Günah lüğət elmində


"SƏQƏLEYN" HƏDİSİ PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) DİLİNDƏ TƏKRARLANIR



Yüklə 3,25 Mb.
səhifə9/61
tarix14.06.2018
ölçüsü3,25 Mb.
#49036
1   ...   5   6   7   8   9   10   11   12   ...   61

"SƏQƏLEYN" HƏDİSİ PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) DİLİNDƏ TƏKRARLANIR


Diqqət yetirmək lazımdır ki, Peyğəmbəri-əkrəm (s) bu hədisi yalnız bir dəfə deyil (buna Peyğəmbərin (s) yalnız bir dəfə buyurduğu "Qədir-Xum" hədisini misal göstərmək olar ki, onu müsəlmanlar o həzrətin dilindən eşitmiş və nəql etmişlər), həm də müxtəlif zaman və münasibətlərdə bəyan etmişdir.

Əhli-sünnə mənbələrinə görə, bu hədisin Peyğəmbəri-əkrəmdən (s) nəql olunduğu məntəqələr aşağadakılardan ibarətdir:



1. "Qədir-Xum": Peyğəmbəri-əkrəm (s) sonuncu həcc mərasimindən qayıdarkən "Qədir-Xum"da geniş söhbətdən sonra "səqəleyn" hədisini buyurmuşdur.

2. "Ərəfat": Peyğəmbəri-əkrəm (s) həcdə olarkən "Ərəfə" günü dəvəsinin belində bir xütbə söylədikdən sonra bu hədisi buyurmuşdur. Ötən səhifələrdə qeyd etdiyimiz kimi, "Səhihi-Termizi"də Cabir ibn Abdullah Ənsaridən nəql olunan hədis (2-ci hədis) Ərəfə gününə aid idi.

3. "Cöhfə": Peyğəmbəri-əkrəm (s) həccin “miqat”larından sayılan, Məkkə ilə Mədinə arasında yerləşən "Cöhfə" adlı məntəqədə "səqəleyn" hədisini buyurmuşdur. Bunu İbn Əsir "Usdul-ğabə" kitabında Abdullah ibn Hintəbin tərcümeyi-halında nəql etmişdir.

4. Peyğəmbəri-əkrəm (s) vəfatına səbəb olan xəstəliyi zamanı son vəsiyyətində belə buyurmuşdur: "Ey camaat! Mən tezliklə sizin aranızdan gedəcəyəm və artıq sizə höccətim tamamlandı. Agah olun! Mən sizin aranızda böyük Allahın kitabını və itrətim olan Əhli-beytimi yadigar qoyuram." Sonra Əliyə (ə) işarə ilə buyurdu: " Əli Quranla, Quran da Əli ilədir. Onlar (Kövsər) hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmazlar. Bu iki əmanətdə yadigar qoyduqlarımdan soruşun!"1

Düşünənlər üçün bu hədisdə bir sıra incəliklər var.



5. "Həccətül-vida" (“Vida” həcci): Peyğəmbəri-əkrəm (s) “Vida” həccində "Xif" məscidində belə buyurmuşdur: "Agah olun! Mən sizdən iki ağır əmanət haqda soruşacağam." O həzrətdən "Ey Allahın Rəsulu! İki ağır əmanət nədir?" – deyə soruşulduqda, buyurdu: "Böyük və ağır əmanət Qurani-kərimdir. Onun bir tərəfi Allahın əlində (ixtiyarında), digəri isə sizin əlinizdədir. Belə isə, ondan yapışsanız, heç vaxt azğınlığa düşməz və həlak olmazsınız. Kiçik ağır əmanət isə mənim itrətim və Əhli-beytimdir. Hər şeyi bilən Allah mənə xəbər vermişdir ki, bu iki əmanət eynilə mənim iki yanaşı üzüyüm kimi “Kövsər” hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmayacaq."2

6. Peyğəmbəri-əkrəm (s) (Məkkənin fəthindən sonra) Taifdən qayıdan zaman bu hədisi buyuraraq mühüm bir məsələni açıqlamışdır.

Peyğəmbəri-əkrəmin (s) Səqəleyn hədisini müxtəlif yerlərdə – Mədinədə, həcc mərasimində, "Ərəfə" günündə, "Xif" məscidində ("Mina"da), Məkkə ilə Mədinə arasında və digər məntəqələrdə müsəlmanların zəlalətə düşməmələri üçün təkidlə təkrarlaması o iki əmanətin yüksək əhəmiyyət daşımasına bir sübutdur. Doğrudan da, bu qədər təkid və təkrardan sonra Peyğəmbərin (s) yadigar qoyduğu Quran və Əhli-beytdən uzaqlaşmağımız, yaxud yanlış yozumlara əl atmağımız aşkar zəlalət və azğınlıq deyilmi?! Peyğəmbərin (s) iyirmidən artıq səhabəsindən iki yüzə yaxın məşhur və birinci dərəcəli İslam mənbəyində nəql olunan, sənədində heç bir şəkk-şübhə olmayan belə hədisin üzərindən asanlıqla keçmək olarmı?! Şübhəsiz, belə bir inadkarlığın ağır nəticələri var.

İslam peyğəmbərini (s) Allahın rəsulu, peyğəmbərlərin sonuncusu, ilahi vəhyin əmanətdarı kimi tanıyan şəxs bilməlidir ki, o həzrətin iki böyük və ağır əmanətə sarılmağın vacibliyini, eləcə də, onlardan uzaqlaşanların azğınlığa düşdüklərini təkidlə vurğulamasında mühüm bir sirr, İslamın əsası ilə bağlı danılmaz bir həqiqət var.

***

"SƏQƏLEYN" HƏDİSİNDƏN ANLAŞILAN MÜHÜM NÖQTƏLƏR


Bu hədis müsəlmanların qarşısında bir neçə mühüm üfüq açır. Burada onların bir qismini nəzərdən keçirəcəyik:

1. Quran və Əhli-beyt (ə) həmişə birgədir, heç vaxt bir-birindən ayrılmayacaq. Quranın həqiqətlərilə tanış olmaq istəyənlər Əhli-beytə (ə) sığınmalıdır.

2. Qurani-kərimin hökmlərinə itaət etmək müsəlmanlara qeyd-şərtsiz vacib olduğu kimi, Əhli-beytə (ə) itaət də qeyd-şərtsiz vacibdir.

3. Əhli-beyt (ə) məsum və günahsızdır; Onların Qurandan ayrılmaması, həm də onlara qeyd-şərtsiz itaətin vacibliyi onların məsum olduğunu, günah, xəta və səhvə yol vermədiyini göstərir. Əgər onların günah, yaxud xətası olsa, Qurandan ayrılarlar və onlara itaət müsəlmanları azğınlıqdan saxlamaz. Hədisdə qeyd olunduğu kimi, Əhli-beytə (ə) itaətlə günahlardan uzaqlaşmaq, onların günahsız olmasına başqa bir dəlildir.

4. Daha mühüm məsələ budur ki, Peyğəmbəri-əkrəmin (s) buyuruğu qiyamətə qədər bütün müsəlmanlar üçün öz gücündədir: "Bu iki əmanət “Kövsər” hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmayacaq." Bu isə açıq-aşkar göstərir ki, tarix boyu Əhli-beytdən (ə) bir nəfər məsum və günahsız rəhbər həyatda olacaq. Qurani-kərim həmişə hidayət çırağı olduğu kimi, onlar da həmişə hidayət çıraqlarıdır. Buna görə də hər əsrin ilahi imam və rəhbərini tanımaq lazımdır.

5. Bu hədisdən başa düşülür ki, Əhli-beytdən (ə) ayrılmaq, yaxud qabağa keçmək azğınlıqla nəticələnir. Heç vaxt şəxsi istəyi onların istəyindən üstün tutmaq olmaz.

6. Onlar hamıdan üstün və fəzilətli, elmli və biliklidirlər.

Diqqəti cəlb edən məsələ budur ki, hicri-qəməri tarixlə 9-10-cu əsr alimi və "Vəfaul-vəfa" kitabının müəllifi Səmhudi Şafei "Cəvahirul-əqdeyn" kitabında Səqəleyn hədisi barədə yazır: "Bu hədis göstərir ki, qiyamətə qədər hər bir dövrdə Əhli-beytdən bir nəfər var və ona itaət edilməlidir.

***

YALNIZ BİR SUAL


Araşdırdığımız mövzu ilə əlaqədar yalnız bir sual qalır. Bəzi rəvayətlərdə – sayca az da olsa – "və itrəti Əhli-beyti" (itrətim olan Əhli-beytim) ifadəsinin yerinə "və sünnəti" (mənim sünnəm) qeyd olunmuşdur. Bu "Sünəni-Beyhəqi" kitabında iki yerdə qələmə alınmışdır. Bir yerdə İbn Abbas Peyğəmbəri-əkrəmdən (s) nəql edir ki, həzrət sonuncu həcc mərasimindəki xütbəsində buyurdu: "Sizin aranızda iki ağır əmanət qoyuram. Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: "Kitabəllah və sünnətə nəbiyyihi" yəni "Allahın kitabı və Peyğəmbər sünnəsi!"1 Başqa bir yerdə isə eynilə bu məzmunda bir hədis Əbu Hüreyrədən nəql edilmişdir.2

Əhli-beytin (ə) açıq-aşkar bəyanlarını, bəzi hədislərdə bu sözün üç dəfə təkrar və təkid olunmasını, bəzi hədislərdə imam Əlinin (ə) adının çəkilməsini, eləcə də Peyğəmbəri-əkrəmin (s) Əlini (ə) öz Əhli-beyti kimi tanıtdırdığı hədisləri kənara qoyub, təkcə belə nadir rəvayətə istinad etmək qətiyyən düzgün deyil. Görünür ki, dövrün hakim dairələri öz mənafelərini qorumaq üçün bu hədisdə bir sıra dəyişikliklərə əl atsalar da, onu tamamilə təhrif edə bilməmişlər. Bir də bu iki hədis (“sünnəti” sözünün düzgünlüyünü fərz etsək belə) bir-birilə heç bir ziddiyyət təşkil etmir: Peyğəmbəri-əkrəm (s) bir yerdə “kitab” və “sünnə”yə, digər bir yerdə isə “kitab” və “Əhli-beyt”ə (ə) işarə etmişdir. Öncə qeyd etdiyimiz kimi, həzrət bu hədisi (əhli-sünnənin məşhur mənbələrindəki çoxlu rəvayətlərə əsasən) müxtəlif məntəqələrdə – “Vida” həccində, “Xif” məscidində, “Ərəfə”də, “Cöhfə”də, “Qədir-Xum”da, Taifdən qayıdanda, Mədinədə minbərdə və vəfatına səbəb olan xəstəliyi zamanı bəyan etmişdir. Beləliklə, Həzrətin bir yerdə “Əhli-beyt”, digər bir yerdə isə “sünnəti” deyə buyurmasında heç bir ziddiyyət yoxdur.

Əsas etibarilə heç kim Peyğəmbərin (s) sünnəsinin mühüm bir yadigar və əmanət olduğunu inkar etmir. Mümkündür, müsəlman bir şəxs Qurani-kərimin “ma atakumur-Rəsul fə-xuzuhu və ma nəhakum ənhu fəntəhu” (Peyğəmbərin sizə gətirdiklərinə əməl edin, qadağan etdiklərindən isə çəkinin), ayəsilə təsdiq olunan Peyğəmbər sünnəsinə əməl etməsin. Lakin bu məna Əhli-beytə (ə) tabe olmağa və onlardan yapışmağa çağıran hədislərlə heç bir ziddiyyət təşkil etmir. Başqa sözlə, iki rəvayətdən birinə o zaman üstünlük verilir ki, onlar bir-birilə ziddiyyət təşkil etsin. Halbuki geniş məna ifadə edən bu iki rəvayət arasında heç bir ziddiyyət yoxdur. Ümumiyyətlə, Əhli-beytə (ə) tabe olmağın özü Peyğəmbər (s) sünnəsinə tapınmağın bariz nümunələrindəndir. Hər kim Əhli-beytə (ə) itaət etsə, sünnəyə əməl etmiş, hər kim itaət etməyib, onlardan üz çevirsə öz nəzərini Peyğəmbərin (s) əmrindən üstün tutsa, sünnəni tərk etmiş və Allahın Rəsuluna (s) itaətdən boyun qaçırmışdır.

Doğrusu, bu bəhanələrlə “səqəleyn” hədisinin biz müsəlmanların üzərinə qoyduğu mühüm vəzifələrdən boyun qaçıra bilmərik. Şübhəsiz, bu hədislər “təvatür”1 həddindədir, onların sənədinə heç bir irad yoxdur.

Qeydlərimizi Şafeinin (şafei məzhəbinin banisi) bu barədəki mədhi ilə sona çatdırırıq:
Və ləmma rəəytun-nasə qəd zəhəbət bihim,

Məzahibuhum fi əbhuril-ğəyyi vəl-cəhli.

Rəkibtu əla ismillahi fi sufunin-nəcati,

Və-hum alu-bəytil-Mustəfa xatəmir-rəsuli.

Və əmsəktu həbləllahi və huvə vilauhum,

Kəma qəd umirna bit-təməssuki fil-həbli...
“Camaatın məzhəb və təriqətlərilə azğınlıq və nadanlıq dəryasında batdığını görüb, Allahın adı ilə “nicat gəmisi”nə sığındım. O gəmi sonuncu Peyğəmbərin Əhli-beytidir. İlahinin (uzatdığı) vilayət ipindən yapışmışam. Necə ki Allahın ipindən (Qurani-kərimdən) yapışmağa əmr olunub. Nə yaxşı olar ki, hamı hər işdə onlara sığınıb, haqqı onlarda arasın!”1

Ötən rəvayətlərin çoxunda “Kövsər” hovuzunun adının çəkilməsindən belə məlum olur ki, bu hovuz behişt qapılarının arxasında və behiştin girişində yerləşir. Möminlər, əməlisalehlər və pərhizkarlar Peyğəmbəri-əkrəm (s) və Əhli-beytlə (ə) orada görüşəcəklər.



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə