Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə14/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   10   11   12   13   14   15   16   17   ...   49

not misalında göstərilən şəkildə ifa olunur.
Naxçıvanın  musiqi  folkloru  nümunələri 
folklor 
mühitindən  asılı  olaraq  öz  inkişafında  musiqi  forma  və 
janrların, musiqi ifa üslubunun necə dəyişdiyini və bununla 
da  mühitin  musiqi  inkişaf  aspektlərinin  hansı  istiqamətdə 
intişar  tapdığının  şahidi  oluruq.  Burada  həm  reçitativli  ifa 
üsulu,  həm  də  melodik  ifada  səs  tonlarının  yarım  ton  və 
əksidilmiş  kvarta  münasibətlərində  olan  səslərə  hərəkəti 
izlənilir.  Belə  ifa  forması  folklor  musiqi  nümunələrinin 
nisbətən inkişaf  aspektlərini  nümayiş etdirir və  ifanın  daha 
peşəkar ifaçılar tərəfindən icra olunmasını göstərir.
Ordubad  rayonundan  toplanmış  musiqi  folkloru 
nümunələri  arasında  «Xanbəzəmə»,  «Can  gülüm»,  «Çöm- 
çəxatun»  nəğmələrinə  başqa  folklor  mühitlərində  rast 
gəlinmir.  Bu  faktın  özü  həmin  nəğmələrin  bölgənin  folklor 
mühiti ilə sıx bağlı olmasına dəlalət edir və bu ərazinin özəl 
xüsusiyyətlərindən xəbər verir.
«Novruz»  bayramı  ənənələrində  keçirilən  «Xanbəzə­
mə»  mərasimi  kütləvi  xarakter  daşıyır.  Adətən  bu  məra­
simin  keçirilməsindən  qabaq  xüsusi  hazırlıq  işləri  görülər 
və idmançılar meydana dəvət olunar.  Açıq havada keçirilən 
bu  mərasimdə  xalq  kütləsi  geniş  dairə  ətrafında  dövrə 
qurar,  zorxanaçılar  isə  meydanın  mərkəzində  güləşdən 
qabaq müxtəlif bədən  qızışdırıcı hərəkətləri  edərlər.  Bunun 
üçün  idmançıların  müxtəlif  ağırlıq  çəkiləri  olan  idman 
alətləri  meydana  gətirilər,  idmançılar  hərəkətə  başlamaz­
dan  əvvəl  zurnaçılardan,  zərb  aləti  ifaçılarından  ibarət 
musiqiçilər  dəstəsi  meydana  girər  və  «Cəngi»  rəqsi


əsasında  müxtəlif  ritmləri,  döyüş  və  mübarizə  ruhiu  ritmik 
formulları  ifa  edərlər.  8-16  xanədən  ibarət  olan  «Cəngi» 
rəqsi  xarakterli  ritmik  fiqurların  ifasından  sonra  zurnaların 
yüksək  registrdə  çaldıqları  musiqi  başlayar.  Bu  musiqi  ha­
vası  güləşçilərin  meydana  çıxmasına  hazırlıq  üçün  nəzərdə 
tutulduğuna  görə  güləşin  başlanğıcına  bir  növ  «Giriş» 
xarakteri  daşıyır.  Belə  havaların  sayı  adətən  bir  neçə 
variantda  olur.  Xarakterinə  görə  ağır,  orta  və  tez templərdə 
olan bu  havaların ifası yarım  saata  qədər  davam edir.  Bağlı 
zalda  keçirilən  belə  mərasimlərdə  zorxanaçılar  meydanın, 
yəni  zalın  ortasında,  iştirakçılar  isə  kənarda  oturub 
tamaşaçı sifətində iştirak edirlər.
Bu  tip  rəqslər,  rəqs  musiqi  janrında  kütləvi-rəqslərə 
aiddir.  Zorxana  rəqs  havalarını  idmançılar,  yəni  güləşçilər 
özləri  müəyyən  yüngül  idman  hərəkətlərini  etməklə 
oxuyarlar.  Bu  tip  rəqslər  ruhverici,  mübarizəyə  hazırlıq 
nidaları  altında  keçirildiyi  üçün  idmançılara  yüksək  təsir 
edir  və  onları  psixoloji  cəhətdən  mübarizəyə  hazırlayır. 
Mahnı  bitdikdən  sonra  güləşçilər  növbəti  «Cəngi»  ritmi 
əsasında  olan  hərəkətləri-rəqsləri  edib  yarışa  başlayarlar. 
Yarış,  mahnının  mətni bitdikdən sonra başlanar.  Güləşçiləri 
daima  müxtəlif  qəhrəmani,  şücaət,  mübarizə  ruhlu  rəqs 
musiqiləri müşayiət edər.
Mərasim  bitdikdən  sonra,  bayram  davam  etdirilər, 
şənlik  öz  məcrası  üzrə  gedər.  Bu  zaman  qəhrəmani 
havaları,  məzəli,  yumor xarakterli mahnı-rəqslər əvəz edər. 
«Novruz»  bayramı  günlərində  keçirilən  belə  mərasimlər­
dən  sonra  «Kosa-kosa»  oyunu  şənliyə  bir  qədər  də  röv-


nəqlik, bayram əhval-ruhiyyəsi gətirir.
«Novruz»  bayramı  ərəfəsində  ilin  axır çərşənbəsində 
«Can  gülüm»  mərasiminin  keçirilməsi  də  bölgənin  folklor 
mühitinə  aid  özəlliklərindən  biridir.  Folklorşünas-alim 
Ə.Şamilov  bu  nəğmənin  «bayatı»  şeir  formasında  olmasmı 
qeyd  edir  və  onun  mahnı  mətnləri  kimi  kuplet  və  nəqə­
ratdan  ibarət olmasını  göstərir.  Bu  mərasimdə  subay  oğlan 
və  qızlar  ilin  axır  çərşənbəsində  bir  növ bəxtlərini  sınamaq 
məqsədi  ilə  baxıcı  arvadın  ətrafına  toplaşıb  mərasimi 
keçirərdilər.  Baxıcı  arvad  gənclərin  qabağına  bir  iri  tas 
qoyur  və  mərasimə  toplaşan  gənclər  hərə  bir  şeyi  bu  tasın 
içinə  atır.  Baxıcı  arvad  isə  öz  növbəsində  tasm  yanında  bir 
uşaq  oturdur  və  ondan  sonra  bayatı  deməyə  başlayır. 
Oxunan  mərasim  nəğməsi  mahnı-dialoq  formasmda  olub, 
solo-xor  ifa  tərzində  həyata  keçirilir.  Xor  şəklində  oxuyan 
gənclər sadəcə  «Can gülüm,  can-can»  sözlərini deklamasiya 
formasında təksəsli şəkildə icra edirlər. Baxıcı qadm isə solo 
ifa  formasında  melodik  ahənglə  oxuyur.  Lirik  melodik 
tərzdə olan havam baxıcı aşağıdakı sözlərlə başlayır:
Xırda yarın dəstəsi,
Oldum yarın xəstəsi,
Yarım gəlir uzaqdan,
Əlində gül dəstəsi.
Baxıcı  solo  ifasını  bitirdikdən  sonra  tasın  kənarında 
oturan  uşaq  tasdan  bir  əşyanı  çıxarıb  baxıcıya  verir.  Baxıcı 
ikinci  beyti  artıq  nəqarət  formasmda,  əşyamn  sahibinə


müraciət şəklində oxuyaraq onu aşağıdakı bayatı ilə çağırır:
Can gülüm oldu gəl-gəl,
Gülləri soldu gəl-gəl,
Tələsmə dəli könlüm,
Dediyin oldu gəl-gəl.
Bundan  sonra  tasdan  çıxarılan  əşyanın  sahibi  irəliyə 
çıxaraq  onu  götürür  və  «Can  gülüm,  can-can»  sözlərini 
oxuyarkən bütün gənclər onunla bir yerdə bu  sözləri təkrar 
edirlər (10, s.22).
Naxçıvanın  musiqi  folklorunda  məişət  nəğmələri 
arasında  gözdən  qorunmaq,  yəni  göz  dəyməni  dəf  etmək 
ənənəsi  ilə  bağlı  «Üzərliksalma»  mərasim  nəğməsi  də 
olmuşdur.  Bu  nəğmənin  mövzu  dairəsi  bədnəzərdən 
qorunmaqdır.  Mətnin  poetik-semantik  strukturu  üzərliyin 
təsir  dairəsinin  genişliyi  və  əhatəliliyini  göstərir.  «Min  bir 
dərdə  davasan»  sözləri  mətnin  bədii  və  poetik  struk­
turunun  mahiyyətini,  əsas  semantikasım  təşkil  edir.  Qədim
əcdadlarımız  bu  gün  də  öz  əhəmiyyətini  və  keçirilmə
• •
formasını  itirməyən  «Üzərliksalma»  ənənəsində  aşağıdakı 
sözləri oxuyarmışlar:
Uzərliksək, havasan, 
Min bir dərdə davasan, 
Çıxdım uca bir dağa 
Çox yalvardım Allaha.


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə