GüNƏŞDƏn biR ŞÜA


Beşinci fəsil: Təvazökarlıq



Yüklə 440,33 Kb.
səhifə5/12
tarix26.01.2018
ölçüsü440,33 Kb.
#22607
1   2   3   4   5   6   7   8   9   ...   12

Beşinci fəsil: Təvazökarlıq

Təvazökarlıq


Böyük Rəhbərlə olan bütün görüşlərimdə onun təvazökarlığını kamil surətdə hiss etmişəm. Bir gün Vəliyyi-fəqihin İnqilab Keşikçiləri Korpusundakı nümayəndəsini təyin etmək üçün onunla söhbət etdim və bu məsuliyyətli işə seçdiyim namizəd haqqında məlumat verdim. O buyurdu: “Əgər mənim şəxsi fikrimi bilmək istəyirsinizsə, mən bu şəxsi məsləhət görmürəm”. Sonra onun səbəbini dedi. Daha sonra bu məsələ ilə bağlı yazdığı məktubun aşağısında belə qeyd etdi: “Yenə də seçim sizindir”.

Mən belə rəftara görə doğrudan da xəcalət çəkdim. Rəhbərin bu təvazökarlığının qarşısında nə deyəcəyimi bilmirdim. Mən onun əmri ilə İnqilab Keşikçiləri Korpusuna gəlmişəm, indi ağa buyurur ki, mənim fikirim belədir, amma seçim sizindir.

Mən ona dedim: “Bizim bütün ixtiyarımız sizin əlinizdədir. Siz əmr edin, mən də yerinə yetirim”.

Heç şübhəsiz, rəhbərlik vəzifəsinin onun üçün heç bir dəyəri yoxdur. O bir dəfə Xibrə Məclisində görüşdə buyurmuşdu: “Mənim ruhiyyəm Qumda tələbəlik dövrünün ruhiyyəsidir”. Doğrudan da elədir. Böyük Rəhbərin Feyziyyə mədrəsəsinin otağında olan ruhiyyəsini mən bu gün də onda duyuram. Mən bütün vücudumla buna əminəm. O, rəhbərlik vəzifəsini yalnız və yalnız məsuliyyət olaraq qəbul edib.

Ayətullah Məhəmmədəli Müvəhhidi Kirmani

Mən sizlərdən biriyəm


Böyük Rəhbərin təvazökarlığı və insanlarla rəftarı onun müxtəlif məntəqələrə olan səfərlərində aydın görünür. O, özü ilə xalq arasında heç bir fərq qoymur, camaatla çox istiqanlı rəftar edir. O buyurub: “Padşahlar özlərindən əfsanəvi və toxunulmaz bir sima düzəltmişdilər, sanki camaatın onlara yaxınlaşması mümkün deyil və onlar digər insanlardan üstündürlər. Mən bu səfərlərdə həmin bütü qırmaq istəyirəm. İstəyirəm xalqa deyim ki, mən də sizin kimi, sizlərdən biriyəm, siz mənimlə görüşə bilərsiniz, danışa bilərsiniz”.

Ağanın həmin səfərlərinin, prezidentlik və rəhbərlik dövründə müxtəlif insanlarla rəftarlarının səbəbindən bu gün xalqla onun arasında sıx birlik yaranmışdır. Ayətullah Xamenei digər insanlar kimi yaşayır, onlarla qaynayıb-qarışır. Xalq da səfərlər zamanı göstərib ki, öz rəhbərini dərin məhəbbətlə sevir.

Höccətül-İslam Əhməd Mərvi

Tənqidi qəbul etmək


Zeynəb Nurizad adlı 17 yaşlı tehranlı bir qız Böyük Rəhbərə məktubunda yazırdı: “Müqəddəs Qüds günü (xütbə zamanı) bir kişi ayağa qalxdı. Deyəsən sizə məktubu vardı və siz (mənim fikirimcə…) onu minlərlə insanın gözü qarşısında alçaltdınız”. O, məktubunda Ayətullah Xameneidən istəmişdi ki, bu məsələyə aydınlıq gətirsin. Böyük Rəhbər təvazökarlıqla o cavan qızın cavabında yazır: “Əziz qızım! Sənin tənqidinə çox sevindim, təşəkkür edirəm. Ümüdvaram ki, Allah-taala bizim hamımızı bağışlasın, az olmayan kiçik və böyük günahlarımızdan keçsin. Mən sizin dediyiniz məsələ ilə bağlı özümü müdafiə etmirəm, bəzən danışan öz sözünün acılığını dinləyən qədər hiss etmir. Belə yerlərdə hamımız Allah-taaladan istəməliyik ki, o danışanı agah və islah etsin, mümkünsə nöqsanları ona deyilsin. Allah-taaladan sizə uğur diləyirəm!”

Bu, vilayət məqamının öz övladları ilə və gənclərlə rəftarıdır. İnsan bu böyüklükdən və Onun tənqidi qəbul etməsindən nə qədər ləzzət alır!

Cənab Seyid Əli Müqəddəm

Təvazökarlıq və rəhbərlik


Höccətül-İslam cənab Hadi Mərvi ilə birgə prezident aparatına getdik. O zaman Ayətullah Xamenei İran İslam Respublikasının prezidenti idi. Onun iş otağına daxil olduq. Stolunun arxasında oturmuşdu, məni görüb ayağa qalxdı və qarşılamağa gəldi.

Ağanın rəftarından xəcalət çəkdim. Bir neçə il qabaq o, Rəfsəncanda mənim qonağım olmuşdu və indi gedirdim ki, onu görməklə yeni ruhiyyə əldə edim. Haraya gedirdim? Ölkənin ikinci şəxsiyyətinin görüşünə. Mən onda eynilə inqilabdan qabaqkı təbliğ dövrünün təvazökarlığını gördüm. Rəftarında heç bir dəyişiklik yaranmamışdı. Allah-taala bizə böyük bir lütf edib, belə bir şanlı şəxsiyyəti bizə rəhbər qərar verib. Biz o əziz rəhbərdən dərs almaqla kamala doğru getməliyik.

Cənab Əsədullah Şirazi

(Şəhid Höccətül-İslam Hacı Şeyx Abbas Şirazinin atası)



Sənət adamları ilə görüş


Bölgələrə səfərləri zamanı Ayətullah Xameneinin çoxlu rəngarəng proqramları olur. Bu proqramlardan biri 2000-ci ildə Ərdəbil vilayətinə səfəri zamanı vilayətin sənət adamları ilə keçirilən toplantı idi. Bu toplantıda çoxlu yazıçı, incəsənət xadimi, şair və s. şəxsiyyətlər iştirak edirdi. Ərdəbil vilayətinin şairləri ağanın mədhinə yazdıqları şeirləri oxudular. Şeirlər çox gözəl, həqiqətən də, İslam inqilabının şanlı və böyük rəhbərinə layiq idi. Toplantının sonunda Ayətullah Xamenei bütün şairlərə təşəkkür etdi və buyurdu: “Şeirlər çox gözəl idi, amma bir eybi var idi. O da budur ki, mənim mədhimdə yazılıb”.

Bu söz Böyük Rəhbərin ixlasına, təvazökarlığına və mənəvi əzəmətinə dəlildir.

General Məhəmməd Şirazi

Xüsusi təvazökarlıq


Səfərlərin birində Böyük Rəhbər çıxışından sonra mərasimin təşkil olunduğu salondan çıxırdı. Çoxlu könüllü – bəsic ağanı əhatəyə almışdı. Qəfildən gördük ki, o, yerə oturdu. Səbəbini bilmədik. Özümüzü ora çatdıranda gördük ki, bir əlili xərəkdə ağanın görüşünə gətiriblər. Ağa o əlil qardaşı görüb dərhal yerə oturdu və bir müddət onunla söhbət etdi, ona nəvaziş göstərdi.

O, torpağın üzərində oturub, əlillə söhbət edirdi. Onun inqilab əlili qarşısındakı təvazökarlığı hamını öz təsiri altına salmışdı; mən o yerdə arzu etdim ki, kaş mən də bir əlil olaydım və beləcə Böyük Rəhbər tərəfindən qayğı və mərhəmət görəydim.

General Hicazi

“Elə bilmə səndən ötrüdür!”


O zaman prezident olan Böyük Rəhbər incəsənət sarayının açılışına qatılmalı idi. Şəhid övladım Abbas Şirazi bir zaman İslami Təbliğat Komitəsinin sədr müavini idi. O mənə dedi: “Rəfsəncan səfərini təxirə sal, açılışda iştirak et və Ayətullah Xamenei ilə görüş”.

Deyilən gün çatdı, mən o mərasimdə iştirak etdim. Böyük Rəhbər orada olduğumu bilən kimi məni yanına çağırdı. Onun yanına çatıb əlini öpdüm. Ağa oğlum Abbasa buyurdu: “Cənab Şirazi, elə bilmə mən sənə görə atanla dostam, bizim dostluğumuz illərlə qabağa aiddir. Mən bir vaxtlar sizin evinizdə, sizin süfrənizdə oturardım”.

Ayətullah Xameneinin bu rəftarı mənim üçün gözlənilməz idi. O, prezidentlik zamanında Rəfsəncanda olduğu günlərdəkindən heç də fərqlənmirdi.

Cənab Əsədullah Şirazi




Yüklə 440,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə