GüNƏŞDƏn biR ŞÜA


On dördüncü fəsil: Əmr be məruf və nəhy əz münkər



Yüklə 440,33 Kb.
səhifə12/12
tarix26.01.2018
ölçüsü440,33 Kb.
#22607
1   ...   4   5   6   7   8   9   10   11   12

On dördüncü fəsil: Əmr be məruf və nəhy əz münkər

Qadın hüquqlarını müdafiə


Ayətullah Xamenei Yasucun məhrum bölgələrinə etdiyi səfərində istibdad rejimi tərəfindən bombalanan kənd və məntəqlərə də getdi. Oraya getmək üçün təqribən üç kilometr olan yüksəkliyi piyada çıxmaq lazım idi. Ağa xüsusi bir şövqlə o yolu sürətlə getdi, heç kim ona çata bilmirdi. Mənzilə çatdıqdan sonra, yol yorğunuluğuna baxmayaraq Böyük Rəhbərin xalqla rəftarı çox isti idi.

Bir neçə şəhid anası Ayətullah Xamenei ilə görüşdü. Ağa çox hövsələ ilə o anaların söhbətlərinə qulaq asdı və ona minnətdarlığını bildirdi. O, camaatla söhbət edərkən buyurdu: “Biz eşitmişik ki, bu yerdə hələ də cahiliyyət zamanının çirkin adətlərinə əməl olunur, qızları qan bahası olaraq qoca kişilərə ərə verirlər, qadınları o qədər döyürlər ki, həyat yoldaşlarının əlindən qurtulmaq üçün intihar etməyə məcbur olurlar. Bu işlər çox çirkin və yanlışdır. Bu çirkin adətlərdən çəkinmək lazımdır”.

Böyük Rəhbərin məhrum və zavallı qadınları müdafiə etməsi vəsfəgəlməz şadlıq yaratdı. Onlar gördülər ki, müdrik rəhbər kilometrlərlə yolu gələrək onların hüquqlarını müdafiə edir.

Höccətül-İslam Musəvi Kaşani



“Tədbiri davam etdirin!”


Qətnamənin qəbul olunmasından sonra mən Əhvaz müsəllasında həzrət Qasim növhəsi oxuyurdum. Bu zaman Böyük Rəhbər hərbi formada içəri daxil oldu. Oradakı camaat o zaman prezident olan Ağanı görüb şövqlə və eşqlə ona sarı getdilər. Mən də Ağanın hörmətinə görə tədbiri kəsdim. Ayətullah Xamenei dərhal minbərin pillələrində dayandı və sinə vurmağa başlayıb, mənə buyurdu: “Tədbiri davam etdirin”.

Ağanın iştirakına görə o gün çox izdihamlı bir məclis keçdi. Ertəsi gün məddahların Böyük Rəhbərin yanında bir iclası keçirildi. O, həmin iclasda mənim cənab Müəlliminin yazdığı şerinə oxuduğum rövzəni təriflədi. Sonra qardaşlardan biri Dezfulun yerli üslubunda bir növhə oxudu. Ayətullah Xamenei üzünü ona tutub buyurdu: “Mən çox sevirəm ki, hara getsəm, növhələri yerli üslubda oxusunlar”. Ondan sonra məddahların biri həzrət Zeynəbin İmam Hüseynlə (ə) vidalaşması müsibətini oxudu. O, bu rövzəni oxuyarkən bəzi istinadsız məsələlərə toxundu. Rövzə bitdikdən sonra Ağa çox səmimi şəkildə üzünü ona tutub buyurdu: “Sizin oxuduğunuz rövzənin “məhlən məhla” hissəsini mən heç bir yerdə görməmişəm”.

Böyük Rəhbərin bu məsələlərə diqqəti və onun şeirlərə, üslublara və istinadlara yanaşma tərzi mənim üçün çox əhəmiyyətli və ibrətli idi.

Hacı Sadiq Ahəngəran



Rəsmi ziyafət və Ağanın rəftarı


İnqilabdan sonrakı dövrdə dünyada çox rezonans doğuran və müsəlmanlar arasında müsbət təsirlər qoyan məsələlərdən biri Zimbabve prezidentinin dəvəti ilə hazırlanan rəsmi şam ziyafətində İİR-ın o zamankı prezidenti Ayətullah Xameneinin rəftarı idi. Şam yeməyində spirtli içkilərin də olacağını eşidən Böyük Rəhbər xəbərdarlıq edir ki, əgər spirtli içkilər yığışdırılmasa, biz bu ziyafətdə iştirak etməyəcəyik. Onlar dedilər ki, bizim sizinlə işimiz yoxdur, yəni iranlılara içki təklif etməyəcəyik, öz adətimiz üzrə, qeyri-iranlı qonaqlara spirtli içkilər veriləcək. Böyük Rəhbər onlara buyurdu: “Biz spirtli içkilər qoyulan süfrədə oturmarıq, bu iş şəriət baxımından haramdır”.

Onlar spirtli içkiləri yığışdırmağa razı olmadılar, Böyük Rəhbər də şam ziyafətində iştirak etmədi. Qərblilər və onların informasiya vasitələri əllərinə çox yaxşı fürsət düşdüyünü düşünüb, bütün dünyada xəbər yaydılar ki, iranlılar və onların prezidenti beynəlxalq protokolların əksinə olaraq, şam ziyafətinə gəlməyib. Lakin bu xəbər İslam dünyasında İranın ideal mövqelərinin daha da güclənməsinə səbəb oldu və İran İslam Respublikasının xeyrinə tamamlandı.

Doktor Əliəkbər Vilayəti

İşlərə nəzarət


Böyük Rəhbərin cəmiyyətə ciddi nəzarəti var, daxili və xarici düşmənləri yaxşı tanıyır, xalqı vaxtında və düzgün istiqamətləndirir. O, müxtəlif yollarla dövlət orqanlarına və ölkənin vəziyyətinə nəzarət edir və müxtəlif dönəmlərdə öz fərmanları ilə imkan olduğu həddə problemləri həll edir. Onun bəzi cüzi məsələlərə də güclü nəzarəti var. O, söhbətlərinin birində belə buyurub: “Mən vəzifəli şəxslərdən birini bir yerdə gördüm, onun xalqla rəftarı bir qədər təkəbbürlü idi. Mən ona xəbər göndərdim və dedim ki, əgər o rəftarın əvəzini çıxmaq istəyirsə, gərək həmin yerə getsin və təhqir etdiyi şəxsə desin ki, cənab, mən sizin qulunuzam. Bir ölkə rəsmisi kimdir ki, biz kimik ki, vücudumuz nə üçündür ki?! Xalqa xidmətdən başqa bir şey üçündürmü?!”

Biz Rəhbərin belə rəftarına görə minnətdar olmalıyıq. O, nə qədər qayğıkeşdir! Bu işlər onun məhəbbətinə xalqın ürəyində yer ayırır.

Höccətül-İslam Məhəmməd Məhəmmədi İştihardi

On beşinci fəsil: Nizam-intizam

Tənbeh və rütbə


Böyük Rəhbər hərbi işləri bir hərbiçiyə xas formada yerinə yetirir. O, öz proqramlarında, görüşlərində və çıxışlarında hərbi məqamlara ciddi riayət edir.

1988-ci ildə o, Əhvaza gəldi. Bölgənin yüksək rütbəli zabitləri onun yanında hərbi əməliyyatlar haqqında iclas keçirdilər. Yüksək komandanlardan biri və cənub əməliyyat bölməsinin zabiti bu iclasa poqonsuz gəlmişdi. Quran oxunduqdan sonra Ayətullah Xameneinin gözü o zabitə sataşdıqda buyurdu: “Cənab, siz nə üçün poqon taxmamısınız?” Mən onda Müdafiə Nazirliyinin Quru Qoşunlarında komandan müavini idim. Amma bu məsələ diqqətimi çəkməmişdi. O zabit cavabında dedi: “Mən general olmalı idim, amma ikinci dərəcəli general olmuşam. Bu rütbə mənim üçün çox azdır”. Ağa qəzəbləndi və buyurdu: “Siz qanunu pozmusunuz, bu intizamsızlıqdır. “Bu rütbə azdır” nə deməkdir, gedin poqonlarınızı taxın”.

Ağanın nizam-intizam yaratmaq üçün belə qətiyyəti çox tərifəlayiqdir. Ən çox mənəvi və ruhani hesab olunan bir komandan hərbi nizam- intizama bu qədər əhəmiyyət verir. Biz hərbçi ola-ola bu məsələyə diqqət yetrməmişdik, amma Ağa bu məsələni əhəmiyyətli bilib o zabitə qarşı təpki göstərdi.

Həmin şəxs iki ildən sonra lütf və mərhəmət sayəsində general oldu.

General Əliəsğər Camali

Qanunu pozanları cəzalandırmaq


Böyük Rəhbər çox mehribandır. Amma ümumi məsləhətlər məsələsi ortaya çıxdıqda, heç bir səhvi bağışlamır. Bədr, ya da Xeybər əməliyyatı zamanı bir-iki komandir səhlənkarlıq etmişdi. O, bu məsələdən xəbərdar oldu, Ali Şura Məclisinin sədri kimi İmama məktub yazıb, qanunu pozanların ağır cəzalandırmasını istədi. Ayətullah Xameneinin o dövrdə belə rəftarı çox təsirli idi və müharibənin vəziyyətində nizam-intizam yaradılmasında çox təsir qoydu.

General Hidayət Lütfi



Nizam-intizam


Böyük Rəhbərin nizam-intizamı dillər əzbəridir. O, çox nizamlı şəxsdir, silahlı qüvvələr qarşısındakı çıxışlarında da hamını nizam-intizama dəvət edir. Bəzən intizamsızlıq gördükdə narahatlıqla buyurur: “Hərbi qüvvələrdə intizamsızlıq olmamalıdır, ezamiyyətlər, iş başında hazırlıq və silahlı qüvvələrin zahiri görkəmi intizamlı olmalıdır”. O, dəfələrlə hərbçilərlə keçirdiyi iclaslarda nizam-intizam üzərində çox təkid göstərmişdir. O, hərbçilərin paradına nəzarət edir, bəzən ən kiçik və ən cüzi hərəkətləri onların komandirinə deyir. Ali Baş Komandan tərəfindən məsələlərə belə yanaşma biz hərbçi zabitlərin hamısı üçün örnəkdir.

General Abdullah İraqi



Qanuna hörmət


Həzrət İmam Rzanın (ə) pak ziyarətgahını təmizləyirdilər. Ziyarətgahın işçiləri ziyarətgahın tozunu alanlara gülaba vurulmuş ağ dəsmal verirdilər. Böyük Rəhbər bir qədər işlədikdən sonra dəsmalı öz üzünə və əlinə çəkirdi. O, bu tədbirlərin birində İmam Rzanın (ə) ziyarət kompleksinin sədri cənab Vaiz Təbəsiyə buyurdu: “Mən bu təbərrüklü dəsmalı özüm üçün götürə bilərəm?”

İmam Rzanın (ə) ziyarət kompleksinin sədrliyini cənab Təbəsiyə Böyük Rəhbər vermişdi. Bununla belə, İmam Rzanın (ə) zərihinin tozu ilə təbərrük edilmiş parçanı götürmək üçün ondan icazə alırdı.

Böyük Rəhbərin qanuna hörməti bizim hamımız üçün dərsdir. O, cənab Vaiz Təbəsidən icazə aldıqdan sonra gözləri yaşlı halda və raz-niyazla məşğul ikən dəsmalı qatladı və cibinə qoydu. Bizim üçün olduqca maraqlı idi ki, Ağa belə bir halda təbərrüklü dəsmalı səliqə ilə qatlayıb cibinə qoymağa diqqət yetirir.

Höccətül-İslam Həqqani



On altıncı fəsil: İdman

Zorxana


1957-ci ildə İsfahan ruhanilərindən biri ilə müqəddəs Məşhədə getdik. O zaman mən dini hövzə dərslərini İsfahanda sona çatdırmışdım və mübarək ramazan ayında dərslər tətil olduğundan, həzrət Əli ibn Musa Rzanın (ə) pak türbəti yanında mənəvi azuqə toplamaq istəyirdim.

Məşhəd şəhərinə daxil oldum və İmam Rzanı (ə) ziyarət etdikdən sonra Ayətullah Xamenei ilə görüşə nail oldum. Həmin vaxt o, xaric (ali ixtisas) dərsi oxuyurdu və əmmaməli idi. Böyük Rəhbər Məşhəddə bir ay qalmaq fikrimizdən xəbər tutduqdan sonra bizi öz hücrəsinə dəvət etdi. Onun dəvəti mənim üçün çox sevindirici idi. Biz bir ay Ağanın qonağı olduq və onun hücrəsində qaldıq. Tətil günləri olduğundan hücrə yalnız biz iki nəfərə aid idi. Bəzən Böyük Rəhbər bizə baş çəkirdi və biz onunla birgə şəhərin bəzi görməli və ziyarət yerlərinə gedirdik. Bir gün Ağa bizi zorxanaya (İranın klassik idman kulubuna) dəvət etdi. Ağa özü həmin yerdə idman edirdi. Onunla birgə zorxanaya getdik, o, meydana daxil oldu və idman etməyə başladı.

Ayətullah Müqtədai

Dağa çıxmaq


Böyük Rəhbər həftədə bir neçə dəfə dağa çıxır. Bu proqram saatlarla uzanır. Onun hərəkət saatı və getdiyi yerlər müxtəlifdir. Bu proqram onun həmişəlik idmanıdır, amma bəzən qışda qar yağdıqda, bəzi məhdudiyyətlər yaranır. Dağa çıxmaq idmanı ağır idmandır, amma Allahın lütfü ilə Böyük Rəhbər bu idmanı çox şövqlə və kamil surətdə yerinə yetirir. Bəzən elə olur ki, sübh namazını dağın başında qılır.

Ayətullah Xameneinin idman haqqında çox gözəl sözü var. O, ölkəmizdə əhalini idmana həvəsləndirənlərdən biridir. O buyurur: “İdman gənclər üçün lazımdır, qocalar üçünsə vacib”. O həmişə idman edir.

Höccətül-İslam Məhəmmədi Gülpayiqani

Peşəkar atçılıq


Ağanın mütəmadi proqramlarından biri idmandır. O, idman zamanı həmişə dağa gedir. Bu proqramlardan birində iki at hazırlamalı idik ki, əgər Ağa istəsə, süvar olsun. Mən özümü at sahəsində peşəkar bilib, iki at hazırladım. Sakit atı Böyük Rəhbər üçün nəzərdə tutdum. Elə bilirdim ki, o, at minməkdə naşıdır. Onun əli üçün də nigaran idik və elə bilirdik ki, ata minmək üçün Ağanın köməyə ehtiyacı olacaq. Lakin minən vaxt onun özümdən artıq çevik olduğunu gördüm, məndən çox cəld ata mindi və peşəkar süvari kimi dağlıqda atı irəliyə doğru sürdü. Maraqlı idi ki, o, atın əziyyət çəkməməsinə çox diqqətli idi. Bu dərs bizim üçün çox ibrətamizdir. O gün bizim başqa dərsimiz idmana olan diqqət idi. Ağa bu yaşında müxtəlif idmanlarda sürəkli məşqlərinə görə belə bir ruhiyyəyə malikdir.

General Əli Fədəvi



“İdman etdiyimə görə yorulmuram”


Mübarək ramazan ayında gün batmazdan öncə Ağanın şəhid ailələri ilə görüşü vardı. Bu görüş iki saatdan artıq çəkirdi və bütün bu müddətdə Böyük Rəhbər ayaq üstə dayanırdı. Gündəlik işlərin yorğunluğuna və mübarək ayın orucunun günbatan zamanı adətən bədəndə zəiflik yaratmasına baxmayaraq, Ağanın şəhid ailələrinə məhəbbəti azalmırdı, onlarla ayaq üstə dərdləşirdi. Bu növ rəftar onun şəhid ailələrinə böyük qayğısını göstərir. Hamı iftarda Ağanın qonağı idi. Mən süfrə başında Böyük Rəhbərə dedim: “Siz belə dayanıb ürək sözlərinə qulaq asarkən yorulmursunuz?” Ağa buyurdu: “Yox, mən idman etdiyimdən, yorulmuram”.
Höccətül-İslam Məhəmməd Həsən Rəhimi
Son
Mündəricat


Birinci fəsil: Fəqih 3

İnqilabın böyük səmərəsi 3

Gənclik dövründə ictihad 4

Elmi fəzilətlər 4

Ədalətli müctəhid 5

Kamil müctəhid 5

Elmi xüsusiyyətlər 6

Beynəlxalq məsələlərə diqqət 7

İndiyədək belə bir şəxsiyyət... 7

Elmi böyüklük 8

Fəlsəfi mövzularda dərin məlumat 8

Qəzet mütaliəsi 10

Roman mütaliəsi 10

Kitab mütaliəsi 11

Birgə mütaliə 11

Yeni sözlər 12

İkinci fəsil: Ləyaqət 13

Nümunəvi rəhbər 13

Rəhbərin xüsusiyyətləri 13

Dini ekspertlərin seçimi 14

Nurani sima 14

Ağaya səs 15

Onu görməyə ehtiyacım var 15

Cənab Xamenei! 16

Xomeyninin qardaşı 17

İmamın yerində 17

Mələklərin mesajı 18

Günəş bir neçə dəqiqə saçdı və getdi 19

Hikmət röyası 19

Layiq Rəhbər 20

İmamın Rəhbərə münasibəti 20

Qəbul olunan və sevilən 21

Elə bu Xamenei! 22

Qeyri-adi istedad 22

Rəhbərin əzəməti 23

Hərbi məsələlərə diqqət 24

Üçüncü fəsil: Sadə yaşayış tərzi 25

Talonla ət 25

Köhnə stol və stul 25

Ağanın yaşayış tərzi 26

Xalçadan rahat palaz 26

Hamı ilə bir sırada 26

Kiçik ev və sadə süfrə 27

Velosiped lazım deyil 27

Ağanın sadə yaşayışı 28

Rəhbərlə şam yeməyi 28

Sadə şam 29

Yüngül şam yeməyi 29

Mövqedən sui-istifadə etməmək 30

Nimdaş palazlar 31

Qənd və şəkər talonu 31

Palaz 31


Altı palaz macərası 32

Bütün könüllülər kimi 32

Hər yer qaranlıq idi 33

Talon düyüsü bitib 34

Siz də başqaları kimisiniz 34

Sapı çıxmış xalça 35

Çox sadə həyat tərzi 36

Elektrik samovarı və məsləhət 36

Dördüncü fəsil: Mənəviyyat və irfan 37

Mənəvi yüksəliş 37

İbadət 38

İlk vaxtda namaz 38

İstisna insan 39

Raz-niyaz 39

Namazda vüqar 40

Göz yaşları içində Quran qiraəti 41

Namaza əhəmiyyət vermək 41

Təbərrük ayranı 42

Gecə ibadəti 43

Mətin və vüqarlı şəxsiyyət 43

Beşinci fəsil: Təvazökarlıq 44

Təvazökarlıq 44

Mən sizlərdən biriyəm 45

Tənqidi qəbul etmək 46

Təvazökarlıq və rəhbərlik 46

Sənət adamları ilə görüş 47

Xüsusi təvazökarlıq 48

“Elə bilmə səndən ötrüdür!” 48

Altıncı fəsil: Şəhid ailələrinə qayğı 49

Şəhid ailələri ilə görüş 49

Zirzəmidə 49

Şəhid atasına qayğı 50

Xristian ailəsi ilə görüş 51

Nə üçün tez demədin? 51

Qəfil görüşlər 52

Altı şəhid atası ilə görüş 53

Səmimi söhbət, yoxsa əqd mərasimi 53

Heç nigaran olma! 55

Əziz qonaq 56

Şəhid ailələrinə məhəbbət 56

Görüş şövqü 57

İslam döyüşçüləri ilə birgə 58

Yeddinci fəsil: Xalqla və gənclərlə əlaqə 58

Peşman düşmənlə rəftar 58

Gənclərə hörmət 59

Vaxtdan səmərəli istifadə 60

“Cəfər və Kərbəla batalyonlarından nə xəbər?” 60

Başqaları ilə rəftar 61

Məhəbbətli rəftar 62

Səmimi rəftar 62

İşin nəticəsi ilə maraqlanmaq 63

Sözün təsiri 64

“Hacıağa haradadır?” 64

Qonşularla görüş 65

Xalqla görüşlər 65

Xalqla izdihamlı görüş 66

Sürgündə xalqa xidmət 67

“Biz buradayıq!” 68

Xüsusi görüş 68

Xalq üçün iş 69

Mənim məktubumun cavabı 69

Həmişə yüksək əhval-ruhiyyə 70

Səkkizinci fəsil: Diqqətlər və incəliklər 71

İctimai və siyasi məsələlərə diqqət 71

Ətrafındakılara diqqət 72

Övlad tərbiyəsi 72

Diqqət 73

Tərif edərkən diqqətli olmaq 74

İncəliklərə diqqət 75

Firdövsə yardım fondu 75

Ata kimi övladlar 76

Nəsihətin incəliyi 77

Ailə məsələlərinə diqqət 77

Könüllülərlə birgə şam yeməyi 78

Səs-səmirsiz işlər 79

Qayınana üçün hədiyyə 80

Unudulmaz təşkilatçılıq 81

“Bəs başqaları?” 81

“Düşmən daha güclüdür!” 82

“Qanunu pozana qarşı tədbir görün - mənim oğlum olsa belə!” 82

Suya qənaət 83

Hərbi forma 83

Çadırlarda 84

“Hansı hadisə?” 85

“Bu hava limanından...” 85

Şadqan üslubu 86

Doqquzuncu fəsil: Mübarizə və şücaət 87

Cümə imamının şücaəti 87

Cümə namazında Ağanın şücaəti 87

İlk qamçılar dəydi 88

20-ci kameranın dustağı 88

Misilsiz şəxsiyyət 89

Saray alimlərinin ifşası 89

Zamanı tanımaq və şücaət 90

Zalımların xırmanını oda çəkən şimşək 91

Şücaət və qorxmazlıq 91

Sürgündə mübarizə 92

Onuncu fəsil: Döyüş və cihad 93

Xürrəmşəhr döyüşü 93

Cəbhənin ön xəttində 93

Döyüşçülərin əhval-ruhiyyəsini qaldırmaq 94

Döyüşdə möhkəm dayaq 95

Cəbhədə iştirak 95

Əsgərlərlə birgə 96

Bölgəyə nəzarət 96

On birinci fəsil: Dünyaya etinasızlıq 97

Risalə verməkdən çəkinmək 97

“Əlavə xərclər qadağandır!” 98

Şəhidlər ağasının əzasında 99

Əsgər taxtı üzərində 99

Vəzifəyə əməl etmək 100

On ikinci fəsil: Beytül-mala (dövlət büdcəsinə) qarşı diqqət 101

Qənd əhvalatı 101

Beytül-mala qarşı xüsusi həssaslıq 101

Beytül-mala diqqət 102

Təkcə bir xuruş 102

Ev xörəyi və beytül-mal 103

On üçüncü fəsil: Siyasət və təşkilatçılıq 103

Strateji addım 103

Ali Baş Komandanın siyasəti 104

Həssas və mühüm qərar 105

Rəhbərlik qətiyyəti 106

Müdafiə siyasəti 107

On dördüncü fəsil: Əmr be məruf və nəhy əz münkər 108

Qadın hüquqlarını müdafiə 108

“Tədbiri davam etdirin!” 109

Rəsmi ziyafət və Ağanın rəftarı 110

İşlərə nəzarət 111

On beşinci fəsil: Nizam-intizam 112

Tənbeh və rütbə 112

Qanunu pozanları cəzalandırmaq 113

Nizam-intizam 113

Qanuna hörmət 113

On altıncı fəsil: İdman 114

Zorxana 114

Dağa çıxmaq 115

Peşəkar atçılıq 116

“İdman etdiyimə görə yorulmuram” 116









Yüklə 440,33 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə