Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə52/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   48   49   50   51   52   53   54   55   ...   101

 
149 
“Filankəs  (qohum  olan  Ģəxs  barəsində)  mənə  yaxındır”, 
deyildikdə,  həmin  Ģəxsin  nəsil  qohumluğu  nəzərdə  tutulur.”  Və 
yaxud: “Əl-qurba  və əl-qərabət  hər  ikisi bir  mənanı  ifadə  edir,  o  da 
nəsəbi qohumluqdur.” 
“Lisanul-ərəb” kitabında belə yazılır: 
تٌَٕا ٟـ ٛٔلٌا ؛ٟثومٌاٚ خثاومٌاٚ
 
“Qərabət və qurba nəsəbi yaxınlıq və qohumluğa deyilir!” 
2. “Məqsəd budur ki, siz müsəlmanlar öz yaxın adamlarınız və 
qohumlarınızı risaləti qiymətləndirdiyiniz kimi sevin!” 
Ġnsanın  öz  qohumlarını  sevməsi  risalət  prinsiplərinə  uyğun 
olmadığı halda, ayənin daha münasib mənasını – Peyğəmbərin (s) öz 
yaxınlarını  sevməsini  nəzərə  almayıb,  onu  qohum-əqrəbanı  sevmək 
kimi açıqlamaq nə qədər həqiqətə uyğundur?! 
3. Təfsir alimlərinin digər bir qrupu belə deyir ki, Peyğəmbərin 
(s)  məqsədi  budur:  “Mənim  risalətimin  mükafatı  olan  qohum-
əqrəbama  hörmət  qoyun.  Çünki  mənim  bir  çox  qəbilələrlə  nəsil  və 
yaxud  baĢqa  vasitələrlə  qohumluğum  var.  Bu  iĢdə  mənə  əziyyət 
verməyin!” 
Bu  baxıĢ ayəyə  zorla  qəbul  etdirilən  ən  əsassız  təfsirdir.  Çünki 
Peyğəmbər  (s)  risalətinin  əvəzi  o  kəslərdən  istənilə  bilər  ki,  bu 
risaləti qəbul etmiĢ olsunlar. Belə isə onların Peyğəmbərə (s) əziyyət 
verməsi  mənasızdır.  Burada  Peyğəmbərə  (s)  əziyyət  verənlər 
düĢmənlərdirsə,  onlar  həzrətin  peyğəmbərliyini  qəbul  etmirdilər. 
Necə  ola  bilər  ki,  o  həzrət  desin:  “Risalət  və  peyğəmbərliyim 
müqabilində  sizdən  yalnız  bir  xahiĢim  var,  o  da  budur  ki,  sizinlə 
qohumluğa xatir mənə əziyyət verməyin!” 
Əvvəla,  Qurani-kərimdə  peyğəmbərlərin  dilindən  nəql  edilən 
ifadələrdə  buyurulur:  “Biz  sizdən  heç  bir  mükafat  istəmirik,  bizim 
mükafatımız aləmlərin Rəbbinin yanındadır!” 
Bu  ayədə  buyurulanlar  təkcə  beĢ  peyğəmbərin  (Nuh,  Hud, 
Saleh, Lut və ġüeybin) dilindən nəql edilmiĢdir.
1
  
Ġkincisi,  “qurba”  ayəsində  Peyğəmbər  (s)  buyurur  ki,  mən  siz 
müsəlmanlardan yaxın adamlarıma və qohumlarıma sevgidən baĢqa 
bir mükafat istəmirəm. 
Üçüncüsü,  “Fürqan”  surəsinin  57-ci  ayəsində  Peyğəmbərə  (s) 
belə buyurulur: 
                                                 
1
 “Şüəra” surəsi, ayə: 109, 127, 145, 164 və 180. 


 
150 
 لْاًِةُل
 
  ًلا١ جاٍَ  ٗدِّثاَه ٝاٌَ إ اَن قمَّزاَ٠ ْاَأ اباَّ ٓاَِ  مَّلا إ ءٍو لْاِعاَأ  لْآِ ِ  ٗلْاِ١اٍَاَ  لْاُِةُىةٌُاَتلْاٍِاَأ باَِ
“(Ya 
Peyğəmbər!) 
De 
ki, 
mən 
sizdən 
bunun 
(peyğəmbərliyimin)  müqabilində  Rəbbinə  tərəf  doğru  yol  tapmaq 
istəyən kimsələrdən baĢqa heç bir mükafat istəmirəm!” 
Dördüncüsü,  “Səba”  surəsinin  47-ci  ayəsində  yenə  Peyğəmbər 
(s) haqda belə buyurulur: 
   مَّالله ٝاٍَاَ   مَّلا إ اَٞ و لْاِعاَأ  لْاِْ إ لْاُِةُىاٌَ اَٛةُٙاَـ ءٍو لْاِعاَأ  لْآِدِِّ ُةُىةُزلْاٌِاَتاٍَ باَِ لْاًِةُل
“(Ya 
Peyğəmbər) 
De: 
“Sizdən 
(peyğəmbərliyimin 
müqabilində)  istədiyim  mükafat  yalnız  sizin  xeyrinizədir,  çünki 
mənim muzd və mükafatım yalnız Allaha aiddir!” 
Bu dörd ayəni nəzərdən keçirməklə belə bir nəticəyə gəlirik ki, 
Ġslam  peyğəmbəri  (s)  də  digər  ilahi  peyğəmbərlər  kimi  camaatdan 
özünə  heç  bir  muzd  və  mükafat  istəməmiĢdir.  O  həzrətin  yaxın 
adamlarını  sevmək  Allaha  tərəf  doğru  yol  kimi  göstərilmiĢ  və  bu, 
sözsüz ki, müsəlmanların öz xeyrinədir! Çünki bu məhəbbət imamət, 
xilafət, Peyğəmbərin (s) caniĢinliyi, ümmətə rəhbərliyinin davamı və 
insanların hidayəti üçün açılmıĢ qapıdır. 
Bəli, hər vaxt bu ayələri  zahirinə görə təfsir etsək, qaranlıq  və 
anlaĢılmaz  bir  nöqtə  qalmayacaq.  Əks  halda  ya  onlara  zidd,  ya  da 
əsla uyğun gəlməyən uzun-uzadı təfsirlərə əl atacağıq. Düzgün təfsir 
bir  qrup  alimin  əqidəsinə  zidd  olduğundan,  belə  demiĢlər: 
“Camaatdan  muzd  və  mükafat  istəmək  Ġslam  peyğəmbərinin  (s) 
məqamına  münasib  deyil.  Buna  görə  də  “qurba”  ayəsi  istisna 
olunmalıdır.” Bəzən “Bu ayə “Qul ma əsəlukum ələyhi min əcrin və 
ma  ənə  minəl-mutəkəllifin!”  ayəsi  ilə  ziddiyyət  təĢkil  edir”  demiĢ, 
bəzən də mənasız yozumlara əl atmıĢlar. 
Həqiqət  isə  Peyğəmbəri-əkrəmdən  (s)  nəql  olunan  rəvayətləri 
toplayıb  yanaĢı  qoyduqda  aydın  olur.  Ayənin  təfsiri  ilə  əlaqəli 
rəvayətlərin  məcmusundan  belə  nəticə  çıxarırıq  ki,  risalət  və 
peyğəmbərliyin  mükafatı  sayılan  “zil-qurba”  müsəlmanları  Allaha 
yaxınlaĢdıran  və  onların  özlərinə  xeyirli  imamət  və  xilafətdən 
ibarətdir.  Beləsə,  əks  mövqe  tutan  bəzi  təfsir  alimlərinin  iradları 
aydınlaĢır. 
Alusi  “Ruhul-məani”  kitabında  “qurba”  ayəsinin  təfsirində 
yazır:  “ġiələr  məntiq  qaydalarına  əsaslanaraq,  bu  ayəni  Əlinin  (ə) 


 
151 
imamətinə  dəlil  göstərir  və  deyirlər:  “(Ayənin  tələbinə  görə)  Ona 
məhəbbət  bəsləmək  vacib,  məhəbbət  bəslənməsi  vacib  kəsə  itaət 
etmək  vacib  və  itaət  olunması  vacib  kəs  isə  imamət  məqamına 
malikdir. Deməli, Əli (ə) imamdır!”  Sonra o, bu dəlilə irad  tutmağa 
baĢlayır.
1
  
Əvvəla,  qeyd  etdiyimiz  mətləblərdən  məlum  olduğu  kimi,  biz 
ayədən  belə  bir  əsassız  nəticə  çıxarmaq  istəmirik.  Ayədəki  mühüm 
incəlik  də  bu  deyil.  Burada  əsas  məsələ  Peyğəmbərin  (s)  risalət  və 
peyğəmbərliyinin  mükafatı  sayılan  yaxın  adamlarına  məhəbbət 
bəsləməkdir.  BaĢqa  ayələrdə  də  qeyd  olunduğu  kimi,  bu  mükafat 
Allaha  yaxınlaĢmağa  vasitədir  və  müsəlmanların  öz  xeyrinədir. 
Onların  kimlərdən  ibarət  olduğuna  gəldikdə,  öncə  Ģərh  etdiyimiz 
kimi,  bu,  imamlardan  baĢqası  ola  bilməz.  Peyğəmbərin  (s) 
buyurduğu  rəvayətlər  isə  bu  məsələnin  sübutu  üçün  əlavə 
dəlillərdəndir. 
*** 
ĠSLAM RƏVAYƏTLƏRĠNDƏ “QURBA” AYƏSĠ 
Həm  Ģiə,  həm  də  əhli-sünnə  mənbələrində  “(Ya  Peyğəmbər!) 
De  ki,  mən  sizdən  bunun  (risalət  və  peyğəmbərliyimin) 
müqabilində  ən  yaxınlarımı  sevməkdən  baĢqa  bir  Ģey  istəmirəm” 
ayəsinin  məna  və  təfsirini  tam  açıqlayan  xeyli  rəvayət  nəql 
olunmuĢdur. O cümlədən: 
1.  5-ci  əsrin  məĢhur  əhli-sünnə  alimi  Hakim  Həskani 
“ġəvahidut-tənzil” kitabında Səid ibn Cübeyrdən, o da Ġbn Abbasdan 
belə  nəql  edir:  “Qurba”  ayəsi  nazil  olandan  sonra  Peyğəmbərə  (s) 
dedilər:  “Ey  Allahın  Peyğəmbəri!  Sevilməsi  Allah  tərəfindən  vacib 
edilən  kəslər  kimlərdir?”  O  həzrət  belə  buyurdu:  “Əli,  Fatimə  və 
onların iki oğlu!”
2
  
Həmin  kitabda  müxtəlif  sənədlərlə  Ġbn  Abbasdan  həmin 
məzmunda digər rəvayətlər də nəql olunmuĢdur.
3
  
2.  Yenə  həmin  kitabda  Əbu  Əmamə  Bahilidən  nəql  olunur  ki, 
Peyğəmbəri-əkrəm (s) belə buyurmuĢdur:
 
                                                 
1
 “Ruhul-məani”, 25-ci cild, səh. 30. 
2
 “Şəvahidut-tənzil”, 2-ci cild, səh. 130. 
3
 Yenə orada, səh. 131-135. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə