Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə1/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
  1   2   3   4   5   6   7   8   9   ...   49
52894

Günay Məmmədova
NAXÇIVAN MUSİQİ
FOLKLORU
Bakı -  2012


Elmi redaktor:
Məhərrəm  CƏFƏRLİ
filologiya elmləri dokrotu, professor
Rəyçi:
Rafiq İMRANI
sənətşünaslıq doktoru
G.Məmmədova. Naxçıvanın musiqi folkloru.  Bakı: 
2012,  ADPU-nəşriyyatı. 235 səh.
Naxçıvan folklorunun  ayrılmaz  tərkib  hissəsi  olan  musiqi 
folkloru  bölgənin  mədəni  həyatında  özünəməxsus  əhəmiyyət 
daşıyır.  Monoqrafiyada  Naxçıvan  musiqi  folkloru  həm  folklor­
şünaslıq,  həm  də  musiqişünaslıq  baxımından  araşdırılır,  mətnlə 
musiqinin  qarşılıqlı  müqayisəsi əsasında melop o etik xüsusiyyətlər 
ortaya çıxarılır.
© G. Məmmədova
19478164120012 
© ---------------------------------
2012
1957(Ə)91381771


ON  SOZ
Azərbaycanın  Qərb  bölgəsində  yerləşən  və  mühüm 
strateji  əhəmiyyətə  malik  olan  Naxçıvan  tarixən  elə  bir 
coğrafi  məkanda  yerləşmişdir  ki,  onun  sərhəd  olduğu 
ölkələr  Şərq  tarixində  özünün  mədəni  nailiyyətləri  ilə 
həmişə  seçilmiş  və  bütün  Şərq  xalqlarının  mədəni 
inkişafına böyük  təsir göstərmişdir.  Bu  mənada  Naxçıvanın 
forlkloru  qonşu,  əhalisi  əksərən  türklərdən  ibarət  ölkələrin 
mədəni  nailiyyətləri  ilə  ortaq  cəhətlərə  malik  olmuşdur. 
Naxçıvan  folkloru  sahəsində  alimlərin  apardığı  saysız 
tədqiqatlar  da  sübut  edir  ki,  Naxçıvanla  sərhəd  olan 
dövlətlərin  folkloru  ilə  bölgənin  folkloru  arasında  genetik- 
əlaqələr  mövcuddur.  Naxçıvanın  folklorunda  özünə  dərin 
iz  salmış  lirik-məhəbbət  və  qəhrəmanlıq  dastanlarında, 
nağıllarda,  mərasim  və  mövsüm  ayinlərində  qardaş  türk 
xalqlarının  ənənələri  ilə  saysız  miqdarda  oxşar  və  ortaq 
cəhətlər,  xüsusiyyətlər  vardır.  Folklor  örnəklərinin  oxşar, 
bir  sıra  hallarda  isə  eyni  məzmun  və  mahiyyət  daşıması 
onların  bir  kökdən,  bir  ənənədən  irəli  gəldiyini  göstərir. 
Qərb  bölgəsinin  folklorunun,  xüsusən  məişət  və  mərasim 
ayinlərində  istifadə  edilən  ayrı-ayrı janrların  dil,  forma,  ifa 
üslubları  onların  musiqi  ilə  sıx  bağlı  olmasını  üzə  çıxarır. 
Ona  görə  də  Naxçıvanın,  ümumiyyətlə  götürüldükdə 
Azərbaycanın Qərb bölgəsinin zəngin və rəngarəng ənənəvi 
milli  mədəniyyətinin  araşdırılıb  üzə  çıxarılmasında  musiqi 
folklorunun öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.
Dövlətimiz müstəqillik əldə edəndən sonra folklorun 
inkişaf  və  perspektivinin  təmin  olunmasında  böyük  işlər


görülüb  və  bu  gün  də  görülməkdədir.  Folklora,  etnik 
mədəniyyətin  araşdırılıb  üzə  çıxarılmasına  böyük  əhəmiy­
yət verən ümummilli lider Heydər Əliyevin iradəsi  ilə 2003- 
ci  ildə  AMEA  tərkibində  Folklor  institutunun  yaradılması, 
«Azərbaycan  folkloru  nümunələrinin  hüquqi  qorunması 
haqqında» 
Azərbaycan 
Respublikasının 
Qanununda 
dəyişikliklər  edilməsi  barədə»  Azərbaycan  Respublikasının 
2011-ci  il  17  may  tarixli  124-IVQD  nömrəli  Qanununun 
tətbiqi  və  «Azərbaycan  folkloru  nümunələrinin  hüquqi 
qorunması  haqqında»  Azərbaycan  Respublikası  Qanu­
nunun  icrasının  təmin  edilməsi  barədə»  Azərbaycan  Res­
publikası  Prezidentinin  2004-cü  il  29  yanvar  tarixli  19 
nömrəli 
Fərmanında 
dəyişiklik 
edilməsi 
haqqında 
Azərbaycan  Respublikası  Prezidenti  İlham  Əliyevin  7  iyun 
2011-ci  il  tarixdə  imzaladığı  Fərman,  7  fevral  2009-cu  ildə 
Naxçıvan  MR  Ali  -Məclisinin  Sədri  Vasif  Talıbovun 
«Naxçıvan  Muxtar  .Respublikasında  Xalq  yaradıcılığı 
günlərinin  keçirilməsi  haqqında»  sərəncamı  göstərdi  ki,  bu 
sahə daima diqqət mərkəzindədir.
Musiqi-.folklorunun. hər  bir  nümunəsi  sosial  hadis 
olduğu  üçün -bu  nümunələrin  melopoetik  cernantikesuxi?. 
etnik  mədəniyyətin  daşıyıcısı  kimi  əcdadlarımızın  həyat 
tərzinin, etnopsixoloji mühitinin,  psixoloji  durumunun,  etik 
və  estetik  dünyagörüşünün  izlərini  görmək  olar.  Məsələn: 
Naxçıvanın  zəngin  musiqi  folkloru  nümunələri  arasında 
geniş  yayılmış  «yallılar»m  və  s.  məişət  nəğmələrinin 
oxumaq  və  xoreoqrafik  rəqs  hərəkətləri  ilə  ifasmda  birlik 
rəmzini,  qadm-kişi,  ağsaqqal-gənc  münasibətlərinin  etik
i o
G


normalarını,  milli  ənənənin  cizgilərini,  izlərini  görmək olar. 
Buna  görə  də  bölgənin  folklorunun  araşdırılmasında 
musiqi  folklorunun  öyrənilməsi  xüsusi  əhəmiyyət  kəsb 
edir.
Müasir  musiqişünaslıq  elmində  müxtəlif  xalqların 
məhz  ənənəvi  yolla  yaşatdıqları  mədəniyyətlərin  tədqiqi 
xüsusilə  zəruri  sayılır:  «Ənənəvi  mədəniyyət  müasir  həyat 
tərzinin  bir  faktı  və  tarixi  irsin  bir  hissəsi  kimi,  yəni 
sinxronik  və  diaxronik  aspektlərdə  öyrənilməlidir»  (127, 
s.58).
Naxçıvan  folklorunun  ayrılmaz  tərkib  hissəsi  olan 
musiqi  folklorunun  öyrənilməsi  də  bu  aspektdən  xüsusi 
əhəmiyyət  daşıyır  və  öz  aktuallığı  ilə  seçilir.  Naxçıvanın 
müasir  həyatında  canlı  formada  qorunub  saxlanılmış  və 
tez-tez  ifa  edilən  musiqi  folkloru  janrları,  ənənəvi  mədə­
niyyətin  tarixi  izlərinin etik-estetik  dəyərlərini,  etnomədəni 
nailiyyətlərinin  janr  rəngarəngliyini  nümayiş  etdirir.  Bu 
baxımdan  musiqi  folklorunun  janr  xüsusiyyətlərinin 
araşdırılması  və  təhlil  olunması  ümumilikdə  bölgənin 
folklorunun  spesifik  cəhətlərinin,  özünəməxsus  regional 
xüsusiyyətlərinin  ortaya  çıxarılmasını,  eyni  zamanda  türk 
xalqlarının  ortaq  mədəni  nailiyyətlərinin  forma,  məzmun, 
lad-intonasiya  və  melodik  dil  xüsusiyyətlərinin  dəqiqləş- 
dirilməsini təmin edəcək.
Naxçıvanın  zəngin  musiqi  folkloru  musiqişünaslar 
və  folklorşünas  alimlər  tərəfindən  qismən  öyrənilsə  də  onu 
kifayət  saymaq  olmaz.  Çünki  zəngin  folklor  nümunələri 
arasında,  xüsusən  də  musiqi  folklorunun  çoxjanrlı  nümu-


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə