GüNƏŞDƏn biR ŞÜA


Altıncı fəsil: Şəhid ailələrinə qayğı



Yüklə 440,33 Kb.
səhifə6/12
tarix26.01.2018
ölçüsü440,33 Kb.
#22607
1   2   3   4   5   6   7   8   9   ...   12

Altıncı fəsil: Şəhid ailələrinə qayğı

Şəhid ailələri ilə görüş


Böyük Rəhbərin sabit proqramlarından biri şəhid ailələri ilə görüşdür. Bu görüşlər o qədər dəqiq nizamlanır ki, Rəhbər evə daxil olana qədər ev sahibi xəbərsiz olur. Böyük Rəhbər adətən, görüş gecələrində 3-5 ailəyə baş çəkir. Şəhid ailələri adətən, şəhərin uzaq yerlərində və kiçik küçələrdə yaşayanlardan seçilir. Hər bir evdə ən azı yarım saat oturur. Bu görüş məclisi maraqlı olur. O oturduqdan sonra şəhidin fotosunu istəyir, ona baxır və yaxınlarından harada, necə şəhid olduğunu soruşur. Şəhidin valideynləri hər biri ayrı-ayrılıqda qayğı və məhəbbət görürlər. Əgər şəhidin kiçik övladı olsa, onu dizi üstündə oturdub nəvaziş göstərir.

Höccətül-İslam Məhəmmədi Gülpayiqani



Zirzəmidə


Bir gecə Böyük Rəhbərin camaat namazında idim. Yaşlı bir qadının iki əsa ilə sıranın axırında divara söykəndiyini gördüm. Qarı namaz bitdikdən sonra əsaları ilə yavaş-yavaş irəlilədi və Ayətullah Xameneinin qarşısında dayandı. O, öz övladı ilə danışırmış kimi, ağa ilə danışmağa başladı və söhbətində dedi: “Sizə bir qədər hədiyyə gətirmişəm”. Sonra o, əlini çantasına apardı və hədiyyələri bir-bir Böyük Rəhbərə göstərib dedi: “Bu sizin, bu uşaqların...”

O, ağa ilə çox səmimi söhbət edirdi, mən şahid oldum ki, Böyük Rəhbər də bu ana ilə çox isti söhbət edir. Söhbətdən sonra Rəhbər bizə buyurdu: “Bu xanım iki şəhid anasıdır”. Sonra öyrəndik ki, şəhid ailəsi olduğu üçün, bir dəfə ağa onun evinə görüşə gedib və beləcə o, Ayətullah Xamenei ilə tanış olub.

Böyük Rəhbərin daimi proqramlarından biri şəhid evlərinə baş çəkməkdir. Bu, heç zaman tərk olunmur. Bir dəfə Böyük Rəhbər bu iki şəhid anası olan qadının evinə gedir. O, hamamda işləyirmiş, evi də hamamın zirzəmsində imiş. Ağa ona buyurur: “Qarşınıza problem çıxsa, mənim dəftərxanama müraciət edin”.

Dünyanın harasında belə şey görünüb! Mən bəzi ölkələrdə görmüşəm ki, prezident yoldan keçərkən 60-70 maşın onu muşayiət edir, amma İslam dini sayəsində bizim ölkəmizdə Rəhbər şəhid anasının görüşü üçün hamamın zirzəmisinə də gedir və beləcə onunla səmimi söhbətləşir.

Höccətül-İslam Seyid Əbülhəsən Nəvvab

Şəhid atasına qayğı


2000-ci ildə Bürucerd şəhərindən olan iki şəhid və iki müharibə əlili atası cənab Hüseyninəsəblə birgə Böyük Rəhbərin görüşünə getdik. O, şəhidlər atası ilə çox isti söhbət etdi, namaz vaxtı çatdıqda namazı camaatla qıldıq, sonra cənab Huseyninəsəb təqribən bir saat ağa ilə görüşdü. Görüş çox səmimi keçdi.

Mənim üçün maraqlı olan bu idi ki, vaxtının hər bir anı dəyərli və İslam dünyasının problemlərinin həllinə sərf olunmalı olan bir Rəhbər belə bir lütf göstərir və qoca bir kişi ilə söhbət edir. Bu, minlərdən yalnız biridir. Onun şəhid ailələri ilə rəftarı ölkəmizin bütün vəzifəli şəxsləri üçün dərs və örnəkdir.

Doktor Əlaüddin Bürucerdi

Xristian ailəsi ilə görüş


Ayətullah Xamenei, prezidentlik dövründə bir gün şəhid ailələrilə görüşmək və onların evinə baş çəkmək üçün Tehranın Məcidiyyə məhəlləsinə getdi. O, bir neçə evə baş çəkdikdən sonra soruşdu: “Bu məhəllədə görüş üçün başqa bir mənzil qalıbmı?” Dostlar dedilər: “Bir xristian ailəsi qalıb, onların övladı döyüşdə şəhid olub. Həmin evə getmək istəyirsinizmi?” Rəhbər müsbət cavabı verdi.

Şəhid ailəsi sevincdən özünə sığmırdı. Onların biri bu xəbəri eşidərkən özündən gedib yıxıldı, onu xəstəxanaya apardılar. Xanımlar dərhal örtünmək üçün hicab dalınca getdilər. Ayətullah Xamenei evin sakinləri ilə çox isti rəftar etdi. Öz fətvasına uyğun olaraq, məsihiləri murdar bilmədiyindən onlar üçün gətirilən meyvələrdən yedi və yanındakılara da işarə edərək buyurdu ki, siz də yeyin, qoy onlar bilsinlər ki, biz onları özümüzdən hesab edirik.

Höccətül-İslam Musəvi Kaşani

Nə üçün tez demədin?


Mənim Rəhman adlı bir qardaşım vardı. O, 1982-ci ildə döyüşdə şəhid oldu. Onun Mustafa adlı oğlu qalmışdı. Atası şəhid olanda dördaylıq idi. Bir gün Böyük Rəhbərlə iclasımız olanda onu da özümlə apardım. Mustafa həyətdə oturdu. İclas iki saat çəkdi, iclasdan sonra Ayətullah Xameneinin gözü Mustafaya sataşdı. Mən onu ağaya təqdim etdim. Onun şəhid övladı olduğunu biləndən sonra mübarək gözləri yaşardı, Mustafanı qucaqladı və öpdü. Sonra gileylənib mənə buyurdu: “Nə üçün mənə tez demədin?” O öz otağına qayıtdı, bir saat və bir qələm gətirib Mustafaya hədiyyə verdi.

General Əli Fəzli



Qəfil görüşlər


Böyük Rəhbərin sabit proqramlarından biri dəyərli şəhid ailələri ilə qəfil görüşləridir. O, bu məqsədlə daim gecələr şəhidlərin evinə gedir və bu iş onlara ümid verir.

Prezidentlik dövründə bir gün camaat namazını qıldıqdan sonra Ayətullah Xamenei mənə buyurdu: “Biz bir yerə getmək istəyirik, siz də bizimlə gəlmək istəyirsinizmi?” Mən dedim: “Sizin yanınızda olmaqdan böyük şərəf nə ola bilər?!” Allahın lütfü ilə mən ağa ilə birgə bir Peykan maşınında hərəkət etdik. Başqa bir nəfər də bizimlə idi. Bir maşının arxasında üç nəfər oturduq. Nəhayət bir neçə küçə və xiyaban keçdikdən sonra şəhid Müqəddəsinin evinə çatdıq. Ayətullah Xameneinin şəhid evinə gəlişilə, ev sakinləri çox sevincək, olduqca ürəkaçan bir səhnənin tamaşasına oturdular; elə bir səhnə ki, mənim üçün unudulmazdır. Mən o mənəvi fəzanı heç zaman vəsf edə bilmərəm.

Höccətül-İslam Məhəmmədi İraqi

Altı şəhid atası ilə görüş


Ayətullah Xamenei prezidentlik dövründə Qərbi Azərbaycana və Kürdüstana səfər etdi. Mən o vaxt 28-ci diviziyanın komandiri idim. O bizim diviziyaya gəldi. Mərasimdən və onun çıxışından sonra dəftərxanaya getdik.

Qardaşlar proqramı elə tənzimləmişdilər ki, 28-ci diviziyada və bizim dəftərxanada altı şəhid və bir müharibə əlili atası olan cənab Məcid Qadirxanzadə Böyük Rəhbərlə görüşsün. Onu ağaya təqdim etdik. Böyük Rəhbər onu çox səmimi qucaqladı, öpdü və buyurdu: “Sizin bizim boynumuzda haqqınız var”. Şəhid atası ona dedi: “Biz borcumuzu yerinə yetirmişik”. Ayətullah Xamenei buyurdu: “Yaxşı, danışın görək uşaqlarınız necə şəhid olublar”.

Şəhid atası danışdı, ağanın onun söhbətlərindən xoşu gəldi. Sonra o, şəhid, şəhidlik və Kürdüstan xalqının fədakarlıqları haqda söhbət etdi. Söhbətdən sonra Böyük Rəhbər buyurdu: “Bir Quran gətirin mən ona hədiyyə etmək istəyirəm”. Sonra buyurdu ki, onun xanımına da bir qızıl sikkəsi hədiyyə verin. Mən ağaya dedim: “Cənab Məcid Qadirxanzadənin iki xanımı var”. Ağa buyurdu: “Onda iki qızıl sikkə gətirin”.

O görüşdən sonra altı şəhid atası hər dəfə Tehrana getdikdə Böyük Rəhbər onu öz evinə dəvət edir və onunla çox səmimi davranırdı.

General Əhməd Dadbin

Səmimi söhbət, yoxsa əqd mərasimi


Allahın lütfü ilə Böyük Rəhbərlə birgə şəhid ailələrinin görüşünə getdik. Orada bir neçə şəhid ailəsi toplaşmışdı. Onlar ağanı görəndə sevincdən göz yaşı axıdırdılar. Sonra dostcasına səmimi söhbətə başladılar. Əziz rəhbərimiz uşaqların yaşayışından və dərslərindən soruşdu. Məclisdəki dörd şəhid atası olan qoca kişilərdən biri ağaya dedi: “Əgər icazə versəniz, mən sizinlə xüsusi söhbət etmək istəyirəm”. İcazə aldıqdan sonra səmimi söhbət başladı. Bir şəhid xanımı da icazə aldı və bir müddət onunla təkbətək danışdı. Sonra ümumi söhbət başlandı. Onların hamısı öz sevimli rəhbərləri ilə səmimi söhbət etdilər.

Böyük Rəhbər buyurdu: “Bir Quran gətirin”. O, Quranı bir şəhid anasına hədiyyə etdi. Şəhid anası dedi: “Lütfən, ona öz imzanızı da yazın”. Ağa qəbul etdi və öz imzasını qoydu. Sonra digərləri də Böyük Rəhbərdən öz imzası olan Quran istədilər. Rəhbər onların istəyini də yerinə yetirdi. Qalxmaq istəyəndə bir nəfər dedi: “İndi aramızda iki şəhid övladı var, onlar bir-birləri ilə məhrəm olmaq əqdi oxuyublar. İstəyirlər daimi əqdlərini siz oxuyasınız”. Böyük Rəhbər buyurdu: “Eybi yoxdur, deyərəm bir vaxt ayırsınlar və dəftərxanada mərasimi icra edərik”. Dedilər biz istəyirik elə buradaca oxuyasınız. Ağa buyurdu: “Heç eybi yoxdur, amma bu şərtlə ki, mehriyyə 14 qızıldan artıq olmasın”. Dedilər mehriyyə 100 qızıldır. Gəlin dedi: “Mən qalanını bağışlayıram, mehriyyə yalnız 14 qızıl olsun”. Böyük Rəhbər orada olan cənab Məhəmmədi Gülpayiqaniyə buyurdu: “Onda əqd mərasimini icra edək”. Əqd oxunduqdan sonra ağa buyurdu: “Mən belə mərasimlərdə əqd oxunduqdan sonra əziz şəhid ailələrindən olan bəy və gəlinin hər birinə bir qızıl sikkə hədiyyə edirəm”. Sonra onun göstərişi ilə iki qızıl gətirdilər, ağa onları öz əli ilə bəy və gəlinə hədiyyə etdi”. Böyük Rəhbərin bu görüşü və ata kimi səmimi rəftarı mənim üçün çox gözəl və maraqlı idi.

General Məhəmməd Şirazi

Heç nigaran olma!


Böyük Rəhbər həftənin bir gününü şəhid ailələri ilə görüşə ayırıb. Bu görüşlərdə insan Əmirəl-mömininin (ə) və Peyğəmbər əhli-beytinin (ə) kəramət və məhəbbətini xatırlayır. Böyük Rəhbər şəhid övladlarını dizi üstə oturtduqda və yaxud sinəsinə sıxdıqda, oradakıların gözlərindən yaş axır. Mən dəfələrlə bu gözəl səhnənin şahidi olmuşam, bəzən bayıra çıxıb təklikdə çoxlu ağladıqdan sonra yenidən görüş yerinə qayıtmışam.

Çox səmimi və səfalı idi. Elə bil, ata öz övladlarının görüşünə gəlmişdi. Bir gün bir şəhid xanımı ağanın dəftərxanasına gəldi və ağaya dedi: “Mənim bu dünyada olanım bircə övladdır”. Sonra o, problemlərini saymağa başladı. Böyük Rəhbər cənab Müqəddəmə buyurdu ki, onun problemlərini həll etsin və sonra şəhid xanımına dedi: “Qızım, heç nigaran olma, mən sənin hər kəsinəm. Nə vaxt işin olsa, cənab Müqəddəmə (dəftərxanın ictimai əlaqələr şöbəsinin müdiri) müraciət et”.

Şəhid xanımı bu sözləri eşitdikdən sonra elə bil, bütün problemləri həll olunmuşdu. Ürəyindən bütün qəm-qüssəsi çıxmışdı, üzü gülürdü. O, beləcə Böyük Rəhbərlə sağollaşıb, evinə qayıtdı.

Höccətül-İslam Musəvi Kaşani



Əziz qonaq


Böyük Rəhbər daimi olaraq şəhid ailələrinə baş çəkir. Bir gün onunla birlikdə bir şəhid ailəsinin evinə getdik. Həmişəkinin əksinə olaraq, ağanı qarşılamaq üçün oraya çoxlu adam toplaşmışdı. Ayətullah Xamenei buyurdu: “Bizim gəlişimizi onlara kim xəbər verib? Biz heç kimə zəhmət vermək istəmirik”.

O, otağa daxil oldu və oturdu, onun üçün çay gətirdilər, amma içmədi. Narahat olduğu üzündən bilinirdi. Ağa çox fikir verirdi ki, bu görüşlər heç kimin əziyyətə düşməsinə səbəb olmasın. Şəhid atası ağaya dedi: “Nigaran olmayın, bunu bizə sizin dəftərxananızdan xəbər verməyiblər. Mən gecə həzrət İmamı (r) və şəhid övladım Əlirzanı yuxuda gördüm. Sizin gəlişinizi mənə onlar dedilər. İmam mənə buyurdu ki, sabah axşam əziz qonağın olacaq, onu yaxşı qarşılayarsan. Mən dedim o qonaq kimdir? İmam buyurdu: “Sizin rəhbəriniz”.

Höccətül-İslam Rəsuli Məhəllati

Şəhid ailələrinə məhəbbət


Bir gün ağa zabit şəhidlərin ailələri ilə görüşürdü. Bu görüş iki saatdan artıq çəkdi. Ailələr bir-bir gəlir və ağa ilə dərdləşirdilər. Çox gözəl bir görüş idi. Böyük Rəhbər o görüşdüyü hər ailə ilə özünün o şəhidlə keçmiş xatirələrini yada salır, o haqda danışırdı. Ağanın şəhid övladları ilə olan rəftarı öz övladları kimi idi. Bəzən biri öz problemlərini ağaya deyirdi və bəzən yenidən qayıdırdı ki, bir məsələni yaddan çıxarmışam. Ağa da çox səbirli və mətanətli şəkildə onun sözlərinə qulaq asırdı. Bütün bu müddətdə Ayətullah Xamenei ayaq üstə dayanmışdı, şəhid ailələrinə olan məhəbbəti onu yorulmağa qoymurdu; heç elə bil ayaq üstə dayanmayıb.

Höccətül-İslam Həqqani



Görüş şövqü


Bir gün gəlib dedilər ki, film hazırlamaq üçün teleşirkətdən gələcəklər. Söz verdikləri gün bir maşınla üç-dörd nəfər gəldi: “Hacı ağa, özünü hazırla, əziz bir qonağın var”. Onlardan qonağın kimliyini soruşduqda, belə eşitdim: “İnqilabın böyük rəhbəri”. Bu zaman qapının səsi eşidildi, ağa içəri daxil oldu, görüşün şövqü məni çaşdırmışdı. Ağa məni qucaqladı, üzümü öpdü, mən də Böyük Rəhbərin əlini öpdüm. Sonra gedib xanımıma dedim ki, o da gəlsin. Ağa otağa daxil oldu və yerdə oturdu. Öncə halımızı soruşdu, problemlərimizi xəbər aldı, sonra buyurdu: “Şəhidlərin şəklini gətirin”. Üç şəhid övladımın şəklini gətirdim. O, şəkilləri bir-bir öpdü, öz qarşısına qoydu və buyurdu: “Əgər bu şəhidlər olmasaydı, biz də yox idik, nəyimiz varsa, bu şəhidlərdəndir”.

O, təxminən yarım saat bizimlə qaldı, getmək istədiyi zaman mənə üz tutdu və buyurdu: “İcazə verirsiniz gedək?”. Mən dedim ağa, bizim icazəmiz sizin əlinizdədir. O vaxt birdən yadıma düşdü ki, qonağımızın qabağına heç nə qoymadıq. Böyük Rəhbərlə görüşdən özümüzü itirmişdik, yadımızdan çıxmışdı ki, ağa bizim qonağımızdır. Utana-utana ondan üzr istədim. O da gözəl bir təbəssümlə buyurdu: “Nə eybi var?!”

Məcid Şücaipur

İslam döyüşçüləri ilə birgə


Ayətullah Xamenei müharibə zamanı (özü prezident olarkən) Mərivana səfər etdi və xalqla görüşdü. Görüşdən sonra onunla birgə bir salona getdik. Müdafə nazirliyinin və İnqilab Keşikçiləri Korpusunun bütün uşaqları, könüllülər və mücahidlər toplaşmışdı. Salonun koridorunda böyük bir süfrə açıldı, biz ağaya dedik: “Bura çox qarışıqdır, sizin xörəyinizi başqa bir salona aparırıq, orada yeyərsiniz”. O buyurdu: “Yox, hamı ilə birlikdə yeyəcəyəm”. Orada adam əlindən yer yox idi, Böyük Rəhbər o dar yerdə və İslam döyüşçülərinin arasında oturdu və uşaqlar ağa ilə birgə xörək yedilər.

O günün xatirəsi mənim üçün çox yaddaqalandır; elə bir xatirə ki, heç zaman unudulmayacaq.

General Əhməd Dadbin


Yüklə 440,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə