətinin,  xalqının  dərd-sərini  çözələyir,  çəkdiyi  ağrıların, 
acıların  verdiyi  əzabları  ifadə  edir.  «Araz  xəstəliyi»  dünyanın 
xəstəliyidir,  insan  canında,  taleyində  oturub  gücü  çatan  bu 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
216 
zərif, incə məxluqatı iynələyir, göynədir. Şair ikiyə bölünmüş –
Azərbaycan taleyini yaşayan ölkələrin, xalqların dərdini qələmə 
alır.  «İki  qaşım  arasından,  iki  gözüm  arasından  Araz  axır»-
deyən  şairə  görə  bir  üzü  od,  bir  üzü  su  olan  Araz  Vyetnam 
elindən,  Koreyadan  axır,  «keçidlərlə  damğalanmış  hər  tindən 
Araz  axdığını,  dünyanın  yarısında  «Araz  xəstəliyi»nin 
olduğunu onun ağrısını, acısını yaşamış, yaşayan bir elin övladı 
kimi duyub qələmə alır. Araz xəstəliyi insan ömründən bac alır. 
Həsrət,  hicran,  qürbət  dərd-ələm,  ayrılıq  xəstəliyidir.  İnsana 
səadət,  xoşbəxtlik  vermir.  Sinələrdəki  ən  şirin  arzularda  bir 
Araz  xəstəliyi  var.  O Araz «əsrimizdən axır»,  axır,  axır,  ancaq 
«axmayacaq  bir  zaman».  Burada  şair  insan  qəlbini  dünyasının 
ədaləti-ədalətsizlikləri  içərisində  iynə  ucu  qədər  də  olsa 
göstərdiyi  ümidin  arxasınca  yollayır.  Bax  bu  «axmayacaq  bir 
zaman»,  şairin  ümidləri,  arzuları,  gələcəyə  nikbin  baxışlarının 
səsidir.  Şairin  lirik  qəhrəmanı  inanır  ki,  ikiyə  bölünən, 
sinəsində  ayrılıq,  həsrət  körpüsü  salınan  Arazlar  «axmayacaq 
bir zaman».  
Şair  dünyasını  azad,  insanlarını  xoşbəxt,  dünyanı  sər-
hədsiz,  millətləri,  dövlətləri  bir-birinə  iddiasız,  dost,  qardaş 
görmək  istəyir.  O,  «Araz  xəstəliyi»ni  ürəyində  gəzdirən  bir 
torpağın övladıdr  və taleyi  vətənin taleyinə  bənzəyən ölkələrin 
vətəndaşlarının  dərdini  –sərini  yaxşı  başa  düşdüyündən  onları 
da  özü  kimi  xəstə  görmək  istəmir.  Dünya  bəşər  övladının 
məskənidir.  Hər  kəs  qismətinə  düşən  torpağa,  sərvətə  qane 
olmalıdır.  Özgə  malına  göz  dikməməlidir.  Nəfsinin  əsiri 
olmamalıdır. 
Nəfsini 
özünə 
əsir 
etməlidir. 
Dünyanın 
gözəlliklərini duymalıdır insan, o gözəlliklərdən zövq almalıdır. 
Beş  günlük  dünyadan  nə  aparacağını  da  gözəl  bilən  insan 
düşünməlidir, hərəkətlərinə, əməllərinə cavabdeh olmalıdır. 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə