Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə9/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   5   6   7   8   9   10   11   12   ...   49

gəlib  çıxmış  rəqslərdir.  Naxçıvan  bölgəsində  elə  yallılar  var 
ki,  onlar  bu  gün  də  vokal  ifanın  müşayiəti  ilə  ifa  olunur. 
Yəni rəqs edənlər həm oxuyur,  həm də yallı  gedirlər. Ucqar 
kənd  yerlərində  mərasimlərin  keçirilməsində,  xüsusən  də 
toy-düyünlərdə,  kütləvi  rəqslərin  ifalarında  əl  çalmaqla 
ritm  saxlamaq  və  oxumaq  ilə  rəqsin  melodiyasının  səslən­
dirilməsi bu gün də ənənə olaraq yaşadılır.
Vokal-instrumental  rəqslər  isə  musiqi  alətlərinin 
meydana  çıxması  və  ondan  sonrakı  dövrlərin  inkişaf  mər­
hələsi  ilə  bağlı  olan  rəqslərdir  ki,  onlara  da  Naxçıvan 
bölgəsinin  musiqi  folklorunda  rast  gəlmək  olur.  Bu  tip 
rəqslər əsasən mövsüm  və məişət mərasimlərində  daha  çox 
ifa  olunur.  Toy  mərasimlərində  «Haxıştalar»m,  «Gülümey- 
lər»in  oxunmasında bu  gün  də  kütləvi  xor  şəklində  oxuma 
üslubu  saxlanılmışdır.  «Haxıştalar»m  və  «Gülümeylər»in 
iki  qarşı-qarşıya  durmuş  əsasən  gənc  qızlardan  ibarət  olan 
dəstənin oxuması unison və xor şəklində həyata keçirilərdi. 
Azərbaycan  musiqi  folklorunda  çoxsəslilik  məsələlərini 
şərh  edən  musiqişünas  N.Əliyeva  bu  xüsusda  yazır  ki, 
«Azərbaycan  xalq  musiqisinin  demək  olar  ki,  bütün  janr­
larında-mahnılarda,  rəqslərdə,  aşıq  havalarmda,  muğam 
improvizasiyalarında  «gizli»  çoxsəslilik  hadisəsini  izləmək 
olar.  Azərbaycan  xalq  mahnılarının  melodikasmın  təhlili 
belə  bir nəticəyə  gəlməyə  əsas  verir  ki,  onlarm polimelodik 
potensialı  çox  zaman  Azərbaycan  xalq  musiqisinin 
intonasiya  məzmununda,  deməli,  həmçinin  formayaradıcı 
prosesdə də gizlənir»(105, s.54).
Naxçıvan 
elmi 
mərkəzinin 
əməkdaşı 
Cabbar


Cəlilovun  topladığı  «Haxışta»  və  «Gülümeylər»in  melo- 
poetik semantikasımn  təhlili  göstərir ki,  musiqi folklorunun 
bu  janrları  özünün  melodik  dil  xüsusiyyətlərinə,  janr 
səciyyəsinə  görə  bölgənin  unikal  folklor  nümunələrindən 
biridir.  Onların  melodik  və  ritmik  komponentlərində  həm 
kantilenli  ifa  üslubu,  həm  də  dəqiq  metroritmik  ölçülərin 
olması bu janrların  xalq həyatında,  onun  məişətində  xüsusi 
yer tutduğunu bir daha təsdiqləyir.
İnstrumental  rəqslər  isə  əsasən  məişət  mərasim­
lərində,  toy-düyünlərdə  daha  çox  istifadə  olunur.  Kənd 
folklor  mühitində  əsasən  zurna,  balaban  və  tulumun 
müşayiəti  ilə  ifa  olunan  rəqslər  daha  çox  üstünlük  təşkil 
edirsə,  şəhər  mühitində  rəqsləri  ayrı-ayrı  xalq  çalğı  alətləri 
müşayiət  edir.  Rəqslərin  xarakterindən  asılı  olaraq  ifada 
milli musiqi  alətlərindən;  tardan,  kamançadan, balabandan, 
nağara,  qoşa  nağaradan,  qaraney  (klarnet),  zurna  və  s. 
alətlərdən geniş istifadə olunur.
Naxçıvan  musiqi 
folklorunun 
araşdırılmasında 
üçüncü  istiqamət  kimi  musiqi  folkloru  iştirakçılarının  ifa 
mədəniyyətində  fərdi  ifaçılıq  keyfiyyətlərin  üzə  çıxarılması 
probleminin öyrənilməsidir.
ifaçılıq  sənəti  ifa  mədəniyyətini  formalaşdıran,  onun 
inkişaf  aspektlərini  müəyyənləşdirən  əsas  sənət  peşəsidir. 
Musiqi  mədəniyyətinin,  həmçinin  musiqi  folklorunun 
inkişafı  bilavasitə  ifaçı  sənətinin  qüdrətindən,  onun  inkişaf 
səviyyəsindən asılıdır.  Yuxarıdakı bəhsdə qeyd etmişdik ki, 
kənd  folklorunda  ayn-ayrı  mühitlərdə,  xüsusən  də  aşıq 
sənəti  ilə  bağlı  ifaçılıq  məktəblərinin  formalaşması  prosesi


müşahidə  olunmaqdadır.  İfaçılıq  sənətinin  spesifik  xüsu­
siyyətlərindən  biri  kimi  ayrı-ayrı  folklor  mühitlərindən 
toplanılmış  musiqi  folkloru  örnəklərinin  bir-birindən 
ifaçılıq  texnikasına,  ifa üslub  tərzlərinə,  ifada  işlədilən yerli 
ənənəyə  xas  boğaz  səslərinin,  ştrix  və  lal  barmaqların 
fərqliliyini  göstərə bilərik. Qeyd edək ki, Culfa, Ordubad və 
onun  kəndlərinin  daxil  olduğu  folklor  mühitində  ifaçılıq 
mədəniyyətinin  üslub  tərzinin  bir  qədər  cənubi  Azər­
baycanın  ifaçılıq  mədəniyyətinə  xas  spesifik  cəhətlərlə 
yaxınlıq əlaqələri  varsa,  Şərur,  Sədərək  rayonlarının  folklor 
mühitindəki  ifaçılıq  sənətində  Qərbi  Azərbaycan  və  İğdır 
musiqi  folkloru  ifa  üslublarına  məxsus  ifa  cəhətlərini 
izləmək olar.  Bu  da  təbii bir prosesdir.  Çünki  adları  çəkilən 
folklor  mühitləri  öz  ifa  mədəniyyətinə  görə  vaxtilə  bir 
mədəniyyətdən  bəhrələnmişlər.  Sonradan  müəyyən  tarixi 
kəsimdə bu fərqlər  sosial-iqtisadi,  siyasi  şəraitə görə azalsa 
da,  etnopsixoloji,  el  adət  və  ənənələrinin,  mədəniyyətin 
vahidliyi  prinsipi  bu  folklor  mühitlərinin  ortaq  tərəflərini 
yenə  də  bir  meyarda  birləşdirdi.  Bu  mənada  Şərur  və 
Sədərək  folklor  mühitinə  xas  musiqi  örnəklərinin  ifa  xüsu­
siyyətləri Culfa və Ordubad folklor mühiti nümunələrindən 
qismən  də  olsa  fərqlənir.  Bu  fərqlər  melodik  dil  xüsusiy­
yətlərində,  metroritmik  komponentlərdə,  ifa  üslubunda 
özünü  göstərir.  Məişət  mərasim  nəğmələrində,  toy  ənənə­
lərində,  Novruz  bayramı  şənliklərində  ifa  edilən  musiqi 
folkloru  nümunələri  öz  kompozisiya  quruluşuna,  lad- 
intonasiyaya,  forma  strukturuna  görə  vahid milli  ənənədən 
irəli  gələn  forma  quruluşunu  saxlasa  da,  ifa  mədəniy­


yətində  interpretasiyasına  görə bir-birindən bir  qədər fərqli 
şəkildə  ifa  olunur.  Ordubad  rayonundan  toplanmış  musiqi 
folkloru  nümunələri  arasında  «Xanbəzəmə»,  «Can  gülüm», 
«Çömçəxatun»,  «Qodu-qodu»  mərasimlərində  ifa  edilən 
nəğmələrin  melopoetik  semantikası,  ifaçılıq  üslub  tərzi, 
Naxçıvan  şəhərindən  toplanmış  toy  ənənəsində  «Duvaq­
qapma»  mərasimində  ifa  edilən nəğmələr həm forma xüsu­
siyyətlərinə,  həm  də  ifa  üslubuna  görə  bir-birindən 
fərqlidirlər.
«Duvaqqapma»  mərasimində  toyun  ertəsi  günü 
oğlan  evinin  adamlarının  gəlinin  başına  toplaşaraq  şənlik 
yaratması  və  həmin  mərasimdə  oxunan  nəğmənin  kütləvi 
halda  həyata  keçirilməsi  ifa  üslubuna  görə  başqa  region­
ların  folklor mühitində  rast gəlinmir.  Həmin nəğmənin 6/8- 
lik metroritmik şəkildə ifa olunması onun kütləvi rəqs üçün 
də əlverişli edir.  Nəzərə alsaq ki, nəğmənin ifasında aparıcı, 
qızlar xoru  ifanı  duet  şəklində  qururlar  və bir  sıra yerlərdə 
ifa  sadəcə  deklamasiya  üstündə  oxunur,  onda  burada  rəqs 
elementlərindən istifadə olunmasına heç bir şübhə qalmır.
Naxçıvan  musiqi  folklorunun  öyrənilməsində  köklü 
məsələlərdən  biri  də  yerli  ənənələrin  musiqi  folklorunda, 
eyni  zamanda  musiqi  folklorunun  bölgənin  folklorunda 
təcəssümünün  hansı  kriteriyalar  əsasında  formalaşmasının 
müəyyənləşdirilməsi problemidir.
Folklorun  yerli  ənənələri  arasında  sərhədlər  və  ya 
fərqlər  əlbəttə  ki,  nisbidir.  Onlar  öz  əhatəliliyinə,  geniş 
arealma görə  rəngarəng çatarlarla zəngindir.  Yerli folklorun 
formalaşmasında  ilkin  xüsusiyyət vokal  və  ya instrumental


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə