Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə5/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   2   3   4   5   6   7   8   9   ...   159

16

Zeynalabdin Marağayi

İBRAHİMBƏYİN SƏYAHƏTNAMƏSİ

(romandan parça)

İbrahim bəyin səyahətnaməsini qələmə almadan əvvəl 

onun tərcümeyi-halı haqqında müxtəsər də olsa məlumat ver-

mək lazımdır ki, oxucular onun səyahəti səbəbləri ilə layiqin-

cə tanış olsunlar.

İbrahim bəy Azərbaycanın böyük tacirlərindən birinin 

oğ ludur.  Atası əlli il bundan əvvəl ticarət məqsədi ilə Misirə 

gedib, ticarətində baş verən rövnəqə görə, bir çox müsəlman 

ölkələrinin qibtəsinə səbəb olan bu böyük şəhəri özünə məs-

kən seçərək, orada qalır.

Həmin möhtərəm tacir yaxşı ad qazanmağın, ticarət tə-

rəqqisinin ilk şərti olan əminliyinə və dəyanətinə görə az bir 

müd dət içərisində çoxlu sərvət toplayıb, xoşniyyətliliyi və 

mil lətə xeyirxah olduğuna görə hamının hörmətini qazanır.

Bu sədaqətli və təmiz vicdanlı tacir Misirdə sakin olduğu 

uzun illər boyu öz gözəl milli adət-ənənələrini zərrəcə də ol-

sun dəyişməmiş, yemək-içməkdə, geyimində, adamlarla rəf-

tarında, bir sözlə, məişətində öz babalarının yolu ilə getmişdir. 

Daim vətən təranəsini zümzümə edərdi. Hər kəsi görsəydi, 

vətəninin və həmvətənlərinin əhvalını soruşardı. Özü Misir-

də olsa da, ürəyi həmişə İranda idi. Qış gecələrində tanınmış 

həmvətən lərindən bir neçəsini qonaq çağırardı. Qonaqlıq 

məc lislərində isə onların məşğələsi İranın tarix kitablarını və 

keç miş şahların əhvalatını oxumaqdan ibarət olardı. Uzun il-

lərdən bəri onun oğlunun tərbiyəçisi və müəllimi olan Mirzə 

Yusif adlı bir şəxs “Nasixüt-təvarix” kitabından Keyxosrov, 

Cəmşid, Bəhmən,  Şapur,  Ənuşirəvan və bunlar kimi böyük 

padşahların dastanlarını oxuyar, o isə qulaq asdıqca fərəhlə-

nər, ürəyi qürur hissi ilə dolardı.



17

İbrahimbəyin səyahətnaməsi

Onun “Tarixi-Nadiri”ni oxumağa qəribə bir meyli və hə-

vəsi var idi. Həmin kitabı o qədər oxumuşdu ki, əvvəldən 

axıra dək əzbərləmişdi.

Bu vətənpərvər və qeyrətli şəxs vəfat edəndən sonra onun 

İbrahim adlı bir oğlu qaldı. Həmin səyahətnamə də onun adı-

na dır. Mən atanın vəfatından sonra onun oğlu ilə də tanış ol-

muş dum.  Günlərin bir günündə Misirə güzarım düşdü. Köh-

nə dost luq münasibətlərinə görə birbaşa İbrahim bəyin evinə 

gedib, orada qaldım. Bir gün onun kitabxanasına baxırdım. 

Müxtəlif xətlərdə və çaplarda olan altı-yeddi cild “Tarixi-Na-

diri” gördüm. Çox təəccübləndim. Öz-özümə düşündüm: “Bir 

kitabxanada ey ni kitabdan Tehran, Təbriz, Bombey və başqa 

yerlərdə çap olun muş müxtəlif nüsxələrin toplanmasının nə 

mənası var?” Nəha yət, bunun səbəbini İbrahim bəyin özün-

dən soruşmaq qərarına gəl dim  və dedim:

“Bu qədər “Tarixi-Nadiri”ni nə üçün buraya toplamısı-

nız?”


O dedi:

“Atamdan yadigardır. O rəhmətlik bu kitabı hədsiz dərəcə-

də sevirdi. Bunu hamı bilirdi. Ona görə  də  həmin kitabdan 

hara da  əlyazması  və ya yaxşı çap olunmuş nüsxə tapsaydı-

lar, mər hum  atamın yanına gətirər və yaxşı qiymətə satardılar. 

Hələ atam bu kitabın bir neçə cildini vəqf etdiyi üçün vəfatın-

dan sonra gə lib  apardılar.”

Xülasə, onun iranlılıq təəssübü o dərəcədə idi ki, qələm 

onu şərh etməkdə acizdir. Misal üçün, əgər bir nəfər bilə-bilə 

və ya bilmədən onun yanında  İranı pisləsəydi,  İbrahim bəy 

onu dinsiz və qeyrətsiz adlandırıb, ömrünün axırınadək onun-

la danış mazdı. Misirdə bir neçə nəfər də İranın mötəbər taciri 

vardı. Hər birinin sərvəti əlli min tümənə çatardı. Hamısının 

dövləti aşıb-daşırdı. Ancaq İranın dövlət məmurlarının özba-

şınalığı, zülm və təcavüzündən cana gəlib, təbəəliyini tərk et-

miş, hər birisi özünü İngiltərə, Fransa, Rusiya və bu kimi bö-




18

Zeynalabdin Marağayi

yük dövlətlərdən birinə bağlamışdır ki, məmurların şərindən 

asudə olsun. Bu tacirlər həmin qeyrətli şəxsə də xeyirxahlıq 

üzündən dəfələrlə nəsihət edib deyirdilər ki, sən də İran təbəə-

liyini tərk etməsən öz vərəsələrinə və övladına açıq zülm və 

xəyanət etmiş olarsan. Çünki Osmanlı ölkəsində və Qafqaz-

da olan İran səfi rləri və məmurları özlərini ölmüş iranlıların 

həqiqi varisi və hamisi, dirilərinin isə  qəyyumu hesab edir-

dilər. Bunun üçün də sən öləndən sonra irsindən övladlarına 

bir  şey verməyəcəklər. Məgər hər gün buna oxşar hadisələ-

ri görmür və ya eşitmirsən? Ancaq bu qeyrətli  şəxs onların 

nəsihətinə qulaq asmır, hətta sözlərini belə  eşitmək istəmir-

di. Konsullar neçə dəfə bəhanə tapıb onu həbs və cərimə et-

dirmişdilərsə  də, o yenə  də  təmkinini poz mayıb, təbəəliyini 

dəyişdirməyi qeyrətinə  sığışdır mamışdı. Öz zülmü və alçaq 

bidətləri ilə indi də İstanbulda və sair Osmanlı vilayətlərində 

iranlıların var-yoxuna od vuran və hamının nif rətini və lənəti-

ni qazanan Hacı Mirzə Nəcəfəli xan bu xoşxa siy yətli insanın 

vəfatından sonra, onun mötəbər şəri vəsiyyətnamə qoyub get-

məsinə baxmayaraq, vərəsəsindən min ingilis lirəsi al mayınca 

onların yaxasından  əl çəkmədi.  Əgər vəsiyyətnamədə kiçik 

bir barmaq yeri tapsaydı, onda allaha pənah, bütün var-dövləti 

içəri salmayanadək yaxalarından əl çəkən deyildi.

Sözün qısası,  İbrahim təzəcə iyirmi yaşına qədəm qoy-

muş du ki, atası vəfat etdi. Son nəfəsində atası öz oğlunu yanı-

na çağırdı. Belə bir ataya layiq olan tərzdə vəsiyyətini eləyib 

dedi:

“Mənim gözümün işığı! Mən atalıq vəzifəsini sənin haq-



qında yerinə yetirdim, ana dili və milli dilindən əlavə, sənin 

kimilərin dadına çatan və kişi üçün bir hünər sayılan xarici 

dillərdən və fənlərdən də sənə öyrətdim. Sən bunların hamısı-

nı öz fərasətinlə, fi tri zəkanla gözəlcə qavradın. Allaha şükür, 

sənin pak əxlaqına, abrına və dəyanətinə söz ola bilməz. Bu 

cəhətdən mən səndən razıyam. Lakin indi mənim həyatımın 




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə