Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə5/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   2   3   4   5   6   7   8   9   ...   49

mövcud  olan  melodik  dilin,  ritmik  komponentlərin,  lad- 
intonasiya  və  harmonik  dilin  zənginliklərini  ortaya  çıxara 
bilər.  Bu  mənada  regional  folklorun  musiqi  aspektlərinin 
öyrənilməsi  etnopsixoloji  və  etnomusiqişünaslıq,  o  cümlə­
dən,  instrumental  musiqi  janrlarının  bir  sıra  xüsusiyyət­
lərinin  üzə  çıxarılmasını  reallaşdırar.  Naxçıvan  bölgəsinin 
musiqi  folklorunun  forma,  instrumental  baxımından  öyrə­
nilməsi  bir  sıra  elmi  məsələlərin  ortaya  çıxmasına,  o  cüm­
lədən,  musiqişünaslıqda  və  etnomusiqişünaslıqda  ümumi 
dəyərlərin,  prinsipial  məsələlərin  öyrənilməsinə  işıq  sala 
bilər.
Azərbaycanın  qədim  ənənəyə  məxsus  «Qodu-qodu» 
nəğməsinin  musiqi  materialı  Azərbaycanın  Qərb  bölgə­
sində, Naxçıvan və Qərbi Azərbaycan ərazilərində daha çox 
rast gəlinir.  Onu  da  qeyd  edək ki, bu nəğmə  «Hodu-hodu», 
«Dodu-dodu»,  «Xodu-xodu»,  «Kodu-kodu»  adları  ilə  də 
tanmır.  Naxçıvanda  bu  nəğməyə  «Godu-godu»  da  deyilir. 
«Qodu-qodu»nun  melodik  dilinin  təhlili  onun  lirik  məişət 
xalq  mahnı-rəqs  qrupuna  aid  olmasını  üzə  çıxarır.  «Qodu» 
etiqad  mərasimi  haqqında  yazan  M.Təhmasib  göstərir  ki, 
«vaxtsız  və  həddindən  artıq  yağan  yağışın  qarşısını  almaq 
üçün  qədim  azərbaycanlılar  arasında  «Qodu»  etiqad 
mərasimi  olmuşdur.  «Qodu»  günəş  və  ayı  təmsil  edən  qız 
sürətli  kukladır»  (84,  s.5-37).  Görkəmli  folklorşünasm 
fikirləri  «Qodu-qodu»nun  musiqi  materialının  forma 
xüsusiyyətlərindən  də  təsdiqlənir.  Belə  ki,  bu  mərasim 
mahnı-rəqsinin melodik dilinin semantikasmdan aydın olur 
ki,  bu  nəğməni  qadın  və  qızlardan  ibarət  qrup  oxuyarmış.


Xarakterik  xüsusiyyətlərinə  görə  «Andante»  tempində  olan 
bu nəğmə ağır,  lirik mahnı-rəqs üslubunda ifa olunmuşdur.
«Xanbəzəmə»  mərasimində  cəngi  üstündə  olan 
güləş  nəğməsinin  musiqi  materialı  da  melosemantikasma 
görə  mahnı-rəqs  qrupuna  aid  nəğmələrdəndir.  «Rast» 
üstündə  olan  həmin  havanın  melostrukturu  «Cəngi»  rəqsi 
xarakterindədir.  Mərasimlərdə  idman  oyunlarında,  yarış­
larında  ifa  olunmuş  bu  nəğmə  formasına  görə  idman  rəqs 
musiqi  nümunələrinə  aiddir.  Mövzu  kontekstinə  görə 
Azərbaycan  xalq  rəqslərini  altı  böyük  janra  bölən 
musiqişünas  B.Hüseynli  idman  rəqslərini  qəhrəmani,  hərbi 
rəqslər  qrupuna  aid  etmişdir(48,  s.69).  Forma  xüsusiy­
yətlərinə  görə  manm-rəqs  məişətdə,  xüsusən  də  qədim 
ənənəvi  toy  mərasimlərində  daha  çox  istifadə  olunardı. 
Mahnı-rəqsin  melopoetikası  onun  xarakterik  xüsusiy­
yətlərini üzə  çıxarmaqla yanaşı bu nəğmənin formayaradıcı 
strukturunda  folklor  musiqisi  üçün  xas  olan  melodik 
inkişaf  aspektləri  ilə  yanaşı  melodiyanm  strukturunda 
deklamasiyalı  ifa  üsulundan  da  istifadə  olunmasını  ortaya 
çıxardı.
Naxçıvan  musiqi  folklorunun  təkrarolunmaz  və 
özünəməxsus  janrlarından  biri  də  Novruz  bayramı  məra­
simlərində  ifa  edilən  «Can  gülüm»  nəğməsidir.  Kütləvi 
mahnı  janrına  məxsus  bu  nəğmənin  ifa  forması  onun 
mərasim  xalq  nəğmələri  və  mərasim  mahm-rəqs  nümu­
nələri  sırasında  olmasını  təsdiqləyir.  Adətən  ilin  axır 
çərşənbəsində  ifa  edilən bu  nəğmə  forma  strukturuna  görə 
xalq  nəğmələri  üçün  xarakterik  olan  kuplet  və  nəqərat,  iki


hissəli  formada  olsa  da  nəğmənin  mərasimdə  ifası  onun 
xarakterini  bir  qədər  dəyişmiş  və  ona  bir  növ  mərasim  ifa 
statusu  vermişdir.  Mərasimdə  bu  nəğmənin  ifası  zamanı 
subay  oğlan-qızların  bir  məhəlləyə  toplaşıb  nəğməni 
kütləvi  şəkildə  ifa  etməsi  «Can gülüm»  mərasim nəğməsini 
formaca iki  yox,  üç hissəli  formaya salmışdır.  Bu nəğmənin 
ifasında  bayatı  şeir  şəklində  olan  ayrı-ayrı  mətnin  ifasını 
baxıcı  qadının  əvvəl  kuplet,  sonra  nəqarət  formasında  ifası 
başa  çatdıqda  mərasimə  toplaşan  gənclərin  «Can  gülüm» 
sözlərini xor şəklində oxuması nəğmənin formaca üç hissəli 
olmasını  təmin  etmişdi.  Maraqlısı  budur  ki,  bu  nəğmənin 
melodik  strukturu  elə  xarakterik  formada  ifa  olunur  ki, 
onun  ifası  zamanı  kütləvi  rəqs  elementlərindən  istifadə 
etməklə  bu  nəğmənin  sədaları  altında  rəqs  etmək  də 
mümkündür.  Nəğmənin  metroritmik  formulunun  6/8-lik, 
tempinin  isə  «Moderate»,  yallı  rəqsinə  uyğun  olmasını 
xüsusi  nəzərə  alsaq,  bu  mərasim  nəğməsinin  kütləvi  yalh 
mahnı-rəqs qrupuna aid etmək olar. Bu xüsusda B.Hüseynli 
yazır  ki,  «Dəstə  ilə  ifa  olunan  rəqslər  xalq  xoreoqrafiya 
sənətində  geniş  yayılmışdır.  Bu  cür  rəqslər  iki  növ  olur: 
kişilərin dəstə ilə rəqsi,  qadınların dəstə ilə rəqsi.
Kütləvi  şəkildə  ifa  olunan  yallı  və  yallısayaq  rəqslər 
adətən  kişilərə,  eləcə  də  qadınlara,  bəzi hallarda  isə  kişi  ilə 
qadınlara  (birgə)  aid  rəqslərdir.  Bu  rəqslər  özləri  də 
müxtəlif növlərə bölünür»(48, s.69).
Verilən təhlil sübut edir ki, mərasim nəğmələrinin ifa 
məkanından,  kütləviliyindən  asılı  olaraq  onların  forma  və 
ifa  üslubu  mərasimin  xarakterik  cəhətlərini  özündə


qoruyub  saxlamaq ənənəsindən  irəli  gələn bir  sıra  cəhətləri 
ifanın  formasında  özünü  qabarıq  şəkildə  göstərir.  Musiqi- 
şünaslıqda  bu  sahədə  alimlərdən  V.B.Bobrovskinin  (111), 
L.A.Mazelin  (124),  V.A.Tsukkermanm(131),  Y.Bıçkovun 
(112,113) və başqalarının işlərini göstərmək olar.
Həqiqətən  də  musiqi  forması  ifa  olunan  nəğmənin 
məzmun,  lad-intonasiya,  ritm,  tembr  və  onun  seman- 
tikasmm,  melopoetik  xüsusiyyətlərinin  bir  sıra  spesifik 
cəhətlərini  vahid  məkanda  birləşdirir.  Musiqi  formasını 
formalaşdıran  və  onu  ərsəyə  gətirən  spesifik  məqamlardan 
biri  də  ifa  üslubunun  hansı  formalarda  həyata  keçirilməsi 
ilə bağlıdır.
Mərasimlərdə  ifa  olunan  nəğmələrin  ifa  forması,  ilk 
növbədə  musiqi  üslubunun  hansı  spesifik  xüsusiyyətlərə 
əsaslandığını büruzə çıxarır.
Naxçıvan  bölgəsinin  musiqi  folklorunun  elmi-nəzəri 
təhlilində  ikinci  istiqamət  musiqi  üslubunun,  ifa  tərzinin, 
xüsusiyyətlərinin  öyrənilməsidir.  Musiqi  üslubunun  hansı 
şəkildə həyata keçirilməsi  ilkin  olaraq nota salınmış  musiqi 
folkloru örnəklərinin not yazısından aydm şəkildə  görünür. 
Ayrı-ayrı  folklor  bölgələrinin,  mühitlərinin  ifa  məktəbi, 
spesifik  melodik  dil  xüsusiyyətləri  və  folklorun  icrasında 
istifadə  etdiyi  milli  musiqi  alətləri  mövcud  olmuşdur.  Hər 
bir mühitə,  ifa məktəbinə  xas  ifa  üslubları,  bədii  ifa forma­
ları,  vokal ifada boğaz səsləri,  zəngulə  və başqa fiarituralar, 
instrumental  ifada  isə  ənənədən  irəli  gələn  ifa  tərzləri 
vardır.  Məsələn,  Naxçıvan  bölgəsinin  folklor  mühiti  üçün 
xarakterik  olan  toy,  Novruz  bayramı  ərəfəsində  ifa  edilən


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə