Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə4/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   2   3   4   5   6   7   8   9   ...   49

müxtəlif janrlar  vardır:  əmək  mahnıları,  epik-qəhrəmanlıq, 
zarafatyam-oynaq,  mərasim,  lirik.  Azərbaycan  folklorunun 
çoxcəhətli  janr  şaxələnməsində  lirik  mahnılar  daha  çox 
üstünlük  təşkil  edir»  (103,  s.3).  Musiqişünas  alimlərin 
dediyi kimi  Azərbaycan musiqi  folkloru janrlarının  da milli 
xüsusiyyətləri,  coğrafi  ərazidən  asılı  olaraq  dil,  üslub 
cəhətləri  xüsusi  olaraq  özünü  göstərir.  Musiqi  folklorunda 
dil,  üslub  xüsusiyyətləri  özünü  yerli  folklor  mühitində, 
əksərən  kənd  və  milli  dialekti  konservativ  şəkildə  saxlamış 
şəhər folklorunda daha çox büruzə verir.  Xalq mahnılarının 
repertuarında  elə  musiqi  abidələri  var  ki,  onlar  tarixi 
prosesdə  formalaşaraq  xalqın  təfəkkür  tərzinin  ifadəçisinə 
çevrilmişdir.  Belə  xalq  mahnılarında  yerli  musiqi  folkloru 
nümunələri  özünü  yerli  dialektin,  mühitin  ənənəvi  ifa 
üslubunun  elementlərinin  qanunauyğunluqları  zəminində 
daha çox göstərir.
Naxçıvan  folklor  mühitində 
mərasim, 
məişət 
nəğmələrində  belə  xüsusiyyətlərə  daha  çox  rast  gəlmək 
olur.  Çünki  Naxçıvan  coğrafi  ərazi  xüsusiyyətlərinə,  sosial- 
iqtisadi  və  etnoqrafik  durumuna  görə  milli  ənənələri, 
dialekti  konservativ  şəkildə  qoruyub  saxlamış  bölgədir. 
Naxçıvanm  folklor  mühitinə  aid  abidələrdə  poetik  mətndə 
dialekt nə qədər özünü bariz şəkildə büruzə verirsə,  musiqi 
folklorunda  ifa  edilən  mahnılarda  da,  mətnin  dil  xüsusiy­
yətlərindən  irəli  gələn  bəzi  cəhətlər,  musiqi  dilinin 
quruluşunda,  melodiyanın  semantikasmda  özünü  bir  o 
qədər  göstərir.  Xalq  mahnılarının  poetik  dili  ayrı-ayrı 
folklor  mühitində  yerli  dialektin  intonasiyalarına  məruz


qaldığı  üçün  ifaçı,  yəni  musiqi  folkloru  icraçısı  həmin 
mahnını yerli  dialektin  ahənginə  uyğun  şəkildə  oxuyur.  Bu 
zaman mətnin yerli dialektdə səslənməsində ənənəvi olaraq 
ayrı-ayrı  fonetik  səslər  mahnının  melodik  dil  xüsusiyyət­
lərinin  formayaradıcı  amillərini  formalaşdırarkən  melosun 
intonasiya  çeşidlərini  yerli  ənənənin  dialektinə  uyğun 
şəkildə istiqamətləndirir.
Naxçıvan  bölgəsinin  musiqi  folklorunu  öyrənərkən 
onun  təkcə  yerli  dialektlə  bağlı  cəhətlərini  vurğulamaq 
kifayət  deyil.  Bölgənin  məişət-mərasim  ənənələrində 
istifadə  olunmuş  musiqi  janrlarının  özünəməxsusluğunu 
üzə çıxarmaq üçün onları xarakter, üslub, mövcud forma və 
spesifik ifa tərzinə görə təhlil etmək,  fikrimizcə,  daha doğru 
olardı.  Naxçıvanın  musiqi  folklorunda  istifadə  olunmuş 
bütün  musiqi  janrlarını  bu  aspektdən  üç  ayrı-ayrı  istiqa­
mətlərdə öyrənib təhlil etmək olar.
Birinci  istiqamətdə  bölgənin  məişət-mərasim  ənənə­
lərində  istifadə  olunmuş  xalq  mahnılarını  və  instrumental 
musiqi  janrlarını  forma  xüsusiyyətlərinə  görə  araşdırmaq 
lazımdır.  Məişətdə  və  ya  ayrı-ayrı  mərasimlərdə  istifadə 
olunmuş  folklor  musiqi  nümunələri  öz  aidiyyatma  görə  bu 
və  ya  digər  mərasimin  tərkib  hissəsi  olub  onun  xarakterik 
xüsusiyyətlərini  özündə  əks  etdirir.  Məsələn:  Novruz 
bayramı  münasibəti  ilə  bağlı  mərasimlərdə  istifadə  olunan 
xalq mahnıları,  toy mərasimlərində çalmıb oxunan ayrı-ayrı 
mahnı  və  rəqs  musiqi  nümunələri,  kütləvi  rəqs-mahnı 
janrına  aid  yallılar,  yas  mərasimlərində  söylənilən  ağılar, 
dini  mərasimlərdə  oxunan  nohələr,  ilk  növbədə  bu  və  ya


digər  mərasimin  xarakterini  təsvir  edir.  Həmin  məra­
simlərdə  musiqi janrları  mərasimin  vəsfi  və  ya  mahiyyətini 
əks  etdirən  mətnlər  əsasında  oxunduğu  üçün,  mətnin məz­
mun  arealından  irəli  gələn  xarakterik  cəhətlər  musiqinin 
melodik  və  rnetroritmik  komponentlərində,  o  cümlədən 
melosun  intonasiyalarında  da  öz  əksini  geniş  şəkildə  tapır. 
Musiqi  janrlarının  bəzi  xüsusiyyətlərini  təhlil  edən 
R.Zöhrabo V  yazır  ki,  «Azərbaycan  xalq  musiqi  yaradıcılığı 
deyəndə  mahnılar  və  oyun  havaları  nəzərdə  tutulur. 
Onların zənginliyi,  ilk növbədə  musiqi forma  və janrlarının 
çoxcəhə'Biliyində  və  çoxşaxəliliyində  özünü  göstərir.  Bu 
musiqi,  janrlarına  aid  olan  nümunələrin  əksəriyyəti  əmək 
prose.si,  ailə-məişət şəraiti,  müxtəlif oyunlar və ya müəyyən 
fəsillər  ilə  əlaqədar  yaranmışdır.  Bunlarla  yanaşı  elə  lirik 
m.əzmunlu  mahnı  və  rəqslər  vardır  ki,  onlar  ancaq  asudə 
vaxtlarda  ifa  edilir»  (88,  s.4-5).  Naxçıvanm  musiqi 
folklorunda  istifadə  edilən  xalq  mahnıları,  rəqs  musiqi 
nümunələri  və  tulumda  ifa  edilən  instrumental  havalar 
məişət  və  mərasim,  ənənələrində  əmək  prosesini,  ənənəvi 
mərasimlərin  formalaşdırdığı  məzmunca  milli  ənənəni, 
uşaq,  lirik,  məişət,  satirik,  yumoristik,  qəhrəmanlıq,  tarixi 
mahnı  və  rəqs  janrlarında  həm  ümumi,  həm  də  bölgəyə 
məxsus  milli  xarakterik,  forma  və  üslub  cəhətlərini 
formalaşdırmış oldu.
Mövsüm  mərasim  nəğmələrindən:  «Xırman  nəğmə- 
ləri»nin  ikisinin  musiqi dilinin xarakterik  xüsusiyyətlərinin 
və  onların  musiqi  formasının  nəzəri  təhlili  göstərir  ki, 
bölgənin  melopoetik  və  dialektik  xüsusiyyətləri  melosun


inkişaf və formayaradıcı amillərinə öz təsirini göstərmişdir.
«Üzərliksalma»  mərasimində  oxunan  mətnin  poetik 
dili  onun  melodik  dilinin  ahəngdar  səslənməsinə  geniş 
imkan  açmışdırsa,  mərasim  nəğməsinin  forma  xüsusiyyət­
lərinin  bədii-estetik  cəhətlərinin  formalaşmasında  isə 
melodik  dil  ünsürlərini  yaradan  metroritmik  kompo­
nentlərin  formayaradıcı  amilləri  melosun  struktur  qurulu­
şunda  özünü  daha  qabarıq  olaraq  nümayiş  etdirmişdir. 
Naxçıvanın 
musiqi 
folklorunun 
janr 
xüsusiyyətləri 
araşdırılarkən  və  bununla  bağlı  ucqar  kəndlərdə  folklor 
soyləyiciləri  ilə  aparılan  söhbətlər  və  onlardan  toplanılan 
bir  sıra  materialların  musiqi  dili  onların  qədim  ənənəvi 
mahnı,  rəqs  və  oyunları  olduğunu  sübut  edir.  Qədim  ənə­
nəvi  mahnı,  rəqs  və  oyunların  melodiyası  müasir  dövrü­
müzə  gəlib  çatmamışdır-deyən  B.Hüseynli  bu  məsələyə 
aydınlıq  gətirərək  yazır  ki,  «ayrı-ayrı  parçalar  şəklində 
qalmış  bayatı  formalı  şeir  mətnlərindən  aydın  olur  ki,  bu 
mahnı,  rəqs  və  oyunlar  oxumaqla  müşayiət  olunmuş  və 
kütləvi şəkildə  ifa edilmişdir.  Bunların musiqi  məzmununu 
iki,  üç  xanəli  qısa  bir  melodiyanın  dəfələrlə  təkrarı  təşkil 
ediı*»(48,  s.71).  Toplanmış  folklor  materiallarının  bir  qis­
minin,  yallıların,  üzərliksalma,  xırman,  xanbəzəmə,  qodu  - 
qodu  və  s.  mərasim  nəğmələrinin  musiqi-nəzəri  təhlilləri 
yuxarıda  deyilən  fikri  təsdiq etdiyi  üçün  onları  Naxçıvanın 
qədim  ənənəvi  musiqi  nümunələri  saymaq  olar.  Adları 
çəkilən  musiqi  folklor  janrlarının  elmi-nəzəri  təhlilləri,  ilk 
növbədə  həmin  janrların  forma  və  semantik  xüsusiy­
yətlərini,  daha  sonra  isə  vokal  və  instrumental  ifada


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə