Güney Az ərbaycanda 2013-cü ilin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/20
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32533
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

66 
 
Boyunbağın boynumdadır 
qoxun ad günümə aldığın oyuncaqda; 
Sənsiz bu duzsuz günlərdə öpüş yasaq. 
Dodağım susamış bir salama 
və şeirlərim sətirsiz kağızlara köçür. 
Hey, səni hər gecə 
tavana çəkirəm gözlərimlə (43). 
 
Şairlər şeir doğaraq can verir dünyada... 
Güney şairlərinin əsərlərində tez-tez toxunduqları bir mövzu da şair 
v
ə şeir məsələləridir. Şairləri şeirin pərvanəsi sayan Xosrov Barışan 
”Dem
ə:-Niyə uşaqsan?” şeirində mövzi ilə bağlı ilginc fikirlər sərgiləyir. 

Şairlər uşaq ölər. Şer doğaraq can verər, ölümdən qabaq ölər. Şairləri 
şeir doğaraq can verən dünyada”,-deyən Xosrov Barışan ümidini 
ümidsizlik içində məhz şeir mətni əsasında yaranan və çarəsizliyinin 
əlacı, açarı olan mahnıya-musiqinin ecazkar gücünə bağlayır... 
Sən Urmunun alagiləsi; 
66 
 


67 
 
Tərpən...silkələn...dalğalan... 
Bütün qıfılları aç. 
Bu şeir bir mahnı 
Bu mahnı bir açar 
Naçarlığıva... (25) 
Şərifə Cəfəri Dəniz “Həbsdə doğulur şair!!!” şeirində şair və şeir 
m
əsələsi və bu motivə bükülən Güneydəki mövcud durum, açıq söz 
dey
ən, milli kimlik, ana dili, hakim rejim tərəfindən xalqın pozulmuş 
haqq v
ə hüquqlarının geri qaytarılması məsələlərini gündəmə gətirən 
şairlərin həbs olunaraq zindanlara atılması, lakin burada onun yenidən 
doğulması, həbsxana cəzaları, şallaq zərbələri altında daha da 
mübarizl
əşdiyi, daha üsyankar şeirlərinin yarandığını orijinal epitetlərlə 
k
ədərlə ifadə edir. Şərifə xanım yenidən, daha coşğulu, daha üsyankar 
doğulmaması üçün şairi beynindən asın, ürəyini sökün, öldürün!-
hökmünü verir, çünki: 
H
əbsdə dolur, doğulur şair! 
Döyüldükc
ə kəlmə doğur,  
67 
 


68 
 
Q
andalla öpüşür, sevişir, aşiq olur dəlicəsinə şair 
Üsyan tör
ədir, Artıqcasına şair ola bilir də hətta!!! 
Yanıldınız Azadlığın qiymətini daha da çox bilər,  
h
əbsdə yatan şair. 
M
əsud Haray üçün isə “Bir də vaxtında insan olsam.dımı?” sualıdır 
şeir… 
B
əlkə də oxucuya qəribə gələr şeirin ölüm qoxuması, hətta bütün 
misralarının kəfən geyinərək ölümə hazır olması... Kiyan Xiyavın, onu 
yetir
ən xalqın yaşadığı həyatın diqtəsi, şairin həqiqətidi bu fikirləri 
doğuran: 
Şeirlərim ölüm qoxuyur dedin 
V
ə bilmədin... 
H
ələ demədiyim şeirlərimdə, 
Bütün misralarım kəfən geyinmiş 
Ölüm
ə hazırdırlar... 
Əksər çağdaş Güney yazarları kimi Rza Tələbi də adsız bir modern 
şeirində insan həyatının hər bir sahəsinə, gündəlik yaşamın incəliklərinə, 
68 
 


69 
 
t
əklik, ailə, xoşbəxtlik, KİV-qəzetlər və televiziya, sənət kimi bir çox 
m
əsələlərə toxunur və poetik münasibət bildirməyə çalışır. Amma onun 
c
əhdi bir qədər uğursuz alınır, çünki bu şeir oxucuda güclü duyğular, 
t
əsvir etdiyi hadisələr emosional hisslər doğurmur. Bu isə şairin əsəri 
saysız-hesabsız fakt və hadisələrlə yükləməsidir, sadəcə faktlar sadalanır, 
şeirin ən birinci tələbi-bədiilik, şeirsəlliksə arxa plana keçir:  
Keşkə ay olmasaydı, Su olmasaydı, qız olmasaydı, 
n
ə şeir, nə Əflatun, nə Petros, nə də Samsung ve Iphone  
...qaranlıq bir odada 
eşşek əti, qoxumuş süd, tuvaletdən çıxan qarın qoxusu 
...qoltuğumuzda qıllar, yırtılmış can köynəkləri... 
sidikl
əri qurudan Günəş olmasaydı... 
Rza T
ələbinin bu şeiri istər-istəməz Camal Sürəyyanın “Şeir 
anayasaya zidddir, t
əbiətin əxlaqı qovduğu yerdədir, qeyri-qanunidir” 
fikrini xatırlatdı... “Nə ana, nə ata, nə də facebookdakı saxta qız 
profill
əri, nə İce tea, nə copy paste aydınlar....nə Avropa birliyi, nə 
X
əzər, nə körfəz, nə Müctəbanın Londonda doğumu, nə like, nə twitter, 
69 
 


70 
 
n
ə Təbatəbayi, nə Stalin, nə Mao, nə Trotskı, nə Mısbah, nə Çanaqqala, 
n
ə Sarıqamış, nə Çaldıran, ...nə Araz, nə Cığatı...nə Sara, nə Xan çoban
n
ə cips, nə bulvarda boşuna gəzən qızlar, nə Dubayda tanış fahişələr...nə 
Şahgölü...nə qırx metrdə qusan keflilər, nə sən, nə mən, nə kətan köynək
n
ə Nitşe, nə Hegel, nə də ılxıçı yolundaki benzin stasiyonları, nə söz, nə 
dil, n
ə tanrı, nə şeytan....nə də zunuz alması.... olmayaydı” deyib yaxşı, 
ya pis olan h
ər şeyin adını trafaret sadalamalarla üstündən xətt çəkən Rza 
T
ələbi sivil dünyanın eybəcərliklərinə, pisliklərinə təkcə Təbrizin 
m
ərkəzindəki Qacarlar xanədanının vəliəhdi olan Abbas Mirzə 
zamanında bərpa edilmiş və 1931-ci ildən etibarən xalqın gəzinti, 
istirah
ət yerinə çevrilmiş, ətrafı yaşıllıqlarla əhatələnmiş (sahəsi 54.565 
m²) 
Şah gölünün bulaşmasını istəmir. Qloballaşan dünyanın pislikləri 
qarşısında insanın acizliyini önə çəkən müəllif bu ortamda yalnız 
milç
əklərin qalmasını və bütün pislikləri, nifrəti, ölümü... yeməsini 
arzulay
ır. Lakin Rza bəy bu qədər yetərsizliyin, pisliklərin arasında 
d
əlicə sevmək istəyini də gizlətmir və maraqlıdır ki, bu sevgini məhz Şah 
gölü il
ə, Təbrizlə əlaqələndirir, poetik baxımdan zəif olan bu şeirində 
70 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə