Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə14/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   10   11   12   13   14   15   16   17   ...   159

45

Kitab yüklü eşşək

Ot yeyib, büllur kimi saf və sərin sudan nuşcanlıqla içdik-

dən sonra gün batdı, hava qaranlıqlaşdı. Özümü bir ağacın al-

tına verib sübhəcən rahatca yatdım.



İkinci fəsil

Şirin yuxudan və dincəldikdən sonra həqiqi mənada fi ra-

van yaşamağın minnətdarlığı üçün səmimi-qəlbdən anqırdım. 

Səhərin açılmasından böyük bir ləzzət aldım. 

Yerin-göyün ən şərafətlisi olmaq iddiası ilə bütün varlığı 

özünün alçaq məqamı hesab edən Sizin tayfanızdan hər kim 

səhər tezdən durub sübh vaxtı bir avaz çəksə, cümlə cahana nə 

minnət qoyduğunuzu və özünüzü necə öydüyünüzü, cənab ali, 

bilərdiniz. Guya, gecə yarısı yuxudan durub alınlarını torpağa 

qoymaqla aləmi torpaqdan qaldırmışlar!.. Biz uzunqulaqlar 

züm rəsi isə dan yeri sökülməmiş ayılıb, lovğalanmadan, heç 

kəsə minnət qoymadan ruzimizə şükür edirdik. Bu məziyyət 

və üs tünlüklərlə fazillərin əşrəfi 

1

 olmağa ləyaqətimiz vardır.



Xülasə, səhərin açılması ilə təpələr və düzənliklər, otlaqlar 

və  çəmənliklər bir-birindən seçilməyə başladı. Yaxınlıqda kı, 

bir heyvan ayağı belə dəyməyən otlağa və büllur bulağın kə-

narına gedib, yem və su ilə özümü doydurdum. Toxluq mə nim 

təxəy yülümü  hərəkətə gətirdi. İşin aqibəti və gələcəyi haqqın-

da dü şün mək, fi kirləşmək lazım idi. Nəhayət, öz-özü mə: “Mən 

ki bü tün heyvanlardan ağıllıyam, – dedim. – Nə üçün mütə fək-

kirlərin yolu ilə getməyim?  Əldə edilmiş nemətin qədir-qiy-

məti aqil adamdan gizli deyil. Arifl ər ömrün hər anını qənimət 

bilərlər... Həqdən behişti xatırladan bu yerdə bir istirahət edim, 

kefə ba xım, keçən günlərim unudulsun. Fürsət düşmüşkən 

daha  qor xu suz  və daha salamat bir yer axtararam”... Təəssüfl ər 

1

      Fazillərin  əşrəfi  – gözəl  əxlaqa malik insanların  ən  şərəfl isi deməkdir. 



Burada ruhanilərin riyakarlıqlarına işarə edilmişdir.


46

Mirzə Əbdürrəhim Talıbov

olsun ki, təq dir  etdiyimlə tədbir uyğun gəlmədi. Biz uzunqu-

laqlar tayfa sına təcrübədən bəllidir ki, bizim təsəvvür və fər-

ziy  yələrimizlə gizli qanunlar və daxili uyğunluqlar arasında 

fərq az deyildir. Çoxlu tədbirlər, gözlədiyimizin tamamilə ək-

sinə olaraq, qətiyyən məqsədəuyğun təsir bağışlamamışdır. 

Bil mirəm, bu hal insanlara da aiddirmi, məqsədə çatmaq uğ-

rundakı mübarizədə sizin tədbir ləriniz güclüdürmü və yaxud 

siz də müqəddəratın ardınca sürü nür və taleyin əsirisiniz? Əgər 

taleyi dəyişmək, tədbirlərdən isti fadə etmək qüdrətinə malik 

olsanız, çox məmnuniyyətlə sizin eş şəyiniz olaram, yükünüzü 

mənzilə çatdıraram. Yox, əgər siz də işin aqibətini bilməyib, 

kələfi n ucunu taleyin öhdəsinə  burax sa nız, bizdən üstünlük id-

diası etməyiniz, cinayət və zülmü bizə rə va  görməyiniz, insaf-

sızlıq olar... 

Xülasə, köçmək fi krindən vaz keçib orada qalmaq qərarı-

na gəldim. Nemətin bolluğundan şadlıq etdim; quyruğum və 

qulaq larım nikbincəsinə yelləndi. Zalımların şərəfi nə bir ne-

çə şıllaq həsr olundu. Ağnadım, cani haqqında fi kirləşmədən 

bir qədər otladım, sevincimdən hönkürtü ilə ağladım. Qəfl ətən 

uzaqdan bir it hürüşü qulağıma çatdı. Çox keçmədən başqa 

it lər də onun la ağız-ağıza verdilər. Mən  əl-ayağımı  yığışdı-

rıb, boy numu şək tutdum, qulaqlarımı dala qısaraq, iztirablı 

və sar sılmış halda da yandım. Ürəyimdən keçdi ki, səhər su 

içdiyim çay öz dərinliyi və xəlvətliyi ilə məni xilas edə bilər.

Çaya tərəf yönəldim. Qabaq ayaqlarım çaya girən kimi 

sahibimin böyük oğlu Səfərqulunun kobud səsini eşitdim:

– Hay canım, hey babam hey, tap hey! Budur, eşşək ləpiri 

buradan keçib. Orada yatağı  məlumdur. Hay axtar, tap hay, 

odur ha!


1

 – deyə o, itləri məni axtarmağa qızışdırırdı.

1

  Bu dialoq əsərin orijinalında da azərbaycancadır. Bundan sonrakı bəzi 



dialoqlar, xüsusilə ləhcə xüsusiyyəti ilə fərqlənən dialoqlar əsərin orijina-

lında olduğu kimi (azərbaycanca) saxlanılmışdır.




47

Kitab yüklü eşşək

...İşin nə yerdə olduğunu dərhal başa düşdüm. Canıma elə 

qorxu düşdü ki, ölmək istəyirdim. Lakin səbr və vüqar dai rə-

sindən kənara ayaq basmadım. Burada demişlər ki, ilahi rəhm 

və mərhəmət darda qalmışların nicatı, biçarələrin köməkçisi 

olar. Elə bil, mən yazığa qeybdən dedilər ki, itlərin iybilmə 

hissi on lara ancaq quruda rəhbərlik edir, suyun axını iyi və izi 

itirib apar dığı üçün itlər axtardıqlarını daha izləyə bilmirlər. 

Odur ki, dörd ayaq da borc alıb, suya girərək, nəfəsim gəlin-

cəyə qədər axı nın əksinə qaçdım. 

İki saat keçəndən sonra dayandım. Nə it dəstəsinin hürü-

şünü eşitdim, nə də imansız Səfərqulunun qışqırmasını. Yor-

ğun-arğın, tövşüyərək, tər tökə rək, bir qədər dayandım, su 

içdim, ça yın qırağındakı otlardan bir az qırpıb içəri ötürdüm. 

Soyuqdan  əl-ayağım keyimişdi, lakin qorxudan sudan çıx-

mağa cəsarətim yox idi. 

Bir qədər dincəldikdən sonra təzədən qaçmağa başla-

dım, kənara yayınmadan çayın məcrası ilə qaçırdım. Bir vaxt 

meşədən uzaqlaşıb, səfalı bir göy çəmənə çatdım. Əllidən ar-

tıq öküz hə min  çəməndə otlayırdı.

Mənim  əziz ağam cənab aliyə  məlumdur ki, eşşək ilə 

öküz arasında istər zahiri cəhətdən və istərsə xasiyyət eti-

barilə çox fərq vardır. Lakin bir sıra gözəl sifətlərdə hər iki 

cins bir-birinə oxşarsız da deyildir, o cümlədən xeyirxahlıqda: 

bir otlaqda çoxlu uzunqulaq ilə qaramal bir-birinə o qədər də 

əzab-əziyyət yetir mədən otlayır. Cənab ali, insafl a deyiniz ki, 

bir stulda iki nazirin əyləşməsi və yaxud bir məmləkətdə iki 

əmirin


1

 hökmranlıq et məsi mümkündürmü? Nəfsin əsiri, eh-

tiras və tamahkarlığın düşkünü olan yaranmışların ən şərəfl isi 

sizlər öz ləyaqətsiz liyinizlə  bərabər lovğalığın  şiddəti üzün-

dən dünyəvi məsələlərdə həmişə mücərrədlik və tənhalıq ax-

tarırsınız.

1

  Əmir – ərəbcə əmr verən mənasını daşıyır. Şərqdə “hökmdar”, “padşah” 



mə na la rında da işlədilir.


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə