Güney Az ərbaycanda 2013-cü ilin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/20
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32533
1   2   3   4   5   6   7   8   9   ...   20

16 
 
ması üçündür. Öz dilimizə hələ çox yaxın olduğumuzdan yabancı dildə 
oxumanın bizə nə qədər zərər verdiyinin fərqində deyilik. Özümüz 
yabancı dildə təhsil aldığımız üçün bunun zərərlərini anlayıb önləmlər 
almalıyıq (1.s.45).” kəlamı isə Güney ziyalılarının Vahid Ədəbi dil 
uğrunda göstərdiyi çabalarında nə qədər haqlı olduqlarının kanıtıdır. 
Güneyd
ə ədəbi prosesin bir qolu da ədəbi tənqiddir...   
Qeyd ed
ək ki, son illərdə bu sahədə xüsusi canlanma hiss olunur. 
Əvvəllər diqqətdən kənar qalmış ədəbi tənqidə böyük maraq, rəğbət və 
diqq
ət artmışdır. Ədəbi təhlil yazıları ilə mətbuatda ara-sıra çıxışlar edən, 
ədəbi tənqid sahəsindəki boşluqdan, şeir toplularındakı qüsurlardan yana 
bir ziyalı narahatlığı duyan Cəfər Bozorgəmin də bu sahədəki irəliləyişi 
n
əzərdən qaçırmır: «Ancaq gənclərimizin şeirinin necəliyi və xarakteri 
üst-üst
ə (bəzi əski yazan gənc şairlərimiz istisna olaraq) şüarçılıq və 
öyüd-xitab
ədən uzaqlaşmaq, şeirdə dil və formanın önəmsənməsi, özəl 
şairanə baxışlar, qəzəl, folklor, aşıq şeiri, modern, postmodern şeir 
estetika izl
ərinin görünməsi olub. Bu gün şeirimizin qarmaqarışıq 
durumu, ifrat-t
əfrit (bir başı tam əskilik və bir başı təməlsiz aşırıçılıq) və 
16 
 


17 
 
anarxizmind
ən arınıb-durulub, sağlam və doğru axımı, xarakteri 
aydınlaşmalıdır. Şeir topluları dönə-dönə çapdan buraxılıb yayınlanırlar 
v
ə bir professional tənqidçi boşluğunda durumları aydınlaşmayır. 
Professional 
ədəbiyyatımız da bu üzdən yarana bilməyib.” Cəfər 
Bozorg
əminin də söylədiyi kimi, bu gün Çağdaş Güney Azərbaycan 
aydınlarını ən çox düşündürən məsələ ölkədə məhz professional 
ədəbiyyatın yarana bilməməsinin səbəbləridir. Tanınmış ədəbiyyatşünas 
alim Sabir N
əbioğlu, çağdaş şairlərimizdən Hadi Qaraçay, Nadir Əzhəri, 
Hümm
ət Şahbazi, Sayman Aruz və başqaları bunun səbəbini Güney 
Az
ərbaycan ədəbiyyatında bu gün yeri daha çox hiss edilən tənqidçilərin, 
ədəbi tənqid xarakterli yazıların yetərincə olmamasında görən Məlihə 
Əzizpur yazır: «Ədəbiyyatımızın daha da inkişaf edib irəliləməsi üçün 
t
ənqidçilərə çox ehtiyac var. Yəni özəlliklə gənc yazıçı nəslinin daha da 
gücl
ənməsi üçün tənqidçinin olması çox önəmlidir. Çünki tənqidçi 
yazılan əsərlə oxucu arasında bir körpü kimi sayılmaqdadır və yaranan 
h
ər sənət türü özəlliklə ədəbi əsərlərin yeni qazanclarına yol açar. Bu gün 
bu boşluq getdikcə daha qabarıq hiss olunmaqdadır. Qeyd edək ki, Barış, 
17 
 


18 
 
Eldar Muğanlı, Süleyman Salis, Nigar Xiyavi, Muradəli Qaflantı 
(Qureyşi), Əlirza Miyanalı və başqalarının yaradıcılığı haqqında maraqlı 
m
əqalələr yazan ünlü şair və tədqiqatçı Əhməd Alovun çağdaş dövr 
yazarlarının bədii irsinə, yeni yaranan əsərlərə ədəbi tənqidin yeni 
münasib
ətinə həsr etdiyi «Ədəbi-tənqidi araşdırmalar», Hümmət 
Şahbazinin «Müasir Güney Azərbaycan şeirinin tənqidi», Eyvaz Tahanın 
«Dil varlığın evidir», Cəfər Bozorgəminin «Çağdaş ədəbiyyatın tənqidi», 
Nadir Əzhərinin «Məqalələr» adlı kitab və topluları da Güney 
ədəbiyyatşünaslığında mövcud olan boşluğu doldurmaq yönündə atılmış 
mühüm addımlardır. Bu uğurlu addımların sırasına Eyvaz Tahanın «Dil 
varlığın evidir» kitabı haqqında Hadi Qaraçayın «Dil varlığın eviymiş» 
adlı böyük həcmli təhlil-incələmə yazısını və Qadir Cəfərinin «Poema 
öz
əlliyi və poetika gözəlliyi (Qeydlər)»ini və Kiyan Xiyavın Ruqəyyə 
K
əbirinin “Susənbər yazıları” ilə bağlı qələmə aldığı «Nanə yarpağında 
qadın hörümcək» və ““Evim” də şamanizm, marksizm və cəhənnəmin 
qızğın soyuğu (Ruqəyyə Kəbirinin “Evim” romanı üzərinə bir baxış)” və 
coşğun təbli şair Elşən Böyükvəndin “Kimli məsələləri və yazarların 
18 
 


19 
 
kimliyi”, “
Muğanın ədəbi mühiti və "Qanlı günəş" poeması barədə ”adlı 
yazılarını da əlavə edə bilərik. Bu ədəbi tənqid xarakterli araşdırmaların 

ərisində «Poema özəlliyi və poetika gözəlliyi»ni incələyən Qadir 
C
əfərinin çağdaş dövrdə mənzumə sözünün əvvəlki mövqeyini itirməsi 
m
əsələsinə münasibətini örnək olaraq göstərmək istəyirəm, təbii, xırda 
imla yanllışlarını islah etməklə: «Mənzumə sözü poema qarşısında 
keç
ərliliyini itirib və təcrid olunub. Bunun səbəbi isə çağdaş 
poemaçılıqda nəzm və düzənin itməsi ilə yanaşı sərbəst poemaların 
ortaya g
əlməsidir. Digər yöndən çağdaş dövrdə klassik poemalar belə, 
mahiyy
ətcə fərqlənərək yalnız nağıl, rəvayət xarakterini itirib. Buna açıq-
aydın örnək isə Şəhriyarın «Heydərbabayə salam» və «Səhəndiyyə» 
poemaları, Bəxtiyar Vahabzadənin «Muğam» və «Gülüstan» poemaları, 
Z
əhtabinin «Şahin Zəncirdə» poeması və başqaları ola bilər. Vurğulanan 
poemalarda r
əvayət etmək ənənəsi qalırsa da, artıq nağılçılıq 
duyulmamaqdadır. Dünya ədəbiyyatında tanış olduğumuz modern 
poemalar içind
ə T.S.Eliotun «Çoraq ölkə»si və çağdaş ədəbiyyatımızda 
Nasir Merqatinin «Talanmış günəş» kitabında həmin adı daşıyan 
19 
 


20 
 
poemanın və «Yad torpağım» poemasının adını çəkmək olar. Modern 
poemalar r
əvayət ənənəsinə sadiq qalıblarsa da, modern estetika əsasında 
qurulub (11).”  
Güney 
Azərbaycanda ən əsas problemin Ana dili məsələsi, ikinci 
problemin 
isə ədəbi tənqidin zəifliyinin olduğunu bildirən Ruqiyyə 
K
əbiri vəziyyətin səbəbini ana dilində təhsilin olmaması ilə izah edir və 
söyləyir ki, professional tənqidçimiz olmaması səbəbindən əsərlər ciddi 
halda 
tənqid olunmur. Ədəbi tənqid boşluğu, mühafizəkar və patriarxal 
psixologiya, öy m
əni-öyüm səni cərgələri və b... nədənlərin ucbatından 
ədəbiyyatımızın durumu biz gəncləri çox kədərləndirir (12). 
Dr.Hüseyn Süleymanoğlu professional tənqidin və tənqidçilərin 
yaranmasının zəruriliyindən bəhs edərkən deyir: ”Bu gün hər 
zamankından daha çox şerimizin tənqidə və tənqidçiyə ehtiyacı vardır. 
Bir fransız tənqidçisi: "Pis bir tənqid belə, yolgöstərici ola bilər" deyir. 
Bizd
ə isə nə yazıq ki, pis bir tənqidçi belə, yoxdur (13 ).” 
 
Uşaq ədəbiyyatının inkişafı ədəbi prosesin əsas hədəflərindəndir... 
20 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə