Güney Az ərbaycanda 2013-cü ilin


Yaralı durnayam, göl arzusunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/20
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32533
1   2   3   4   5   6   7   8   9   ...   20

11 
 
Yaralı durnayam, göl arzusunda, 
V
ətən arzusunda, el arzusunda, 
Anamdan doğulan gündən bu günə, 
X
əyallar qurmuşam dil arzusunda. 
Əlbəttə, istisnasız olaraq deyək ki, insanın duyğu və hisslərinin, 
ictimai-siyasi-
fəlsəfi fikirlərinin, bütövlükdə daxili aləminin ifadə 
vasitəsi, eyni zamanda modern düşüncəsinin ana fəlsəfəsi dil, bu dildə 
varoluşluq, yaşarılıq qazanmış sözlər, kəlmə-lərdir. Alman filosofu 
Haydegerin “Dil v
arlığın evidir” tezisini savunan Dr.Hüseyn 
Süleymanoğlu dəyərli müsahibəsində bu formulu Güney Azərbaycandakı 
mövcud duruma t
ətbiq edərək deyir ki, “əgər dil varlığın evidirsə, biz 
az
ərbaycanlılar uçurulmuş bir evdə yaşamaq zorunda qalmışıq. Bu ev-
varlığı yenidən tikməliyik. Şair-yazarları-mızın görəvi (vəzifəsi) budur. 
Dilimizin sintaksisi Güneyd
ə pozulmuşdur.(7)”  
Yaranmış vəziyyətdən çıxış yolunu Hadi Qaraçay dünyanın 
harasında yaşamasın-dan asılı olmayaraq hər bir türkün anlamaqda çətin-
lik, zorluq ç
əkməyəcəyi Ortaq Azərbaycan dilinin, Ortaq Türkcənin 
11 
 


12 
 
yaradılmasında görür. Vətəndaş şair “XX əsrdə elin, ulusun dilində olan 
sözcükl
ərlə yetinmək olmaz, biz bir də yeni sözcüklərin yaradılmasını 
sa
ğlayacaq bir dil qurumu yaratmalıyıq. Dil qurumu dilimizin köklərinə, 
öz
əlliklərinə dayanaraq yeni anlamlara, yeni nəsnələrə uyqun ad 
qoymaqla ilgil
ənmə-lidir. Günümüzdə belə bir qurumun yaradılma 
olanağı olmadığı üçün dilimizdə gedən dəyişmələr olağanüstü çalışma-
lara, bir neç
ə aydının özəl çalışmalarına, başqa sözlə, örgütləndirilməmiş 
bir biçimd
ə gedir. Bunun da verdiyi sonuc olduqca azdır,”- deyir... 
“Talanmış günəş” adlı şeirlər kitabı ilə ədəbi aləmə səs salmış Nasir 
Merqatinin 
ərəb dilindən alınan bəzi sözlərin cəm şəkilçisi qəbul etməsi 
m
əsələsinə maraqlı münasibəti, obyektiv yanaşması ilə ilgili həm 
Güneyd
ə, həm də Quzeydə düşünməyə dəyər. Çünki bu yanaşmanın özü 
d
ə Vahid Ədəbi dil məsələsinin gərəkliliyini açıq-açıq gündəmə gətirir. 
H
əqiqətən gözdən qaçan bu məqamla bağlı onun bir yazar, bir ziyalı kimi 
narahatlığı başa düşüləndi...  
“Elin, ulusun dilind
ə olan sözcüklərlə yetinmək olmaz” gerçəyini 
d
ərindən dərk edən və dilçilik sahəsində müəyyən bilgiləri olan ziyalılar: 
12 
 


13 
 
Eyvaz Taha, Nadir Əzhəri, Nasir Mənzuri, Hadi Qaraçay, Hüseyn Şərqi 
Soytürk, Əli Daşqın, dr.Hüseyn Süleymanoğlu, Seyid Heydər Bayat, 
Hümm
ət Şahbazi, Bəy Hadi, Məsud Haray, Elşən Böyükvənd, Naser 
Merqati, M
əlihə Əzizpur və b. türkcə yeni söz yaratmaqla və alınma 
sözl
ərin türkcəyə uyğunlaşdırılması işi ilə də uğraşırlar. Güney yazarları 
şeir və nəsr əsərlərində sırf burada Azərbaycan türkcəsinə uyğun olaraq 
yaradılmış evrənsəl, kürəsəl (dünyəvi), kürəsəlləşmə (qloballaşma), yazın 
(
ədəbiyyat), yazınsal (ədəbi) “Hərb və sülh” ("Savaş və barış” - Tolstoy), 
bilims
əl (modern), özgürlük (müstəqillik), özgüvən (özünəinam), kişisəl 
(şəxsi), ortam (müstəvi), alan (sahə), içərmək ilgi (əlaqə), etgi (təsir), 
verimli (m
əhsuldar), nədən (səbəb), yerəl (yerli), gəlişmə (inkişaf), 
dartışma (mübahisə), birey kimi yeni sözlərdən yararlanırlar. Əksər 
qələm sahibi öz əsərlərində bəzi sözlər kimi, “ədəbiyyat” sözünü də 
birmənalı olaraq “yazın” kəlməsilə əvəzləmişlər. Güntay Gəncalp da 
ədəbiyyat sözünün “yazın” kəlməsilə əvəzlənməsini daha məqsədəuyğun 
v
ə doğru sayır: “Klasik ədəbiyatla “ədəb” sözünün sıx bağlantısı var. 
Ancaq modern yaradıcılığı ədəbiyyat sözü ifadə edə bilmir. Çünkü dini 
13 
 


14 
 
v
ə kültürəl anlamda ədəbiyyat təslim olmağı, Tanrı qarşısında, törələr 
qarşısında təslim olmağı təlqin edir. Ancaq modernitənin əsasında etiraz 
durur, t
əslim deyil. Ona görə də ədəbiyyat yerınə “yazın” sözü istifadə 
edilm
əlidir.”  
Görk
əmli alman filosofu Habermas sözlərin: “1-şüurlar arası, 2-əşya 
və fenomenlərlə, xarici dünya ilə əlaqə qurur, 3-yazarın və ya danışanın 
hallarını və zehni təcrübələrini bəyan edir,” kimi üç missiyasının 
olduğunu göstərirdi... Şübhəsiz ki, ən ağıllı anlaşma və yaradıclıq biçimi 
də məhz bu üç amilin birlikdə gerçəkləşməsilə mümkünləşir. “Milli 
oyanış ədəbiyyatı” adlandırdığımız ədəbiyyat anlayışı şerimizi siyasət, 
v
ətən və xalqa xidmət etməyə, qulluq göstərməyə yönəltdi. Əlbəttə, 
düşünməyə dəyər: “Milli varlıq, dil, ədəbiyat, tarix və insanla bağlı olan 
bir çox biliml
ər öz əski, daşlaşmış anlamlarından soyunduruldu, yenidən 
n
ə olduqları üzərinə dartışmalar açıldı. Bu gəlişməni yaşayan və 
yaşadanlar, bir sözlə, 70-ci illərin gəncliyi olub. Yazmaq, yaratmaq, 
gücdür, 
uğurdur, ilgidə olduğun bütün varlıqlara təsir göstərmək, özünə, 
öz bireyin
ə yenidən dönməkdir. Bu baxımdan son illərdə gəncliyimizin 
14 
 


15 
 
yazına girişməsinin nədənləri aydınlaşır. Gəncliyimiz yazmaqla özünü 
t
əsdiq etməyə yönəlir. Azərbaycanın bu günkü gəncliyini "Türke xər" 
dem
əklə, təhqir etməklə meydandan çıxarmaq olmaz. (9) H.Qaraçay 
hesab edir ki, İranda türkcə yazmaq və ədəbi əsərlər yaratmaq özü-
özlüyünd
ə siyasi fəaliyyətdir (10). Həmçinin siyasi görüşlər və 
düşüncələrin ədəbi əsərlərin məzmununa daxil edilməsinin Güneydə bir 
problem 
olmadığını vurğulayan şair əsərlərdə siyasi mövzulardan istifadə 
etm
əyi pis və ya yaxşı bir hal kimi qabartmır, özəlliklə siyasi motivi necə 
işləməyin, ədəbi müstəviyə hansı səviyyədə gətirməyin, hansı söz və 
k
əlmələrlə ifadə etməyin önəmli olduğuna diqqət çəkir. Alman filosofu 
Haydeger 
yazırdı: “Hər bir dildən bir söz atılarsa, o dildə danışan millətin 
bir qarış torpağı yox olur, o millətin düşüncəsi və dünyagörüşü daralır.” 
Ana dilinin v
ə ölkəsinin istiqlala qovuşması uğrunda uzun illər savaşıb 
mübariz
ə aparan böyük hind mütəfəkkiri və ictimai xadimi Mahatma 
Qandinin: “Hindistanda orta oxulda v
ə universitetdə yabancı dildə oxuma 
yayılmışdır. Bu, əxlaqi və ruhi baxımdan millətimizə və ölkəmizə çox 
z
ərər verməkdədir. Hindistanın istiqlal savaşı həm də öz dilinə sahib çıx-
15 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə