Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə2/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   2   3   4   5   6   7   8   9   ...   49

nələri  bölgənin  mədəni  həyatında  özünəməxsus  əhəmiyyət 
daşıdığı  üçün  bu  sahə  xüsusi  olaraq  tədqiqat  obyektinə 
çevrilməlidir.  Mövzu  regional  folklorun  hərtərəfli  şəkildə 
öyrənilməsinə,  eyni  zamanda 
Naxçıvanla  sərhəd  olan 
ölkələrin xalqları  arasında  musiqi  folklorunun bir çox ortaq 
cəhətlərinin müəyyənləşdirilməsinə də geniş imkan verir.
Naxçıvanın  musiqi  folkloru  sahəsində  Ə.Ələkbərova 
yallılar  haqqmda  dissertasiya  yazmış  və  milli  rəqsin  bu 
janrı  musiqişünaslıq  baxımından  araşdırılmışdır.  Bundan 
başqa  A.Quliyeva  "Türk  aləmində  Naxçıvan  musiqi 
mədəniyyəti"  adlı  dissertasiyasında  Naxçıvan 
və  türk 
yallılarını  müqayisəli  təhlil  etmişdir.  Bu  sahədə  aparılan 
araşdırmalar  göstərir  ki,  «Naxçıvan  bölgəsinin  musiqi 
folklorunun  janr  xüsusiyyətləri»  mövzusu  xüsusi  tədqiqat 
obyektinə  cəlb  edilməmişdir.  Musiqişünaslıq  sahəsində  bu 
ilk  tədqiqat  mövzusu  kimi  regionun  musiqi  folklorunun 
öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir.
Naxçıvan  musiqi  folkloruna  aid  ayrı-ayrı  janrların 
tədqiqata  cəlb  edilməsi  nəticəsində  Azərbaycan,  həmçinin 
böyük türk dünyası folkloruna məxsus bir çox keyfiyyətləri 
dəyərləndirmək,  eyni  zamanda  türk  musiqi  mədəniyyəti 
müstəvisində  bölgə  folklorunun  yeri  və  əhəmiyyətini 
dəqiqləşdirmək mümkündür.  Digər  tərəfdən musiqi  folklo­
runun  bir  sıra  spesifik  cəhətlərinin  formayaradıcı  amillə­
rinin  müəyyənləşdirilməsində  tədqiqata  cəlb  edilən  yeni 
materiallarm xüsusi əhəmiyyəti olduqca böyükdür.
Naxçıvanın  musiqi  folkloruna  aid  ауп-ауп  möv­
zuları  musiqişünaslar sırf musiqi-nəzəri  aspektdən,  folklor-


şünaslar  isə  folklor janrlarını,  problemlərini  folklorşünaslıq 
baxımından  tədqiqata  cəlb  etmişlər.  Naxçıvanın  musiqi 
folklorunun  janr  xüsusiyyətlərinin  həm  folklorşünaslıq, 
həm də  musiqişünaslıq baxımından araşdırılması üçün qar­
şıya  qoyulan  məqsəd  və  vəzifələri  aşağıdakı  kimi  qrup­
laşdırmaq olar:
-  Naxçıvan  folklorunda  musiqinin  təcəssümünün 
müəyyənləşdirilməsi.
-  Bölgənin  folklorunda  ayrı-ayrı  musiqi  janrlarına 
məxsus  nümunələrin  ifasında  mövcud  olan  mətnlə  musi­
qinin  qarşılıqlı  müqayisəsi  əsasında  melopoetik  xüsusiy­
yətlərin ortaya çıxarılması.
-  Mövsüm  və  məişət  mərasimlərində  istifadə  edilən 
musiqinin  janr  tiplərinin,  onların  başqa  musiqi  janrları  ilə 
qarşılıqlı  müqayisəli  təhlili  və  istifadə  formalarının  araş­
dırılması.
Musiqi 
folklorunun 
janr 
səciyyəsinin 
və 
məzmununun araşdırılması.
-  Naxçıvanın  musiqi folklorunda istifadə  edilən  ayrı- 
ayrı  musiqi  nümunələrinin  janr  xüsusiyyətlərinin  forma- 
yaradıcı  amillərindən  forma  və  lad  quruluşlarının  araş­
dırılması.
-  Musiqi  folklorunun  melodik  və  ritmik  xüsusiy­
yətlərinin öyrənilməsini həyata  keçirmək.
Tədqiqatın 
elmi 
yeniliyi 
aşağıdakı 
cəhətlərlə 
müəyyənləşir:
-  «Xırman nəğmələri»ndən iki nəğmənin musiqisi  ilk 
dəfə olaraq nota salınmış və öz nəzəri təhlilini tapmışdır.


-  Bir  «Sayaçı  mahnısı»  folklor  ekspedisiyası  zamanı 
nota  salınmış  və  ilk  dəfə  olaraq 
musiqişünaslıq  baxı­
mından tədqiqata cəlb olunmuşdur.
-  «Üzərliksalma»  mərasimində  oxunan  mətnin 
musiqisi nota alınmış və təhlil olunmuşdur.
-  Qədim  ənənəyə  məxsus  «Qodu-qodu»  nəğməsinin 
musiqi  materialı  müasir  musiqişünaslıq  elminin  meyarları 
ilə aydınlaşdırılmışdır.
-  «Xanbəzəmə»  mərasiminə  aid  nəğmənin  musiqi 
materialı  ilk  dəfə  olaraq  nota  alınmış  və  obyekiv  elmi 
təhlilini tapmışdır.
-  Novruz  mərasimlərində  ifa  edilən  «Kosa-kosa», 
«Can  gülüm»  nəğmələrinin  musiqi  materialları  tədqiqata 
cəlb edilmişdir.
-  «Çömçəxatun»  uşaq  folkloru  nümunəsi  olan  möv­
süm  nəğməsinin  musiqi  materialı  ilk  dəfə 
nota  alınaraq 
tədqiqata salınmışdır.
-  Toy-düyünlərdə  ifa  edilən  «Duvaqqapma»  məra­
siminə  aid bir nəğmənin  musiqi  materialı,  tulumda  ifa  olu­
nan dörd rəqs nümunəsi ilk dəfə olaraq nota salınmışdır.
-  Naxçıvan  folkloruna  aid  lirik  xalq  mahnıları  janr 
xüsusiyyətlərinə  görə  ilk  dəfə  olaraq  folklorşünaslıq  və 
musiqişünaslıq baxımından təhlil edilmişdir.
-  Regionun  rəqs  musiqi  örnəklərindən  yalh  və 
yallıbaşı  mahnı-rəqs  nümunələrinin  xarakterik  cəhətləri 
aydınlaşdırılmışdır.
-  Naxçıvanm  zəngin  aşıq  musiqi  sənəti  haqqinda 
məlumatlar da tədqiqata cəlb olunmuşdur.


I FƏSİL
NAXÇIVAN FOLKLORUNDA MUSİQİNİN YERİ VƏ
ƏHƏMİYYƏTİ
Naxçıvan folklorunda musiqinin təcəssümü
Folklor  onu  yaradan  xalqm  bədii  təfəkkürünü,  tarixi 
keçmişini,  soy  kökünü,  adət  və  ənənələrini  əks  etdirən 
incilər  xəzinəsidir.  Xalqm  mənəvi  həyatında  baş  verən 
mühüm,  yaddaqalan  hadisələr,  eləcə  də  adi,  çox  vaxt 
əhəmiyyətsiz  görünən  olaylar  folklorda  elə  incəliyi  ilə 
verilir ki,  yüzilliklərlə  ölçülə bilən zaman kəsimi keçdikdən 
sonra  belə  faktların  folklor  söyləyiciləri  tərəfindən  folklor 
örnəklərində  musiqili,  poetik  şəkildə  təqdiminə  heyrət­
lənməmək mümkün deyildir. Məhz buna görədir ki,  hər bir 
xalqm  soykökünü,  etnogenezini,  etnopsixologiyasım,  adət 
və  ənənələrini  öyrənmək  üçün,  ilk  növbədə,  onun  söz 
sənətinin  sirrlərinə  vaqif  olmaq  gərəkdir  (19,  s.3).  Deyilən 
fikri  davam  etdirərək  qeyd  etmək  istərdik  ki,  xalqlarm  ən 
qədim  tarixində  hələ  söz  sənəti  meydana  çıxmadığı 
dövrlərdə  musiqi  folkloru  nümunələri  həmin  tayfalarm  və 
tayfa  birləşmələrinin  həyatında,  onların  məişətində  xüsusi 
rol  oynayırdı.  Bu  məsələyə  toxunan  Q.Krauklis  yazır  ki, 
«bilindiyi  kimi  musiqi  sənətinin  həyati  bağlılığı  qədim 
zamanlardan  söz  sənəti,  rəqs,  ayinlərlə  sıx  əlaqədar 
olmuşdur.  Musiqinin  emosional  faktor  kimi  aparıcı  rol 
oynaması bütün dövrlərdə  qəbul  olunurdu».  Fikrini davam


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə