Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə8/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   4   5   6   7   8   9   10   11   ...   49

Toy-düyünlərdə öyüd,  nəsihət şəklində oxunan «təsnif»lərə 
misal  olaraq Aşıq Alının  «Yamandır»  rədifli  təsnifindən  bir 
neçə beytə diqqət yetirək:
Bəhrə cəfasız,
Ovlad naqisi,
Həyat səfasız.
Zənənin pisi,
Həmdəm
Namərd kölgəsi,
vəfasız,
Yamandır,
Yamandır, yaman.
yaman.
Xəsisin varı,
Alı piranə,
İgidin xarı,
Qəlbi viranə,
İfritə qarı,
Fəhm dövranə,
Y amandır,
Yamandır,  yaman  (46,
yaman.
s.5).
Toy-düyünlərdə
#
Ağ  Aşığın  (Aşıq  Allahverdi)nin
Süsənbərim» rədifli təsnifinə də rast gəlirik:
Yaşıl başlı,
Telli sazım,
Çatma qaşlı,
Xoş avazım,
Şux baxışlı,
Bahar yazım,
Yaraşıqlı,
Şən avazım,
Süsənbərim.
Süsənbərim.
Sən halalsan,
Aşıq Ağdı,
Bir cəlalsan,
Toy təlağdı,
Mənə yarsan,
Xoş sorağdı,


Bizə varsan 
Süsənbərim.
Gözəl çağdı, 
Süsənbərim 
(46, s.6).
Naxçıvan 
aşıq 
mühitinin 
ifa 
formaları, 
aşıq 
havalarının  musiqi  dil  xüsusiyyətləri  İğdır  bölgəsinin  aşıq 
yaradıcılığına  da böyük  təsir  göstərmişdir.  Hər  iki bölgənin 
aşıq yaradıcılığına xas musiqi  havalarının müqayisəli təhlili 
sübut  edir  ki,  meloclik  dil  xüsusiyyətlərinə,  metroritmik, 
lad-intonasiya  quruluşlarına  və  ifa  formasına  görə  Iqdırda 
yayılmış  aşıq  musiqi  havacatları  Naxçıvan  aşıq  ənənə­
sindən  irəli  gəlir.  Bölgədə  oxunan  aşıq  havalarının  mətn 
quruluşu ümumaşıq  poetik formaları,  məzmunu  ilə  eynilik 
təşkil  edir  və  bu  ifa  xüsusiyyəti  iğdır,  Ərzurum  və  Qars 
bölgələrində də saxlanılmışdır.  «Aşıq mahnılarının mətnləri 
spesifik  şeir  vəznində,  heca  vəznində  yaranır.  Aşıq 
yaradıcılığında  əruz  vəzninə nadir hallarda  təsadüf olunur. 
Bütün  şeir  formaları  strofik  quruluşa  malikdir.  Bəndlər 
onlardakı  misraların  sayma,  misralardakı  hecaların  sayına, 
habelə  qafiyələnməyə  və  mövzu-məzmuna  görə  təsnif 
olunurlar.
Aşıq  poeziyasında  dörd,  beş  və  altı  misralı bəndlərə 
çox  təsadüf  edilir.  Hər  misradakı  hecaların  sayma  görə 
yeddihecalı,  səkkizhecalı,  on  bir  hecalı  bəndlər  aşıq 
poeziyasında  daha  geniş  yayılmışdır»  (31,  s.45-46).  Deyilən 
fikir  bir  daha  təsdiq  edir  ki,  Naxçıvan  bölgəsində  aşıq 
yaradıcılığına  aid  çoxsaylı  musiqi  materialları  ətraf  ölkə­
lərin aşıq yaradıcılığına da öz təsirini göstərmişdir.


Aşıq  yaradıcılığı  janrlarına  aid  bütün  janrlar 
Naxçıvanın musiqi folklorunda da özünü göstərir.  Bölgədə 
yaşayıb-yaratmış  aşıq  sənətkarları  öz  zəngin,  rəngarəng 
yaradıcılıqlarında  mövcud  aşıq  janrlarının  hamısmdan 
kifayət 
qədər 
yararlanmışlar. 
Aşıq 
yaradıcılığında 
dastanların  daha  çox  yayılmış  üç  janrı;  qəhrəmanlıq, 
romantik-məhəbbət  və  ailə-məişət  dastanları  (125,  s.62.) 
aşıqların  repertuarında  özünə  geniş  yer  almışdır.  Azər­
baycan  aşıq  dastanlarından  «Aşıq  Qərib»in,  «Koroğlu» 
nun,  eyni  zamanda  «Koroğlu»  havalarının,  yallı  rəqslə­
rinin,  yallıbaşı  mahnı-rəqslərinin  Türkiyədə  yayılmasında 
qeyd  etdiyimiz  kimi  Naxçıvan  folklor  mühiti  sənət­
karlarının  böyük  rolu  olmuşdur  (92,  s.40.).  Aşıq  musiqi 
janrlarının  ətraf  mühitə  yayılması  Azərbaycan  aşıq  mək­
təblərinin  çoxəsrlik  ənənəsinin  təbliği  deməkdir.  Naxçı­
vanın  folklor  mühitində  aşıqların  fəaliyyətinə  qiyməti 
folklorçu  alim  S.Pirsultanlınm  sözləri  ilə  vermək  istərdik. 
Bu  xüsusda  o  yazır  ki,  «aşıq  yaradıcılığı  Azərbaycan 
xalqının  ictimai  və  bədii-estetik  fikir  tarixində,  mədə­
niyyətinin  inkişafında  əhəmiyyətli  rol  oynamışdır.  Aşıq 
təkcə  öz yaratdığı  saz-söz və  dastan sərvətinin  sahibi kimi 
məhdudlaşmamış,  eyni  zamanda  yüzillər  boyu  bütöv­
lükdə  Azərbaycan  folklorunun  əsas  hissəsinin  daşıyıcısı, 
yaşadıcısı  və  yayıcısı  kimi  şərəfli  bir  vəzifəni  də  yerinə 
yetirmişdir» (75, s.100).
Naxçıvanın  folklorunda  musiqi  janrlarının  hansı 
formada,  üslubda  özünü  göstərməsinə  elmi  faktların  dili 
ilə nəzər yetirdik.  Dəlillər bir daha  təsdiq etdi  ki, bölgənin


folklor mühitində keçirilmiş  və müasir dövrdə də  keçirilən 
mərasimlərdə  musiqi  folkloru  nümunələrindən  geniş 
istifadə  olunmuşdur.  Naxçıvanın  adət-ənənəsindən  irəli 
gələn  spesifik  xüsusiyyətlər  ayinlərdə  oynanılan  musiqi 
folkloru  örnəklərinin  forma,  üslub,  janr  xüsusiyyətlərinə 
öz  təsirini  göstərmişdir.  Məhz  buna  görə  də  regionun 
folklor  mühitində  Naxçıvanın  folklor  ənənəsini  forma­
laşdıran,  ona  fərdi  xüsusiyyətləri  gətirən  bir  sıra  musiqi 
folkloru  örnəkləri  yaranmışdır.  Belə  örnəklər  arasında 
yallı,  yallıbaşı  mahnı-rəqsləri,  bir  sıra  mövsüm-mərasim 
nəğmələri,  «Naxçıvani»,  «Ağır  Şərili»  aşıq  havaları  və  s. 
buna misal ola bilər.
Naxçıvanın  musiqi  folklorunun  üslub  xüsusiy­
yətlərinin  öyrənilməsi  sübut  edir  ki,  regionun  ayrı-ayrı 
folklor  mühitləri  bu  və  ya  digər  ifa  üslublarına,  bədii 
ifadəliliyə,  istifadə  edilən  mahnı  və  rəqslərin  metroritmik 
və  forma  xüsusiyyətlərinə  malikdirlər.  Məsələn:  qe}/d 
etdiyimiz  kimi  Ordubad  bölgəsində  tulumda  ifa  edilən 
milli  rəqs  havaları  özünün  metroritmik  və  iki səsli  formada 
ifasına  görə  başqa  ərazilərin  folklor  musiqisindən  fərqlənir 
və  ya  kütləvi  yallı  rəqslərinin  həm  oxuyub,  həm  də 
oynanılmasını  rəqs  edən  insanlar  icra  edir.  Onu  da  xüsusi 
olaraq  qeyd  etmək  istərdik  ki,  Naxçıvanda  ifa  edilən  xalq 
rəqsləri  hansı  mərasimdə  ifa  olunmasından  asılı olmayaraq 
üç  növdə  ifa  olunmuşdur:  vokal,  vokal-instrumental  və 
instrumental.
Vokal  ifanın  müşayiəti  ilə  ifa  edilən  xalq  rəqs 
nümunələri  ən  qədim  dövrlərə  aid  olub  dövrümüzə  qədər


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə