Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə7/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   2   3   4   5   6   7   8   9   10   ...   49

musiqi  folklorunda  aşıq  musiqi  yaradıcılığının  mühüm 
əhəmiyyət  kəsb  etməsini  göstərir.  «Naxçıvani»,  «Ağır 
Şərili»  (30,  s.62)  havalarının  aşıq  musiqisində  labüd  olması 
deyilən  fikri  bir  daha  təsdiq  edir.  Naxçıvan  aşıq  mühitində 
Göyçədə  olduğu  kimi,  özünəməxsus  aşıq  məktəbi  olmasa 
da  bölgənin  aşıqları  dövrünün  tanınmış  sənətkarları  idi. 
Aşıq  havalarının  əksəriyyəti  meroritmik  xüsusiyyətlərinə 
görə  zəngin  ritmoformulları  özündə  ehtiva  etmişdir.  Başqa 
bölgələrdə  olduğu  kimi  burada  da  aşıq  şeir  şəkillərinin 
hamısından aşıq yaradıcılığında  geniş  istifadə  olunmuşdur. 
Naxçıvan  aşıqları  bölgədə  janr  xüsusiyyətlərinə  görə  bir- 
birindən  fərqlənən  çoxsaylı  dastanların  yayılmasında 
böyük  xidmətlər  göstərmişlər.  Yaddaşdan-yaddaşa  ötürü­
lərək  tarix  boyu  yaşadılan  rəngarəng  dastanların  böyük 
əksəriyyəti  bu  bölgənin  folklorunun  bəzəyinə  çevrilmişdir. 
Ən  çox  yayılmış  dastanlardan  «Qurbani»,  «Aslan  şah», 
«İbrahim-Hürnisə»,  «Şah  İsmayıl-  Gülzar»,  «Abbas-Gül- 
gəz»,  «Hüseyn-Reyhan»  və  başqaları  bir  neçə  gecəlik  təşkil 
olunmuş dastan məclislərində çalınıb oxunmuşdur.
Folklorşünas-alim  Y.Səfərov  özünün  «Naxçıvan  aşıq 
ədəbi  mühiti»  adlı  monoqrafiyasında  Naxçıvan  bölgəsinin 
aşıq  mühitini  şərti  olaraq  üç  qrupa  bölmüşdür:  Naxçıvan- 
Şahbuz  aşıq  mühiti,  Şərur-Kəngərli  aşıq  mühiti,  Ordubad- 
Culfa aşıq mühiti  (78, s.9).
Naxçıvan,  ərazisinə  görə  Şərqdə  ən  böyük  və  nü- 
fuzlu aşıq məktəblərindən sayılan Göyçə,  İrəvan,  Dərələyəz 
və  s.  aşıq  məktəblərinə  yaxın  olduğu  üçün  bu  məktəblərin 
ifa  üslubu,  zəngin  dastan,  qaravəlli,  nağıl  söyləmə  ənənəsi


regionun  aşıq  yaradıcılığına  da  öz  təsirini  göstərmişdir. 
Aşıq  musiqi  tədqiqatçısı  Ə.Eldarova  aşıq  havalarının 
repertuarından  yazarkən  qeyd  edir  ki,  «folklorçu  Əhliman 
Axundovun  Tovuzda,  Şamxorda  və  Naxçıvanda  topladığı 
materiallar  içərisində  118  hava  adma  rast  gəlirik.  Belə 
güman  etmək  olar  ki,  bu  rəqəm  eyni  bir  havanın  başqa- 
başqa  zonalarda  müxtəlif  şəkildə  adlanmasından  irəli 
gəlmişdir»  (31,  s.64).  Aşıq  sənəti  sinkretik  sənət  nümunəsi 
kimi  bir  neçə  ədəbi  və  musiqi  janrlarını  əhatə  edir.  Bu 
mənada  onun  geniş  əhatəliliyi,  nüfuzu,  aşıq  sənətinin  milli 
mədəniyyətin  inkişafında  rolunu  çox  böyüdür.  Aşıq  sənəti 
milli  mədəni  prosesin  formalaşmasında,  bir  çox  janrları 
özündə ehtiva etmiş  və  bununla  da ümummədəni  inkişafın 
tərəqqisinə  geniş  imkanlar  açmışdır.  Bu  janrlara  diqqət 
yetirək:
Aşıq yaradıcılığı ədəbi prosesin inkişafında çox dərin 
və  əhəmiyyətli  iz  qoymuş  və  bununla  da  onun  inkişaf  as­
pektlərinin  müəyyənləşdirilməsində  həlledici  rol  oyna­
mışdır.  Bu  sahədə  xüsusi  tədqiqat  aparmış  folklorşünas 
alimlərimizdən  M.H.Təhmasib 
(84), 
Ə.Axundov  (8), 
İ.Abbaslı  (1,2),  H.İsmayılov  (54),  M.  Allahmanlı  (16,17), 
İ.Babayev  və  P.Əfəndiyev  (21),  R.Əfəndiyev  (33,34), 
O.Əfəndiyev  (32),  M.Həkimov  (44,45,46,)  aşıq  sənəti  və 
yaradıcılığında mövcud olan şeir şəkilləri, janrları haqqında 
geniş bilgi vermişlər.
Aşıq yaradıcılığının musiqi qolu,  sənəti,  onun forma 
və  janrları  haqqında  musiqişünaslardan  Ü.Hacıbəyov, 
Bülbül,  M.S.İsmayılov, 
Ə. Eldarova, 
R .Z ö h ra b o v , 
R.


Məmmədova,  R.Imrani,  T.  Məmmədov  və  başqa  alimlər 
geniş  məlumatlar  verərək  bu  sənətin  milli  musiqi 
mədəniyyətinin  yaranışından  bəri  oynadığı  çox  mühüm 
rolu,  əvəzsiz  xidməti  öz  tədqiqatlarında  xüsusi  olaraq 
işıqlandırmışlar.  Bu  xüsusda  Ü.Hacıbəyov  yazır  ki,  «bu 
sənət  xalqa,  kütlələrə  daha  yaxındır,  xalqın  həyəcan  və 
arzularım  xalq  musiqisinin  başqa  növlərinə  nisbətən  daha 
parlaq  əks  etdirir.  Sazəndədən  fərqli  olaraq,  aşıq  ictimai 
mövqeyinə  görə  kəndliyə,  zəhmətkeş  xalqa  yaxındır»  (42, 
s.253).  Bu  fikri  davam  etdirən  və  onu  bir  qədər  də 
dərinləşdirən 
görkəmli 
xanəndə 
Bülbül 
yazır 
ki, 
«Azərbaycan oxuma üslubunun əsil ustaları və yaradıcıları 
aşıqlar olmuşlar; onlar xalq yaradıcılığının təbliğatçıları və 
ifadəçiləridirlər.  Xanəndələr  isə  öz  ifaçılıqlarmın  əsil  xəlqi 
xüsusiyyətini yalnız aşıqların təsiri altında mənimsəmişlər. 
Aşıqlar  Azərbaycan  xalqının  ən  qədim  ifaçıları  olub  onun 
idealları və arzuları ilə yaşamışlar» (27, s.149).
Aşıq  yaradıcılığının  janrları  haqqında  Ə.Eldarova 
yazır  ki,  «çox  cəhətli  xalq  yaradıcılığının  qüvvətli  qol­
larından  biri  olan  aşıq  musiqili-ədəbi  janrı  əsrlər  boyu 
yeniləşmək,  zənginləşmək  və  billurlaşmaq  ilə  yanaşı,  bir 
sıra  əsaslı  dəyişikliklərə  də  uğramışdır.  Bununla  birlikdə 
zəmanəmizə  qədər  gəlib  çatan  rəngarəng  janrların  bir  sıra 
sabit  keyfiyyətlərə  malik  olduğunu  əyani  şəkildə  görürük. 
Bütün  bunlar  aşıq  sənətini  sözün  əsl  mənasında  xalq 
tərəfindən  sevilən  və  həmişə  yaşama  xüsusiyyətinə  malik 
olan  bir  janr  kimi,  bir  ədəbi  irs  kimi  nəzərdən  keçirməyə 
imkan  verir...Məlum  olduğu  kimi,  aşıq  ədəbiyyatının


janrları  içərisində  sənətkarın  ifadə  etmək  istədiyi  ideya 
məzmundan  və  seçdiyi  mövzudan  asılı  olaraq  həm  iri 
formalara-dastanlara, həm  də kiçik poetik formalara-bayatı, 
gəraylı,  qoşma,  divani,  (31,  s.44).təcnis,  müxəmməsə  və  s. 
təsadüf edilir»
Qeyd  edilən  ədəbi-musiqi  forma  və  janrlar  bölgənin 
mədəni  inkişafında  çox  böyük  iz  və  təsirlər  qoymuşdur. 
Deyilən  fikirlərə  əlavə  olaraq  qeyd  edək ki,  aşıq və  muğam 
ifaçılığmda mövcud  olmuş  «təsnif»,  «pişro» janrlarından da 
Naxçıvanın  musiqi  folklorunda  musiqi  sənətkarları  geniş 
istifadə  etmişlər.  Bu  haqda  məlumat  verən  folklorşünas 
M.Həkimov  yazır  ki,  «Aşıq  ədəbiyyatında  «Təsnif»  adı  ilə 
işlək  məqamı  geniş  olan  lirik  forma  Ağ  Aşıq,  Aşıq  Alı, 
Hüseyn  Şəmkirli,  Molla  Cümə,  Aşıq  Bəsti,  şair  Vəli  kimi 
görkəmli  saz-söz ustadlarımızın yaradıcılığında  aparıcı  şeir 
şəkillərindəndir»  (46, s.4). Qeyd edilən «təsnif»lərə mərasim 
ənənələrində,  toy  düyünlərdə  bu  gün  də  rast  gəlinir.  Belə 
«təsnif»ə misal olaraq aşağıdakı beytləri göstərə bilərik:
Xalçada tirmə, 
Tozunu silmə 
Xonçada dürmə 
\ 
Gəlir qızımçün.
Xonça qabağı, 
Gümüş belbağı 
Qızıl qolbağı, 
Gəlir qızımçün * 2.
L Qeyd: Dürmə - boxça mənasındadır.
2- Qeyd: Bu beytləri, adlarını qeyd etdiklərimizi folklor söyləyicilərindən 
toplanmışdır.
N


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə