Güney Az ərbaycanda 2013-cü ilin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/20
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32533
1   ...   12   13   14   15   16   17   18   19   20

96 
 
eyni zamanda 
xalqına arxa çevirməməyi, yalan vədlərə aldanmamağı, el 
malına göz dikməməyi tövsiyə edir... 
Qadir C
əfərinin “Tuva türklərinin musiqisini dinlədikdən sonra” (36) 
adlı essevari öykü-hekayəsində isə türkün qədim və şanlı tarixinə bir 
n
əzər var: “Demirəm ən doğmamsan mənim. Ancaq bir parçam. Hardasa 
yaddaşımda izin var, bilirəm. Hansı uzaqlar burulğanında itirmişdimsə 
d
ə, yenidən tapılır, cücərirsən. Hardan doğuldun yenə məndə sən? 
Nayman m
əni buraxsana! Burası şaxtadır. donuq bağırtılar sarayıdır. 
S
əsim üşüdü. Sızıltılarımı Vərziqana qusdum, ağılarımı Qarabağa. Artıq, 
Aral quruluğundan Urmu gölünə dammağına inanmışam. Bu nə coşğudu 
s
əndə? Bir an dayan mən unutqanam. Yuvanyuvanlar qəbiləsinə 
Yalamanam. Çoxdandı ormanlara yadırğamı-şam. Beləcə kişnərtmə atını 
ərənlər sayaq. Qışqırmaq Koroğlu dolu nostalogyamdı mənim. Şaha 
qalxırsa ilk yıxılan mənəm.” 
Rəsul Məlikoğlu "Yeddi" adlı kiçik həcmli hekayəsinə Bəxtiyar 
Vahabzadənin “Vaxtsız açan çiçək, xar olmalıymış...” misrasını epiqraf 
96 
 


97 
 
seçmiş və elə bu epiqraf əsərin ideyası, mövzusu və müəllifin hədəfi 
b
əlləyir...  
Əksər tədqiqatçılar və yazarlar, ümumiyyətlə, Azərbaycan 
ədəbiyyatında tarixən poeziyanın üstünlük təşkil etdiyini dönə-dönə 
vurğulamış, səbəblərini şərh etməyə çalışmışlar. Bu mənzərə 
“Azərbaycan xalqı şair xalqdır” istilahında da qorunur. Ancaq böyük 
Vətənimizin Quzey parçasında durum fərqlidir və güclü nasirlərimizin 
roman yaradıcılığı burada nəsrin hansı səviyyədə inkişaf etdiyinin 
göstərgəsidir. Güneydə isə, göründüyü kimi, nəsr yaradıcılığında bir 
lənglik, gecikmə olmuşdur. Nəsrdə mövcud olan boşluğu hələ sağlığında 
ikən ustad Şəhriyar da hiss etmiş, bu boşluğu doldurmaq üçün roman 
janrında qələmini sınamaq istəmiş, ancaq məlum səbəblər üzündən 
məqsədinə çata bilməmişdir. G.Gəncalp, Nazlı və Yüksəlin ustad şairlə 
müsahibələrində durumun səbəbləri Şəhriyarın öz dili ilə açıqlanır: 
“Anamdan, n
ənəmdən, ağsaqqallardan eşitdiyim nağıllar əsasında roman 
yazmaq ist
əyirdim. Dilimizdə nəsr yazmaq fürsətini bizə tanımadılar. O 
q
ədər ədəbi yaradıcılıq arzularım içimdə dəfn olundu ki. Siz çox 
97 
 


98 
 
g
əncsiniz və bir də tanınmırsınız. Tanınmış olsanız, sizlərə də əziyət 
ed
ərlər. Qoymazlar ana dilinizdə yazasınız. “Heydər babaya salam” 
əsərinə görə məni çox incitdilər. Kimsə bilmir bunları. Həm incitdilər, 
h
əm də sosial imkanlardan məhrum etdilər. Ancaq mənim milli vicdanım 

əsərləri (Azərbaycan türkcəsində olanları) yazmağa əmr çıxarmışdı öz 
içimd
ə. Mən əlimdən gələn xidməti dilimizə etdim. Bu qədərini 
başardım. Bəlkə ana dilmizdə az yazdım, bunun uzun səbəbləri var. 
Ancaq el
ə bir mərhələ gəlmiş ki, dilimiz nəsrdə də təcrübə qazanmalıdır. 
Ancaq b
əzi millətlər nəsrə çox gec keçirlər. Hətta bu gün də elə millətlər 
var ki, onların dili mənsur ədəbiyatda hələ təcrübə qazanmamışdır. 
Ancaq şeirdə demək olar ki, bütün dünya dillərinin təcrübəsi var. Bizim 
d
ə dilimizin ən azından İran mühitində nəsr sahəsində təcrübəsi yoxdur 
(37).” 
Elşən Böyükvəndin Azərbaycan türkcəsində Güneydə roman 
yaradıcılığının zəif inkişaf etdiyini açıqlayan fikirləri də bir gerçəkdir: 
Elşən Böyükvənd “Ana dilində yazmamaq, yaxud iki və bir neçə dildə 
yazmaq m
əsələsi Batı ölkələrində olduğu kimi, Doğu ölkələrində də 
98 
 


99 
 
görün
ən məsələdir. Güney Azərbaycanda 1360(1981)-cı illərə qədər 
t
əkcə 5 cild boşqaba qoymalı roman kitabının olmamasının əsas səbəbini 
Rza B
ərahəni, Səməd Behrəngi və Qulamhüseyn Saedinin bacarıqsızlığı, 
laqeydliyi v
ə Ana dillərinə "sevgi və şuur" bəsləməməyin sonucu kimi 
görm
ək, İranın çağdaş siyasi-ictimai tarixini yaxşı oxumamaq və bu 
m
əsələyə qərəzli və qeyri-elmi yanaşmağın sonucudur. 1360-cı ilə qədər 
Ana dilimizd
ə roman yazmaq istəyən yazıçı Türk dili dənizində dalğıclıq 
(q
əvvaslıq) etməli idi, amma pəhləvilərin Ana dilimizə tutduqları divanın 
içind
ə roman yazmağa heç bir imkanatın olmaması və Ana dilimizdə 
roman kitablarının yoxluğunu unutmamalıyıq. Enis Batur, "Ana dil, ögey 
dil v
ə ötəki dil" başlıqlı məqaləsində Dante,  Petrark, Cioran, Beckett, 
Pound, Nabokov, Conrad v
ə Kundara kimi öz Ana dillərində yazıb-
yazmayan, ikidilli v
ə çoxdilli yazarlardan danışır, amma Güney 
Az
ərbaycan yazıçıları kimi yazısından öfkəli bir qoxu duyulmur. 
Osmanlı dövrü və çağdaş Türkiyə yazarları barədə danışırkən məsələyə 
ideolojik xarakter verm
əkdən çəkinir. Güney Azərbaycandan fərqli 
olaraq h
ər iki dövrün yazarları (Osmanlı və  yeni Türkiyə dövrü) öz Ana 
99 
 


100 
 
dill
ərində təhsil almaq imkanına malik olduqlarına heç bir şübhə yoxdur 
(38).  
Dig
ər yazarlar kimi Elşənin də toxunduğu Ana dilində təhsil almaq 
imkanının olmaması və bu durumdan çıxış yollarının axtarılması 
m
əsələsi zaman-zaman ziyalıları ən çox düşündürən problemlərdən biri 
olmuşdur. Vaxtilə bu problemin çıxış yollarından birini Ana dilində 
d
ərsliklərin yazılıb çap edilməsində görən Səməd Behrəngi Mir Mehdi 
Etimad, Mirz
ə Həsən Rüşdiyyə, Həbib Sahir kimi öndərlərin qutsal işini 
davam etdirm
əyə qalxışmış, uşaqların anlaya biləcəyi sadə türkcədə 
“Əlifba” kitabı yazmış, lakin İranın rəsmi qurumları tərəfindən bu dərslik 
geri qaytarılaraq çap olunmasına razılıq verilməmişdir. Bu etirazın əsas 
s
əbəbi isə Azərbaycan türklərinin Ana dilində təhsil almasının qarşısına 
ç
əkilən sədlərdən biri idi. Bu addımı Səmədin qardaşı siyasi akt kimi 
qiym
ətləndirirdi. Çünki ona ünvanladığı: “Мən imzаmı хаlqın zehninə 
c
əfəngiyat verən bir çox müəlliflər kimi kitabın üstünə yaza bilmərəm. 
Мən ömrümdə bir dəfə olsun “Ş” hərfini uşaqlara “Şah” sözü ilə 
öyr
ətməmişəm. “Şahbanu” və “Vəliəhd” sözlərinin üstündən atılıb 
100 
 


101 
 
keçmişəm. Мən kitabımın birinci  səhifəsini onlara necə həsr edə 
bil
ərəm? Qoy evimizin damı uçsun. Мən “Ş” hərfini “Şah”, “Şahbanu” 
sözl
əri ilə, “ə” hərfini “Vəliəhd” kəlməsi ilə öyrədə bilmərəm. Bəli, 
qardaşım, onlar mənə bunu təklif edirdilər. De görüm, nə etməliyəm? 
Bütün h
əqiqətləri və şərəfimi bu kitabın yolundamı qoyum? Bəs onda 
şagirdlərimə, uşaqlara nə cavab verə bilərəm? “24 sааt yuxuda və 
ayıqlıqda” hekayəsini məşğuliyyət üçün yazmamışam. Оna görə 
yazmışam ki, sən dünyanın hər yerində  yaşayan öz balaca qardaşlarını 
yaxşı tanıyasan. Оnların dərdlərinin çarəsi haqqında düşünəsən...(39)” 
sözl
ərində, təbii, həmin qadağanın sirri və əsl mətləbin də gizləndiyi göz 
qabağındadır... 
 
Güney Az
ərbaycanda bir tərcümə hərəkatı yaranmalıydı... 
 
T
ərcümə işi, dünya ədəbiyyatından, tarix və mədəniyyətin müxtəlif 
sah
ələrini əhatə edən örnək əsərlərin milli dilə çevrilərək oxuculara 
sunulması ədəbi prosesin hər zaman diqqət mərkəzində olmuşdur. 
101 
 


102 
 
T
ərcümə əsərləri xalqların bir-birini daha yaxından tanımasına vəsilə 
olur. Dey
ə bilərik ki, Güney Azərbaycanda bu sahədə də çox iş görülüb. 
Ancaq M
əlihə xanım Güney Azərbaycanda bu gün qlobal düşünüb milli 
dild
ə yazıb-yaratmağın, eyni zamanda xarici ölkələrdə meydana çıxan 
d
əyərli ədəbi nümunələrin Azərbaycan türkcəsinə çevrilərək 
oxunmasının da ədəbiyyatın inkişafı üçün çox önəmli olduğunu düşünür 
v
ə vurğulayır ki, “milli dilimizdə yaranan yeni ədəbiyyat dalğasının alt 
yapısı hazırlanmaqdadır. Bu olayı daha da gücləndirmək üçün tərcümə 
işinə diqqət yetirmək gərəklidir, yəni dünyanı öz dilimizdə oxumaq çox 
vacibdir. Çağdaş düşüncələri oxuyub öyrənmək və dünya sənətinin əldə 
etdiyi uğurlardan faydalanmaq bu yolda əlimizdən tutacaqdır 
(33).” Dr.Hüseyn Süleymanzad
ə də Güneydə tərcümə hərəkatının 
yaranma
sının vacib olduğunu bildirir... İslam, fəlsəfə və uyqarlıq tarixi 
açıq bir örnəkdir buna. Dördüncü hicrini islam renessansı kimi 
d
əyərləndirirlər. Bu renessans isə çevirmə hərəkatı ilə gerçəkləşmişdir. 
Türkan Urmulu is
ə “Öz dilimdə herfeyi əsər azdır. Modern ədəbiyatım 
daha körp
ədir! Dünyanın profesional çalışmalarından uzaq olduğumuz 
102 
 


103 
 
bir gerç
əkdir,- deyərək dünya ədəbiyyatından nümunələrin tərcümə 
ed
ərək xalqın ixtiyarına verməyin gərəkliliyini vurğulayır.  
2012-2013-
cü illərdə Məhəmməd Müctəhid Şəbistərinin “Varlığın 
peyğəmbəranə oxunuşu teorisi”nin 1,2 və 5-ci hissələrini, “Molla 
S
ərdarın tənqidi”, “Mənə qarşı təxriblər” və “Teoriləri tənqidetmə yerinə 
təxribetmə” əsərlərini, eyni zamanda "Abbas Mirzə və Azərbaycan", 
"P
ərdə arxasında gizlədilən tarix" kitablarını da Azərbaycan türkcəsinə 
çevirmişdir.  
Əziz Səlaminin də tərcümə işində çox böyük təcrübəsi vardır. 
Alman dilini ana dili kimi mük
əmməl öyrənən yazar ruhuna doğma, 
düşüncələrinə yaxın olan şairlərin əsərlərini Azərbaycan türkcəsinə 
çevirm
əyi və soydaşlarına sunmağı gərəkli saymışdır. Deyə bilərik ki, 
Əziz bəy bu əsərləri uğurla tərcümə etmiş, doğma türkcənin ladlarına 
yatımlı bir dildə çox  maraqlı və orijinal tərcümələri araya-ərsəyə 
g
ətirmişdir. Onun çevirisində “Çin şeirləri-“Şaftalı çiçəyi”, Yapon 
şeirləri - “Hayku”, Xuan Ramon Ximenez.“Mahnın kimidir ölümün də”, 
Sönm
əz ulduzlardır sözlərin-Qızıldərililərdən mahnılar və dualar”, “Ulu 
103 
 


104 
 
mahnı-Mahnılar mahnısı. Süleymanın mahnısı”, yəhudi əsilli alman şairi 
Else Lasker Şülerin “Alovlar kimi açılacaq qolların” kimi şeir topluları 
geniş oxucu auditoriyasının məhəbbətini qazan-mışdır.  
Nigar Xiyavi is
ə Qulamhüseyn Səidinin “Bəyəl Əzalıları” (Təbriz: 
2003.Əxtər nəşriyyatı) və “Top” (Təbriz, 2003) əsərlərini dilimizə 
çevirmiş, uşaqlıq illərindən bəri arzuladığı bir işi həyata keçirmişdir.  
Ramin Cabbarlı və Türkan Urmulu Səməd Behrənginin hekayələrini 
v
ə Abdulla Şaiqin uşaq ədəbiyyatı seriyasından olan əsərlərini Türkiyə 
türkc
əsinə uyğunlaşdırmış-lar. 20 cildə yaxın əsər olan tərcümələr çap 
edilm
əyə başlamışdır. Bunlardan “Küçük Kara Balık”, “Telhun”, “Ulduz 
v
ə Kargalar”, “Bir şeftali, bin şeftali”, “Sevgi Masalı” əsərləri İstanbulda 
Kaynak yayınları tərəfindən nəşr edillmişdir.  
N
əşr sahəsində real durum və çapa təqdim olunmuş əsərlər... 
  
Bu gün Güneyd
ə bir sıra şeir məclisləri fəaliyyət göstərir. Seyid 
Heydər Bayat və qələmdaşları “Füzuli gecələri” adlı dərnəkdə, eləcə də 
yeni yaratdıqları "Qara Dərnək" adlı cəmiyətlərində hər həftə klassik 
104 
 


105 
 
ədəbiyatla, eyni zamanda modern ədəbiyyatla bağlı söhbətlər aparır, yeni 
şeirlərini oxuyurlar. Son dönəmlərdə Güney ədəbiyyatını zənginləşdirən 
kitablar 
sırasında “Mavilər”, “Talanmış Günəş”, “Gözü yaşlı küçələr”, 
“Gün
əş tonqalı”, “Bəlkə daha deyənmədım”, “Hər rəngdən”, “Zəncirdə 
sevda”
nın adları öncül mövqedədir.  
2013-cü ilin çap m
əhsulları içərisində Türk Dil Qurumunun 
buraxdığı Nabi Kobotarianın “İran Azerbaycanı Aşık destanları. Şikari 
destanı” Güneydə xalqın yaratdığı böyük türk mədəniyyəti xəzinəsinin ən 
d
əyərli incilərindən sayıla bilər. “Dədə Qorqud” ənənələrini davam 
etdir
ən və dörd nəsil aşığın sinəsindən qopub günümüzədək gəlib çatmış 

Şikari dastanı” motif və mövzu zənginliyilə də diqqət çəkir. Türk 
dünyasının ən iri həcmli dastanı kimi dəyərləndirilən “Şikari dastanı” 
mövzu dair
əsinə görə də Türkiyənin Anadolu bölgəsində yaranmış iki 
söz s
ənəti nümunəsi-“Battalnamə” və “Danişməndnamə” dastanları ilə 
b
ənzərdir və əsas hədəfi Türkləşdirmək və İslamdırmaqdır.  
Güneyd
ə 2013-cü ildə onlarla kitab çapa hazırlanmış və nəşr üçün 
m
ətbəələrə təqdim olunmuşdur. Seyid Heydər Bayatın “Alma Yolu” adlı 
105 
 


106 
 
şeirlər toplusu, Ruqiyyə Kəbiri hekayələri toplanmış iki kitabını 
(
“İçimdəki qız” və “Bu qapı heç döyülməyəcək”) yayım izni almaq üçün 
T
əbrizin İrşad nazirliyinə təqdim etmişdir. “Ağ Atım”, “Günəş” adlı 
kitabları ilə sevilən və çağımızın milli şairi kimi tanınan Huşəng 
C
əfərinin isə üçüncü kitabı “Qanlı Çiçəklər” Zəncan Nikan Kitab Yayın 
evind
ə nəşr sırasını gözləmək- dədir.  
2013-cü ild
ə “Varlıq”, “Yarpaq”, “Xudafərin”, “Yaşmaq”, “Ban” 
jurnallarının sırasına yeni bir ədəbiyyat tribunası-“Ban” dərgisi də 
qoşuldu. “Ban” adlı dərginin (112 s.üç aylıq) məqalə, öykü və şeirlərdən 
ibar
ət ilk sayının İstanbul şəhərində yayımlanması ilin ən mühüm ədəbi 
v
ə mətbu hadisələrindən biridir... “Ban”ın amacı Çağdaş Güney 
Az
ərbaycan ədəbiyyatı haqqında yazılar dərc etmək, Güney 
Az
ərbaycanda yazıb-yaradan sənətkarların ədəbi yaradıcılığını tanıtmaq, 
h
əmçinin burada artan sürətlə inkişaf edən ədəbi prosesi ardıcıl şəkildə 
izl
əməkdir. “Ban” dərgisinin yayımı yığcam bir kollektivin-redaksiya 
hey
ətinin fədakar əməyi sayəsində gerçıkləşməkdədir. Belə ki, Türkan 
Urmulu-
Yazı işləri müdiri, dərginin redaktoru olan türkoloq və 
106 
 


107 
 
ədəbiyyatşünas Toğrul Atabay həm də öykü-nəsr, Hadi Qaraçay-poeziya
Ramin Cabbarlı publisistika bölümləri üzrə, dizaynerlər Atabay 
Tikant
əpəli-üz qabığının, Tural Sirdaş isə iç səhifələrinin tərtibatından 
sorumludurlar. “Ban” d
ərgisinin ilk sayında Hümmət Şahbazi, Ülkər 
Ucqar, Yrd.Doç.Dr.Gülara Yenisey v
ə Ərsan Ərelin məqalələri, Rasim 
Qaraca il
ə söyləşi-müsahibə (“söyləşi” daha doğal səslənir), Rüqəyyə 
K
əbiri və Kiyan Xiyavın öyküləri, Andre Breton, Pol Eluar, Lui Araqon, 
Heyd
ər Bayat, İbrahim Savalan, Kiyan Xiyav, Ramin Cabbarlı, Türkan 
Urmulu, İsmayıl Mədədi, Fətullah Zövqi, Aydın Araz, Leyla 
R
əhimi, Fəriba Həyati, Elyad Musəvi, Əlirza Ağazadə, Ərsan Ərelin isə 
şeirləri çap olunmuşdur. Rüqiyyə Kəbiri, Ülkər Ucqar, Gülara Yenisey, 
Leyla R
əhimi, Fəriba Həyati və dərginin Yazı işləri müdiri Türkan 
Urmulunun m
əqalə və şeirlərinin də yer aldığı bu sayda yaradıcı 
qadınların əsərləri nisbətən üstünlük təşkil edir. Yazar və tərcüməçi 
Ülk
ər Ucqarın “Ağ Alma” və ədəbiyyat: Dilin erkək zatı” adlı 
m
əqaləsində bir sıra dillərdə kişilərin dominantlığı məsələsinə tənqidi 
n
əzər salınmışdır. 
107 
 


108 
 
C
əmil Meriç “Qərb kültürün vətənidir, şərq irfanın. Nə qərbi 
tanıyırıq, nə şərqi, ən az tanıdığımız isə özümüz...(40.s.11)" deyirdi... 
Güney Az
ərbaycanda 2013-cü ilin ədəbi yekunlarına nəzər saldıqda 
burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab 
m
ədəniyyəti, sözyaratma qüdrətinin olduğu yansıyır. Möhtəşəm 
m
ədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini 
öyr
ənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt 
silinmir, 
əbədiyaşarlıq qazanır.  
 
Sonuc 
1.
 
Güney Azərbaycanda bu gün ənənəvi şeir, Modern və postmodern 
ədəbiyyat, “Avangard şeir”  dinamik inkişaf etməkdədir... 
2.
 
Güneyd
ə inkişaf edən ədəbi prosesin bir qolu da ədəbi tənqiddir. 
3.
 
 
Çağdaş dövrdə yazarlar Uşaq ədəbiyyatının inkişafına və araşdırılmasına 
daha çox 
əhəmiyyət verirlər. 
4.
 
Güney ədəbiyyatında Feminizm-Qadın hərəkatı da ayrıca bir xətdir... 
108 
 


109 
 
5.
 
Qarabağ problemi və Urmu gölü hadisələri Güney ədəbiyyatında son 
dövrün aparıcı mövzularına çevrilmişdir. 
6.
 
Ana dilind
ə təhsil almaq imkanının olmaması və bu durumdan çıxış 
yollarının axtarılması məsələsi Güney ziyalılarını və yazarları ən çox 
düşündürən problemlərdəndir. 
7.
 
Bu gün Güney Az
ərbaycanda böyük bir tərcümə hərəkatı yaranmaqdadır. 
8.
 
Ana dilind
ə çap imkanı mövcud rejim tərəfindən məhdudlaşdırılmışdır... 
 
Qaynaqça 
1.
 
Mahatma Qandi. Bütün 
insanlar qardaşdır, Bakı: “Qanun” 
n
əşriyyatı, 2012, 248 s., Çevirisi: Güntay Gəncalpındır. 
2.
 
 “Azadistan”, 15 Hordad 1299, s.1 
3.
 
Yusuf Akçura, Türklüyün Tarihi, İstanbul, 1998. 
4.
 
Y.Abrahimyan, İran Beyne do Enqelab, Tehran 1378, s. 85; 
Güneyin S
əsi, №04, 2011, 
5.
 
www.asif ata.com 
6.
 
http://www.azadliq.org/ 
109 
 


110 
 
7.
 
www.alatoran.org › Jurnal › 
2004/№4  
8.
 
anlam.biz.Berlin, 27 mars 2013. 
9.
 
http://www.adyazar.az/ 
10.
 
Nyus.Azetreml.com 
11.
 
baymedia.az/news. 
12.
 
www.azadliq.org 
13.
 
www.alatoran.org. Jurnal.
2004/№4. 
14.
 
dusharge.azeriblog.com; www.sozunsozu.com 
15.
 
 http://www.bilgicik.com 
16.
 
www.pitraq.blogfa.com/ 
17.
 
http:www.eyvaz.org. 2013/03/23 
18.
 
Jean Paul Sartre, Hürr Olmak, Emin Türk Elçin çevirisi,Toplumsal 
Dönüşüm Yayınları, 2.Baskı, Nisan 1995. 
19.
 
M
əsud Haray.Facebook.com 
20.
 
www.sarigelin.net; www.frequency.com/  
21.
 
www.trt.net.tr/trtWorld/az/news 
22.
 
X
osrov Barışan. İçdim Təbrizin işıqlarını, Təbriz, 1349(2013). 
110 
 


111 
 
23.
 
“İrəvan yek vilayəte muselman neşin bud”. Tehran, Enteşarate Zufa, 
1379, 247 s., Sübhan Talıblı. Güney Azərbaycan institutunu yaradan 
insan. Güneyin s
əsi, 2011/Aprel. 
24.
 
Şərifə Cəfəri-Dəniz. Facebook.com 
25.
 
barishan.blogsky.com 
26.
 
profliqa.blogspot.com/.. 
27.
 
http:www.eyvaz.org. 2013/03/23 
28.
 
R
əşid Təhməzoğlu.Nazim Hikmətin yaradıcılığında 
Şərq.B.”Təhsil”,2007, 156s. 
29.
 
mbasic.facebook.com. 
30.
 
www.amerikaninsesi.org  
31.
 
https://az-az.facebook.com/ 
32.
 
qadin.net/index.php?cstart 
33.
 
http:meliheezizpur.blogfa.com. 
34.
 
Güntay G
əncalp. “Yolatayın xatirələri”, Bakı, “Qanun”, 2013.  
35.
 
Ruqiyy
ə Kəbiri, Evim, Təbriz, 2013. 
36.
 
profliqa.blogspot.com 
111 
 


112 
 
37.
 
kult.az.guntay gencalp.sehriyarla gorus xatireleri 
38.
 
oyrenci-sesi.info/site/xeber; www.dayaq.info 
39.
 
S
əməd Behrəngi. Məhəbbət nağılı, Bakı, 19 
40.
 
Meriç Cemil. Kültürd
ən İrfana. İstanbul: İnsan Yayınları, 1986. 
41.
 
saidmatinpur.com  
42.
 
tutsaqyazarlar.blogspot.com 
43.
 
Kult.az 
 
112 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə