Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə6/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   2   3   4   5   6   7   8   9   ...   159

19

İbrahimbəyin səyahətnaməsi

şamı sö nərkən sənə bir neçə vəsiyyətim var. Yaxşı qulaq as, 

hər iki dünyada xoşbəxt olmaq üçün onları yadından çıxarma!

Birincisi budur ki, ananı sənə tapşırıram. Sən özün bun-

dan sonra biləcəksən ki, o və mən sənin boya-başa çatmağın 

və tər biyən üçün nə kimi zəhmətlərə qatlaşmışıq.

İkincisi, sənin mürəbbin və müəllimin olan Mirzə Yusif 

əmi dən muğayat ol; ona görə ki, ata-anadan sonra müəllimin 

hörməti hər bir kəsin borcudur. Ələlxüsus ki, Yusif əminin 

hör məti. O, sədaqətli, dəyanətli, vəfalı bir adamdır; ömrünün 

əv vəlindən bizimlə bir yerdə olub. İndi onu ailəmizin bir üzvü 

he sab  etmək lazımdır.

Üçüncüsü, heç vaxt gözəl milli adət-ənənəni tərk eləmə. 

Bəzi biqeyrət nanəciblər  İranı pisləyirlər, sən onlara uyma; 

yalan deyirlər. Hətta, misal üçün, onların sözləri düz olsa da, 

sən on lara qoşulma, vətəni pisləməkdə onlarla həmavaz olma.

Dördüncüsü, öz sirrini hər bir adamdan gizli saxla. Yal-

nız sınaqdan çıxmış təmiz vicdanlı dostuna ürəyini aç. Ancaq, 

hey hat,  belə dost az tapılar; o, kimya hökmündəndir.

Beşincisi, yaltaq adamlardan bacardıqca kənar gəz. Səni 

üzdə tərifl əyəndən mümkün qədər uzaqlaş. O, səni tərifl əmək-

lə öz istədiyini ələ keçirməkdən əlavə, səni insan üçün ən pis 

sifət sayılan lovğalığa və xudbinliyə düçar edər. Bu isə hər bir 

dərd dən betərdir.

Altıncısı, az qonaq get, qoy sənin yanına çox qonaq gəl-

sinlər. Yəni qonaq getməyə yox, qonaq çağırmağa daha artıq 

rəğbətin olsun. Əliaçıqlıqda ifrata varma. Nə o qədər bağışla 

ki, məşhurlaşasan, nə  də o qədər sıx ki, ad çıxarasan. Yəni 

əgər məşhursansa, hər tərəfdən dilənçilər sənin üstünə tökülə-

cəklər; xəsislik göstərsən – səninlə düşmən olarlar. Bu, əlbət-

tə, ehtiyacı olan yoxsullar haqqında deyil, yaltaq borc istəyən-

lər xüsusun dadır.

Adamların sənə dediyi sözə inanmadıqda onlarla müba-

hisəyə və münaqişəyə girişmə, sakit əyləş, heç bir söz demə.




20

Zeynalabdin Marağayi

Sənə bərk-bərk tapşırıram ki, altı-yeddi ilədək ticarətlə məş-

ğul olma. Allaha şükür, dolanmaq üçün hər cür imkanın var. 

Otuz yaşına çatanadək otur ye. Bu müddət ərzində dünyanın 

harasına könlün istəyirsə, səyahətə çıx. Bu səyahət üçün min 

lirə ayrıca sənin adına yazmışam, onun başqa vərəsələrə heç 

bir dəxli yoxdur. Lakin səyahətini yalnız şəhərlərin abadlığı 

və ya xarabalığını seyr etməyə həsr etmə. Hər yerdə bir neçə 

gün qal. O yerin bütün sakinlərinin məişət tərzi və yaşayışını 

diqqətlə öyrən, o ölkənin illik ticarət statistikasını  dərindən 

mütaliə elə, bununla sən başqa xarici ölkələrdən oraya hansı 

malların və məhsulların idxal edildiyini öyrənərsən, həm də 

bilərsən ki, ildə müəyyən şeydən orada nə qədər satıla bilər. 

Bununla birlikdə o ölkədən hər il hansı maldan nə miqdarda 

ixrac edildiyini də bilməlisən. Çatdığın hər bir şəhərdə özün 

üçün oranın mötəbər adamlarından bir neçə nəfər dost tap, on-

larla məktublaş.

Bu səyahətində, Yusif əmi diri olarsa, onu da özünlə apar, 

qoy ağır vaxtlarında sənin qayğına qalan bir adam olsun.

Sən bu şəhərdə mənim dostlarımı tanıyırsan, onların hör-

mətini məndən daha artıq saxla. Mənimlə dost olmayanlardan 

uzaq gəz; çünki mən dost seçməkdə çoxlu əziyyətlərə qatlaş-

mışam. Adamları tanımaq, onları sınamaq çox zəhmət tələb 

edir. Bu iş üçün bacarıq və hünər lazımdır.

Səyahət zamanı hansı  şəhərə çatdın, oraya daxil oldu-

ğun və çıxdığın günün tarixini və bütün müşahidələrini qeyd 

dəftərində yaz, bir gün çatar ki, sənin karına gələr.

Qalan  şəri vəsiyyətlərimi bircə-bircə  vəsiyyətnamədə 

yaz mışam...”

Atasının vəfatından sonra, gözəl əxlaqı, doğru-düzgün lü  yü, 

xeyirxahlığı və təmiz dolanmasına görə İbrahim bəyi dost-düş-

mən barmaqla nişan verirdi. Bütün işləri ölçülüb-biçil 

miş, 

adamlarla rəftarı olduqca mülayim və gözəl idi. Milli tə əs  süb də 



də İbrahim bəy atasını ötüb keçdi. Belə ki, bir para za ra fatçı 


21

İbrahimbəyin səyahətnaməsi

həmvətənləri onu pərt etmək istəyəndə İranın bəzi eyib lərindən 

onun yanında danışmağa başlardılar. Məsələn, de yərdilər: İran-

da nizam-intizam, qanun yoxdur, əsgərlər ayaqyalındır, dövlət 

müəyyən məbləğ rüşvət alıb vilayətləri hakimlərə satır; hakim, 

bəylərbəyi, kəndxuda, darğa, fərraşbaşı – hərəsi bir badalaq qu-

rub, günahsız adamlara işgəncə verir, həbs və  cərimə edirlər. 

Bir şəhərdə on beş yerdə kündəzəncirli həbsxana var. Bir şəhər-

də on-on iki bəst yeri var. Üləmanın evləri, hakim və ya fi lan 

sərtibin sərtövləsi müqəssirlərin bəsti hesab olunur. Şəhərlər 

çirklidir, məscidlər rövnəqsizdir. Onlar ilin on bir ayı bağlı qa-

lır. Payızda bir para anlaqsız adamlar məscidləri qovun-qarpız 

anbarı eləyirlər. Hamamların vəziyyəti bərbaddır, xə znələrdə su 

qoxuyur, hər cür yoluxucu xəstəliyə tutulmuş adam lar bu xəz-

nələrdə çimir, minlərlə insanı xəstələndirirlər. Xə znənin murdar 

suyunu o qədər dəyişdirmirlər ki, onun rəngi ba taqlıqda qalan 

suyun rənginə oxşayır. Ruhanilər bir-biri ilə düş mənlik edib 

rəqabət aparırlar. Onların hər biri seyid adı ilə on-on beş nəfər 

lotu saxlayır, lazım olan vaxtlarda onların  va si təsilə əhalini ha-

kimlərin evlərini talamağa və qarət etməyə yö nəldirlər. Özləri 

isə suyu bulandırdıqdan sonra məqsədlərinə nail olurlar.

Bəzən də bu zarafatçı adamlar hakimlərin qəddarlığından, 

əhalini istədikləri zülmə, işgəncəyə və talana məruz qoymala-

rından, onların hədsiz-hüdudsuz zülmündən xalqın baş gö-

türüb cəlayi-vətən etməsindən söhbət açır, özü də bütün bu 

ürəyədəyən sözləri İbrahim bəyə eşitdirirdilər. Biçarə İbrahim 

bəy bu sözləri eşitdikcə hirslənir, onların bəzisini dinsiz, bir 

parasını qeyrətsiz adlandırırdı. Elə vaxtlar da olurdu ki, iş ya-

man-yovuzdan yum ruğa, çomaq davasına, hətta bir-birinin 

saqqalını yolmağa və  əlbəyaxa olmağa da çəkirdi. Dostları 

İbrahim bəyin xasiyyətinə bələd olduqları üçün onun söyüşlə-

rinə, ağır sözlərinə dözürdülər.

Bəzən də əksinə olurdu, İbrahim bəyin dostları onu sevin-

dirmək istəyirdilər. Çayxanada oturub, yolunu gözləyirdilər. 




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə