Güney Az ərbaycanda 2013-cü ilin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/20
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32533
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

41 
 
sevdiyinin 
darıxmasını istəmir! “Dünyalar içimdə” şeirində bütün varlığı 
için
ə daşıyıb dərdinə üzüləndə qızı Burla Xatunun üzünə baxıb 
gülüms
əməsi yeganə təsəllisi olur, lakin gizli göz yaşları yenə də içindəki 
daim t
əlatümlü, dalğalı dənizə axır: 
Dünyalar içimde,yoxsa Dünyalar içind
əyim? 
Üzgünüm, yoxsa üzüntülüyüm. 
Sevgilim: -Bunlari dil
ə gətirməsən, şirinləşir həyat deyir. 
Nec
ə ki, acı bibərlər içinde, acı-şirin bibər axtarışı kimidir. 
V
ə qızım üzümə güləndə gülür dünya üzüməöylə ki, 
Az qa
lır göz yaşlarıma boğulam içimdə... (19) 
İnsanın həyata bağlılığı, ümumiyyətlə, inamların, ümidlərin və 
arzuların üzərində qurulur, arzular insanın sabaha açılan qol-qanadı, 
h
əyatıdır. Bu həyata olan ümid isə insanın qəlbində son nəfədək yaşayır. 
“Ümid sonda ölur” atalar sözü d
ə bu məsələdən qaynaqlanaraq 
yaran
mışdır. Lakin Məsud Haray üçün son ümid Vətəndir və bu, onun 
üçün olduqca 
əziz, qiymətlidir, lap özü kimi, görən gözü kimi... Şair 
m
əhz bu nədənlə də: “Umudumu, kimsənin əlinə verməm, qoluna 
41 
 


42 
 
bağlamam, mən umudumu içimdə, özüm kimi, gözüm kimi saxlaram”, 
deyir... "Miqren” 
şeirində “Səni düşündüyümdə, miqrenim başlar, səni 
düşünməyəndə də. Sən miqrenimsən, mən də sənin dəlin Vətən,-deyərək 
V
ətən üçün dəli olmağın belə mümkünlüyünü hayqırır. “Qara bulut” 
şeirində Günəş olmasa da, qara buludların bağrını çatladacaq qədər 
işıldaya, nur saça bilir:  
Arzılarım geniş, Xıyavanlar darısqal, 
Küçələr isə Pişik yolağı 
Burada səni gəzmək, Burada səni bulmak 
Burada səni yaşamaq o qədər zor ki 
Arzılarım kiçilir, könlüm xəncərlə biçilir, 
inciyir, Vətən!. (19) 
Q
əlbi Vətənin bağımsız, azad günlərini görmək yanğısı ilə yanıb-
tutuşan Məsud dərdin məngənəsində nəfəsi darala-darala bayatı çağırır, 
analarımız, nənələrimiz, dədə-babalarımız-ulularımız… qürbət acısı 
yaşayan bir çox qərib soydaşlarımız kimi: 
42 
 


43 
 
Dağ üstə dağ olardım 
Köyney
i ağ olardım. 
Vatan özgürlüyünd
ə 
Ölm
əyib sağ olardım.(19) 
Möhsin Kondrinin d
ə “Vətən” adlı şeirində Vətən sevdasının 
d
ərinliyində batma-maq oxucunun əlində deyil: 
Ana yür
əğidir, əkmək yarısıdır vatan... 
vatan, aşımız, işimiz, tasamız, toprağımız  
çakıl taşımızdır vatan... 
vatan sevgimiz, 
sevdamız, sevincimiz, kayğımız 
uğruna kavgamızdır vatan… 
v
ətən amacımız, tutkumuz, ülkümüz, 
yazılmamış öykümüz 
əbədi yurdumuz vatan... 
vatan 
damarlarımızda dolaşan kan 
ay yıldızlı bayrakla donatılan 
gölg
əsində yattığımz yerdir Vatan... 
43 
 


44 
 
Şəhər elementlərinin bol-bol sirayət etdiyi modern şeirin bir qanadı məhz 
şəhərlərin tarixinin və bu günkü inkişafının yaratdığı qeyri-ənənəvi 
m
ənzərənin bədii təsviri önəmli yer tutan poemalardır. Bu tendensiya son 
dövr yaradıcılığının ana xətti kimi yansıyan Kiyan Xiyavın “Təbrizin 
saatı səkkiz”, “Tanqosuz Təbriz”, “Təbriz və biz-ikili yalnızlıq” 
poemalar
ında da izlənir. Bu gün Güney Azərbaycan poeziya və nəsrinə 
dünya 
ədəbi, estetik-fəlsəfi fikir cərəyanlarının etkisi göz önündədir. Bu 
t
əsir həm ənənəvi-realistik, həm lirik-romantik üslublarda qələmə alınan, 
h
əm də modernizm təmayüllü əsərlərdə özünü göstərir. Quzey 
Az
ərbaycanda şairlər bu gün poema janrına niyə müraciət etmir, yaxud 
bu janrda n
ə üçün az əsərlər yazılır?-kimi suallar üzərində düşünülürsə, 
Güneyd
ə bu problem yoxdur. Təkcə Kiyan Xiyav son illərdə bir-birindən 
maraqlı 10-dan çox poema qələmə almışdır. “Aman sevgilim!”, “Faciə 
(avtobioqrafiya)”, “Hopbul-hop”, “
It bayramında qartal ardınca”, “Ölüm-
dirim savaşında”, “Gömülmüş bir şəhər içində, yalnız”, “Bir yaşarı, bir 
öl
əri torpaqda”, “Şallaq sevgisi” kimi epik təsvirli poemalarında Təbriz 
dünyası yaradan və yurddaşlarının qan yaddaşını oyatmaq üçün çaba 
44 
 


45 
 
göst
ərən K.Xiyav yeknəsəklikdən qaçır. Mövzu, motiv, bədii hədəf 
baxımından oxşar olan bu iri həcmli əsərlərə ucalardan uca bir türkçülük 
ruhu hakimdir. Masmavi göyl
ərin rəngini özünə simvol seçən Türkün 
r
əngi mavidir və turançı, türkçü Kiyan bəyin gözü ilə baxdıqda bu rəng 
bütün yabançı rənglərdən gözəl və dəyərlidir...
 
Did
ərgin gedən bir qatar göyərçin düşünürəm 
Onlarla gen- 
geniş bir mavilikdəyəm... 
Qonacaq bir yerim olmasa bel
ə. 
Mavi, mavi, bizimki mavidir, gülüm,  
Türklüyün r
əngi mavidir,  
G
öy Tanrı deyib göyə, günəşə tapınıb əski türklər... 
D
əyər bütün yabancı boyalara...  
Dünyaya s
əpələnmiş türkləri və bir-birindən ayrı salınmış türk 
yurdlarını “Didərgin gedən bir qatar göyərçin”ə bənzədən Kiyan 
Xiyavın "Təbriz və biz-ikili yalnızlıq" poemasından gətirdiyimiz bu 
örn
əkdən də göründüyü kimi, həqiqətən şeir “kölgəni rəqsə çağıran bir 
s
əsdir (Karl Sandburq)...” Şair və qəhrəman eyni kökdəndir, şairin təsvir 
45 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə