Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə3/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   2   3   4   5   6   7   8   9   ...   159

9

Azərbaycanın Güneyində 1917-1920-ci illəri əhatə edən 

azadlıq hərəkatı Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə 

Azadistan dövlətinin yaranmasına gətirib çıxarmış, lakin çox 

keç   mədən Tehran hökuməti imperialist güclərlə  əlbir olaraq 

xal qın azadlıq hərəkatını məhv etmişdir.

1945-1946-cı illərdə Seyid Cəfər Pişəvərinin başçılığı ilə 

ya  ranan  Azərbaycan Milli Hökuməti ictimai-siyasi həyatda 

ol duğu kimi, ədəbi-mədəni sferada da böyük dəyişikliklərin 

tə  mə lini  qoymuşdur. Bu illərdə  Təbrizdə universitetin təsis 

olun  ma sı, orta məktəblərdə  tədrisin ana dilində aparılması, 

milli mət bu atın geniş şəkildə yayın həyatına başlaması ədəbiy-

yatın inkişa fını şərtləndirmişdir. Məhz həmin dövrdə ana di-

lində yazmaq ya  saqlığı müvəqqəti də olsa aradan qaldırılmış, 

bu isə milli ədə biyyatın tərəqqisinə təsirsiz qalmamışdır.

Azərbaycan Milli Hökumətinin süqutundan sonra ədəbiy yatın 

inkişafında ciddi böhran yaranmışdır. Bir çox tanınmış ya zıçı və şa-

irlər ölkəni tərk etməyə məcbur olmuşlar. Onların mü hüm bir qismi 

Sovet Azərbaycanına pənah aparmış, kommunist rejiminin basqıları 

altında yaşamağa məcbur olmuşlar. Məhz bu sürgünlük Azərbay-

canın Quzeyində ədəbiyyatın ideya, məzmun və  for ma sına təsirsiz 

qalmamışdır. Bunların içərisində Məhəm məd  Bi ri ya,  Həmzə Fəthi 

Xoşginabi, Balaş Azəroğlu, Mədinə Gülgün, Hökümə Bülluri, Fi-

ruz Sadıqzadə və başqaları yara dı cılıqlarını Azərbaycanın Quzeyin-

də, sovet siyasi rejiminin bas qısı altında davam etdirməyə məcbur 

olduqlarından təqib və təz yiqlərdən ya xa qurtara bilməmişlər. Belə 

ki, Məhəmməd Biriya müxtəlif fasilələrlə iyirmi iki ildən artıq so-

vet həbs düşər gələ rində məh bəs həyatı yaşamağa məcbur olmuşdur. 

İran İslam reji mi bərqə rar olandan sonra Təbrizə dönən şair çox keç-

mədən bu rada mü əm malı şəkildə dünyasını dəyişmişdir.

Azərbaycanın Güneyində milli ədəbi prosesin canlanma-

sında Məhəmmədhüseyn Şəhriyar, Həbir Sahir, Bulud Qara-

çorlu Səhənd kimi qüdrətli şairlərin ana dilində yazdığı poetik 

nü mu nələr mühüm rol oynamışdır. Uzun illər farsca yazıb-




10

ya radan  Şəhriyarın ana dilində qələmə aldığı “Heydərbabaya 

sa lam”  poeması milli düşüncədə inqilab oyatmışdır.

Təqib və sürgünlərə  məruz qalan bir çox yazıçılar ağır, 

mə şəqqətli həyat sürməyə məc bur  edilmiş, yaxud özünə çəki-

lərək “pıçıltı ədəbiyyatı” ya ratmış, bir qismi isə susmaq yolunu 

tutmuşlar.  İstedadlı yazıçı  Səməd Behrəngi (1939-1967) mü-

əmmalı şə kildə Araz ça yında boğularaq həlak olmuş, şair Əlirza 

Nabdil Oktay (1944-1972) edam cəzasına məhkum edilmiş dir.

Səməd Behrənginin “Balaca Qara balıq” hekayəsi İtali ya-

nın Bolon ya şəhərin də keçirilən Uşaq Kitabları Müsabiqə sin   də 

qızıl medala layiq görül müş, italyan, fransız, ingilis, türk dil-

lə rində nəşr edil mişdir. Sonralar onun kitabları  dün  ya  nın bir 

çox dillərinə tərcümə olunaraq nəşr edilmişdir.

Lakin bütün təzyiq, təqib və sürgünlərə baxma yaraq Azər-

bay canın Güneyində ədə biyyat öz inkişafını davam etdir miş dir.

Bu dövr ədəbiyyatının görkəmli nümayəndələrindən biri 

olan Qulamhüseyn Səidi (1936-1985) gənc yaşlarında siyasi ba -

xışlarına görə həbs edilmiş, ağır işgəncələrə məruz qalmışdır. İran 

İslam inqilabının qələbəsindən sonra müxalif mövqe tutan yazıçı 

1982-ci ildə ölkəni tərk edərək Fransaya mühacirət etmiş, yaşadığı 

Paris şəhərində ağır depressiya içərisində dünyasını də yiş  mişdir.

Yaradıcılığa hekayə ilə başlamış, son ralar povest və ro-

manlar, dram əsərləri və ssenarilər yaz mış, xüsusilə, drama-

tur giya  sahəsində  şöhrət qazanmış, pyesləri müxtəlif teatr-

larda ta ma şaya qoyulmuş, bədii əsərləri əsasında bir neçə fi lm 

çəkilmiş Qulamhüseyn Səidinin ədəbi irsi olduqca zəngin dir. 

Onun “Şə hərdə bir qərib”, “Top”, “Gülər üzlü tatar”, “Vərə-

zil əliço maqlıları” və başqa roman və pyesləri müəllifə ciddi 

ya  radıcılıq uğurları  gətirmişdir. Bəlli səbəblərdən  əsərlərini 

fars dilində yaz mağa məcbur olmuş (Yalnız “Qurdlar” pye-

si ana dilində qələmə alınmışdır) Qulamhüseyn Səidi Güney 

Azərbay can  ədə biyya tın da magik realizm üslubun da yazan 

nasir və dramaturq kimi ta nın maqdadır.




11

Güney Azərbaycanın görkəmli nasirlərindən biri olan 

Rza Bəraheni (1935) yalnız bədii yaradıcılıqla məşğul olma-

mış, həmçinin İranda demokratiya və insan hüquqları uğrun-

da müba rizənin fəal iştirakçılarından biri olmuşdur. O, siyasi 

baxışlarına görə çalışdığı Tehran universitetindən xaric edil-

miş, dövlət idarələrində işləməsinə yasaq qoyulmuşdur. Rza 

Beraheni İranda şah və islam rejimləri dövründə məhbus hə-

yatı yaşamış, 1996-cı ildə ölkəni tərk etməyə məcbur olmuş, 

Kanadaya mühacirət et mişdir.

Hazırda Kanadanın Toronto və York Universitetlərin-

də Mü qayisəli  ədəbiyyatşü naslıq bölü mündə professor kimi 

fəaliy yət göstərən, 2001-2003-cü illərdə Kanada PEN klubu-

nun pre zidenti olmuş Rza Bəraheni şair, nasir, ədəbiyyatşünas, 

publisist və  si ya si  icmalçı kimi dün ya mətbuatında davam-

lı olaraq ya zıları ilə  çıxış etməkdədir. Müəllifi n  əsər lərində 

azadlıq ide yaları qabarıq şəkildə ifadəsini tapmışdır.

Rza Bəraheninin yaradıcılığında “Ayaz bəyin cəhənnəm 

günləri”, “Öldürü 

lənlərin türküsü”, “Ana yurdumun sirləri”, 

“Toydan sonra nə oldu”, “Quyudan quyuya” romanları, “Orman 

və şəhər”, “Günəş altında çilə”,  “Ay üzərində çiçək”, “Zin dan 

şeirləri”, “Pəncərəyə gəl”, “Kele beklere” və başqa şeir kitabları, 

bir çox elmi və publisistik tədqiqatları daha çox diqqəti cəlb edir.

İran  İslam inqilabının qələbəsindən sonra ölkədə ya-

ranmış nisbi azadlıq nəticəsində müvəqqəti olsa da, anadilli 

mətbu atın və  ədəbiyyatın inkişafına imkanlar yaranmışdır. 

Lakin bu pro ses o qədər də uzun sürməmiş, nəşrinə icazə ve-

rilmiş mətbuat orqanlarının böyük əksəriyyəti çox keçmədən 

qa padılmışdır. Bu dövrdə Cavad Heyətin redaktorluğu ilə 

Teh randa türk və fars dil lərində yayınlanmağa başlayan, indi 

də nəşrini davam etdirən “Varlıq” dərgisi ana dilli ədəbiyyatın 

inkişafında mühüm rol oy na mışdır.

Yuxarıda qeyd olunduğu kimi, bəlli səbəblərdən Azərbay-

canın Güneyində ədəbiyyatın di gər janrları kimi bədii nəsr ör-



Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə