Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə6/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   2   3   4   5   6   7   8   9   ...   49

folklor  nəğmələri,  kütləvi  mahnı-rəqslər,  yallıların  müxtəlif 
ifa  formaları  başqa  regionun  ifa  tərzləri  ilə  müəyyən 
dərəcədə fərqlidir. Bu fərqlər də mətnin,  dialektin və qədim 
ənənədən  irəli  gələn  ifa  üslublarının;  məsələn  tulum  alə­
tinin  ifa  üslubundakı  fərqdən  irəli  gələn  spesifik  cəhət­
lərdən  asılıdır.  İfa  üslublarının  və  ifa  texnikasının  (ənənəvi 
ifa  tərzi), 
birgə  tərənnümündən  və  ya  təcəssümündən 
musiqi  janrından  asılı  olmayaraq  yerli  koloritə  məxsus 
səslənmə,  ifa  üslubu  yaranır.  Ənənəvi  musiqi  folklor 
nümunələrində  bu  daha  çox  özünü  göstərir.  Çünki 
ənənədən  irəli  gələn  ifa  məziyyətləri  həmin  regionun  ifa 
üslubunu  formalaşdırdığı  üçün  yerli  əhalinin  düşüncə, 
təfəkkür  tərzinə  çevrilmiş  olur  və  bu  ifa  bütün  xalq kütləsi 
tərəfindən  doğma  musiqi  kimi  qəbul  olunur.  Bir  sıra 
hallarda musiqi ifaçıları müasir mahnıların ifasında da yerli 
mühitin  ifa  üslubuna  xas  boğazları,  ifa  məziyyətlərini, 
dialektikadan  irəli  gələn ifadə  formalarını  işlətmələri  də bu 
proses ilə bağlıdır.
Regionun  musiqi  folklorunun  üslub  tərzinin  araş­
dırılmasında  folklor  örnəklərinin  ifalarında  mövcud  olan 
müxtəlif ifaçılıq interpretasiyalarını da xüsusi olaraq nəzərə 
almaq  lazımdır.  Folklor  mühitinin  ifa  üslubu,  stilistik  ifa 
formaları  ümumi  planda  saxlanılsa  da  ayrı-ayrı  ifalarda 
mövcud  olan  fərdilik,  interpretasiyalar  özünü  göstərir. 
Əlbəttə,  folklor  nümunələrinin  ifasında,  ilk  növbədə  iki  ifa 
tərzi  özünü  göstərir.  Kənd  yerlərində  mərasimlərdə  ifa 
edilən  folklor  örnəkləri  bir  sıra  hallarda  qeyri-peşəkar 
ifaçılar  tərəfindən ifa olunur.  Belə halda  ifada  mövcud  olan


stilistik  ifa  tərzlərini,  fərdi  yaradıcılığa  xas  ifa  üslublarım, 
şərhləri  axtarmaq  əbəsdir.  Məsələnin  düzgün  həlli  yalnız 
peşəkar  ifaçılıq  sənətini  yaşadan  ifaçıların  sənətindən 
asılıdır. Yəni  istər folklor  örnəyinin,  istərsə  də hər  hansı bir 
peşəkar  səpkidə  yazılmış  musiqi  əsərinin  ifasında  peşəkar 
ifaçı  öz  dəstxəttini,  yeni  ifa  formasını  nümayiş  etdirə  bilir 
və  bununla  da  əsərə  öz  yaradıcı  münasibətini  bildirmiş 
olur.  Belə  ifalarda  yeni  interpretasiyalar  özünü  göstərir, 
ifaçılıq  sənətində  ənənəvi  mərasim  nəğmələrinin  və  ya  sırf 
qədim  folklor  musiqi  materialmın  (sayaçı,  şum  nəğmələri, 
kütləvi  mərasim  nəğmələri)  ifasında  yüksək  peşəkarlıq 
nümayiş etdirmək  lüzumu  olmadığı üçün,  regionun ifaçılıq 
üslubu  demək  olar  ki,  dəyişməz  olaraq  qalır.  Bu  cür  ifa 
forması  nəsildən-nəslə  ötürülür  və  sonda  həmin  ənənənin, 
mühitin  ifaçılıq məktəbinin  əsas  istiqamətlərini,  spesifik  ifa 
cəhətlərini formalaşdırmış olur. Deməli,  xalq yaradıcılığının 
yerli  ənənəsində  ifa  üslubunun  və  ifa  mədəniyyətinin 
formalaşdırdığı  xarakterik  cəhətlər  musiqi  folklorunun 
yerli ənənəyə məxsus özəlliklərini formalaşdırır.
Musiqi  folklorunun  yerli  ənənədəki  ifaçılıq  mədə­
niyyətində  həmişə  fərdi  ifaçıların  yetişməsi  üçün  münbit 
şərait olmuşdur.  Belə  yaradıcı  mühit üçün  ayrı-ayrı ifaçının 
fərdi  ifa  üslublarının  xüsusi  əhəmiyyəti  olmuşdur.  Buna 
görə də eyni bir bölgədə müxtəlif folklor mühitlərinin,  fərdi 
ifaçılıq  məktəblərinin  formalaşması  prosesi,  yaranması 
həmişə  labüd  olmuşdur.  Eyni  bir  regionun  folklor örnəklə­
rinin  ifa  üslublarına  diqqət  yetirsək  onlarm  ümumi  üslub 
tərzi  ilə  yanaşı  ayrı-ayrı  ifa 
mədəniyyətləri  nümayiş


etdirmələrinin  də  şahidi  olarıq.  Naxçıvanın  Şərur,  Culfa, 
Ordubad,  Şahbuz  rayonlarında  musiqi  folkloru  nümunə­
lərinin  mətn  və  musiqi  materiallarının  müxtəlif  interpreta­
siyalarına  rast  gəlmək  olar.  Şərur  yallılarının,  Culfa  və 
Ordubad  mərasim  nəğmələrinin  və  ya  tulum  ifaçılıq  mə­
dəniyyətini,  Şahbuz  və  Naxçıvan  rayonlarının  aşıq  yara­
dıcılığının  bir  çox  spesifik  cəhətləri  regional  folklorun 
özəlliklərini təşkil edir.
Naxçıvanın  folklor  musiqisinin  öyrənilməsində  bir 
neçə  il  Ordubad,  Şahbuz,  Culfa,  Şərur,  Babək  və  başqa 
rayonlarda mövcud olan folklor söyləyicilərindən,  Həsənov 
Yaqub  Əbil  oğlu  (1905-ci  ildə  Şərur  rayonunun  Sədərək 
kəndində  anadan olmuş və 2007-ci ildə Naxçıvan şəhərində 
dünyasını  dəyişmişdir),  Quliyeva  Səkinə  Əli  qızı  (1934-cü 
ildə  Şərur  rayonunun  Şahtaxtı  kəndində  anadan  olmuş, 
2006-cı  ildə  Naxçıvan  şəhərində  vəfat  etmişdir),  Babayeva 
Səmayə  Əli  qızı  (1949-cu  il,  Naxçıvan  rayonunun  Böyük- 
düz  kəndində  anadan  olmuşdur),  tulum,  zurna  ifaçısı 
ordubadlı  Əli  dayı,  Naxçıvan  aşıqlarından  şahbuzlu  Aşıq 
Məcnun,  Aşıq Cəbrayıl və  digər musiqi  ifaçıları ilə  görüşlər 
keçirilmiş,  onlardan  eşidilən  folklor  materialları  lentə 
yazılmış, nota salınmış və tədqiqata cəlb olunmuşdur.
Musiqi janrları  arasında  Naxçıvanın aşıq musiqisi  də 
xüsusi  əhəmiyyət  kəsb  edir.  Müasir  dövrdə  musiqi  mədə­
niyyətinin  inkişafında  bu  janrdan  kifayət  qədər  istifadə 
olunmasa  da  onun  izləri  bölgənin  musiqi  folklorunda 
özünə  dərin  kök  salmışdır.  Aşıq  Cəbrayılın  söyləməsinə 
görə  Şərurda  Aşıq  Həmid  ilk  dəfə  olaraq  aşıq  məktəbini


yaratmış,  onun  davamçısı  Aşıq  Şəhriyar  isə  sonralar  bu
ənənəni  davam  etdirmişdir. Naxçıvanın qədim aşıqlarından
Aşıq  Süleyman  (XVIII  əsr),  Ordubadlı  Kərim  (XVIII  əsr),
Kosacanlı  Ağ  Aşıq  Allahverdi  (XVIII  əsrin  sonu,  XIX  əsrin
əvvəlləri),  XIX  əsrdə  Sədərəkdə  yaşamış  Aşıq  Əli  Xan-
xanımoğlu,  Şərurda  Gülalı  Məmməd,  Vayxırlı  Məmməd-
cəfər,  Naxçıvanın  Zeynəddin  kəndində  Dədəkişi  Hüseyn
oğlu  Əliyev,  Ordubad  rayonundan  Aşıq  Abbas  Dəhri  və  s.
bölgənin  ustad  aşıqlarmdan  olmuşlar.  Naxçıvanlı  Aşıq
Süleyman,  aşıq  Cəbrayıldan  topladığımız  məlumata  görə
XX  əsrdən  etibarən  Şərurda  Aşıq  Həmid,  Aşıq  Şəhriyar,
Aşıq  Məmmədyar  (Kəngərli),  Aşıq  Heyran  (el  şairəsi),
Şıxmahmud 
kəndində 
Çobankərəli 
Cəfər, 
Şahbuz
rayonunun  Aşağı  Qışlaq  kəndində  Sərraf  Qasım,  Sədərəkli
Aşıq  Yusif,  Babək  rayonunun  Şıxmahmud  kəndində  Aşıq
Fətullah,  Aşıq  Yusif  (Sədərəkli),  Aşıq  Qulu  (Şıxmahmud
kəndindən),  Aşıq  Sudeyib(Cəhridən),  Aşıq  Əzim,  Aşıq
Hüseyn  Abbasəli,  Aşıq  Əbülfəz  (Şahtaxtılı),  Aşıq  Hidayət
(Biçənək  kəndindən),  Aşıq  Fərrux  (Kükü  kəndindən),
Yamin  Sail  (onun  adı  bəzi  mənbələrdə  (10,  s.14)  Yaman 
• 

ismayıl,  bəzisində  (78,  s.52)  Yamin  ismayıl,  bəzisində  isə 
(11,  s.451)  Yamin  Sail  kimi  yazılmışdır),  Şərur  rayonunda 
Aşıq  Nabat,  müasirlərimiz  olmuş  Abbas  Seyidov,  Bayram 
Bayramlı,  Aşıq  Bəhlul  Əmirxan  oğlu  Niftalıyev  Naxçıvan 
aşıq  mühitinin  formalaşmasında  xüsusi  əməkləri  olmuş 
sənətkarlar idilər.
Bölgənin ayrı-ayrı şəhər və kəndlərinin adları klassik 
aşıq  musiqi  havalarında  özünə  yer  salması  bu  ərazilərin


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə