Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə2/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   2   3   4   5   6   7   8   9   ...   159

6

Küyülü Səid Nəccari

Yığva ......................................................................................... 468

Babəkdən sonra ......................................................................... 479

Toğrul Atabay

Manqurd .................................................................................... 486



Həmid Arğış

Sümsük it .................................................................................. 496

Cəhənnəm iliyi .......................................................................... 498

Tikanlı məftillər ........................................................................ 502



Valeh Şiri

Ata ............................................................................................. 505

Salam, xanım ............................................................................. 507

Məlihə Əzizpur

Söyüd ağacı ............................................................................... 518

Miniatürlər ................................................................................ 520

Ruqiyyə Səfəri

Yazıçı ........................................................................................ 529

Deyişmə .................................................................................... 530

Dəlixana .................................................................................... 532



Ulduz Sadiq

Görüş ......................................................................................... 538



Saleh Ətayi

Ozan, mən paradoksal olmuşam ............................................... 555

Xəlvət caddə .............................................................................. 557

İlqar Müəzzinzadə

Güllə .......................................................................................... 561




7

GÜNEY AZƏRBAYCAN NƏSRİ: 

BAŞLANĞICDAN GÜNÜMÜZƏDƏK

Qədim və  zəngin tarixə malik olan Azərbaycan  ədəbiy-

yatı özünəməxsus mürəkkəb, keşməkeşli bir inkişaf yolu keç-

mişdir. Bu özünəməxsusluq zaman-zaman yalnız ədəbiyyatın 

məzmun və mündəricə sin də deyil, həmçinin forma-janr özəl-

liklərində qə lib ləşərək bədii mə ziyyətə çevrilmişdir.

Ortaq türk mədəniyyətinin ayrılmaz bir parçası olması, 

ilk ya zılı nəsr örnəklərinin VIII yüzilə məxsus Orhun-Yenisey 

daş kitabələrində gerçəkləşməsi hələ islam öncəsi bu coğrafi -

yada gə lişmiş bir ədə bi dilin mövcud luğunu şərtləndirir.

Həmçinin, zəngin folklor qay naqlarına malik olan Azər-

bay can  xalqı nın yaratmış olduğu epos mədəniyyəti özünə-

məxsus lu ğu ilə diqqəti çəkməkdədir. Xüsusilə,1300 il lik ta-

rixə malik olan “Kitabi-Dədə Qorqud” eposu Oğuz türk lərinin 

qiy mətli söz xəzi nəsi kimi mühüm dəyər daşı maq dadır.

Klassik ədəbi irsin belə zəngin bir ənənə üzə rində for ma-

laşması onun sonrakı taleyinə təsirsiz qalma mış dır.

Azərbaycan ədəbiyyatının tarixən üç dildə – ərəb, fars və 

ana dili olan türkcədə yaranması ona müəyyən fərqli keyfi y-

yətlər aşılamışdır. Bu proses bir tərəfdən milli ədəbiyyatın 

Şərq kon tekstini formalaşdırmış, qarşı tərəfdən yaradıcı təsir-

lənmələr fo nunda onun zənginləşməsini təmin etmiş və nəti-

cədə ortaq bir mədəniyyətin yaranmasına səbəb olmuşdur. La-

kin Azərbaycan ədəbiyyatının  üç dil lilik  sfera sında inkişafının 

uzun  əsrlər davam etməsi mədəniyyətin inkişafına və  ədəbi 

dilin milliləş mə sinə müəyyən qədər maneələr yaratmışdır. 

(Nə yazıqlar ki, bu gün də bəzi yazı çılar Azərbaycanın Güne-

yində farsca, Quzeydə isə so vet müstəmləkəçiliyinin mirası 

ola raq rus dilində də yazıb yara dırlar).

Tarixən Azərbaycan ədəbiyyatı vahid bir ədəbi məkanda 

yaranmış, in kişaf edib zənginləşmişdir. Bu ədəbiyyata məxsus 



8

ya radıcı ədə bi  simalar  içərisində Qətran Təbrizi, Xaqani Şir-

vani, Ni zami Gən cəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, 

Mə həmməd Fü zuli, Saib Təbrizi, Qövsi Təbrizi, Molla Pənah 

Vaqif və başqa qüdrətli qələm sahibləri zəngin yaradıcılıq irsi 

ilə diq qəti çəkməkdədir.

1813 və 1828-ci illərdə Rusiya və  İran arasında bağlanan 

sülh müqaviləsinə görə, Azərbaycanın parçalanması onun siya-

si həyatında olduğu kimi ədəbi-mədəni taleyində də dərin izlər 

qoy muşdur. Belə ki, həmin tarixdən başlayaraq vahid bir ölkənin 

ədəbiyyatı  fərqli rejim lərin basqısı altında inki şaf etmişdir. Bu 

isə təbii olaraq bədii düşüncəyə təsir göstərmiş bir xalqın ədə-

biyyatı, fərqli ədəbi mühitdə for malaşmışdır. Zaman-zaman bu 

fərqlilik dərinləşməkdə davam etmişdir. Xüsusilə, sovet siyasi 

re  jiminin  dəmir pərdə siyasəti əlaqə və ünsiyyəti büsbütün məh-

dudlaşdırdığından daha kədərli mənzərə yaranmışdır.

Görkəmli yazıçı Zeynalabdin Marağayinin (1838-1910) 

XIX yüzilin sonla rında fars dilində  qələmə aldığı “Səyahət na-

me yi  İbrahimbəy” ro manı Azər bay canın Güneyində bədii nəs-

rin in kişafında mühüm mərhələ kimi dəyər daşımaqdadır. Dərin 

məz munu  və ideya istiqaməti ilə se çilən bu roman Azərbaycan 

bədii düşün cəsinə ciddi təsir göstər miş, bir sıra yeni mövzu və 

sü jetlərin yaranmasını şərtləndirmişdir. Qeyd edək ki, yal nız bə-

dii məziyyətləri ilə deyil, həmçinin ideya-estetik aspekti ilə se-

çilən bu roman ictimai düşüncədə dərin izlər buraxmışdır.

XX yüzilin əvvəllərində  Səttarxanın başçılığı ilə  Təbrizdə 

başlanan Məşrutə hərəkatı (1905-1911) bütün İrana yayılmış və 

ölkədə  de mok ratik  düşüncənin inkişafına təkan vermişdir. Bu in-

qilab Güney Azərbaycan xalqının ictimai-siyasi və milli düşün-

cəsinin for malaşmasında ciddi rol oynamışdır. Məşrutə hərəka-

tı nisbi şəkildə olsa da azad söz və mətbuatın inkişafına və bu 

müs təvidə  ədəbiyyatın yeni məcraya qədəm qoymasına səbəb 

olmuşdur. Bu dövrün ədəbiyyatında sosial motivlər güclənmiş, 

maarifçilik və azadlıq ideyaları geniş rəvac tapmışdır.




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə