GüNƏŞDƏn biR ŞÜA



Yüklə 440,33 Kb.
səhifə2/12
tarix26.01.2018
ölçüsü440,33 Kb.
#22607
1   2   3   4   5   6   7   8   9   ...   12

İkinci fəsil: Ləyaqət


Vilayətin şərtləri mərcəi-təqlid şərtlərindən olduqca çox və ağırdır. Rəhbər fəqih olmaqdan əlavə müdiriyyətli, şücaətli, dünyanın və müsəlmanların vəziyyətindən məlumatlı və zamanı tanıyan olmalıdır. Böyük Rəhbər bütün bu şərtlərə malikdir.

Ayətullah Hüseyn Nuri Həmədani



Nümunəvi rəhbər


Böyük İran İslam Respublikasının rəhbəri həzrət Ayətullah Xamenei rəhbər, hakim, vəfalı, bayraqdar, siyasətçi və Quran ayəsinin real nümunəsidir. Zamanın bu ideal rəhbərinin izzət və əzəmətinin günbəgün artmasını daim Həzrət Haqqdan istəyirəm və ümidvaram ki, aləm və adəmin sahibi həmişə bu rəhbər və sərvərimi sağ və şad saxlayacaq.

Ayətullah Həsən Həsənzadə Amuli



Rəhbərin xüsusiyyətləri


Mən Rəhbər barəsində, Allah-taalanın ona bəxş etdiyi xüsusiyyətlər, ona lütf etdiyi səciyyələr barəsində nəsə demək istəsəm, lazimi surətdə danışa bilmərəm. Amma bir neçə qısa cümlə ilə demək istəyirəm ki, o, fəqihliyi təqva ilə, qeyri-adi istedad və fərasəti səbir və dözümlə, idarəçiliyi bəndəliklə, islami əsaslara və prinsiplərə tabe olmaqla, aydın və parlaq daxili fikrini uzaqgörənliklə, İslamın strateji mənafelərini təyin etməklə, ehtiyatı şücaətlə, müxtəlif İslam elmlərindən faydalanmağı əsl məharət meyilləri ilə, özünə etimadı Allah-taalaya təvəkkül etməklə, səy, ciddilik, nizam-intizam və proqramlı hərəkəti İmam Mehdiyə (əc) və digər pak imamlara təvəssül etməklə, bir sözlə, idarəçiliyin bütün şərtlərini və məziyyətlərini ibadət və ixlasla toplamışdır.

Ayətullah Misbah Yəzdi



Dini ekspertlərin seçimi


Dini ekspertlər məclisi səfa və səmimiyyətli bir fəzada səs çoxluğu ilə və dəlil əsasında parlaq elmi, fiqhi, siyasi və inqilabi keçmişə malik olan bir şəxsi İslam İnqilabının Rəhbəri vəzifəsinə seçdi. Bu məsələ İslam və İnqilabın qatı düşmənlərinin və bədxahlarının üzünə möhkəm bir sillə idi. Müctəhid, alim və dini ekspertlər məclisinin parlaq üzvlərindən bir qrupu, həzrət Əlinin (ə) rəhbər haqqında dediyi xüsusiyyətlərə əsasən, Ayətullah Xameneini ən münasib namizəd bildilər. Mən onda bu ləyaqəti görürəm. O, bu məqama layiqdir.

Ayətullah Cənnəti



Nurani sima


Ayətullah Xamenei rəhbər seçiləndən sonra bir gün onun görüşünə getdim. Böyük Rəhbərin üzündə qeyri-adi nuranilik gördüm. Görüşdən sonra Höccətül-islam Musəvi Kaşaniya dedim: “Əgər mümkünsə, icazə verin mən ağanı bir də görüm”. Cənab Musəvi bunun səbəbini soruşduqda belə cavab verdim: “Bu ağa mənim, Məşhədin Nəvvab mədrəsəsində birgə dərs oxuduğum ağa deyil. Mən onda, təsəvvürolunmaz dərəcədə böyük dəyişiklik hiss edirəm”.

Məncə, Ayətullah Xamenei bu inqilaba və İranın müsəlman xalqına rəhbərlik etmək üçün Allah tərəfindən təyin olunmuşdur. Bu əzəmət həmin gün Böyük Rəhbərin simasında aydın görünürdü.

Ayətullah Məhəmmədi Gilani

Ağaya səs


Allah-taalanın İran xalqına lütflərindən biri o idi ki, İmam Xomeyninin (r) vəfatından dərhal sonra İslam ümmətinin rəhbəri məlum oldu. Allahın digər bir lütfü Ayətullah Xamenei kimi bir şəxsin bu məqama seçilməsi idi. Mən ilk məclisdə cənab Müntəziriyə səs vermədim. Amma cənab Xameneinin seçilməsində arxayınlıqla və könül xoşluğu ilə ona səs verdim.

Ayətullah Əhmədi Miyanəci



Onu görməyə ehtiyacım var


Mən Qumda mərhum Ayətullah Damadın dərsinə gedirdim. Bu dərsdə iştirak edənlərin hamısı yaşca məndən böyük idilər. O illərdə Böyük Rəhbər Məşhəddən Quma gəldi və həmin dərsdə iştirak etdi. O, yaşca məndən cavan idi. Orada Böyük Rəhbərlə tanış oldum. O mənə çox yaxşı təsir bağışladı. Sonra birgə Kərbəlaya səfər etdik, bizim dostluğumuz daha da möhkəmləndi və sonrakı mübarizə dövründə bir-birimizə qardaş və dayaq olduq. Qırx ildən artıqdır ki, mən onunla səmimi dostam. İndi də əgər bir həftə Böyük Rəhbəri görməsəm, çatışmazlıq hiss edirəm. Hiss edirəm ki, mənim onu görməyə ehtiyacım var. Böyük Rəhbərdən yaşca böyük olmağıma baxmayaraq, həmişə ondan bəhrələnirəm.

Ayətullah Haşimi Rəfsəncani




Cənab Xamenei!


İmam Xomeyninin (r) vəfatından sonra Xibrə Məclisinin (mütəxəssis fəqihlər məclisi) üzvləri dərhal bir yerə toplaşıb gələcək rəhbəri müəyyən etdilər.

Öncə mərhum İmamın vəsiyyətnaməsi oxundu. İmam öz vəsiyyətində bu mühüm məqam üçün heç kimi təyin etməmişdi. Vəsiyyətnamə oxunduqdan sonra Xibrə Məclisi Rəhbər seçmək üçün müzakirəyə başladı. Müzakirə əsasən bundan ibarət idi ki, rəhbər bir nəfər olsun, yoxsa rəhbərlik şurası yaradılsın. Üzvlərin əksəriyyəti rəhbərlik şurasının tərəfdarı idilər və sonra şura üzvlərinin sayı - üç nəfər, beş nəfər, yaxud yeddi nəfər olması ətrafında müzakirələr başlandı.

Xibrə Məclisinin sədri Ayətullah Mişkini idi. Lakin iclasları çox vaxt onun müavini cənab Haşimi Rəfsəncani idarə edirdi. Rəhbərlik şurası haqqında müzakirələrdən sonra cənab Haşimi dedi: "Müzakirələr kifayətdir. İndi səsə qoyaq. Görək ölkənin bir rəhbəri olsun, yoxsa rəhbərlik şurası onu idarə etsin". Qeyd etdiyim kimi, müzakirələr artıq rəhbərlik şurası ətrafında, onun üzvlərinin sayı və kimliyi barəsində idi. Buna görə də, üzvlərin rəhbərlik şurasına səs vermələri gözlənilirdi. Nəhayət, vahid rəhbərliyin olması səs çoxluğu ilə qəbul olundu. Sonra kimin rəhbər olması məsələsi müzakirəyə çıxarıldı. Bu məsələnin müzakirəsində məclisdə səslər ucaldı ki, bu mövzu üzərində dayanmağa ehtiyac yoxdur - məlumdur ki, cənab Xamenei! Sonra məclisdə təkbir sədaları ucaldı...

Həmin gün Xibrə Məclisinin bütün üzvləri hiss etdilər ki, bu, Allahın işi idi. Sonra səsvermə başlandı və Böyük Rəhbər Xibrə Məclisinin üzvlərinin böyük səs çoxluğu ilə seçildi.

Ayətullah Məhəmmədəli Müvəhhidi Kirmani

Xomeyninin qardaşı


İmam Xomeyni (r) ilə mənim aram çox açıq idi. Mən problemləri heç bir müqəddiməsiz onunla müzakirə edirdim. Bir gün xüsusi olaraq onun yanına getdim və yenə də birbaşa rəhbərliyin namizədi və bəzi problemlər haqqında söhbət etdim. Həzrət İmam orada mənə buyurdu: "Siz çıxılmaz vəziyyətdə qalmayacaqsınız. Cənab Xamenei sizin aranızdadır. Məgər özünüz bilmirsiniz?!".

Bu söhbət həzrət İmamın ömrünün sonlarına aiddir. O günlər İmam, Böyük Rəhbər haqqında qardaş sözünü işlədirdi. Qətiyyətlə deyə bilərəm ki, bu təbir əbəs deyildi. Biz o günlər bu təbirlərdən Ayətullah Xameneinin rəhbərlik məsələsini başa düşürdük. İmam Xomeyninin (r) sözləri göstərirdi ki, o, Böyük Rəhbəri bu işə layiq bilir. Necə ki, Hacı Əhmədağaya da buyurmuşdu: "Doğrudan da o, rəhbərliyə layiqdir”.

Ayətullah Haşimi Rəfsəncani

İmamın yerində


İmamın vəfatından sonra rəhbər təyin edilməsi əsas və həlledici məsələlərdən idi. Bu məsələ Allah-taalanın xüsusi lütfü ilə çox gözəl şəkildə həyata keçdi. Xibrə Məclisi çox diqqətlə şəraitin həssas olduğunu nəzərə alıb, düşmənlərə möhlət vermədi və çox tez bir zamanda bu barədə qərar qəbul etdi. Məclis Ayətullah Xameneiyə - İmamın mənəvi övladı və Onun təfəkkür tərzinə və düşüncələrinə kamil surətdə bələd olan bir şəxsə səs verdi, İslam və İnqilabın düşmənlərini məyus etdi.

İnsafla deməliyik ki, Xibrə Məclisi tərəfindən çox yerində və münasib bir qərar qəbul olundu. Böyük Rəhbər İnqilabın rəhbərliyi kürsüsünə oturduğu zamandan bu günə qədər İmamın tutduğu yolu çox böyük şücaət və rəşadətlə davam etdirir. O, Allahın fəzli ilə ağır rəhbərlik məsuliyyətinin öhdəsindən gəldi və İran millətinin qəlbini İmamın dövründəki kimi arxayın etdi.

Höccətül-İslam Məhəmmədtəqi Fəlsəfi

Mələklərin mesajı


Gözlənilmədən bir tərəfdən səs ucaldı ki, İmam rəhbərlik haqqında xüsusi bir şəxsə diqqət yetirib. Düzdü o, özünə canişin təyin etməyib, amma rəhbərliyin namizədi məsələsinə aid hadisələrdə, rəhbərliyin boşluğunda yaranan problemlər zamanı və məlum təəssüfedici hadisədə İmamla danışılıb. İmam belə buyurub: "Siz çıxılmaz vəziyyətdə qalmayacaqsınız. Cənab Xamenei rəhbərlik üçün yaxşıdır".

İmamın bu buyuruğuna iki-üç ədalətli şəxs şəhadət verir. Məsələ bitmişdir. Sanki İmam Xibrə Məclisindəndir və deyir: "Nə oturmusunuz? Nə gözləyirsiniz? Cənab Xameneini seçin”. Amma yox, bu mələklər idi. Onlar İmamın mesajını mələkut aləmindən Xibrə Məclisi üzvlərinin qulağına çatdırırdılar...

Höccətül-İslam Məhəmmədcavad Höccəti Kirmani

Günəş bir neçə dəqiqə saçdı və getdi


Böyük Rəhbərin Qum şəhərinə səfərlərinin birində, o, Ayətullah Bəhauddininin evinə gəldi və onunla görüşdü. Ertəsi gün mən bir neçə dostumla birgə o pak arifin yanına getdim və ondan soruşdum: “Dünən Böyük Rəhbər buraya gəlmişdi?” Həzrət Ayətullah Bəhauddini cavabda buyurdu: "Bəli, günəş bir neçə dəqiqə buraya saçdı və getdi. O, günəş kimi xeyir-bərəkət sahibidir".

Bu, o parlaq arif və abidin Böyük Rəhbərə baxışı idi. O, bir məclisdə belə buyurmuşdu: "Cənab Xameneiyə kömək etmək lazımdır. Ona kömək edin. Bizim baxışmız və sözümüz budur".

Höccətül-İslam Hüseyn Heydəri Kaşani

Hikmət röyası


Həzrət İmamın vəfatından sonra Xibrə Məclisi Ayətullah Xameneini rəhbər seçdi. Bu məsələ mənim üçün çox ağır idi. O gecə yuxuda gördüm ki, Cəmarana oxşar bir yerdəyəm, bütün alimlər və ölkənin adlı-sanlı şəxsləri camaat namazına düzülüb, İmamın gəlişini gözləyirlər. Həzrət İmam içəri daxil oldu və Böyük Rəhbərə çatdıqda əlini onun kürəyinə vurub buyurdu: "Siz dayanın və namaz qılın”. Sonra üzünü topluma çevirib dedi: “Bundan sonra mən və digərləri ona iqtida etməliyik".

Bu yuxu ilə mənə aydın oldu ki, Xibrə Məclisinin işi çox mühüm idi və ağa təsdiq olunur. Növbəti dəfə yuxuya getdim və eyni yuxunu yenə də gördüm. Ayıldıqda tövbə etdim və sevindim ki, bu məsələ mənim üçün aydınlaşdı. Üçüncü dəfə yatdım. Yenə də həmin yuxunu gördüm. Gözlərimi açdıqda yaş axdı, yanaqlarım islandı, göz yaşları yağışında yuyuldu.

Höccətül-İslam Mirhüseyni

Layiq Rəhbər


Ayətullah Xamenei prezidentlik dövründə Şimali Koreyaya səfər etdi. Bu səfər çox əhəmiyyətli səfər idi. Həzrət İmam bu səfəri televiziyadan izləyirdi. Koreya xalqının prezidentimizi qarşılaması, onun çıxışları və Şimali Koreya böyükləri ilə söhbətləri Həzrət İmam üçün çox maraqlı idi. O, bu səfərin televiziya görüntülərini izləyərkən buyurdu: "Doğrudan da o, (Ayətullah Xamenei) rəhbərliyə layiqdir”.

Ümmət imamının bu sözü Allah-taalanın ilahi və qeybi ilhamlarından qaynaqlanırdı. Bu gün o doğrudan da ləyaqətli rəhbərdir.

Höccətül-İslam Hacı Seyid Əhməd Xomeyni

İmamın Rəhbərə münasibəti


Həzrət İmamın Ayətullah Xameneiyə çox böyük etimadı və məhəbbəti vardı, onu çox sevirdi. İmam dolayı danışmaz, sözlərini açıq deyərdi. Yadımdadır, cənab Xamenei səfərdən qayıtmışdı. Mən onunla birgə həzrət İmamın yanına getdim. İmam orada buyurdu: "Sizin təyyarənizin hava limanında endiyini eşidəndə rahat oldum". Çünki o zaman qarışıqlıq dövrü idi və İmam bundan nigaran idi. İmamın bu təbiri mənim üçün çox əhəmiyyətli idi. Bu, həzrət İmamın Böyük Rəhbərə olan münasibətini göstərirdi.

Ayətullah Haşimi Rəfsəncani



Qəbul olunan və sevilən


Mələklərin hidayəti və Xibrə Məclisinin seçimi elə bir şəxsiyyətə ünvanlanmışdı ki, hamının ona çox səmimi məhəbbəti var. Onu təqva, irfan, ədəb, incəsənət, fikir, qələm və qılınc əhli kimi tanıyırlar. Ruhani, dini və siyasi məclislərdə olanlar bilirlər ki, siyasətçi ruhanilər və ruhani siyasətçilər arasında heç kim Ayətullah Xamenei qədər qəbul olunub sevilmir. O özünün fəzilət və üstünlüyü ilə nəinki təkcə ümumi camaat arasında, hətta yüksək elm, ədəbiyyat və incəsənət məclislərində nəzər sahibləri və siyasət adamları tərəfindən dərin istedadı, incə zövqü, ifrat və təfritdən uzaq düşüncəsi, gözəl niyyəti və uzaqgörənliyi ilə məşhurdur. Onun həmyaşıd ruhaniləri onu Məşhəd, Nəcəf və Qumdakı tələbəlik dövründən dərs oxuyan, dindar, zövqlü, gözəl nitqli, xoşrəftar, istiqanlı və səmimi bir tələbə kimi tanıyırlar. Danışıqda və rəftarda onun istiqanlılığı elədir ki, dostları və tanışları bu könül oxşayan və gözəl səmimiyyətinə görə, onunla birgə olanda aram olur, uzaq olanda kənardan ləzzət alırlar.

Höccətül-İslam Məhəmmədcavad Höccəti Kirmani



Elə bu Xamenei!


Mən, cənab Ərdəbili, mühəndis Musəvi, Hacı Əhməd ağa və cənab Xamenei adətən həftədə bir dəfə birgə iclas keçirirdik. Hacı Əhməd ağanın növbəsi çatanda İmamla da görüşürdük. İmamın yanında keçirilən iclaslardan biri rəhbərlik canişinliyinin ləğv edilməsindən sonraya təsadüf edirdi. Çox ağır bir iclas idi. Biz gələcək üçün nigaran idik. Buna görə də, istəyimizi imama bildirib dedik: “Bizim mühüm problemimiz budur ki, siz yaşa dolmusunuz və gələcək mərhələlər üçün bizim hazır olmağımız lazımdır. Sizə canişinlik üçün heç bir kimsəmiz yoxdur”.

İmam bir an fikrə getdi və sonra buyurdu: "Necə yoxumuzdur?! Elə bu Xamenei!" Bizim təsəvvürümüzdən əsla belə bir şey keçmirdi. Doğrudan da, təzə bir xəbər idi. Bu sözdən sonra iclas bitdi. Amma elə oradaca Böyük Rəhbər həzrət İmama dedi: "Mən sizdən xahiş edirəm buradakılara deyəsiniz və vacib edəsiniz ki, bu sözlərinizi gizli saxlasınlar”. İmam da buyurdu: "Cənablar bu mövzunu məhrəmanə saxlasınlar və heç bir yerdə danışmasınlar". Bu, mənim İmamdan Böyük Rəhbər haqqında eşitdiyim ən dəyərli cümlə idi.

Ayətullah Haşimi Rəfsəncani

Qeyri-adi istedad


Mən cənab Mühəqqiq Damad, Mömin, Təqdiri və Vafi ilə birgə Ayətullah Mürtəza Hairinin dərsində iştirak edirdim. O, dərsə bəzən iyirmi dəqiqə, bəzən də yarım saat gec başlayırdı. Ağanın dərsə nə üçün gec başlaması bizim üçün aydın deyildi. Sonralar bildik ki, cənab Hairinin öz evində başqa bir elm məclisi var və o dərs təkcə bir nəfər üçündür. Ustada yaxın olanlar öyrəndilər ki, o şəxs Ayətullah Xameneidir. Cənab Hairi evində ona xaric (ali ixtisas) dərsi verirdi. Cənab Təqdiri mənə dedi: Bir gün ustada dedim: “Siz bir nəfərdən ötrü bu qədər tələbənizi gecikdirirsiniz”. Cənab Hairi mənə dedi: “Seyid (yəni Ayətullah Xamenei) çox zəkalıdır”.

Höccətül-İslam Seyid Məhəmmədtəqi Mühəssil Həmədani



Rəhbərin əzəməti


Fələstin Müqavimət Hərəkatını himayə məqsədilə ilk beynəlxalq konfrans keçirilirdi. 2001-ci ildə keçirilən bu konfrans İnqilabın böyük rəhbəri Ayətullah Xameneinin bəyanatı ilə açıldı. Çıxışını bitirib konfrans zalından ötüb-keçərkən Livan Hizbullah Təşkilatının baş katibi Seyid Həsən Nəsrullah yerindən qalxdı, özünü inqilab rəhbərinə çatdırıb onun əlini öpdü. Seyid Həsən Nəsrullahın ardınca Fələstin İslami Cihad Təşkilatının baş katibi Doktor Ramazan Abdullah da belə etdi. Sonra Həmasın siyasi şöbə sədri Xalid Məşəl və digərləri onlara qoşuldular. Onların hər biri inqilab rəhbərinə öz məhəbbətlərini bildirir və ona təşəkkür edirdi.

İki gün sonra Seyid Həsən Nəsrullahın görüşünə getdim. Onunla söhbət edərkən bu rəsmi iclasda inqilab rəhbərinin qarşısında əyilib, onun əlini öpməsinin səbəbini soruşdum. O dedi: "Mən bu işi məqsədli və eyni zamanda çox səmimiyyətlə yerinə yetirdim. Səbəbi bu idi ki, bu il beynəlxalq informasiya vasitələri məni ilin adamı adlandırmışdı və ərəb ölkələrində də ərəb dünyasının ən uğurlu rəhbəri statusunu vermişdilər. Mən bu adlardan sevinmirdim. Ona görə də bu mühüm iclasda, İslam hərəkatlarının başçılarının və İslam ölkələrinin siyasi şəxsiyyətlərinin iştirak etdiyi və səhnələrin bütün dünyada birbaşa yayımlandığı bir məclisdə bu işi gördüm ki, məni tanıyan bütün insanlara deyim: “Mən inqilab rəhbərinin əsgəriyəm!”

Seyid Həsən Nəsrullahın bu işi Böyük Rəhbərin əzəmətini göstərir: Livan Hizbullahı rəhbərinin bütün ərəb ölkələrinin başçılarının gözü qarşısında onun əlini ixlasla öpməyə vadar edən bir əzəmət!

Höccətül-İslam Məsih Mühaciri



Hərbi məsələlərə diqqət


Ayətullah Xameneinin hərbi məsələlərə diqqəti olduqca yüksəkdir. O hərbin bütün sahələrində - hətta taktika və kəşfiyyat məsələlərində çox dərin biliyə malikdir. Onun bir dini hökümət rəhbərinə lazım olan bütün sahələrdə yetkin idarəçiliyi var. Hərbi idarəçilik sahəsində də belədir. O, bu işdə böyük İslam Peyğəmbəri (s) və həzrət Əlinin (ə) ardıcılıdır. Bir çox məsələlər hərbi sahəyə aid olduğundan deyiləsi deyil. Yalnız mövzunun aydınlaşması üçün bunu deyə bilərəm: Həzrət İmamın ömrünün sonlarında cənab Haşimi Rəfsəncani Ali Baş Komandanın canişini idi. O, bir gün ümmət imamının yanına gedir. İmam ona deyir: “Biz hərbi məsələləri cənab Xameneiyə tapşırmalıyıq”. Bu söz Böyük Rəhbərin hərbi sahədəki məharətinin və diqqətinin göstəricisidir.

Cənab Seyid Əli Ələmül–hüda




Yüklə 440,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə