Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə159/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   151   152   153   154   155   156   157   158   159

560

İlqar Müəzzinzadə

İLQAR MÜƏZZİNZADƏ

İlqar Müəzzinzadə 1984-ci ildə Güney Azərbaycanın 

Xi yav  şəhərində doğulmuşdur. Orta məktəbi Xiyavda bi-

tirmişdir (2000-2001) Əvvəlcə inşaat sahəsində (2013), 

daha sonra isə psixologiya sahəsində bakalavr (2014) 

təhsili almişdir. Ha zırda magistratura tələbəsidir (2016).

2000-ci ildən başlayaraq hekayələr və sərbəst şeirlə-

rini dərc etdirir. Təbriz, Xiyav, Marağa, Ərdəbil və başqa 

şə hərlərdə keçirilən ədəbi festivalların qalibi və mükafat-

çısı ol muş, təşkilat komitəsinin üvzü seçilmişdir. Güney 

Azərbay canın müxtəlif  şə hərlərində  fəaliyyət göstərən 

ədəbi cəmiyyət və dər nəklərlə sıx əməkdaşlıq edir. Muğan 

ədəbi qurultayının (2004) iştirakçısıdır. 

Əsərləri Güney Azərbaycanın müxtəlif  şəhərlərin-

də ya yım lanan  “Güney  Azərbaycan”, “Soheyl”, “Çıraq”, 

“Çağrı Sa valan”, “Kültür gecəsi” və başqa dərgi, qəzet 

və toplularda nəşr olunmuşdur. “Üçlük ədəbi qurulu” adlı 

(2008-2012) ədəbi bir liyinin rəhbərlərindən biri, daha sonra 

“Bulaq” (2012-2015)  ədə  bi  dərnəyinin başqanı olmuşdur.


561

 Güllə 

GÜLLƏ

Bir an öncə yoldaşı ayağa durmuşdu. Bir addım geriyə, 

bir addım önə. Valaylı-valaylı. Çətinliklə başmaqlarını götürüb 

önü nə atdı. Başmağının dalını dabanıyla qatlayıb tələsik dərəyə 

sarı endi. İşəməyə enirdi elə bil. Yürüdüm. Bu birisilə işim var-

dı. Başının üstündə dayanmışdım. Palazın üzərində uzanmışdı, 

lül kefl i. Külək vodkanı aşırmışdı. Bəlkə də mənim ayağım pa-

laza ilişəndə aşmışdı. “İbiqəndi” satan vodkalardan idı.

Əl atıb yerə dağılmadan qaldırıb daşa dayadım. Dizim 

xır da  qablı qatığa batmışdı. Qatıqlı çips qırıntılarını dizimdən 

silib, şalvarımı palazın ucuyla təmizlədim.

Belimdən qayışımın arxasındakı tapançanı  əlimə aldım. 

Bir an dərəyə enən kişinin  fi kri beynimə  sıçradı. Üç addım 

qa bağa irəliləyib dərəyə sarı boylandım. Məndən qabaq, hülü 

dənə si boyda bir daş dığırlanıb dərəyə düşmüşdü. Daş dığır-

lanıb aşa ğı düşərkən qursağım sancdı. Diksinəndə qursağım 

sancardı.

Yoldaşı daşın böyründə yerə sərilmişdi. Başını aşağı sal-

mış, uyuyaraq çənəsini sinəsinə dayamışdı.

Bir az öncə  dərəyə sarı enən kişi yuxarı qalxmadan işi 

yerinə qoymalıydım. Bir daha dərəyə sarı boylandım. Dərəyə 

enən kişi, yarısı islanmış yumru yekə bir daşın böyründə 

uzan mışdı və daşın ətəyindən yaş bir cızıq sıldırıma sarı sü-

zülməkdə idi. Sidiyi özündən də sərxoş idi, torpağın üzərində 

sanki kefl i bir qarışqa qoşunu yürüyürdü.

Bizim Qulam kimi uzanmışdı. Qulam da bir stəkan artıq 

içəndə belə uyurdu. Kərim Talver, Behruz, Oğru Qulam və 

Tarıverdi. Hərdən Oğru Qulamgilin bağında içməyimiz yadı-

ma düşdü. Qulam bu öykünü oxuyarsa, yəqin küsəcək. Po-

lislərə iz ləm verdiyimə və ləqəbini yazdığma görə. Anlamır! 

Çox danışsa Kərim Talverə deyərəm elə vurar ki, başı qarpız 



562

İlqar Müəzzinzadə

kimi açılar. Qollarını çırmalayıb talverini götürəndə Cəmşid 

Haşımpurun “Düşərgədən uçuş”una

1

  bənzəyir. Köhnə bir 



qa rajda  qolları çırmalı keçib otuz nəfər boynu yoğunu qırıb 

çıxar. Heç uf da deməz, burnu da qanamaz, tam hind fi lmləri 

kimi. Amma həmişə subay qalacağına da güvənir və sonda 

da evlənməz, tam İran fi lmlərinin tərsinə olaraq. Bu öykünün 

sonunda da evlən məyəcək, nə mən, nə də o.

Geri qayıtdım. Ovcumdakı gülləni beyninin hansı bölü-

mündə yerləşdirmək fi krindəydim. Başı, təzə kürədən çıxmış 

qıpqırmızı bir boranı kimi pörtmüşdü. Əlimi yandırırdı. Gül-

ləni başının harasında yerləşdirməyi incələyirdim. Öncə gör-

mə or qanları  işdən düşməlidi; yox, danışıq bölümündə dilə 

fərman ve rən orqan. Yaddaş bölümü, ya da cinsəl hormonlar 

törənən yeri...

Balaca bir toz dərədən yuxarı qalxdı. Başı yerə qoyub 

neçə addım geridə olan böyük daşın arxasına qaçdım. Yoldaşı 

dörd əl-ayaqlı dərədən yuxarı qalxırdı. Elə bil ürəyi qalxmış 

dərə, kişini qusmaqdaydı. Dizləri yaş, qara şalvarı toz-torpağa 

bulanmışdı.

Fürsəti əldən vermişdim. Əlimdəki gülləni sıxırdım. Tər-

ləmiş güllə ovcumu qıdıqladı. Darıxma yoldaş! Alın yazımı-

zı paylaşacam. Güllə  məndən, gövdə  səndən. Polislərin də 

əlindən dincəlim deyə, bu yasaq gülləni hər halda bir yerində 

gizlət məliyəm. Beynin, ürəyin, gözlərinin giləsi. Sonra, tə-

biblər açıb götürəcəklər; bir kasa isti qan badəsində kefl i gül-

lə, maqqaş ilə tam incə və yumşaq, siqara qutusu boyda bir 

neylona qoyulacaq və Əkbərli xiyabanındakı “Cinayət işləri 

mərkəzi”nə təqdim olunacaq. İthaf olarkən bu möhtəşəm gül-

lə, sənin nəfəslərinin üstündə, işarə barmağımla tətiyin mərc-

ləşməsində tikə-tikə cırıq varlığını tətiyə uduzacaqdır barma-

ğım səni...

1

 İran bədii fi lmi.




563

Güllə  

Güllə yalnız qulaq asır, heç dinməyirdi. Ömründə yalnız 

bir dönə qışqıracaqdı.

Tapançanın lüləsindən doğulub, qan gölündə boğulan çağ.

Küləkli havada dərəyə enən kişinin uca səsi qulağıma 

doldu. Palaz üstə uzananın qırmızı başını şillələyib çağırırdı:

– Musa...Musa... 

Musa dəbərmirdi. Gözlərim bərəldi. Boynum bir az irəli-

ləyib, səsə doğru şəkləndim. Başına bir kola qabı dolu su tök-

dü. Alnıma soyuq tər oturdu. Alkol onu öldürürsə, gülləni öz 

bey nimə sıxardım. Qıvraqca şəhərə sarı, Kərim Talver avto-

mobilini saxladığı yerə yürüdum. Avtomobilə start vurarkən 

sorğulu göz lərlə üzümə baxdı:

– Neyləyə bildin?

– Heç nə, dayan, döz deyəcəm.

Sür köşkə, – dedim.

Nədənsə mobilimlə şəhər içi telefonlara zəng aça bil mir-

dim. Telefon köşkünə keçib, təcili yardımı  yığdım. Beş-on 

dəqiqə son ra, ambulansın ulaması çöllüyə yayılaraq, Musanı 

götürmüş dü lər... Kərim Talver sinirlənmişdi və sükana yum-

ruq vurub məni danlayırdı:

– İşi qurtar görək də, çox yubadırsan. Əlindən gəlmir də, 

qardaş, sənə gör haçan dedim? Tapşır mən qurtarım da...

– Hövsələm yoxdu Kərim! Bəsdi daha, – dedim.

* * *

Kabuslar hərdən məni çox incidirdi. Yuxudan tərsə dur-



muşdum. Doktor demişdi pis yatırsan. Əyri yatıb düz yuxula-

yırdım, toxtayırdım. Amma kabuslarım heç zaman toxtamırdı. 

Mən yuxudan durmamış bir şeylərin məndən azalmasını duy-

muşdum. Atamla məhkəməyə gedəcəkdik. Otağına sarı get-

dim. Ölmüşdü deyəsən! Elə bil məndən əskilib azalan bir şey 

atam imış. Yüngüllüyünü duyurdum! Üstünə mələfə çəkilmiş 

yuxulu bir kimsənin üzərindən, bir an mələfənin çəkilməsi 



564

İlqar Müəzzinzadə

kimi, bir şeylərin məndən çəkilməsini balaca bir titrətməylə 

hiss etmiş dim.  Bir  sərçə oturduğu budaqdan qalxanda, buda-

ğın titrəməsi kimi titrəmişdim. Sözünü heç kimsəyə deməzdi. 

Gedəndə belə heç bir kimsəyə demədi. Bacım qızı Saçlının 

qırmızı donlu bir metrlik oyuncağı kimi uzanmışdı. “Oyun-

oyun caq  çıxartma, kişı, dur ayağa məhkəmə yubandı”, – de-

yirdim. Sankı atamın bata reyasını  çıxarmışdılar. Tapsaydım 

ha, o işi görəni! Verərdim, Kə rim Talver ortadan iki şaqqa 

elərdi. Saçlı axşamlar oyuncağının batareyasını çıxarıb şarja 

qoyardı. Yox, Saçlının işi ola bilməz. Atamın batareya yeri 

yox idi ki, hələ yerini də bilmiş olsun. Yalnız öz oyuncağının 

yerini bilirdi. Atam oyun-oyuncaq deyildi ki. Saçlı oyuncağı-

nın batareyasını çıxarardı və oyuncaq sabaha kimi ölərdi. Elə 

biz də ölürük! Gecə ölüb səhər dirilirik. Ölürük, dirilirik. Bir 

yarpaq rəqsi kimi. Lirik bir ölüm-dirim yaşamında. Atam gecə 

öldü, amma sabahısı dirilmədi. Çox yalvarsam da…

Yoldaşlarıma mesaj atmışdım. Xalının eni-uzunu boyu 

dəli cə, avaraca yeriyirdim. Batareya axtarmırdım. Amma bir 

şey itirmiş kimiydim. Gözüm yalnız xalçanı axtarırdı. Bir saat 

sonra dostlarım gəldilər. Əl-üzlərini yumamışdılar, Qulamın 

başı hə mişəki kimi balışda köndələn qalıb, saçları biz-biz dur-

muşdu. Nahara yaxın idı. Ev qonaqla dolmuşdu. Kiçik otaqda 

uzanmış atamın heç nə karına deyildi. Arxası üstə düşən tıs-

bağa kimi boğulurdum. Yavaşca əl-ayağımı havada dəbərdir-

dim; nə çönə bilirdim, nə yeriyə, nə danışa, nə dinə, nə məssə-

bə! Heç nəyə qulluq etmirdim, heç nəyə! Bir tısbağa fatihəsi 

idim. Gələn fatihə çevirir. Amma məni heç nə çevirmirdi...

Musa yox idi. İki il öncə atamla çörəkxana qabağında da-

laşmışdılar. Elə bil heç birinə bir şey olmamışdı. Atamın bir 

az gözlüyü əyilmişdi, bir az özlüyü. Atam deyirdi “mən onu 

böyütmüşəm, indi mənə qoduqlanır”. Musa da deyirdi “mən 

özüm böyümüşəm, qoduq özünsən”. Musa atamın xalası 

nəvəsi idi. Qoca xalasının yalnız bir oğlu var idi o da arva-




565

Güllə  

dıyla avto mobil qəzasında olmüşdü. Uşaqlığında məhəllədə 

qurbağa eda mını eşidəndə gülməyim gələrdi həmişə. Baqqal 

Babaxandan beş  dənə iki yüz qramlıq daş alıb, ipək sapını 

qurbağanın boy nuna bağlayıb, ayaqlarının altından daş sallar-

mış. Hərdənsə elek trik batareyası əldə edə bilirdisə, Amerika 

edamları sayaq elek triklə edam edərmiş. Qurbağanın əllərin-

dən və boynundan lüt elektrik simini dayayarmış. Kərim deyir 

ki, onda qurbağanın qiya fəsi çox gülməli olar, gözləri kəllə-

sinə çıxarmış. Amma pis qoxusu olduğu üçün məhəllə uşaqları 

Musanın bu cür edamı ilə muxalifət edərmişlər. Qurbağalara 

edam bəya niyyəsi də  oxu yur muş. Qurbağalara yazdığı edam 

bəyaniy yə sində “gecələr qurul dayıb yuxuya bais olmağını və 

çirkin olduq ları üçün adamı iy rən dirməklərini” də vurğular-

mış. Həmişə qur bağaların gülməli edamlarını görmək həs-

rətində qaldım. Kərim deyir, çox gülməli olurmuşlar. Sonda 

da məhəllə uşaqları Mu sanı alqışlarmışlar. Hərdənsə məhəllə 

uşaqlarını evə apararmış və həmişə ağzı açıq yatan qoca nənə-

nin başı üstündə oturub bur nunun içini barmağı ilə girdələyib 

qoca nənənin ağzına atarmış, qoca nənə də tam sınar, uşaqlar 

pıqqıldaşıb gülüşərək eşiyə qaçar mışlar. Bir dönə də atam onu 

bu iş üstə bir həftə anbarda sıçanların yanında, ortadakı ağac 

dirəyinə bağlayıbmış. Musa nın ata-anası avto mobil qəzasına 

uğrayanda o, iki yaşında imiş. Renault avto mobili ilə Tehran 

yolunda qəza etmişdilər, amma Musa sağ qalmışmış. Atam 

deyirdi: “Musanı diplom alana kimi mən sax ladım”, diplom-

dan sonra daha başına buraxmışdı. Amma Musa da deyirdi 

“məni Allah saxladı”.

Son dönə atamla savaşmaqları qoca nənəmin qızılları üs-

tündə idi. Musa anbardakı sandıqçanın içində gizlədilən qızıl-

ları götürmüşmüş. Musa deyirdi ki, “sən onları mənə hədiyyə 

edəcəyinə söz vermişdin, kişi tüpürdüyünü yalamaz”. Atam 

da deyirdi “yalayar, iki də artıq”. 



566

İlqar Müəzzinzadə

Son dönə savaşanda atamın göz lüyü sındı. Gözlüyünü tə-

mirə verib atamın gözünə qay tardım. Amma deyirdi: “gözlük 

önəmli deyil, özlüyüm sındı”, amma day özlüyünün yerini tapa 

bilmədim. O andan bəri gündə bir yol axşamlar bazara gedib 

qayıdırdı və yalnız otağına təpilib pən cərəsiz damın bucağın-

dakı pıncın tüstü çəkən deşiyindən siqara püfl əyirdi. Otaqdan 

asılmış qoca nənəmin gülər tablosuna gözü nü zilləyər, gözləri 

dolardı. Neçə gün idi otağın kilid ye rindən izləyirdim... Musa 

nənəmi dığlatdı öldürdü deyirdi həmi şə... Amma nə isə atam 

suçlu idı. Onunla baş-başa qoşmamalı idı.

Şikayət etdilər sonda. Birinin burnu qanamışdı, birinin 

gözlüyü sınmışdı, bir yandan qızıl üstə dalaşma, bir yandan 

ya man-yovuz  demək. Musanı maddı  cərimə ilə buraxdılar. 

Atama da il yarım zindan verdilər. Atamın zin dandan çıxma-

ğına iki ay qalanda anam öldü. Tələbkarlar dığladıb öldürdü 

demək. Hər zaman qapımızın önündəki işıq dirəyinə dayanan-

da atamı aparan qandalı xatırlayırdım və xiyabanın o əlində 

dayan mış adamları. Qapımız önündə dik-dik dayanan işıq 

dirəyi hər gün bəlkə on dəfə gözümə girirdi. Məmur aparanda, 

əlini işıq dirəyinə iliş dir mişdi atam.

* * *


Axşamlar Musa dükanını bağlayarkən, mən də işıq di rə-

yinin arxasından güdürdüm. Münasib bir yerdə ələ keçirmək 

is təyirdim. Kərim Talver də xiyabanın o tayında köhnə Pey-

kan ilə mənim işarəmi gözləyirdi. Yaxşı və əlverişli bir fürsət-

də tutmaq istəyirdim.

Axşamlar Kərimlə Xiyav çayında bir qabçaq içkini üç 

stə kanda  qarnımıza töküb Ahmet Kayanı dinlərdik. Son stə-

kan da,  qabçağın altını  fəndəklə  qızdırıb, üstünə çaxmaq 

çəkərdim. Od birdən qapardı. Od əlimi it kimi qapmışdı neçə 

dönə, əlim yanmışdı. Amma yenə həyam yox idi. Qızğin kefl i 

qabçağı yandıranda, qabçaqda qapılan alovun içində Musanın 



567

Güllə  

qiyafəsini görərdim. Kərim əlimdən zara gəlmişdi. Neçə dönə 

talverini götürüb gedib başını əzmək istəmişdi. Amma qoca 

nənəsinin canına and vermişdim və oturmuşdu.

Atam dünən axşam yenə də yuxuma gəldi. Lüt idi əriyib 

arıqlamış gövdəsilə. Darıxdığını deyirdi. Bir yastı daşın üs-

tündə oturmuşdu. “Musanın başını daşın üstünə qoyub, ilan 

başı kimi əzməyincə, içimdəki acı vulkan yatmaz”, – dedi.

Atamın qırxı çıxmaqdaydı və mənim bağrım bir az sökül-

müşdü. Uçmuş bir evin kərpici altında süzülən bir qırxayaq 

kimi, bir şeylər bağrımda süzülürdü. Beynimin küçələrində 

bir ayaq addımlayırdı və hər gün bir addım, hər gün bir ayaq; 

qırx gün sovuşmuşdu, amma darıxmalar sırtıq bir qırxayaq 

kimi idı, çıxmırdı könlümdən.

Güllə Musanın o dünyaya gediş bileti idi. 

Ancaq gülləyə qısqanırdım! Musanın içindən tapılandan 

sonra illər boyu “Cinayət işləri mərkəzi” dekorunda, neylon-

da həyat sürməyinə. Darıxdırıcı olmayacaqmı sənə, ey güllə? 

Yazığım gəlir qan gölünə girdiyin zaman, cümcümədə  əbə-

dilik dustaq lanmağına. Nə edə bilərəm ki? Nə bilim, bəlkə 

də beyində tor pağın içində ayrışıb, daha tez başqa bir varlıq 

çərçivəsində hə yata  dönə biləsən. Torpağın qucağında ayrışıb, 

dəmirliyin  bit ki lərə yararlı olar, tikanlı bir qızılgülün budağı 

olarsan bəlkə də...

Bu dönə küçənin dönəcəyində Musanı  xəfl əyəcəkdim. 

Atam bir həftə idi küsmüşdü. Yuxuma gəlsəydi də, gəlib yastı 

daşın üzərində oturub, arxasını çevirib, məni danışdırmazdı. 

Nə  qədər də çağırardım qulaq asmazdı. Çıxarsızlığımı dü-

şünmüşdü bəlkə  də. Yaxınlaşa da bilmirdim. Maqnitdə olan 

bir meğnatis güc kimi, mənimlə atam arasında bir meydan 

yaranmışdı. Nə qədər də güc verirdim, yaxınlaşa bilmirdim. 

Gecəni sabaha kimi arxası  mənə sarı taxta kimi quruyardı. 

Səhərə yaxın da durub yastı daşın üstündən tüstülü çöllüyə 

sarı yeriyərdi. Tüstünün içində gözdən itənə kimi. Günbəgün 




568

İlqar Müəzzinzadə

yuxumda arıqlayıb, sol ğunlaşırdı. Bu həftə işi bitirmək istə-

yirdim. Həftə başı Musa yoldaşı ilə körpü altına içməyə getdi-

yində, xəfl əməliydim.

İşıq dirəyinin altında Musanı güdürdüm. Güllə cibimdə 

idi və tapança belimdə. İki güllə idi. Biri çaşsaydı, o birisini 

qul lanacaqdım. Kərim xiyabanın o birisi əlində sükan arxa-

sında uzanmışdı. Musa yoldaşını gözləyirdi, gəlsin körpü altı-

na get sinlər deyə. Mən Musanı gözləyirdim, dükanından çıxıb 

körpüyə sarı yola düşsünlər deyə və Kərim də məni, ona işarə 

edim deyə. Güllələrlə son danışıqlarımı aparırdım. Əlimi ci-

bimə salıb barmaqlarımın ucuyla güllələrin qulağına pıçılda-

yaraq. Musanın dükanının kirkirəsi aşağı çəkilməklə özümə 

gəldim. Avtomobilə minib yola düşmüşdülər. Kərimin Pey-

kanına sarı yürüyüb avto mobilə  təpildim. Musa bir xiyaban 

qabaqlıq bir supermarket önündə dayanmışdı və yemək alırdı. 

Elə bil Kərimin böyrək lərinin sancısı tutmuşdu. Ağrı  kəsici 

dava alsın deyə, düşüb xi yaban qırağındakı davaxanaya yürü-

dü. Musagil getmişdi və Kə rim  hələ xiyabanın o tayında mey-

və şirəsi əlində,  super mar ket dən çıxmaqdaydı. Sükan arxasın-

da oturub, körpüyə sarı sürdu. Mən də körpüyə sarı gedirdim. 

Günəş dağlar arxasında  bat maq da  və hava qaranlıqlaşmaqday-

dı. Bır az da qaranlıqlaşardısa, ma raqlı olardı. İşıqdan acığım 

gəlir, gecə qaranlıq olsaydı, qorxum da tökülərdi. Gözləyir-

dim Musagil neçə stəkan içsinlər və Mu sanın yoldaşı işəmək 

üçün dərəyə ensin. Güllə ovcumda tərlə mişdi. Daha güllə ilə 

danışmağa vaxtım yox idi. İkisini də ta pançada yerləşdirdim. 

Hava tam qaranlıqlaşmışdı və Musanın yoldaşı cib telefonu-

nun işığiyla dərəyə sarı enməkdə  idi.  Yü rü düm.  Uzanmışdı. 

Tapançanı çəkib barmağımı tətiyə süzdüm. Musa ayağa durub 

ehmalca atama sarı yürüdü. Bir zəncirotu bu daqdan buraxılan 

kimi uçdu. Atam yastı daşın üzərində durmuş, arıq gövdəsilə 

sümükləri belə dışarı vurmuşdu. Musa atama sarı yürüməkdə 

idi, amma atamın ona gücü çatmayacaqdı, bilirdim. Mən də 




569

Güllə  

atamın yanına getsəydim, yaxşı olardı. Anamı da görə bilər-

dim. Onların yanına getməsəydim, yəqin Musa o dünyada 

da hər ikisinin dərisini soyacaqdı. Getməyimi düşü nür düm. 

Güllənin biri də mənim beynimdə oturmuşdu. Musanı iz lədik. 

Atamla birgə Musanı yastı daşın üzərinə aparaq deyə...




570

QEYD ÜÇÜN




571

QEYD ÜÇÜN




572

QEYD ÜÇÜN




573

QEYD ÜÇÜN




574

QEYD ÜÇÜN




575

QEYD ÜÇÜN




 

GÜNEY AZƏRBAYCAN NƏSRİ

Başlanğıcdan bu günə qədər

Antologiya

Vaqif Sultanlı və İrəc İsmayılın 

təqdimində

Йыьылмаьа верилмишдир: 28.03.2017. Чапа имзаланмышдыр: 27.04.2017.

Юлчц: 60х90 1/16. Чап вяряги: 36,0. Сифариш: 081/17. Сай: 500 ядяд.

Няшриййат редаkтору: 

Суьра Османова

Сящифяляйижи:

Сядагят Кяримова

Бакы, Az1122, H.Зярдаби пр. 78

Тел: 4977021 / Faks: 4971295

Е-почту: office@nurlar.az



Nяшriyyat-Poliqrafiya 

Мяrkяzi



Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə