Güney Az ərbaycanda 2013-cü ilin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/20
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32533
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

36 
 
m
ənzərəsini cızır: - Bəlkə bu qurbanlar qəbula keçər, Tanrı qara gecələrin 
uzunluğunu gödəldər və Güney xalqı azadlığına qovuşar! 
Qarpızları qurban kəsdik 
Çill
ə gecəsində 
B
əlkə tanrı gecəmizi güdəltdi...(16) 
T
ədqiqatçı yazar Eyvaz Taha postmodernizmin universallığı car 
ç
əkən modernlik-dən baş qaldıraraq bütövləşdirici ideologiyalara qarşı 
yarandığını və ideologiyanın da dünyanı iki-xeyr və şər cəbhələrə 
böldüyünü, işığa, nura və zülmətə, qaranlığa dalan ikili bir vəziyyət 
yaradaraq bizl
ərlə onlar, yəni, inqilabla əks-inqilab arasında Berlin divarı 
ç
əkdiyini deyir. Ancaq postmodernizmin hər iki düşərgənin içində 
mozaikalara b
ənzəyən bir vəziyyət olduğunu vurğulayan yazar əks 
düşərgələrin bir-birindən o qədər də aydın cizgilərlə ayrılmadığını, 
m
arjinalla orijinalın sərhədlərinin pozulduğunu söyləyir: 
“Postmodernizm mü
əyyən bir ideologiya deyil, modernliyi kəskin 
t
ənqidlərlə qarşı-qarşıya qoymuş qeyri-sistematik və çoxşaxəli düşüncə, 
araşdırma və yaradıcılıq tərzidir. Fəlsəfədə, memarlıqda, musiqidə, 
36 
 


37 
 
ədəbiyyatda və siyasətdə ənənəvi ideologiya mərhələsini arxada 
qoymaq
dır (17).” 
İstiqlal, bağımsızlıq uğrunda mübarizə onların şeir və poemalarında 
ana xətdir. Çünki “hər bir millətin şərafətinin birinci şərti onun 
istiqlalıdır. Bir məsləkli iki adam, qardaş kimidir,” - deyirdi 
Ş.M.Xiyabani… 
 “Qar 
yağanda ”Xoy”a, Qulaqlarım üşür, Bırnım ucu göynür, Şeir 
barmaqlarım ucunda buz bağlayır. Qanadları qırov bağlayan sərçələri 
düşünüb. ”Urmu”dakı qarğala-ra dən səpməliyəm”,- deyən Məsud Haray 
üçün bütün d
ərdlərin dərmanı adını böyük hərflərlə yazdığı Vətəndir. Bu 
V
ətənin baş şəhəri olan Təbriz təkcə Məsud Haray üçün deyil, Hadı 
Qaraçay, Hümm
ət Şahbazi, Əziz Səlami, Rəsul Yunan, İsmayıl Ülkər, 
Nigar Xiyavi, Kiyan Xiyav, Nadir İlahi, Huşəng Cəfəri, Seyid Heydər 
Bayat, Nadir Əzhəri, Mir Cəlil və Mir Camal Hüseynilər, Bəhruz Sədiq, 
Dr.Hüseyn 
Suleymanoğlu, Məsud İslamı, Səid Muğanlı, qəzəl şairi 
Baraz, Duman Ərdəm, Aydın Araz, Məlihə Əzizpur, Səkinə Həsənpur, 
Ramin Cahangirzad
ə, Rza Ehsani, Elşən Böyükvənd, Əli Daşqın, Ədalət 
37 
 


38 
 
Duman, Maral T
əbrizli, Əfsanə Sulduzlu, Rüqəyyə və Həsən Səfərilər, 
Elvar Quliv
ənd, Rüqəyyə Kəbiri, Ülkər Ucqar, Ramin Cabbarlı, Türkan 
Urmulu, Xosrov Barışan, Murtuza Səlmani, Bəhmən Ərk, Saleh Səccadi
M
əhəmməd Azərşin, Lalə Cavanşir, Ziba Kərbasi, Alma Muğanlı, Vahid 
T
ələt, Solmaz Məhəmməd Rizayi, Qadir Cəfəri, Ayman Quluzadə, 
Behruz S
ədiq, Bəxtiyar Muğanoğlu, Ərgin və b. üçün də müqəddəs bir 
m
əkan, ictimai-siyasi hadisələrin, milli azadlıq uğrunda aparılmış 
savaşın, inqilabların beşiyidir... Təbriz onlar üçün bütün Azərbaycan 
dem
əkdir, Azərbaycan isə Təbriz!!! Şeirlərində Pekin, Paris, London, 
Frankfurt v
ə İstanbul kimi şəhərlərlə qiyaslanan Təbrizin tarixi 
yerl
ərindən, siyasi və mədəni hadisələrin mərkəzi olmasın-dan, xarici 
müdaxil
ələr, daxili çəkişmələr üzündən əsrlərdən bəri yaşadığı acılı-
şirinli günlərindən bəhs etmək hər bir şairin sanki baş görəvidir. Sevgi 
şeirlərində belə Təbriz əsas obraz kimi canlanır, ürəyi yaralı, ağaclarının 
kökü qanla suvarılmış, “dodaqları” qanlı, ötəri sükutundan darıxan, 
s
əbrsizləşən Təbriz: 
Bax, biz T
əbrizik, 
38 
 


39 
 
Sevgi havasıyla erkən oyanmış 
Buludlar bulvarlarını baharlandırmış 
Bizd
ə bitən iydə ağaclarının kökü qandadır, 
Dodaqlarımızın belə kökü qanda... 
Biz T
əbrizik, Səssizik, 
Darıxırıq... (Kiyan Xiyav:"Təbriz və biz-ikili 
yalnızlıq” poemasından) 
“Y
əhudilər bütün haqlarına qovuşmadıqca heç bir fransız hür-azad 
ola bilm
əz, Fransada, yaxud dünyanın harasındasa bir yəhudi, həyat və 
ölüm qorxusu içind
ə titrədikcə, heç bir fransız özünü güvəndə hiss edə 
bilm
əz (18.s.16). Bu gerçək Güney şairlərinin əksər şeirlərindən alov 
diliml
əri tək şahə qalxır... Əslində, “gülləri solduran özü gülə bilməz, ya 
da, 
qonşusu aç olan yata bilməz...” həqiqəti də unudulmamalıdır. Bu 
h
əqiqəti anlamayanlar başqa xalqların azadlığına, bağımsızlığına xor 
b
axır, milli haqlarına sahib çıxırlar. Kiyan Xiyava: “Həyata tapşırın 
sevm
əsin məni, mən çoxdan adaxlamışam ölüm qızını!..” kimi misraları 
39 
 


40 
 
yazdıran da elə xalqının varlığına bu xorbaxma, milli kimliyinin əsarət 
altında xırpalanmasıdır.  
Bu gün Güney 
Azərbaycanın çağdaş şairləri, yaradıcı 
gənclik “Füzulinin, Əliağa Vahidin qəzəllərilə deyil, birbaşa Əlirza 
Nabdil 
Oxtayın, Nazım Hikmətin, eləcə də dünya miqyasında tanınmış, 
mənimsənmiş şeir, poeziya dəyərlərinin qapısından girərək (H.Qaraçay)” 
şeir, poema, yaxud hekayə-öykü, roman yazmağa başlayırlar. “Dünyada 
dinsiz-
imansız dinçilərdən savayı, heç nədən, heç kimsədən qorxmadan” 
söz meydanında Vətən naminə, azad Təbriz uğruna savaşırlar: 
Yazmaqdan yorulmaram 
Yazmamaqdan boğularam... 
Düşündüm ki, sən varsan,  
Umudum var, ey Vatan!  
-deyib V
ətəni son umudu sayan Məsud Harayın əsir Vətəninin 
haraylar
ını eşidib ürəyi şan-şan olanda, hərdən şiddətlə darıxanda, yer 
kür
əsinin, mavi göyün kiçildiyini, hətta bir-birinə girdiyini düşünən 
anlarında yer kürəsinin kiçildiyinə, mavi göylərin daralmasına görə 
40 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə